Temperatur 4-6 dərəcə enəcək, bəzi yerlərdə qar yağacaq .....                        On şagirdin zəhərləndiyi məktəb bufeti BAĞLANDI .....                        İranla müharibənin başlama ehtimalı ÇOX BÖYÜKDÜR .....                        Cenevrə danışıqları çətin keçdi, lakin zəruri idi .....                        Müdafiə Nazirliyinin sabiq rəisi rüşvətdə ittiham olunur .....                        "Amnesty International"ın bəyanatı əsassız və böhtan xarakterlidir .....                        Azərbaycanda 1 biletlə iki dəmir yolundan istifadə etmək olacaq .....                        İlham Əliyev Xalq şairini “Heydər Əliyev” ordeni ilə təltif etdi .....                        Prezidentlə Birinci xanım Nəriman Həsənzadəni təbrik etdi .....                       
Tarix : 30-08-2017, 18:05
Antalyada İkinci Beynəlxalq Gənclik Düşərgəsi başa çatıb


“İRƏLİ” ÜZVLƏRİ GƏNCLƏR VƏ İDMAN NAZİRLİYİNİN DƏSTƏYİ İLƏ TƏDBİRDƏ İŞTİRAK EDİBLƏR

Butov.az xəbər verir ki, avqustun 27-də Antalya İkinci “Uluslararası Gənclik Kampı”nın (Beynəlxalq Gənclik Düşərgəsi) bağlanış mərasimi keçirilib.

“İrəli” İctimai Birliyindən verilən məlumata görə, “Türk Dili Konuşan Ülkeler İşbirliği Konseyi” (Türk Şurası) və Türkiyə Gənclik və İdman Nazirliyinin təşkilatçılığı ilə baş tutan düşərgədə “Ortaq mədəniyyət, ortaq gələcək ve gənc liderlər” mövzusunda müzakirələr keçirilib.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə bir qrup azərbyacanlı gənc də tədbirdə iştirak ediblər. Onların sırasında “İrəli” İctimai Birliyinin üzvləri də var. Avqustun 13-dən 19-dək təşkilatın Beynəlxalq əlaqələr katibliyinin nümayəndəsi Anar Qurbanov kişilərdən ibarət, avqustun 22-dək 28-dək isə İnsan resursları katibliyinin nümayəndəsi Səmayə İbrahimova xanımlardan təşkil olunmuş düşərgədə yer alıb.

Dünyanın müxtəlif ölkələrdən 400-dən artıq gəncin iştirak etdiyi iki həftəlik proqramın bağlanış mərasimində layihə rəhbəri Ali Çiviler ilə Türkiyə Gənclik və İdman Nazirliyinin rəsmi şəxsləri çıxış ediblər.

Layihə rəhbəri A.Çiviler təmsil etdiyi Türk Şurasının gənclər və idman sahəsində həyata keçirdiyi fəaliyyətlə bağlı ətraflı çıxış edərək, qarşıdakı dövr üçün nəzərdə tutulan layihələr haqqında qısa məlumat verib.

Qeyd edək ki, Türkiyə Cümhuriyəti Gənclik və İdman Nazirliyinin ev sahibliyi etdiyi 15 günlük tədbir proqramı çərçivəsində turlar, mədəni və idman fəaliyyətləri və tematik müzakirələr keçirilib.


Paylaş



Bölmə: Ana seife / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!