Kreml beynəlxalq hüququ pozur, insanları öldürür - Lyayen .....                        Husilər İsrail aeroportunu vurdu .....                        Bitməsini istəmirəm... - Messi .....                        Gəncədəki bədbəxt hadisə ilə bağlı FHN-dən AÇIQLAMA .....                        Gəncədə ev uçdu - Fəhlə öldü .....                        “Dostluq” kəmərinə yeni ZƏRBƏLƏR .....                        Qüdsdə Netanyahuya qarşı ETİRAZLAR .....                        Azərbaycan - Ukrayna oyununun hakimləri açıqlandı .....                        Britaniya hərbçiləri “görünməz" olacaq .....                       
24-11-2023, 17:35
Xankəndidə “AzS­ta­te­Net” şə­bə­kə­si­nin qu­rulma­sına hazırlıq görülür


Xankəndidə “AzS­ta­te­Net” şə­bə­kə­si­nin qu­rulma­sına hazırlıq görülür

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti Xankəndi şəhərində “AzS­ta­te­Net” şə­bə­kə­si­nin qu­rulma­sına ha­zır­lıq görür.
Bunu Dövlət Xidmətinin rəisi, İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının sədri İlqar Musayev Milli Məclisin jurnalına verdiyi müsahibədə bildirib.
"Bu il sent­yabrın 19-20-də Qa­ra­bağ­dakı se­pa­rat­çı re­ji­mə qar­şı ke­çirilmiş an­ti­ter­ror əmə­liy­yat­la­rı za­ma­nı Döv­lət Xid­mə­ti Xan­kən­di­də, Ağ­də­rə və Xo­ca­lı rayonlarında döv­lət qu­rum­la­rı­nın eti­bar­lı ida­rə olun­ma­sı və mə­lu­mat mü­ba­di­lə­si­nin təş­ki­li məq­sə­di i­lə ope­ra­tiv ola­raq TET­RA ra­diora­bi­tə şə­bə­kə­si qu­rla­raq is­ti­fa­də­yə ve­rib. İndi isə hə­min böl­gədə­ “AzS­ta­te­Net” şə­bə­kə­si­nin qu­rulma­sına ha­zır­lıq ge­dir", - deyə o qeyd edib.
"İs­tər pan­de­miya döv­rün­də, is­tər­sə də bu gün ali döv­lət qu­rum­la­rı­nın vi­deokonfrans for­matlı gö­rüş­lə­ri, qə­bulla­rı yük­sək sə­viy­yə­də təş­kil olu­nur. Öl­kə­miz­də ke­çi­ri­lən bir sı­ra döv­lət əhə­miy­yət­li təd­bir­lər­lə (Qoşul­ma­ma Hə­rə­ka­tı, “TEK­NO­FEST Azər­bay­can” festivalı, Ba­kı Mara­fo­nu, Qlo­bal Fo­rum, Ve­lo­si­ped üz­rə öl­kə çem­piona­tı, Gənc­lər və İd­man Na­zir­li­yi­nin Şu­şa­da təş­kil et­di­yi “Won­der­land” təd­bi­ri, “Formu­la-1” ya­rış­la­rı) əla­qə­dar ya­radıl­mış qə­rar­gah­ları zə­ru­ri tex­ni­ki va­si­tə­lər­lə tə­min etmişik. Gös­tə­ri­lən­lə­ri nə­zə­rə ala­raq qeyd et­mək is­tər­dim ki, döv­lət qu­rum­la­rı­na və st­ra­te­ji ob­yekt­lə­rə key­fiy­yət­li xü­su­si ra­bi­tə xid­mət­ləri­nin təş­ki­li və gös­tə­ril­mə­si, elə­cə də on­la­rın təh­lü­kə­siz­li­yi­nin tə­min edil­mə­si Xid­mə­tin əsas və­zi­fə­lə­rindən bi­ri­dir”, - deyə İ.Musayev əlavə edib.
24-11-2023, 16:58
Qazaxıstan Ermənistana silah tədarükünü təkzib etdi - RƏSMİ


Qazaxıstan Ermənistana silah tədarükünü təkzib etdi - RƏSMİ

Qazaxıstan Müdafiə Nazirliyi Ermənistana silah tədarükü ilə bağlı xəbərlərə münasibət bildirib.
Nazirlik Ermənistana silah tədarük edilməsini təkzib edib.
Nazirliyin açıqlamasında deyilir ki, bir sıra sosial şəbəkə hesablarında və xəbər portallarında Qazaxıstanın guya Ermənistana silah tədarük etmək niyyətində olması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir:
“Ermənistan Respublikasına Qazaxıstan silahlarının tədarükü ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil. Bundan əlavə, Qazaxıstan hökuməti 2022-ci ildən etibarən silah və hərbi texnikanın ölkədən ixracına qadağa qoyub”, - açıqlamada bildirilir.
Xatırladaq ki, bir müddət əvvəl Ermənistanın müdafiə naziri Suren Papikyan ölkəsinin Qazaxıstandan “TOS-A” reaktiv yaylım atəşi sistemləri almağı planlaşdırdığını açıqlayıb.
24-11-2023, 16:46
Putindən yeni ittiham: Qərb rus mədəniyyətini ləğv edir


