Evlərinə istilik verilmir, amma adlarına xeyli borc yazılıb. Bakıxanov qəsəbəsi, Surxay Cabbarov küçəsindəki binanın sakinləri mövcud vəziyyətdən narazıdırlar. Sakinlərdən biri "Xəzər TV"yə bildirib ki, mənzilində 7-8 il istilik olmasa da adına 170 manat borc yazılıb. Sakinlər istiliyə olan borclarının silinməsi üçün adiyyəti qurumlara müraciət etdiklərini deyiblər.
"Əbədi Birlik” Gənclər İctimai Birliyi və Türk Ağsaqqalları İctimai Birliyinin Gənclər Təşkilatının əməkdaşlıq görüşü keçirilib
Görüş zamanı hər iki təşkilat arasında əməkdaşlığın genişləndirilməsi məsələsi müzakirə edilib. Birgə layihələrin həyata keçirilməsinin perspektivlərindən danışan TAİB GT sədri Sübhan Xıdırzadə ortaq layihələrin əhəmiyyətindən danışıb. Bildirib ki, TAİB-in Gənclər Təşkilatı ümumtürk coğrafiyasının fəal gənclərini bir araya gətirmək, ortaq layihələr işləmək, türk birliyinin inkişafı üçün bütün potensial gücünü ortaya qoymaq əzmilə ağsaqqalların xeyir-duasıyla yola çıxıb.
"Əbədi Birlik- Gənclər" İctimai Birliyinin sədri Şahin Əliyev çıxışında dövlətin gənclərə yaratdığı şəraitdən danışaraq, daha səmərəli, məhsuldar iş görmək üçün gənclərə hər cür dəstəyin verildiyini qeyd edib. Onu da vurğulayıb ki, TAİB yarandığı az bir müddətdə gənclərə böyük bir meydan açıb, bu meydanda gənclərin birliyi türk dünyasına daha çox töhfələr verə bilər.
[/center] Görüşdə iştirak edən TAİB-in İcra Aparatının rəhbəri Nicat Huseyn Daglar da öz növbəsində gənclərə uğur diləyərək, öz məsləhət və tövsiyyələrini verib.
Rusiyanın Ukraynaya atdığı raketlərdən biri Moldovanın Briçansk rayonu ərazisinə düşüb. Bu barədə Moldova Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, raketin düşməsi nəticəsində itki və dağıntı olmayıb.
Payız əkin mövsümü çərçivəsində ölkənin bütün regionlarını əhatə edən meşəbərpa tədbirləri bu gün Şəki, Qəbələ, Şamaxı, Şabran, Sabirabad və Masallı rayonlarının açıq və seyrək meşə fondu torpaqlarında aparılıb. Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov bildirib ki, Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşları tərəfindən gün ərzində sözügedən rayonların meşə ərazilərində ümumilikdə 15 000-dən artıq müxtəlif növ ağac əkilib, 1 ton toxum səpilib.
Rusiyalı general Laçın dəhlizindəki dəyişiklikdən danışdı
Dekabrın 3-də Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları Qarabağda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin Xocalıdakı qərargahında müzakirələr aparıblar. Laçın yolunda mini gömrük postunun qurulması ilə bağlı razılıq əldə olunduğuna dair məlumat yayılıb. Bu barədə azərbaycanlı jurnalistlərin suallarını cavablandıran Rusiya sülhməramlı qüvvələrinin komandanı, general-mayor Andrey Volkov bildirib. O deyib ki, Azərbaycan tərəfi ilə əldə olunan razılaşmaya əsasən, gömrük postu sülhməramlıların "Laçın dəhlizi"nin girişindəki 1 nömrəli postunda, yəni Azərbaycan - Ermənistan şərti sərhədində quraşdırılacaq. "Azərbaycan tərəfi ilə razılaşdırmışıq ki, mini gömrük postu quraşdıraq. Bizim girişdəki postlarımıza müasir avadanlıq gətirək. Bizim bugünə kimi yoxlanış üçün texniki vasitələrimiz yox idi. Əsgərlərimiz gətirilən yük bağlamalarına açıb baxırlar, amma hansısa yükün altında nələrsə keçirə bilərlər", - Andrey Volkov deyib. "Əgər tam yoxlanış üçün avadanlıq yoxdursa, təhlükəsizliyin tam təmini haqda nə dərəcədə danışmaq olar" sualını rusiyalı general "Biz post qoyacağıq, bütün bunları yoxlayacağıq. Və mən düşünürəm ki, işin effektivliyi və bura hansısa qadağan edilmiş yüklərin daşınmamasının qarantiyası təmin ediləcək",- deyərək cavablandırıb. Volkovun sözlərindən dəqiq anlaşılmayıb ki, mini gömrük postunda yalnız Rusiya sülhməramlı qüvvələri yoxlanış aparacaq, yoxsa Azərbaycan tərəfi ilə birgə xidmət həyata keçiriləcək. Azərbaycan tərəfi hələ ki məsələylə bağlı rəsmi açıqlama verməyib.
