Milli Məclisin bu həftə müzakirə edəcəyi məsələlər AÇIQLANDI .....                        "Qarabağ"ın yeni transfer hədəfi bu hücumçudur .....                        Elşad Abdullayevə 15 il həbs cəzası kəsildi .....                        Sabir Rüstəmxanlı sədr seçildi .....                        Şəhid bulağından oğurluq edən şəxs saxlanıldı - VİDEO .....                        Məhkəmə İlkin Süleymanovla bağlı qərar verdi .....                        Vaqif Xaçaturyan xəstəxanaya yerləşdirildi .....                        Ermənistanda sürücüləri Azərbaycan benzinini boykot etməyə ÇAĞIRIRLAR .....                        Ağdamda istehsal müəssisəsinin təməli qoyuldu - FOTO .....                       
26-07-2024, 20:14
3 tondan artıq çətənə məhv edildi


3 tondan artıq çətənə məhv edildi

Naxçıvanda narkotik tərkibli bitkilərin tapılaraq məhv edilməsi istiqamətində tədbirlər həyata keçirilir.
Muxtar respublikada polis əməkdaşları Culfa, Şərur və Şahbuz rayonları ərazisindən yabanı halda bitmiş, ümumi çəkisi 3,2 ton olan, 89 min 890 ədəd çətənə kolunu aşkar edərək məhv edib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
26-07-2024, 18:43
Partiyasını buraxan deputat yenidən namizəd oldu


Partiyasını buraxan deputat yenidən namizəd oldu

Milli Məclisin deputatı Sabir Hacıyev sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində 91 saylı Göyçay seçki dairəsindən namizədliyini irəli sürüb.
Dairə Seçki Komissiyası məlumatı təsdiqləyib.
Məlumata görə, o, artıq müvafiq sayda imza toplayıb və imza vərəqələrini komissiyaya geri qaytarıb.
Sabir Hacıyev 1954-cü ildə Göyçay şəhərində anadan olub. İxtisasca hüquqşünasdır. O, III, IV, V və VI çağırış Milli Məclisin deputatı olub.
Deputat Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibov rəhbərliyində təsis edilən Vətəndaş Birliyi Partiyasının sədri olub. Partiya ötən il fəaliyyətini dayandırıb. Daha sonra Sabir Hacıyev parlamentdə bitərəf deputat kimi fəaliyyətini davam etdirib.
26-07-2024, 18:05
Baş prokuror Türkiyənin Konstitusiya Məhkəməsinin sədri ilə görüşdü


