Azad edilmiş ərazilərdə təhlükəli radioaktiv maddələr aşkarlanıb .....                        Laçında ağır qəza - 3 nəfər öldü .....                        Onlar sülh əldə etməyə razılaşdılar - TRAMP .....                        Kenan Piriç rəsmən “Neftçi”də .....                        Dövlət qurumunun əməkdaşı iş başında öldü .....                        Ağdam və Füzulidə yanğınlar TAM SÖNDÜRÜLDÜ .....                        Bakı metrosunda qatarların hərəkət vaxtı uzadılacaq .....                        Metsamor AES ciddi nüvə təhlükəsi mənbəyidir - Türkiyədən XƏBƏRDARLIQ .....                        "Sağlığında yox, indi Aydınla fəxr edirəm" .....                       
21-12-2021, 12:25
Azərbaycanda daha bir federasiyaya prezident seçiləcək

Bu gün Azərbaycan Triatlon Federasiyasında Hesabat-Seçki Konfransı keçiriləcək.

Bütöv.az-ın xəbərinə görə, bu tədbirdə federasiyanın növbəti beş il üçün prezidenti seçiləcək.

Konfrans saat 14:00-da başlayacaq. Tədbir ənənəvi olaraq Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutacaq.

Qeyd edək ki, 2013-cü ildə yaradılmış Azərbaycan Triatlon Federasiyasının hazırkı prezidenti Azər Məhərrəmovdur. O, ilk gündən federasiyaya rəhbərlik edir. A.Məhərrəmov sonuncu dəfə 2015-ci ilin sentyabrında Milli Olimpiya Komitəsində keçirilmiş seçkidə bu posta seçilib.
21-12-2021, 12:20
“Tərtər işi” üzrə zərərçəkmişlərin yenidən ifadəsi alınır

“Tərtər işi” ilə bağlı yeni yaradılan istintaq qrupu tərəfindən istintaq hərəkətlərinə başlanılıb.

APA-nın əldə etdiyi məlumata görə, istintaq qrupu tərəfindən “Tərtər işi” üzrə zərərçəkmiş kimi tanınan şəxslər və işgəncələrə məruz qaldığı iddia edilən hərbi qulluqçular artıq Baş Prokurorluğa dəvət olunur.
Qeyd edək ki, bir neçə gün əvvəl Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətləri “Tərtər işi” ilə bağlı birgə məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Müdafiə Nazirliyinin Tərtər, Ağdam, Beyləqan rayonları istiqamətində yerləşən hərbi hissələrində xidmət edən bəzi hərbi qulluqçuların qanunazid əməlləri ilə əlaqədar 2017-ci ilin may-iyun ayları ərzində həmin bölmələrin və digər hərbi hissələrin bir qrup hərbi qulluqçusu cinayət-prosessual qanunvericiliyin tələblərinə zidd olaraq müvafiq səlahiyyətlərə malik olmadıqları halda qanunsuzluqlar törətməkdə şübhəli hesab etdikləri şəxsləri sorğulama prosesinə cəlb edib onlara fiziki və psixi zor tətbiq etməklə zərərçəkmiş şəxslərin ölümünə və digər ağır nəticələrə səbəb olan işgəncəyə, qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qoyublar.

“Həmin faktlarla bağlı Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılaraq 19 təqsirləndirilən şəxs barəsində beş cinayət işinin ibtidai istintaqı yekunlaşdırılıb aidiyyəti üzrə baxılması üçün məhkəmələrə göndərilib, məhkəmələrin ittiham hökmləri ilə onlar müxtəlif cəzalara məhkum ediliblər.

Zərərçəkmiş şəxslərin, onların hüquqi varislərinin və digər şəxslərin ibtidai istintaqın gedişi və nəticələri, eləcə də məhkəmə qərarları ilə bağlı çoxsaylı müraciətləri nəzərə alınaraq Azərbaycan Respublikası baş prokurorunun müvafiq sərəncamı ilə işçi qrup yaradılmaqla qeyd olunan cinayət işləri Respublika Hərbi Prokurorluğundan tələb edilib, ətraflı surətdə öyrənilib, hər bir qanunazid əməlin baş vermə hallarının tam, hərtərəfli, obyektiv araşdırılması, bütün təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunması, cinayətlərdən ziyan çəkmiş şəxslərin pozulmuş hüquqlarının bərpası və müdafiəsi üçün zəruri tədbirlərin görülməsi məqsədilə 2021-ci ilin 16 dekabr tarixində Baş Prokurorluqda göstərilən faktlar üzrə cinayət işlərinin icraatının təzələnməsi haqqında qərarlar qəbul edilib.