Ukraynanın Zaporojye şəhərində partlayış səsləri eşidilib. Bu barədə şəhər məclisinin katibi Anatoli Kurtyev “Telegram” kanalında yazıb. Onun sözlərinə görə, Rusiya qoşunları Zaporojye şəhərinə raket zərbələri endirib, partlayış səsləri də məhz bununla əlaqədardır. Hadisə nəticəsində 2 nəfərin həyatını itirdiyi bildirilib. Həmçinin xəsarət alanların olduğu qeyd edilib. A.Kurtyev əhalini diqqətli olmağa çağırıb.
"Ermənistan 30 il ərzində Azərbaycan ərazilərini işğalda saxladı, amma bununla stabillik əldə edə bilmədi". Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankara Hacı Bayram Veli Universitetində çıxışı zamanı deyib. “Türkiyə və Azərbaycan olaraq Ermənistana sülhün təmin olunması üçün əl uzatdıq. Ümid edirik ki, Ermənistan ağıllanar və əlaqələr bərpa edilər”, - deyə XİN başçısı bildirib. M.Çavuşoğlu, həmçinin Şimali Kiprin Türk Dövlətləri Təşkilatına (TDT) müşahidəçi üzv olması məsələsində də toxunub: "Bundan narahat olanlar var. Şimali Kiprin təşkilata üzv olması ilə TDT Aralıq dənizinə çıxmış oldu".
Dünyaca məşhur futbolçu Kriştiano Ronaldonun yeni komandası bəlli olub. “Mançester Yunayted”dən ayrılan Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nasr” klubu ilə 2,5 illik müqavilə imzalayıb. Yanvarın 1-dən etibarən “Əl-Nasr”ın formasını geyinəcək Ronaldo klubla 500 milyon avro dəyərində müqaviləyə imza atıb.
Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” qanuna dəyişiklikləri təsdiqləyib. Dəyişikliyə əsasən, Azərbaycanda tütün məmulatlarının istehsalçıları və idxalçıları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə qoşulma barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərdiyi bildirişi aldıqları tarixdən bir ay müddətində həmin məmulatlara tətbiq edilməsi üçün alınmış məcburi nişanlamaya görə bu Qanunun 20-3.2.1-ci maddəsində nəzərdə tutulan dövlət rüsumunu ödəməkdən azaddırlar. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu maddənin birinci cümləsində nəzərdə tutulan müddəti hər dəfə bir aydan çox olmamaq şərtilə 5 dəfə uzada bilər. Orqan (qurum) deyərkən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti nəzərdə tutulur.
Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 4 milyard dollara çata bilər. Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanın XİN başçısı Ceyhun Bayramovla danışıqların yekunlarına dair birgə mətbuat konfransında bildirib. “Cari ildə Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 3 milyard ABŞ dolları olub. Hesab edirəm ki, iki ölkə arasındakı ticarət dövriyyəsi 4 milyard dollar rekord həddinə çata bilər”, - deyə Lavrov bildirib.
Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib. Bu barədə onun dostları məlumat yayıblar. O, ağır xəstəlikdən əziyyət çəkirmiş. Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb. 2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır. Allah rəhmət etsin!