Baş prokuror Türkiyənin Konstitusiya Məhkəməsinin sədri ilə görüşdü

İyulun 26-da Baş prokuror Kamran Əliyev ölkəmizdə işgüzar səfərdə olan Türkiyənin Konstitusiya Məhkəməsinin sədri Kadir Özkaya ilə görüşüb.
Qonaqları salamlayan Baş prokuror qardaş Türkiyə ilə xalqımızın Ümümmilli lider Heydər Əliyevin "Bir millət, iki dövlət" və türk xalqının Ulu öndəri Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" fəlsəfəsi ilə tarixən milli köklərə söykənən münasibətlərinin siyasi, iqtisadi, mədəni və digər sahələrdə də dinamik inkişaf etdiyini bildirərək, hər iki dövlətin prezidentləri cənab İlham Əliyevin və cənab Rəcəb Tayyib Ərdoğanın ciddi səyləri, apardıqları uzaqgörən xarici siyasəti nəticəsində Azərbaycan-Türkiyə əlaqələrinin etibarlı strateji əməkdaşlıq səviyyəsinə yüksədiyini qeyd edib.
Baş prokuror Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqəti ilə Qarabağda aparılan geniş quruculuq bərpa işləri haqda danışaraq, bu ilin iyun ayında Xankəndi şəhər prokurorluğunun təntənəli açılış mərasiminin keçirildiyini bildirib.
Kamran Əliyev cari ilin noyabr ayında dünyanın ən mötəbər beynəlxalq tədbirlərindən biri olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un və cari ilin 29 sentyabr – 2 oktyabr tarixlərində Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu illik konfransı və ümumi yığıncağının ölkəmizdə keçiriləcəyi barədə qonaqları məlumatlandırıb.
Türk Dövlətləri Təşkilatı çərçivəsində prokurorluq, ədliyyə və məhkəmə orqanları arasında əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edilib. 2021-ci ildə Bakıda təsis edilmiş TDT Baş Prokurorlar Şurasının bu ilin 25 iyul tarixində Bişkekdə sayca üçüncü iclasının keçirilməsi hüquq-mühafizə orqanlarımız arasında davamlı və səmərəli fəaliyyətin bariz nümunəsi olduğu vurğulanıb.
Səmimi qəbula görə təşəkkürünü ifadə edən Kadir Özkaya iki ölkə arasında bütün sahələri əhatə edən münasibətlərin yüksək səviyyədə olmasından bəhs edib. Sədr azərbaycanlı və türkiyəli hüquqşünaslar arasında işgüzar əlaqələrin inkişaf etdirilməsinin önəmindən danışaraq, qarşılıqlı səfərlərin və təcrübə mübadiləsinin vacibliyini qeyd edib.
Görüşdə Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı iştirak edib.
26-07-2024, 17:44
Paris İrəvandakı eks-səfirinə yeni vəzifə verdi


Paris İrəvandakı eks-səfirinə yeni vəzifə verdi

Fransanın Ermənistandakı keçmiş fövqəladə və səlahiyyətli səfiri Conatan Lakota yeni vəzifə verilib.
Bu barədə "Armenpress" məlumat yayıb.
Bildirilib ki, o, diplomatik fəaliyyətini Macarıstanda davam etdirəcək.
26-07-2024, 17:32
Ermənistan prezidenti Fransada


Ermənistan prezidenti Fransada

Ermənistan prezidenti Vahaqn Xaçaturyan Fransaya səfər edib.
Bu barədə "Armenpress" məlumat yayıb.
Parisdə işgüzar səfərdə olan Xaçaturyan Olimpiya Oyunları ərəfəsində keçirilən ilk “Dayanıqlı İnkişaf üçün İdman” sammitində iştirak edib.
26-07-2024, 17:23
III və IV qruplarda rəqabət daha güclü olacaq


