57 min nəfər tələbə adını qazanıb .....                        MİQ-də müsahibə mərhələsi yekunlaşdı .....                        Yeni tələbələrin nəzərinə! - Təhsil kreditində yenilik var .....                        Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımların ümumi həcmi .....                        Stiven Douti Bakıdan sonra İrəvana getdi .....                        MDB oyunlarında 10 ölkənin iştirakı təsdiqlənib - RƏSMİ .....                        Ramiz Rövşənin səhhəti pisləşib? - AÇIQLAMA .....                        Zəngəzur dəhlizi ilə bağlı mühüm AÇIQLAMA .....                        Minsk Qrupu bu tarixdə LƏĞV EDİLİR .....                       
19-10-2024, 15:13
Bu qərar Laçına ciddi status qazandıracaq - Deputat


Bu qərar Laçına ciddi status qazandıracaq - Deputat

Oktyabrın 8-də keçirilən MDB Dövlət Başçıları Şurasının iclası zamanı Laçın şəhəri 2025-ci il üçün MDB-nin mədəniyyət paytaxtı elan olunub. Laçının mədəniyyət paytaxtı elan olunmasında şəhərdə aparılan qurucluq işlərinin, yenidənqurma və qayıdışın rolu böyük olub.
Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, MDB-nin 2025-ci ildə paytaxtının Laçın olması bu şəhərə öz töhfəsini verəcək, region daha da dirçələcək və inkişaf edəcək:
“Bu gün Qarabağda - Şərqi Zəngəzurda çox böyük quruculuq və abadlıq işləri həyata keçirilir. Konkret olaraq işğaldan azad olunmuş ərazilərin inkişaf planları var. Laçında, Zəngəzurda hava limanlarının inşası, həmin ərazilərdə yeni və müxtəlif obyektlərin tikintisi, yolların bərpa edilməsi önəmli məqamlardır. Bir müddət bundan əvvəl cənab Prezidentin həmin ərazilərə gedərək yeni tikililərin əsasını qoymasının şahidi olduq, bu da öz növbəsində Laçın - Şərqi Zəngəzur bölgəsində minlərlə insanın işləməsinə şərait yaradacaq. MDB-nin mədəniyyət paytaxtının Laçın olması görüləcək işləri daha da intensivləşdirir və gələcəkdə bu aspektdən şəhərdə keçiriləcək tədbirlər də öz növbəsində Laçına ciddi status qazandıracaq”.
19-10-2024, 14:50
Diaqnostikadan keçməyən bağça müəllimləri işdən çıxarılacaq? - RƏSMİ


Diaqnostikadan keçməyən bağça müəllimləri işdən çıxarılacaq? - RƏSMİ

Bu gün ilk dəfə dövlət məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan tərbiyəçi-müəllim və metodistlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması üçün diaqnostik qiymətləndirilmə həyata keçirilir.
Prosesin test imtahanı mərhələsi respublikanın müxtəlif şəhər və rayonları üzrə 28 imtahan mərkəzində təşkil olunur.
Ümumilikdə prosesdə azərbaycan, rus və gürcü dillərində tədris aparan 13 000-ə yaxın tərbiyəçi-müəllim və metodistin iştirakı nəzərdə tutulur.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulova jurnalistlərə açıqlamasında deyib ki, məktəbəqədər təhsil müəssisələrində pedaqoji heyətin peşəkarlığının artırılması tədrisin keyfiyyətinə təsir edən əsas amillərdən biridir.
O bildirib ki, diaqnostik qiymətləndirmə ilə bağlı ölkə üzrə bütün məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən pedaqoji heyətlə daha əvvəl maarifləndirici görüşlər keçirilib, onlayn formada 2 sınaq qiymətləndirilmə və seminarlar təşkil olunub.
"Diaqnostik qiymətləndirmənin test imtahanı mərhələsində iştirakçılar 4 istiqamət üzrə hazırlanmış 60 suala cavab verirlər. 120 dəqiqə ərzində məzmun və metodika, təhlükəsizlik, pedaqoji etika və əməkdaşlıq, özünüinkişaf mövzularını əhatə edən sualları cavablandırılır. Hər düzgün sual 1 (bir) balla qiymətləndirilir. Səhv cavablar və ya sualın cavabsız qoyulması 0 (sıfır) bala bərabər tutulur və düzgün cavablara təsir göstərmir. Ümumilikdə 60 ballıq qiymətləndirmə sistemi tətbiq edilir. Diaqnostik qiymətləndirmənin nəticəsi məktəbəqədər təhsil müəssisələrində çalışan pedaqoji heyətin təlim ehtiyaclarını müəyyən edəcək”.
Şöbə müdirinin sözlərinə görə, diaqnostik qiymətləndirmənin əsas məqsədi sertifikatlaşdırmaya hazırlıq və tərbiyəçi-müəllimlərin təlim ehtiyaclarını müəyyən etməkdir. O bildirib ki, burada heç bir inzibati tədbirdən söhbət getmir. "Dünən diaqnostik qiymətləndirilməyə hazırlıq məqsədilə simulyasiya təşkil edilib. Simulyasiya müxtəlif şəhər və rayonlar üzrə 28 mərkəzdə keçirilib".
19-10-2024, 13:52
Putin COP29-a dəvət edilib, amma...


Putin COP29-a dəvət edilib, amma...

