Ervin İbrahimoviç Zəfər parkında .....                        Polad Bülbüloğlu oğlu ilə Şuşadakı bağında .....                        Putinin növbəti hədəfi keçmiş Sovet ölkələridir - ŞOK İDDİA .....                        “Fənərbağça”nın prezidenti sərbəst buraxıldı .....                        Məleykə Abbaszadə "təhsil ekspertlərini" topa tutdu .....                        907-ci düzəlişin ləğv olunmasının vaxtı çatıb .....                        Avtobus qaz xəttinə çırpıldı, təchizat dayandırıldı .....                        İran-İsrail müharibəsi yenidən başlayır? .....                        "Neftçi" "Karvan-Yevlax"a qalib gəldi .....                       
16-09-2024, 14:21
Bakı-Xocalı-Xankəndi-Şuşa avtobus reysinin ilk sərnişinləri yola salındı


Bakı-Xocalı-Xankəndi-Şuşa avtobus reysinin ilk sərnişinləri yola salındı

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) təşkil etdiyi Bakı-Xocalı-Xankəndi-Şuşa müntəzəm avtobus reysinin ilk sərnişinlərinin yolasalma mərasimi keçirilib.
Bu barədə AYNA xəbər verir.
Məlumata görə, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən saat 07:30-da yola düşən avtobusa bilet əldə edən şəxs Aqşin Nəhmətə tarixi reysin ilk sərnişini kimi sertifikat təqdim olunub. Qarabağ Universitetində təhsil almaq üçün Xankəndiyə yola düşən tələbəyə uğurlar arzulanıb.
“Böyük Qayıdış” proqramı çərçivəsində istifadəyə verilən müntəzəm avtobus reyslərinin məqsədi işğaldan azad edilmiş ərazilərdə məskunlaşan vətəndaşların keyfiyyətli nəqliyyat infrastrukturu və xidmətləri ilə təmin olunmasıdır.
Hər gün Bakıdan Şuşaya saat 07:30-da yola düşən avtobuslar əks istiqamətə saat 15:30-da, aralıq məntəqələri Xankəndidən saat 16:00-da, Xocalıdan isə 16:30-da hərəkət edir.
Xatırladaq ki, biletləri “biletim.az” portalı üzərindən yalnız onlayn qaydada əldə etmək olar. Biletləri əldə edərkən işğaldan azad olunmuş ərazilərə girişlə bağlı buraxılış qaydalarına uyğun olaraq icazələrin olması mütləqdir.



16-09-2024, 14:00
Ermənistanda məhkəmə spikerin iddiasını rədd edib


Ermənistanda məhkəmə spikerin iddiasını rədd edib

Ermənistan parlamentinin sədri Alen Simonyanın Mediahab xəbər agentliyinə
qarşı məhkəmə iddiası rədd edilib.
Bu barədə vəkil Sos Akopyan Facebook səhifəsində yazıb:
“Alen Simonyan Mediahab xəbər agentliyinə qarşı iddia qaldıraraq (onun fikrincə) böhtan xarakterli məlumatları təkzib etməyi və təzminat kimi 1 000 000 dram ödəməyi tələb edib.
İrəvan şəhərinin Ümumi yurisdiksiyasının Mülki Məhkəməsi Alen Simonyanın iddiasını əsassızlığını ətraflı təhlil edərək rədd edib.
Bu işdə Mediahab-ın maraqlarını məhkəmədə təmsil etmişəm”.
16-09-2024, 13:53
46 məntəqənin nəticələri etibarsız sayıldı


46 məntəqənin nəticələri etibarsız sayıldı

Növbədənkənar parlament seçkiləri ilə əlaqədar ümumilikdə 46 məntəqə üzrə səsvermənin nəticələri etibarsız sayılıb.
Bu, Mərkəzi Seçki Komissiyasının yekun protokolunda əksini tapıb.
Onlardan 3-ü dairə seçki komissiyaları, 43-ü MSK tərəfindən etibarsız sayılıb.
MSK-nın ləğv etdiyi 43 məntəqədən 20-si bugünkü iclasda olub.
16-09-2024, 13:48
Azərbaycan Rusiyaya nota verdi


Azərbaycan Rusiyaya nota verdi

Azərbaycan Çeçenistanda saxlanılan və zorla Ukrayna ilə müharibə zonasına göndərilməsi iddia edilən azərbaycanlılarla bağlı Rusiya Xarici İşlər Nazirliyinə müraciət edib.
Bildirilib ki, miqrasiya probleminə görə Çeçenistanda saxlanılan Azərbaycan vətəndaşları Nihad Rzayev, Elxan Şirinov və Vüqar Məhərrəmovla bağlı Rusiya XİN-ə nota göndərilib.
Xatırladaq ki, adları qeyd olunan Azərbaycan vətəndaşlarının may ayından Çeçenistana işləməyə getdikləri, orada miqrasiya probleminə görə həbs olunduqları bildirilib. Saytımıza müraciət edən Nihadın atası Tovuz rayon sakini Tafdıq Rzayevin sözlərinə görə, yaxınlarını orada hərbçilərin təzyiqi altında imza atdıraraq Ukraynaya müharibə bölgəsinə göndərmək istəyirlər.
Çeçenistanın paytaxtı Qroznı şəhərində yerləşən “Severni Axmat” hərbi hissəsində saxlanılan Elxan Şirinov və Vüqar Məhərrəmov “Qafqazinfo”ya açıqlamasında qeyd etmişdilər ki, onlarla birgə saxlanılan azərbaycanlıların sayı 5 nəfərdir: “Biz ikimiz (Vüqar Məhərrəmov və Elxan Şirinov) hazırda hərbi hissədəyik, digər 3 nəfər isə kalondadılar. Nihat da onlarladır. Həmin azərbaycanlı 2 nəfəri isə bizdən qabaq ora aparıblar. Yəqin ki, onlara da zorla sənəd imzalatmaq istəyəcəklər”.
16-09-2024, 13:44
Paşinyan Gürcüstana gedib