III və IV qruplarda rəqabət daha güclü olacaq

Yaxın günlərdə Azərbaycanda ixtisas seçimləri başlayacaq. Plan yerlərinin sayı artırılsa da, ekspertlər bir sıra qruplarda rəqabətin güclü olacağını, keçid ballarının qalxacağını düşünür.
Təhsil eksperti Kamran Əsədov bildirib ki, 2024-cü ildə ali məktəblərə keçirilən qəbul imtahanları nəticələr baxımından əvvəlki illərdən ciddi şəkildə fərqlənir:
“Cari ilin mart ayının 3-də və 10-da keçirilən buraxılış imtahanlarından sonra Azərbaycanda fantastik sayda insan maksimum bal topladı. Belə ki, 300 bal toplayanların sayı 54 nəfər idi. Bu isə ümumilikdə əvvəlki illərlə müqayisədə orta bal toplayan abituriyentlərin sayının çox olmasına gətirib çıxardı. Bu il ən gərgin vəziyyət III ixtisas qrupunda olacaq. Belə ki, burada 500 və 600-dən yuxarı bal toplayanların sayı keçən illə müqayisədə dəfələrlə çoxdur. IV ixtisas qrupunda da biz gərgin tibb ixtisasında vəziyyət görəcəyik. I və II ixtisas qruplarında abituriyentlər digər qruplardan daha şanslıdırlar. II ixtisas qrupunda müsabiqə şərtini ödəyən abituriyentlərin rahatlıqla qəbul olmaq şansları çoxdur. Hətta burada subbakalvrların, yəni kollec məzunlarının da qəbul olmaq şansı digər qruplarla müqayisədə daha çoxdur”.
Onun sözlərinə görə, I ixtisas qrupunda ən gərgin vəziyyət informasiya təhlükəsizliyi və informasiya texnologiyaları ixtisaslarında olacaq:
“II ixtisas qrupunda gərgin vəziyyət maliyyə ixtisasında görəcəyik. Təbii ki, III ixtisas qrupunda ən gərgi mübarizə hüquq ixtisasında olacaq. Amma abituriyentlər üçün yaxşı xəbər odur ki, bu il tarixi Torpağımız olan Xankəndidə Qarabağ Universiteti, bununla yanaşı İtaliya-Azərbaycan Universiteti və Türkiyə-Azərbaycan Universiteti fəaliyyətə başlayacaq. Bu da universitetlərdə rəqabət mühiti yaradacaq. Əvvəllər universitetlər rahat idilər ki, onsuz da abituriyentlər onları seçəcək. Amma Qarabağ Universitetində tələbələrə kifayət qədər güzəşt və imtiyazların verilməsi, Bakıdakı yüksək balla qəbul olanlara öz təsirini göstərəcək”.
Ekspert qeyd edib ki, abituyentlər ixtisas seçimi edərkən Dövlət İmtahan Mərkəzinin çap etdiyi "Abituriyent-2" jurnalına baxırlar, seçimlərini bu jurnalla etməsinlər:
“Bu il ali təhsil müəssisələrinin plan yeri artıb. 2023-cü ildə ali təhsil müəssisələrinin plan yeri 55.800 idisə, bu il 60 minə çatıb. Ona görə də "Abituriyent-4" jurnalını gözləsinlər. Kim keçən ilki ballarla ixtisas seçimi edirsə, onlar yanlış addım atırlar. Hər il bu tipli yolla ixtisas seçimi edib 500-dən çox balla kənarda qalan kifayət qədər abituriyentlər olur. Ona görə də statistik göstəriciləri gözləsinlər və bundan sonra ixtisas seçimi etsinlər”.
Təhsil eksperti Elçin Süleymanov isə bildirib ki, hər il olduğu kimi bu günlər abituriyentlər üçün həyəcanlıdırlar:
“İxtisas seçimində böyük rəqabət IV ixtisas qrupunda tibb ixtisasında olub. Çünki tibb ixtisasında müsabiqə vəziyyəti yüksək olur. Qrupda ixtisas seçimi az olduğuna görə burada gərginlik yaranır. III ixtisas qrupunda müəllimlik, xarici dillər, hüquq və beynəlxalq münasibətlər ixtisaslarında gərginlik gözlənilir. I qrupda əsas gərginlik kompüter mühəndisliyi və kivertəhlükəsizlik, II ixtisas qrupunda isə maliyyə ixtisasında gözlənilir. V ixtisas qrupunda isə sənəd verənlərin sayı çox olsa da burada buraxılış imtahanı nəticəsində seçim olduğuna görə, demək olar ki, əvvəlki illərə uyğun müsabiqə vəziyyəti var”.
26-07-2024, 16:59
Qarabağ Universitetinin yeni dekanı kimdir?


Qarabağ Universitetinin yeni dekanı kimdir?

