Azərbaycanın Xalq artisti vəfat etdi .....                        Ermənistanda qumbara partlatmaq istədilər .....                        İlham Əliyev Trampa zəng etdi .....                        NATO rəhbəri Türkiyədə kimlərlə görüşdü? .....                        65 yaşını keçən müəllimlərlə bağlı rəsmi AÇIQLAMA .....                        "Bəy hamamı"nda yanğın .....                        Bakı-Qazax yolunda 4 maşın toqquşdu - Xəsarət alanlar var .....                        Türk Dünyası ölkələrinin yeni birliyi yaradıldı .....                        Ədalət Verdiyevi neçə il həbs gözləyir? .....                       
15-03-2024, 14:16
Odlar Yurdu Universitetində seminar keçirilib


Odlar Yurdu Universitetində əcnəbi tələbələrin iştirakı ilə seminar keçirilib

“Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin təşəbbüsü və Dövlət Miqrasiya Xidmətininbirgə təşkilatçılığı ilə Odlar Yurdu Universitetindətəhsil alan əcnəbi tələbələr üçün seminar keçirilib. “Miqrasiya sahəsində elektron resurslardan istifadə və bəyan olunmuş təhsilalma məqsədlərinin pozulmasına görə inzibati məsuliyyət” mövzusunda keçirilən seminarın məqsədi Odlar Yurdu Universitetində təhsil alan əcnəbi tələbələrin və müəssisənin aidiyyəti məsələlərə məsul şəxslərinin miqrasiya qaydaları sahəsində biliklərinin artırılması və bu istiqamətdə əcnəbi tələbələrlə əlaqədar sənədləşmə işlərinin aparılma bacarıqlarının inkişaf etdirilməsi olub.
Giriş sözü ilə çıxış edən Odlar Yurdu Universitetinin keyfiyyət təminatı, innovasiyalar və beynəlxalq əlaqələr üzrə prorektoru, professor Fəxrəddin Məmmədov əcnəbi tələbələrin təhsilalma məqsədlərindən irəli gələn qeydiyyat və miqrasiya qaydalarına uyğun davranışı, bu müstəvidədaha çox rast gəlinən aktual məsələlər barədə danışıb.

Çıxış edən “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri, sosial fəlsəfə üzrə fəlsəfə doktoru Azər Allahverənovhəm birliyə, həm də təsisçisi olduğu Miqrasiya Əməkdaşlıq Platformasına əcnəbi tələbələrlə bağlı daxil olan çoxsaylı müraciətlərdən bəhs edib və təhsil alan əcnəbilər arasında keçirilən bu kimi maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışıb. Bildirilib ki, Odlar Yurdu Universitetində keçirilən tədbir 19 mart – Azərbaycan Respublikasının Mqirasiya orqanları işçilərinin peşə bayramı münasibətilə Dövlət Miqrasiya Xidməti tərəfindən təşkil olunan maarifləndirmə tədbirləri çərçivəsində keçirilib. Bu səbəbdən seminarın gedişatı zamanı DMX-nın 17 illik fəaliyyətinə həsr olunan video-çarx nümayiş olunub.
Tədbirdə geniş nitqlə çıxış edən və Dövlət Miqrasiya Xidmətinin çoxşaxəli fəaliyyətinə nəzər salan Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin Hüquqi təminat idarəsinin rəis müavini Xəyalə Abbasova Dövlət Miqrasiya Xidməti tərəfindən əcnəbi tələbələrlə bağlı mövcud miqrasiya qaydaları və bu kateqoriyadan olan əcnəbilərin yol verdikləri hüquqpozmalar barədə danşıb.
Dövlət Miqrasiya Xidmətinin Miqrasiya proseslərinin təhlili və informasiya təminatı baş idarəsinin Miqrasiya proseslərinin təhlili idarəsinin rəis müavini vəzifəsini müvəqqəti icra edən Sunay Quliyev və Miqrasiya nəzarəti baş idarəsinin Ölkə daxilində miqrasiya məsələlərinə baxılması şöbəsinin rəisi Rüstəm Rəhimov təhsil alan əcnəbi tələbələrlə bağlı miqrasiya qanunvericiliyinin müxtəlif aspektlərini və elektron resurslardan istifadə qaydalarını əhatə edən təqdimatlarla çıxış ediblər.
Görüşdə iştirak edən Odlar Yurdu Universitetininümumi işlər üzrə prorektoru Taleh Qələndərli və “Miqrasiya Sahəsinin İnkişafı” İctimai Birliyinin sədri, Miqrasiya Əməkdaşlıq Platformasının Təhsil üzrə İşçi qrupunun rəhbəri Vidadi Fətullayevəcnəbi tələbələrlə bu kimi maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyətini qeyd ediblər və görüşün keçirilməsinə təşəbbüs göstərən və dəstək olan bütün tərəfdaşlaradərin təşəkkürlərini bildiriblər.
Tədbirdə əcnəbi tələbələrin və Odlar Yurdu Universitetinin əcnəbi tələbələrlə iş üzrə məsul əməkdaşlarının suallarıDövlət Miqrasiya Xidmətinin nümayəndələri tərəfindən ətraflı cavablandırılıb, miqrasiya qanunvericiliyinin əcnəbi tələbələrlə bağlı müddəalarına dair geniş izahatlar verilibdir.
14-03-2024, 18:13
Magistratura imtahanların ən yüksək balı onlar topladı