Putindən yeni ittiham: Qərb rus mədəniyyətini ləğv edir

"Avtomatlaşdırma və süni intellektin tətbiqi vətəndaşların gəlirlərinin sürətlə artmasına şərait yaradacaq".
Bunu Rusiya prezidenti Vladimir Putin deyib.
"Tezliklə Rusiya Federasiyasında süni intellektin inkişafı strategiyasının yeni nəşri təsdiq ediləcək. Süni intellekt həkim və ya müəllimi əvəz etməyəcək, lakin onlara kömək edə bilər", - o əlavə edib.
Putin iddia edib ki, bəzi Qərb axtarış sistemləri qərəzlidir və rus mədəniyyətini “ləğv edir”: "Qərb alqoritmləri hətta axtarış sistemlərinə Rusiyanın mövcud olmadığını, rəqəmsal ləğvin baş verdiyini göstərə bilər".
24-11-2023, 16:31
Orban: “Macarıstanla Azərbaycan arasında çox yaxşı münasibətlər var”


Orban: “Macarıstanla Azərbaycan arasında çox yaxşı münasibətlər var”

Macarıstan və Azərbaycan qardaş ölkələrdir.
Bunu Macarıstanın baş naziri Viktor Orban BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqramının (SPECA) Bakıda keçirilən sammitində çıxışında deyib.
"Macarıstanla Azərbaycan arasında çox yaxşı münasibətlər var. Biz Mərkəzi Asiya ölkələri və Azərbaycanla qardaş ölkələrik", - Orban deyib.
O həmçinin, Macarıstanda Azərbaycana investisiya qoyan çox sayda şirkətin olduğunu qeyd edib.
24-11-2023, 16:20
Paşinyan KTMT ilə bağlı niyə qərar verilmədiyini açıqladı


Paşinyan KTMT ilə bağlı niyə qərar verilmədiyini açıqladı

Ermənistan baş naziri Nikol Paşinyan niyə ölkəsinin KTMT-dən çıxması barədə qərar vermədiyini açıqlayıb.
Bu barədə o, keçirdiyi mətbuat konfransında danışıb:
"Hazırda heç bir qərar verilməyibsə, o zaman əsas məsələnin Ermənistanın marağı olmasından çıxış edirik. KTMT-nin hərəkətləri Ermənistanın maraqlarına uyğun gəlmir və biz bu məsələni açıq şəkildə qaldırıb mövqeyimizi açıq şəkildə çatdırırıq ki, əhalinin sualları olmasın.
Biz öz mövqeyimizi KTMT-yə çatdırmaq üçün son fürsətdən istifadə edəcəyik. Burada səhv edə bilmərik".
24-11-2023, 16:02
Litvanın Baş naziri Kiyevdə səfərdədir


Litvanın Baş naziri Kiyevdə səfərdədir

Litvanın Baş naziri İnqrida Şimonite Ukrayna paytaxtı Kiyevdə işgüzar səfərdədir.
O, bu barədə "X" səhifəsində bildirib.
"Bu gün Kiyevdə ilk dayandığım zaman bir millətin var olmaq və azad yaşamaq kimi ən fundamental hüquqları uğrunda həyatlarını fəda edən kişi və qadınları şərəflə yad elədim. Onlar hamımızı qorumaq üçün canlarını veriblər”, - Baş nazir yazıb.
Onun Ukrayna rəsmiləri ilə görüşləri nəzərdə tutulub. Bir müddət əvvəl Baş nazirin səfərinin bir neçə gün davam edəcəyi bildirilmişdi.
24-11-2023, 15:53
Paşinyan azərbaycanlı əsirlərlə bağlı açıqlama verdi


Paşinyan azərbaycanlı əsirlərlə bağlı açıqlama verdi

Ermənistanın baş naziri Nikol Paşinyan azərbaycanlı əsirlərin dəyişdirilə biləcəyinin anonsunu verib.
Bu barədə o, keçirdiyi mətbuat konfransında danışıb.
Paşinyan Ermənistandakı azərbaycanlı əsirlərin Azərbaycanda məhkum olunmuş erməni diversantları ilə dəyişdirilə biləcəyinin mümkünlüyünü diqqətə çatdırıb.
"Biz məsələyə humanitar xarakter verərək dəyişməyə hazırıq" - Ermənistanın baş naziri deyib.
"Azərbaycanla danışıqlar bunun yollarından biridir", - Paşinyan bildirib.
23-11-2023, 17:14
Zabux kəndinə yola salınan növbəti köç ünvana çatıb