Qarabağ Universitetinin rektoru Şahin Bayramovun müvafiq əmri ilə Ceyhun Məmmədov İqtisadiyyat fakültəsinə dekan təyin olunub.
Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Ceyhun Məmmədov Azərbaycan Dövlət İqtisad Universitetinin ticarətin və ictimai iaşənin iqtisadiyyatı və idarə edilməsi ixtisası üzrə bakalavriat səviyyəsində təhsil alıb. Daha sonra iqtisadiyyat ixtisası üzrə Portuqaliyanın Elm və Texnologiya Fondunun tam təqaüdü ilə Lissabon NOVA Universitetində magistratura və Almaniyanın Bielefeld Universitetində doktorantura səviyyələrində təhsilini davam etdirib.
Ceyhun Məmmədov elmi-pedaqoji fəaliyyətinə 2012-ci ilin sentyabr ayında Xəzər Universitetində başlayıb, 2012–2013-cü illərdə İqtisadiyyat və menecment departamentinin iqtisadiyyat bölməsi üzrə koordinator, 2013–2015-ci illərdə departamentin müdir əvəzi, 2015–2017-ci illərdə departament müdiri vəzifələrində çalışıb. 2017-ci ildən isə universitetin İqtisadiyyat və menecment fakültəsinin dekanı vəzifəsində çalışıb.
Bundan əlavə, Ceyhun Məmmədov 2016-cı ildən ADA Universitetində iqtisadiyyat sahəsi üzrə müxtəlif fənləri tədris edib.
Ceyhun Məmmədov “Scopus” və “Web of Science” indeksli jurnallarda dərc olunmuş bir sıra elmi məqalələrin müəllifidir.
26-07-2024, 16:19
Azərbaycanla Qazaxıstan arasında hərbi sahədə əməkdaşlıq sazişi imzalandı


Azərbaycanla Qazaxıstan arasında hərbi sahədə əməkdaşlıq sazişi imzalandı

“Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında müdafiə sahəsində hərbi kəşfiyyat üzrə əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.
Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.
Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Müdafiə Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Qazaxıstan Respublikası Hökumətinə bildiriş göndərməlidir.
26-07-2024, 16:15
Paşinyan Türkiyə ilə sərhəddə


Paşinyan Türkiyə ilə sərhəddə

Ermənistanın baş naziri Nikol Paşinyan Armavir vilayətinə işgüzar səfər edib.
Səfər zamanı onu Ermənistan Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rustam Badasyan müşayiət edib.
Badasyanın müşayiəti ilə o, Ermənistan-Türkiyə sərhədində modernləşdirilmiş keçid məntəqəsinə baş çəkib.
Baş nazir sərhəd-keçid məntəqəsinin imkanları ilə tanış olub, ərazini gəzib.
26-07-2024, 16:03
Qatarlara elektron şəxsiyyət vəsiqəsi ilə minə biləcəyik


Qatarlara elektron şəxsiyyət vəsiqəsi ilə minə biləcəyik

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) ölkədaxili marşrutlar üzrə hərəkət edən sərnişin qatarlarına minik zamanı artıq həm də elektron şəxsiyyət vəsiqəsini təqdim etmək mümkündür.
Bu barədə səhmdar cəmiyyəti məlumat yayıb.
Məlumata görə, ölkə Prezidentinin 16 iyul 2024-cü il tarixli fərmanına əsasən, “My.gov.az” portalından qeydiyyatdan keçərək istifadə olunan elektron şəxsiyyət vəsiqəsi fiziki şəxsiyyət vəsiqəsinin əslinə bərabər tutulur.
Artıq hər bir vətəndaşın “My.gov.az” portalından qeydiyyatdan keçməklə şəxsiyyətini təsdiq edən məlumatları QR kod şəklində əldə edib, həmin QR kodu səfər öncəsi qeydiyyatdan keçmək üçün vaqon bələdçisinin validatorunda (məlumatları yoxlama cihazı) oxutmağa təqdim etməsi kifayətdir.
Sərnişinlər üçün rəqəmsal imkanları mütəmadi olaraq genişləndirən ADY-nin yeni sistemə inteqrasiyası qatara minik prosesini daha sadələşdirir və sürətləndirir. Bu da sərnişinlərin rahat səfər etməsinə, eləcə də hər hansı səbəbdən fiziki şəxsiyyət vəsiqəsi olmadıqda belə səyahətlərini davam etdirmsinə imkan verir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!