Dil tarixinə dair praktikum .....                        Hörmüz tezliklə açılacaq - Tramp .....                        İranla işimiz bitməyib - Netanyahu .....                        “Neftçi”dən növbəti QƏLƏBƏ .....                        Vaşinqtonda kritik görüş: İsrail və Livan üz-üzə .....                        Pakistan qırıcıları Səudiyyə Ərəbistanında .....                        Pakistanda İranın maraqlarını müdafiə edirik - Pezeşkian .....                        Kürdə suyun səviyyəsi yüksəldi .....                        Türkiyədə polis əməliyyatları - 722 nəfər saxlanıldı .....                       
Tarix : 21-12-2025, 10:12
Mbappe Ronaldonun rekordunu TƏKRARLADI


Mbappe Ronaldonun rekordunu TƏKRARLADI

Fransız futbolçu Kilian Mbappe portuqaliyalı Kriştianu Ronaldonun bir təqvim ilində İspaniyanın "Real" komandasındakı qol rekordunu təkrarlayıb.
Mbappe İspaniya çempionatının "Sevilya" ilə ev oyununda (2:0) fərqlənib. Fransalı hücumçu 2025-ci ildə 59-cu qolunu vurub. Ronaldo eyni göstəriciyə 2013-cü ildə imza atıb.
Qeyd edək ki, dekabrın 20-də Mbappenin 27 yaşı tamam olub. Hücumçu 3 iyun 2024-cü ildə "Real"la azad agent kimi müqavilə imzalayıb.
Mbappe 2018-2024-cü illərdə PSJ-də çıxış edib, klub tarixinin ən yaxşı bombardiridir. O, komandanın heyətində beş dəfə Fransa Kubokunun və ölkə Super Kubokunun üçqat qalibi olub, Liqa Kubokunda iki dəfə qalib olub. Mbappe Fransa millisi ilə Rusiyada 2018-ci ilin Dünya Çempionatını qazanıb, habelə Qətərdə 2022-ci il Dünya Çempionatının gümüş medalına sahib olub.
"Real" 2025-ci ilin sonuna qədər heç bir oyun keçirməyəcək.


Paylaş



Bölmə: İdman / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!