Cinayət işləri Baş Prokurorluğun icraatına qəbul edilməklə ibtidai istintaq Azərbaycan Respublikasının baş prokuroru tərəfindən xüsusi nəzarətə götürülüb, prokurorluq, daxili işlər və dövlət təhlükəsizliyi orqanlarının təcrübəli və peşəkar əməkdaşlarından ibarət istintaq qrupları yaradılaraq ibtidai araşdırmaya prosessual rəhbərlik baş prokurorun birinci müavininə tapşırılıb.

Hazırda müvafiq istintaq-əməliyyat planları əsasında kompleks tədbirlər həyata keçirilir və istintaqın gedişi barədə ölkə ictimaiyyətinə əlavə məlumat veriləcək.

Bununla yanaşı, kütləvi informasiya vasitələrinin nümayəndələrinin, sosial media platformaları istifadəçilərinin, eləcə də cinayət prosesi iştirakçılarının diqqətinə çatdırılır ki, ibtidai araşdırma məlumatlarının müvafiq icazə olmadan yayılması yolverilməz olmaqla cinayət qanunvericiliyinə əsasən məsuliyyət yaradır, habelə istintaqa təsir göstərmək, cəmiyyətdə qəsdən yanlış fikir formalaşdırmaq, qalib Azərbaycan ordusunun nüfuzuna, dövlət orqanlarının fəaliyyətinə kölgə salmaq məqsədilə qərəzli surətdə təhrif olunmuş məlumatlar yayan şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görüləcək”, - deyə məlumatda bildirilir.


Bütöv.az
21-12-2021, 12:15
Azərbaycanın əməkdar artisti vəfat edib

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, əməkdar artist Elşən Carhanlı vəfat edib.

Bu barədə onun həmkarları məlumat yayıb.

Məlumata görə, o, bu gün 59 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Elşən Carhanlı 2 oktyabr 1962-ci ildə Bakı şəhərində doğulub. 1983-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. Həmin ildən təyinatla H.Ərəblinski adına Sumqayıt Dövlət Drma Teatrında əmək fəaliyyətinə başlayıb. 1989-cu ildən Azərbaycan Dövlət Gənclər teatrında aktyor vəzifəsində çalışıb. 2009-cu il may ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında çalışıb. 2018-ci ildə Elşən Carhanlıya Azərbaycanın əməkdar artisti fəxri adı verilib.

Allah rəhmət eləsin.

Bütöv.az
21-12-2021, 12:11
"2022-ci il pandemiyaya son qoyduğumuz il olmalıdır"

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus BMT-nin Cenevrə ofisində jurnalistlərlə ilin ilk və son üz-üzə mətbuat konfransı keçirib.

Bütöv.az xəbər verir ki,Tedros Adhanom Qebreyesus bu il 3,3 milyondan çox insanın koronavirus səbəbiylə öldüyünü ifadə edərək, "2022 pandemiyaya son qoyduğumuz il olmalıdır",- deyə açıqlamasında bildirib.

"Heç birimiz 18 ay və daha çox panemiyanın məngənəsində olacağımızı təsəvvür edə bilməzdik. Bu il COVİD-19-dan 3,3 milyon insan öldü. Bu, 2020-ci ildə HİV/QİÇS, malyariya və vərəmdən ölənlərin sayından çoxdur", - deyə baş direktor ölüm hallarının son illərində artmasından narahatlıq keçirdiyini vurğulayıb.

COVİD-19-un "Omicron" variantı ilə bağlı Qebreyesus, "İndi "Omicron"un "Delta" variantından əhəmiyyətli dərəcədə daha sürətli yayıldığına dair ardıcıl sübutlar var. Həmçinin, koronavirusdan peyvənd olunmuş və ya sağalmış insanlarda yenidən yoluxma ehtimalı daha yüksəkdir".

