Azərbaycanla Monteneqro arasında Anlaşma Memorandumu imzalandıAzərbaycan Xarici İşlər Nazirliyi ilə Monteneqro Xarici İşlər Nazirliyi arasında konsulluq sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanma mərasimi keçirilib.
Sənəd konsulluq sahəsində ikitərəfli əməkdaşlığın gücləndirilməsini və vətəndaşlara göstərilən xidmətlərin daha da təkmilləşdirilməsini nəzərdə tutur.