Su anbarında batan gənclər hələ də tapılmayıb - Axtarışdan GÖRÜNTÜLƏR .....                        Putinlə Zelenski görüşməlidir .....                        Yas mərasimində yeməkdən boğulub öldü .....                        İraqda 5 terrorçu zərərsizləşdirildi .....                        Kişi liftdə arvadını və 4 yaşlı oğlunu bıçaqladı .....                        İslam Həmrəylik Oyunlarının vaxtı AÇIQLANDI .....                        Qarlı hava 165 nəfəri xəstəxanalıq etdi .....                        Ən çox uzun müddət evli olanlar boşanır - STATİSTİKA .....                        Rusiya ilə ABŞ yaxınlaşır? - Zelenskinin hakimiyyəti sual altında .....                       
Tarix : 26-07-2024, 17:23
III və IV qruplarda rəqabət daha güclü olacaq


III və IV qruplarda rəqabət daha güclü olacaq

Yaxın günlərdə Azərbaycanda ixtisas seçimləri başlayacaq. Plan yerlərinin sayı artırılsa da, ekspertlər bir sıra qruplarda rəqabətin güclü olacağını, keçid ballarının qalxacağını düşünür.
Təhsil eksperti Kamran Əsədov bildirib ki, 2024-cü ildə ali məktəblərə keçirilən qəbul imtahanları nəticələr baxımından əvvəlki illərdən ciddi şəkildə fərqlənir:
“Cari ilin mart ayının 3-də və 10-da keçirilən buraxılış imtahanlarından sonra Azərbaycanda fantastik sayda insan maksimum bal topladı. Belə ki, 300 bal toplayanların sayı 54 nəfər idi. Bu isə ümumilikdə əvvəlki illərlə müqayisədə orta bal toplayan abituriyentlərin sayının çox olmasına gətirib çıxardı. Bu il ən gərgin vəziyyət III ixtisas qrupunda olacaq. Belə ki, burada 500 və 600-dən yuxarı bal toplayanların sayı keçən illə müqayisədə dəfələrlə çoxdur. IV ixtisas qrupunda da biz gərgin tibb ixtisasında vəziyyət görəcəyik. I və II ixtisas qruplarında abituriyentlər digər qruplardan daha şanslıdırlar. II ixtisas qrupunda müsabiqə şərtini ödəyən abituriyentlərin rahatlıqla qəbul olmaq şansları çoxdur. Hətta burada subbakalvrların, yəni kollec məzunlarının da qəbul olmaq şansı digər qruplarla müqayisədə daha çoxdur”.
Onun sözlərinə görə, I ixtisas qrupunda ən gərgin vəziyyət informasiya təhlükəsizliyi və informasiya texnologiyaları ixtisaslarında olacaq:
“II ixtisas qrupunda gərgin vəziyyət maliyyə ixtisasında görəcəyik. Təbii ki, III ixtisas qrupunda ən gərgi mübarizə hüquq ixtisasında olacaq. Amma abituriyentlər üçün yaxşı xəbər odur ki, bu il tarixi Torpağımız olan Xankəndidə Qarabağ Universiteti, bununla yanaşı İtaliya-Azərbaycan Universiteti və Türkiyə-Azərbaycan Universiteti fəaliyyətə başlayacaq. Bu da universitetlərdə rəqabət mühiti yaradacaq. Əvvəllər universitetlər rahat idilər ki, onsuz da abituriyentlər onları seçəcək. Amma Qarabağ Universitetində tələbələrə kifayət qədər güzəşt və imtiyazların verilməsi, Bakıdakı yüksək balla qəbul olanlara öz təsirini göstərəcək”.
Ekspert qeyd edib ki, abituyentlər ixtisas seçimi edərkən Dövlət İmtahan Mərkəzinin çap etdiyi "Abituriyent-2" jurnalına baxırlar, seçimlərini bu jurnalla etməsinlər:
“Bu il ali təhsil müəssisələrinin plan yeri artıb. 2023-cü ildə ali təhsil müəssisələrinin plan yeri 55.800 idisə, bu il 60 minə çatıb. Ona görə də "Abituriyent-4" jurnalını gözləsinlər. Kim keçən ilki ballarla ixtisas seçimi edirsə, onlar yanlış addım atırlar. Hər il bu tipli yolla ixtisas seçimi edib 500-dən çox balla kənarda qalan kifayət qədər abituriyentlər olur. Ona görə də statistik göstəriciləri gözləsinlər və bundan sonra ixtisas seçimi etsinlər”.
Təhsil eksperti Elçin Süleymanov isə bildirib ki, hər il olduğu kimi bu günlər abituriyentlər üçün həyəcanlıdırlar:
“İxtisas seçimində böyük rəqabət IV ixtisas qrupunda tibb ixtisasında olub. Çünki tibb ixtisasında müsabiqə vəziyyəti yüksək olur. Qrupda ixtisas seçimi az olduğuna görə burada gərginlik yaranır. III ixtisas qrupunda müəllimlik, xarici dillər, hüquq və beynəlxalq münasibətlər ixtisaslarında gərginlik gözlənilir. I qrupda əsas gərginlik kompüter mühəndisliyi və kivertəhlükəsizlik, II ixtisas qrupunda isə maliyyə ixtisasında gözlənilir. V ixtisas qrupunda isə sənəd verənlərin sayı çox olsa da burada buraxılış imtahanı nəticəsində seçim olduğuna görə, demək olar ki, əvvəlki illərə uyğun müsabiqə vəziyyəti var”.


Paylaş



Bölmə: Təhsil / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!