Dünya ölkələrində Yeni il tətillərində böyük izdihamın iştirakının təşkili ləğv edilməsi lazım olduğunu vurğulayan baş direktor, "Ölkələrin festival əsnasında daha diqqətli olması və toplu izdihamı məhdudlaşdırması lazımdır. Bu dövrdə belə təşkilatların təxirə salınması daha çox can qurtaracaq", - deyə ifadə edib.
21-12-2021, 11:53
Türkiyədə lirə bahalaşıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin növbəti iclasından sonrakı açıqlamasının ardınca Türkiyə vaxtı ilə saat 23.00-a olan məlumata görə, 1 ABŞ dollarının məzənnəsi 13,44 lirəyə, 1 avronun məzənnəsi isə 15,23 lirə səviyyəsinə düşüb.

APA-nın yerli bürosunun xəbərinə görə, son günlər Türkiyədə dolların sürətlə artan məzənnəsi Türkiyə Prezidentinin son çıxışından əvvəl 18 lirədən çox olub.

Qeyd edək ki, Türkiyə Prezidenti çıxışında türk lirəsinin məzənnəsi üçün yeni tənzimləmələr olacağını bildirib.

Bütöv.az
21-12-2021, 11:49
Ərdoğanın açıqlamaları türk lirəsini silkələdi: Sürətlə bahalaşır

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın açıqladığı iqtisadi model türk lirəsinin sürətlə dəyər qazanmasına səbəb olub.

Bütöv.az xəbər verir ki, Ərdoğanın açıqlamalarından dərhal sonra 1 ABŞ dolları - 15,30 lirə nisbətində olub. Hazırda isə 1 ABŞ dolları - 12 lirə nisbətindədir.
Qeyd edək ki, ötən gün bu göstərici 1 ABŞ dolları - 18,01 lirə nisbətində idi. Bu da rekord göstərici idi.
21-12-2021, 11:41
Kamran Əliyevdən yeni TƏYİNATLAR

Kəlbəcər və Qubadlı rayonlarına yeni hərbi prokurorlar təyin edilib.

Oxu.Az-ın məlumatına görə, Baş prokuror Kamran Əliyevin müvafiq əmrləri ilə Mahir Bayramov Kəlbəcər hərbi prokuroru, Elşən Mürsəlov isə Qubadlı hərbi prokuroru təyin edilib.

İnformasiya Baş Prokurorluğun Mətbuat Xidməti tərəfindən təsdiq edilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin “İşğaldan azad olunmuş ərazilərdə yeni hərbi prokurorluqların yaradılması haqqında” 1 aprel 2021-ci il tarixli Sərəncamına əsasən, Qubadlı və Kəlbəcər Hərbi Prokurorluqları yaradıldıqdan sonra Baş prokuror Kamran Əliyevin müvafiq əmrləri ilə qeyd olunan hərbi prokurorluqların struktur və ştat tərkibi müəyyən edilib.

Bütöv.az
21-12-2021, 11:34
Bakıdakı məktəbəhazırlıq qruplarının SAYI

BŞTİ-nin tabeliyindəki 275 ümumi təhsil müəssisəsində 1070 məktəbəhazırlıq qrupu fəaliyyət göstərir.

Bakı Şəhər Təhsil İdarəsindən Modern.az-a verilən məlumata görə, 2021-ci ildə paytaxt üzrə məktəbəhazırlıq qruplarına 25 444 uşaq cəlb olunub.

Bütöv.az
21-12-2021, 11:12
Ayan Nadirin oğlunun toyunda rəqsi ilə diqqət çəkdi - VİDEO

Xəbər verdiyimiz kimi, ötən gecə paytaxt restoranlarının birində müğənni Nadir Qafarzadənin oğlunun toy mərasimi baş tutub.

Bütöv.az xəbər verir ki, toy məclisinə müğənninin həmkarları iştirak edib. Belə ki, toyda ən diqqət çəkan məqamlardan biri də müğənni Ayan Babakişiyevanın rəqsi olub. O, açıq sinə və ayaq dekolteli ağ geyimi ilə Nuri Sərinləndiricinin "Qızım" mahnısına rəqs edib.

Müğənnin rəqsi sosial media izləyiciləri tərəfindən müsbət qarşılanıb.

21-12-2021, 10:58
Təhsil naziri brifinq keçirir - CANLI YAYIM

Prezident İlham Əliyevin təhsil sahəsində islahatları özündə əks etdirən müvafiq sərəncamları ilə bağlı təhsil naziri Emin Əmrullayev brifinq keçirir.

Tədbirdə media nümayəndələrinin sualları cavablandırılacaq.

Ətraflı Baku TV-nin brifinqdən canlı bağlantısını təqdim edirik:



Bütöv.az
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!