Magistratura imtahanların ən yüksək balı onlar topladı

Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin magistraturalarına 11 fevral 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının yekun nəticələrini elan edib.
DİM-in məlumatına görə, imtahan iştirakçıları qapalı və kodlaşdırıla bilən tapşırıqlar üzrə 95, esse üzrə isə 5 bal toplaya bilərdilər.
İmtahanda 3 nəfər 96 bal toplamaqla mümkün olan ən yüksək nəticəni göstərib.
Bunlar Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İnformasiya texnologiyaları ixtisasının 4-cü kurs tələbəsi Gültən Məhərrəmli;
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbinin maliyyə ixtisasına qəbul olunmuş IV kurs tələbəsi Sübhan Əlizadə;
Bakı Ali Neft Məktəbinin Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının V kurs tələbəsi Əbülfəz Cəfərovdur.
14-03-2024, 17:39
Qəbul imtahanında antiterror tədbirlərindən suallar salınacaq


Qəbul imtahanında antiterror tədbirlərindən suallar salınacaq

Dövlət İmtahan Mərkəzi “2023-cü il 19-20 sentyabrda Azərbaycan ordusunun Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirləri”nə aid yenilənmiş məqaləni təqdim edib.
Bu barədə DİM-dən məlumat verilib.
Qarabağda antiterror tədbirlərinə dair 2024-cü il “Abituriyent” jurnalının 2-ci sayında dərc edilmiş, həmçinin ötən ilin noyabr ayından mərkəzin saytına yerləşdirilmiş məqalənin yeni redaktəsi ilə aşağıdakı keçidlər vasitəsilə tanış olmaq mümkündür:
2023-cü il 19-20 sentyabrda Azərbaycan ordusunun Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirləri;
Антитеррористические мероприятия локального характера Азербайджанской армии в Карабахском регионе 19-20 сентября 2023 года.
Mövzunun vacibliyi nəzərə alınaraq, 2024-cü ildə II və III ixtisas qrupları üzrə qəbul imtahanlarında tarix fənnindən “2023-cü il 19-20 sentyabrda Azərbaycan ordusunun Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirləri” mövzusuna aid tapşırıqlar da istifadə ediləcək.
2024-cü il “Abituriyent” jurnalının 2-ci sayında rus bölməsi üçün Ədəbiyyat (Литература) fənnindən dərc edilmiş “Методические рекомендации по произведениям С. Рустамханлы и Б. Вагабзаде” məqaləsi ilə isə bu keçid vasitəsilə tanış ola bilərsiniz.
Методические рекомендации по произведениям С. Рустамханлы и Б. Вагабзаде.
Məlumat üçün bir daha bildiririk ki, hazırda ümumtəhsil müəssisələrinin 11-ci siniflərində təhsil alanlar qeyd edilən mövzular haqqında istifadədə olan dərsliklərdən bilgi almayıblar.
Materiallar ödənişsizdir və hər kəs öz kompüterinə yükləyə bilər.
10-03-2024, 16:01
DİM buraxılış imtahanı keçirdi - Bu səbəbdən şagirdlər xaric olundu


DİM buraxılış imtahanı keçirdi - Bu səbəbdən şagirdlər xaric olundu

DİM martın 10-da tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.
DİM-dən verilən xəbərə görə, ilkin məlumatlara əsasən, 3 nəfərdə mobil telefon, 1 nəfərdə isə ağıllı saat aşkarlandığı üçün imtahandan xaric edilib. Qeyd olunan hallarla bağlı araşdırma aparılır.
İmtahanda iştirak etmək üçün tələb olunan sənədləri qaydasında olmayan - şəxsiyyət vəsiqəsini evdə unudan, etibarlılıq müddəti başa çatan, şəxsiyyəti təsdiq edən sənədin surəti ilə imtahana gələn və ya vəsiqəsində şəkli olmadığı üçün məktəbdən verilən şəkilli arayışı özü ilə gətirməyən şagirdlər də olub.
Növbəti imtahanlarda iştirak edəcək şagirdlərə bir daha xatırladırıq ki, sənədləri ilə diqqətli olsunlar. İmtahana gələrkən buraxılış vərəqəsini, şəxsiyyəti təsdiq edən sənədin əslini (şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı gətirməyi unutmasınlar.
10-03-2024, 15:27
İşğaldan azad olunmuş bu rayonlarda da buraxılış imtahanı keçirildi