Zabux kəndinə yola salınan növbəti köç ünvana çatıb

Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən Laçın rayonunun Zabux kəndinə yola salınan növbəti köç karvanı ünvana çatıb. Yeni köçürülən ailələrə mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib.
Mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Azərbaycan Respublikası Prezidentinin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəliyinin, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun rəsmiləri iştirak ediblər.
Zabuxlular hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailəlırinə səbir diləyiblər.
Köçürülən ailələr Zabux kəndində yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bu mərhələdə Zabux kəndinə 25 ailə - 93 nəfər köçürülüb. Bununla da Zabux kəndində 121 ailənin, yəni 475 nəfərin daimi məskunlaşması təmin edilib.




23-11-2023, 16:57
Pakistan Azərbaycana dəstək dolu məktub göndərdi


Pakistan Azərbaycana dəstək dolu məktub göndərdi

"Pakistan Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə bundan sonra da davamlı dəstək göstərəcək".
Bu fikirlər Pakistan İslam Respublikasının Prezidenti Arif Alvinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda əksini tapıb.
Məktubda A.Alvi Zəfər Günü münasibətilə Azərbaycan hökumətini və xalqını səmimi-qəlbdən təbrik edib:
"Bu əlamətdar gün bizə Azərbaycan xalqının doğma Vətənin müdafiəsi uğrunda qəhrəmancasına mübarizəsini xatırladır. Sizin güclü liderliyiniz sayəsində qazandığınız bu strateji Qələbə nəticəsində təkcə Azərbaycan Respublikasının ərazi bütövlüyü deyil, həm də tarixi ədalət bərpa olundu. Builki bayram xüsusi əhəmiyyət daşıyır, belə ki, Azərbaycan qanuni ərazisi olan Qarabağ üzərində tam nəzarəti bərpa edib.Pakistan Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə bundan sonra da davamlı dəstək göstərəcək. Qoy, bu Zəfər regionda sülhü, sabitliyi, inkişafı və rifahı dönməz etsin! Uzun illərdən bəri yüksələn xətlə inkişaf edən qardaşlıq münasibətlərimizin son vaxtlarda keçirilmiş yüksək səviyyəli görüşlər və xalqlar arasında təmaslar nəzərə alınmaqla çoxşaxəli əməkdaşlıq vasitəsilə gücləndirilməsi istiqamətində Sizinlə birgə işləməyə ümidvaram. Zati-aliləri, Sizə olan ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
23-11-2023, 16:42
Prezident BMT rəsmisini qəbul etdi


Prezident BMT rəsmisini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) icraçı katibi xanım Armida Salsiya Alişahbananı qəbul edib.
Armida Salsiya Alişahbanan BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) 25-ci ildönümündə Azərbaycanda Zirvə görüşünün keçirilməsinin əlamətdar hadisə olduğunu vurğulayaraq, bu münasibətlə ev sahibi və sədr qismində Azərbaycan Respublikasına təbriklərinə çatdırdı.
Dövlətimizin başçısı bildirdi ki, ölkəmiz 1992-ci ildə BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasına üzv olub və Azərbaycanın bu təsisatın əksər üzv dövlətləri ilə yüksək səviyyədə siyasi münasibətləri var.
Xüsusilə nəqliyyat, rəqəmsallaşma, enerji sahələrində və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlıq üçün UNESCAP-ın vacib platforma olduğunu bildirən Prezident İlham Əliyev UNESCAP və SPECA regionları arasında gələcək əməkdaşlıq imkanlarının da mümkünlüyünə toxundu, nəqliyyat sahəsində işbirliyini xüsusilə qeyd etdi.
Dövlətimizin başçısı region ölkələri ilə birlikdə, xüsusən də Orta Dəhliz, Xəzər və Qara dənizləri birləşdirən nəqliyyat dəhlizlərinin inkişaf konsepsiyası haqqında məlumat verdi, nəqliyyat daşımalarının rəqəmsallaşdırılması, vahid tarif və standartların tətbiq edilməsinin vacibliyini diqqətə çatdırdı.
Söhbət zamanı ölkəmizin UNESCAP çərçivəsində Trans-Asiya dəmir yolu Sazişi şəbəkəsi, Asiya quru limanları üzrə hökumətlərarası Saziş və digər hökumətlərarası sazişlərdə iştirakı məsələsi qeyd edildi.
Görüşdə ölkəmizlə UNESCAP arasında əlaqələrin genişləndirilməsi və bu təsisatın müvafiq iclaslarının Azərbaycanda keçirilməsinə dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!