Paşinyan Gürcüstana gedib

Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib.
Nikol Paşinyanla Gürcüstanın baş naziri İrakli Kobaxidze arasında təkbətək söhbət olacaq, daha sonra müzakirələr geniş tərkibdə davam etdiriləcək.
Ermənistan və Gürcüstanın baş nazirləri müzakirələrin nəticələrinə əsasən bəyanatlarla çıxış edəcəklər.
16-09-2024, 13:36
MSK növbədənkənar seçkilərə yekun vuruldu


MSK növbədənkənar seçkilərə yekun vuruldu

Mərkəzi Seçki Komissiyası (MSK) sentyabrın 16-da keçirliən iclasında 2024-cü il sentyabrın 1-də keçirilmiş növbədənkənar parlament seçkilərinə yekun vurub.
İclasa MSK sədri Məzahir Pənahov rəhbərlik edib.
Toplantıda MSK-nın seçkilərin nəticələrinə dair protokolunun müvafiq sənədlərlə birlikdə Konstitusiya Məhkəməsinə təqdim edilməsi məsələsinə baxılıb.
İclasda parlament seçkilərinin nəticələri haqqında MSK-nın protokolu tərtib edilib və qurumun bütün üzvləri tərəfindən imzalanıb təsdiqlənməklə seçkilərə yekun vurulub.
Seçki Məcəlləsinin tələbinə uyğun olaraq, MSK-nın protokolunun müvafiq sənədlərlə birlikdə seçkilərin nəticələrinin təsdiq edilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim edilməsi, həmçinin, dərc olunması qərara alınıb.
Xatırladaq ki, 2024-cü il sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. Parlament seçkilərində 990 namizəd iştirak edib.
16-09-2024, 13:29
İlk dərs günü 11-ci sinif şagirdi bıçaqlandı


İlk dərs günü 11-ci sinif şagirdi bıçaqlandı

Goranboyda məktəbli bıçaqlanıb.
Hadisə Səfikürd kənd tam orta məktəbində baş verib. Belə ki, məktəbin 11-ci sinif şagirdi Musayev Ramal Röyal oğlu məktəbin digər şagirdi Həsənəliyev Arif Elsevər oğluna bıçaqla xəsarət yetirib.Yaralı xəstəxanaya yerləşdirilib. vəziyyəti normaldır.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, Goranboy Rayon Polis Şöbəsinə 2007-ci il təvəllüdlü A. Həsənəliyevin ayaq nahiyəsinin kəsici-deşici alətlə daxilə keçməyən xəsarət alması barədə məlumat daxil olub.
Araşdırmalar zamanı hadisəni 2007-ci il təvəllüdlü R. Musayevin törətməsi məlum olub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
16-09-2024, 13:20
Milli Məclisdə təmsil olunacaq partiyaların sayı açıqlandı


Milli Məclisdə təmsil olunacaq partiyaların sayı açıqlandı[/size]

Partiya mənsubiyyəti olan 81 seçilmiş deputatımız var.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
MSK sədri bildirib ki, 11 siyasi partiya Milli Məclisdə təmsil olunacaq.
Qeyd edilib ki, parlament seçkilərində dövlət qeydiyyatına alınmış 26 siyasi partiyadan 25-i iştirak edib.
16-09-2024, 12:56
Sabahın havası


Sabahın havası

Sabaha gözlənilən hava şəraitinin proqnozu açıqlanıb.
Milli Hidormeteorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Yarımadanın bəzi yerlərində qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Gündüz dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Mülayim şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 15-20°, gündüz 24-27° olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 40-45% olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 13-17°, gündüz 23-28°, dağlarda gecə 5-10°, gündüz 10-15° olacaq.
16-09-2024, 12:24
Şəhid xanımı adı ilə dələduzluq edən qadın həbs olundu


Şəhid xanımı adı ilə dələduzluq edən qadın həbs olundu

Mingəçevirdə dələduzluq edən qadın tutulub.
Mingəçevir ŞPŞ-nin əməkdaşları dələduzluqda şübhəli bilinən Rəsmiyyə Kazımovanı saxlayıblar.
Məlum olub ki, R.Kazımova zərərçəkmişə özünü şəhid xanımı kimi təqdim edərək, dövlət tərəfindən veriləcək fərdi yaşayış evini ona pay edəcəyini bildirib. O, sənədləşmə üçün həmin şəxsin 22 500 manat pulunu dələduzluqla ələ keçirib.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə R.Kazımova barəsində həbs qətimkan tədbiri seçilib.
Onun analoji əməllərindən zərər görən başqa şəxslər varsa, bu barədə polis orqanlarına müraciət edə bilərlər.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!