İşğaldan azad olunmuş bu rayonlarda da buraxılış imtahanı keçirildi

Bu gün işğaldan azad olunmuş Laçın, Füzuli və Zəngilan rayonlarında buraxılış imtahanı keçirilib.
Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
DİM ilk dəfə yeni istifadəyə verilmiş Laçın şəhər 2№-li tam orta məktəb, Zabux kənd tam orta məktəbi və Füzulidə M.Uluqbəy adına 1№-li məktəbdə imtahan keçirib.
10-03-2024, 15:20
53 mindən çox şagird buraxılış imtahında iştirak edib - DİM


53 mindən çox şagird buraxılış imtahında iştirak edib - DİM

Dövlət İmtahan Mərkəzi (DİM) martın 10-da tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.
Bu barədə DİM-dən bildirilib.
İmtahan 33 şəhər və rayonda təşkil olunub. İmtahanda 53102 şagirdin iştirakı nəzərdə tutulurdu.
İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 236 imtahan binası, 4043 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 236 ümumi imtahan rəhbəri, 653 imtahan rəhbəri, 5 021 nəzarətçi, 704 buraxılışı rejimi əməkdaşı (mühafizə) və 236 bina nümayəndəsi ayrılıb.
Bu gün işğaldan azad olunmuş Laçın, Füzuli və Zəngilan rayonlarında da buraxılış imtahanı keçirilib. Dövlət İmtahan Mərkəzi ilk dəfə yeni istifadəyə verilmiş Laçın şəhər 2№-li tam orta məktəb, Zabux kənd tam orta məktəbi və Füzulidə M.Uluqbəy adına 1№-li məktəbdə imtahan keçirib.
İmtahanda ümumilikdə 63 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edib. Bu şagirdlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb.
Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə fərdi nəzarətçilər təyin edilib.
İlkin məlumatlara əsasən, 3 nəfərdə mobil telefon, 1 nəfərdə isə ağıllı saat aşkarlandığı üçün imtahandan xaric edilib. Qeyd olunan hallarla bağlı araşdırma aparılır.
İmtahanda iştirak etmək üçün tələb olunan sənədləri qaydasında olmayan - şəxsiyyət vəsiqəsini evdə unudan, etibarlılıq müddəti başa çatan, şəxsiyyəti təsdiq edən sənədin surəti ilə imtahana gələn və ya vəsiqəsində şəkli olmadığı üçün məktəbdən verilən şəkilli arayışı özü ilə gətirməyən şagirdlər də olub.
Növbəti imtahanlarda iştirak edəcək şagirdlərə bir daha xatırladırıq ki, sənədləri ilə diqqətli olsunlar. İmtahana gələrkən buraxılış vərəqəsini, şəxsiyyəti təsdiq edən sənədin əslini (şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı gətirməyi unutmasınlar.
Martın 11-dən etibarən DİM-də imtahan protokolları və cavab vərəqlərinin emalına başlanılacaq.
İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 4 həftə ərzində elan olunması nəzərdə tutulur.
Xatırladaq ki, imtahan başa çatdıqdan sonra iştirakçılara sual kitabçalarını özləri ilə aparmağa icazə verilib.
İmtahanda istifadə edilmiş test tapşırıqlarının (qapalı və kodlaşdırıla bilən açıq tipli) cavabları da imtahandan dərhal sonra Mərkəzin saytına yerləşdirilib. İştirakçılar doğru cavab etalonları ilə buradan tanış ola bilərlər.
İmtahanda iştirak edənlər, həmçinin valideynlər, müəllimlər, ekspertlər test tapşırıqlarının izahının elektron versiyasını (pdf formasında) isə DİM-in internet saytının "Xidmətlər" bölməsində > “E-xidmətlər” > "DİM-in nəşrlərinin elektron versiyalarının satışı" > “Test tapşırıqlarının izahı” xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərlər. (Xidmətə keçid: //eservices.dim.gov.az/ejurnal/).

