Cəlilabadda ağır yol qəzası - 6 nəfər yaralandıCəlilabad rayonunda ağır yol qəzası baş verib.
Hadisə rayonun Hamarqışlaq kəndi ərazisində qeydə alınıb. "Mercedes" və "VAZ 21099" markalı minik avtomobillərinin toqquşması nəticəsində 6 nəfərin xəsarət aldığı bildirilir.
Xəsarət alanlar rayon xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.