31-08-2017, 10:23
Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyi N saylı hərbi hissənin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA), Fövqəladə Hallar Nazirliyi və Daxili İşlər Nazirliyi Daxili Qoşunları tərəfindən birgə təmizləmə əməliyyatları keçirilib.
31-08-2017, 10:15
Butov.az xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 140 dəfə pozub.
30-08-2017, 18:05
Butov.az xəbər verir ki, avqustun 27-də Antalya İkinci “Uluslararası Gənclik Kampı”nın (Beynəlxalq Gənclik Düşərgəsi) bağlanış mərasimi keçirilib.
“İrəli” İctimai Birliyindən verilən məlumata görə, “Türk Dili Konuşan Ülkeler İşbirliği Konseyi” (Türk Şurası) və Türkiyə Gənclik və İdman Nazirliyinin təşkilatçılığı ilə baş tutan düşərgədə “Ortaq mədəniyyət, ortaq gələcək ve gənc liderlər” mövzusunda müzakirələr keçirilib.
30-08-2017, 16:56
Bakı Apellyasiya Məhkəməsində “Turan İnformasiya Agentliyi” MMC-nin direktoru Mehman Əliyevin barəsində seçilmiş həbs qərarından verilən apellyasiya şikayətinə baxılıb.
30-08-2017, 16:54
C-350E “Vityaz” pilotsuz təyyarələrdən, qanadlı raketlərdən müdafiə olunmağa imkan verir və Hava Hücumundan Müdafiə sistemi ilə təchiz olunub.
30-08-2017, 16:16
Butov.az xəbər verir ki, bu gün Milli Qəhrəman Rövşən Əliyevin ad günüdür. O, avqustun 30 - u 1972-ci ildə Bakı şəhərində doğulmuşdur. Əslən Göyçə mahalının Basarkeçər rayonunun Yarpızlı kəndindəndir. 1989-cu ildə Xətai rayonundakı 254 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Politexnik İnstitutunun maşınqayırma fakültəsinə daxil olmuşdur.
30-08-2017, 15:59
Butov.az xəbər verir ki, avqustun 30 - dan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər “ASAN Viza” sistemi vasitəsilə qeyri-iş və bayram günlərindən asılı olmayaraq elektron vizaların 3 saat ərzində alınması üçün müraciət edə bilərlər.
30-08-2017, 15:11
Tarixi günlərdən, daha dəqiq desək, Azərbaycanın tarix yazdığı günlərdən bir il ötür. Söhbət keçən ilin bu günlərində yekun nəticələrə sevindiyimiz uzaq Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyi etdiyi XXXI Yay Olimpiya Oyunlarından gedir...
30-08-2017, 15:01
Butov.az APA - ya istinadən xəbər verir ki, Gürcüstan hökumətinin müraciətinə əsasən, Azərbaycan prezidenti İlham Əliyevin tapşırığı ilə Fövqəladə Hallar Nazirliyinin 1 yanğınsöndürmə helikopteri 10 nəfərlik heyətlə bu gün Gürcüstana yola düşüb.
30-08-2017, 14:55
Təhsil Nazirliyindən verilən məlumata görə, əlavə ixtisas seçimində iştirak üçün "ASAN xidmət” mərkəzlərinə və ilk peşə-ixtisas təhsili müəssisələrinə müraciət etmək mümkündür. Sentyabrın 7-dək davam edəcək bu prosesə birinci mərhələdə iştirak edənlərlə yanaşı, ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunmaq istəyən digər şəxslər də qatıla bilər.