6-03-2024, 22:18
Türkiyə-Azərbaycan Universitetinin quruluşu müzakirə olundu


Türkiyə-Azərbaycan Universitetinin quruluşu müzakirə olundu

Türkiyənin Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvarın Azərbaycana səfəri çərçivəsində elm və təhsil naziri Emin Əmrullayevlə Türkiyə-Azərbaycan Unviersitetinin quruluş prosesi ətrafında fikir mübadiləsi aparılıb.
Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyi sosial şəbəkədə bildirib.
“Azərbaycanda rəsmi səfərdə olan hörmətli YÖK sədrimiz prof. dr. Erol Özvar Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev ilə görüşərək Türkiyə-Azərbaycan Universitetinin yaradılması prosesi və təhsil sahəsində əməkdaşlıqla bağlı digər məsələləri müzakirə edib.
Cənab Özvar səfəri çərçivəsində Türkiyə və Azərbaycan Şəhidlikləri və Fəxri Xiyabanı da ziyarət edib, abidələri üzərinə əklillər, şəhidlərin məzarları üzərinə qərənfillər qoyub”, – paylaşımda qeyd olunub.
6-03-2024, 12:54
Universitetlərin bir bölgədən digərinə köçürülməsi real deyil


Universitetlərin bir bölgədən digərinə köçürülməsi real deyil

Azərbaycanda universitetlərin bir bölgədən digərinə köçürülməsi real deyil.
Bu barədə məlumat Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub.
Bildirilib ki, hər hansı ali təhsil müəssisəsinin bir bölgədən digərinə köçürülməsi üçün yeni bölgədə müvafiq maddi-texniki baza və infrastruktur yaradılmalıdır ki, bu işlər çox böyük maliyyə vəsaiti tələb edir.
Eyni zamanda qeyd olunub ki, "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" təsdiq edilib. Strategiyanın Tədbirlər Planında universitetlərin köçürülməsi ilə bağlı tədbirlər nəzərdə tutulmayıb. Odur ki, yaxın gələcəkdə Kürdəmir şəhərinə hər hansı ali təhsil müəssisəsinin köçürülməsi real deyil.
5-03-2024, 16:42
Martın 17-si orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçiriləcək


Martın 17-si orta
təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçiriləcək


Məlum olduğu kimi, martın 17-də Bakı şəhərinin Sabunçu, Səbail, Xətai, Nəsimi, Nərimanov rayonlarında, Gəncə (I hissə) Samux, Daşkəsən, Qazax, Ağstafa, Şəki, Lənkəran (I hissə), Astara, Biləsuvar, Ağdam, Ağcabədi, Ağsu, Zərdab, Kürdəmir, İmişli, Şirvan, Qusar, Siyəzən, Xızı, Şabran rayonlarında Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçiriləcək.
Dövlət İmtahan Mərkəzindən verilən xəbərə görə, buraxılış imtahanında iştirak edəcək şagirdlər //eservices.dim.gov.az/sagirdbv/ linkindən istifadə etməklə özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər.
Şagirdlər iş nömrəsini buradan öyrənə bilərlər.
Buraxılış vərəqəsini çap etmək üçün kompüterə Adobe Reader proqramı quraşdırılmalıdır və brauzerin “Pop-up blocked” sahəsindən qeyd işarəsi götürülməlidir. Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə bilərlər.
Şagirdlər bitirdikləri məktəbin yerləşdiyi yerə uyğun rayonda (şəhərdə) imtahan verirlər. Məcburi köçkün rayonlarının məktəblərində təhsil alan şagirdlər bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixdə imtahan verirlər. Gəncə və Lənkərandə yerləşən məktəblərin şagirdlərinin imtahanı 2 imtahan gününə bölünüb. Bu hal yuxarıda müvafiq olaraq, "hissə" adlandırılıb və “keçid” qoyulub. Linkin üzərinə basdıqda qeyd olunan tarixdə hansı məktəblərin şagirdlərinin imtahan verməsi haqqında məlumat açılır. Digər məktəblərin şagirdləri aprelin 7-də imtahan verəcəklər.
4-03-2024, 18:06
Doktorantlar üçün Danışıq bloku imtahanı keçirildi


Doktorantlar üçün Danışıq bloku imtahanı keçirildi

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən dillər üzrə ümum-Avropa çərçivə sənədinin (CEFR) tələblərinə uyğun olaraq doktoranturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dillər üzrə fəlsəfə doktoru imtahanının danışıq bloku imtahanı keçirilib.
DİM-dən verilən xəbərə görə, imtahan ingilis, alman, fransız dili üzrə şifahi formada – kompüter proqramı vasitəsilə keçirilib. İmtahanda 298 nəfər iştirak edib.
Qeyd edək ki, imtahan 3 hissədən ibarətdir. Tapşırıqlar üzrə düşünmək və suallara cavab vermək üçün ümumilikdə 20 dəqiqə vaxt ayrılır. İştirakçılar birinci mərhələdə 3 bal, ikinci mərhələdə 5 bal, üçüncü mərhələdə isə 2 bal olmaqla, ümumilikdə 10 bal toplaya bilərlər. İmtahan nəticələrinin yaxın 10 gün ərzində elan olunması nəzərdə tutulur.
Danışıq bloku üzrə minimum 2 bal toplamayan şəxslər ilk 4 blok üzrə lazımi nəticə göstərsələr belə, müvafiq şəhadətnamə ilə təmin olunmurlar.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!