Rusiya Prezidenti Vladimir Putin noyabrda Bakıda keçiriləcək COP29 tədbirində iştirak etməyəcək.
Bu barədə məlumatı Azərbaycan hökumətindəki mənbələrə istinadən “BBC Azərbaycanca” yayıb. Bildirilib ki, Rusiya sözügedən tədbirdə Baş nazir səviyyəsində təmsil olunacaq.
Bununla yanaşı, mənbələr Rusiya liderinə rəsmi dəvət göndərildiyini də təsdiqləyiblər.
Bildirilir ki, Rusiya tədbirdə Baş nazir səviyyəsində təmsil olunacaq.
Qeyd edək ki, noyabrın 11-22-də Bakıda COP29 iqlim konfransı keçiriləcək.
Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, Putinin COP29 tədbirində iştirakı ilə bağlı hələ qərar qəbul edilməyib. O, Rusiyanın mütləq şəkildə tədbirdə təmsil olunacağını vurğulayıb. “Hələ heç bir qərar verilməyib”, - Kreml nümayəndəsi "RİA Novosti"nin Vladimir Putinin konfransda iştirakı ilə bağlı sualına cavab verib.
Bir neçə gün əvvəl Rusiya Prezidentinin köməkçisi, prezidentin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Ruslan Edelgeriyev jurnalistlərə açıqlamasında bildirib ki, Putin və ya baş nazir Mixail Mişustin noyabrın 11-22-də Bakıda keçiriləcək BMT-nin COP29 iqlim konfransında iştirak edə bilər.
“Mən prezidentin fərmanı ilə Rusiya nümayəndə heyətinə rəhbərlik edirəm. Amma ümid edək ki, bu il onlardan biri - ya prezident, ya da hökumət sədri olacaq. Azərbaycan strateji əhəmiyyətli tərəfdaşdır və mən əlbəttə ki, statusun daha yüksək olmasını, açılışda ya prezident, ya da hökumət sədrinin olmasını istərdim, ondan sonra danışıqların əsas hissəsini məntiqi sonluğa çatdırardım”, - Edelgeriyev qeyd edib.
19-10-2024, 13:28
Tağı Əhmədov dəfn olundu - FOTO


Tağı Əhmədov dəfn olundu - FOTO

“Bakı Metropoliteni” QSC-nin sabiq rəisi Tağı Əhmədov dəfn olunub.
Mərhum Yeni Günəşli qəbiristanlığındada torpağa tapşırılıb.
Dəfn mərasimində T.Əhmədovun qohumları, keçmiş iş yoldaşları, ictimai xadimlər və media nümayəndələri iştirak ediblər.



19-10-2024, 13:18
Türkiyə bölgədə müharibə istəmir - Hakan Fidan


Türkiyə bölgədə müharibə istəmir - Hakan Fidan

Türkiyə bölgədə müharibə istəmir.
Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbulda İranın xarici işlər naziri Abbas Əraqçi ilə birgə mətbuat konfransında bildirib.
Nazir vurğulayıb ki, müharibənin bütün bölgəyə yayılma riskini görməzdən gəlmək olmaz:
“Türkiyə olaraq bölgəmizdə müharibə istəmirik. Bizim məsələlərə yanaşmamızda sağlam düşüncə olmalıdır. Mövcud gərginliyi azaltmaq üçün Qəzzada dərhal atəşkəs elan edilməlidir. İsrail Livana qarşı hücumlarına son qoymalıdır. İsrail bütün təcavüzkar davranış və təxribatlardan əl çəkməlidir. Türkiyə və İran bu bölgədə əbədi olaraq var olacaqlar. Biz bütün sahələrdə ikitərəfli münasibətlərimizi yaxşılaşdırmaq və regional məsələlərdə əməkdaşlığımızı artırmaq üçün səylərimizi davam etdirəcəyik. Son hadisələr bu əməkdaşlığın vacibliyini vurğulayıb".
19-10-2024, 12:45
“Qarabağ”ın yeni rekordu


“Qarabağ”ın yeni rekordu

“Qarabağ” Azərbaycan çempionatları tarixində yeni rekorda imza atıb.
Ağdam klubu səfərdə ən çox qol vuran komanda adına sahib çıxıb.
Bu, Misli Premyer Liqasının X turunda gerçəkləşib. Qurban Qurbanovun yetirmələri rəqib meydanında “Kəpəz”i 5:0 hesabı ilə məğlub edib. Qarşılaşmada vurulan 3-cü qol “Qarabağ”ın Azərbaycan çempionatlarındakı 648-ci səfər qolu olub. Bu qola Leandro Andrade imza atıb. Bununla da Ağdam təmsilçisi 647 səfər qoluna sevinən “Neftçi”nin rekordunu keçib.
“Kəpəz”lə Tovuzdakı görüşdə vurulan sonuncu top isə klub tarixinə çempionatda rəqib meydanlarındakı 650-ci qol kimi düşüb. Yubiley topuna Aleksey Kaşuk imza atıb.
Qeyd edək ki, “Qarabağ” 650 qol vurduğu səfərdə 461 oyun keçirib.
19-10-2024, 12:21
Sabah Bakıda yağış yağacaq


Sabah Bakıda yağış yağacaq

Azərbaycanda oktyabrın 20-də hava şəraitinin yağıntılı keçəcəyi gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın bəzi yerlərində qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Gündüz tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 11-13° isti, gündüz 14-16° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi, dağlıq rayonlarda qar yağacağı ehtimalı var. Gündüz yağıntılar tədricən kəsiləcək. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 9-13° isti, gündüz 14-18° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 4-7° isti olacaq.
19-10-2024, 12:07
COP29-a məxsus xüsusi avtomobillər test edilir


COP29-a məxsus xüsusi avtomobillər test edilir

Bu ilin 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək COP29 iqlim konfransına hazırlıq prosesi çərçivəsində tədbir müddətində yol hərəkətinin fasiləsiz və təhlükəsiz şəkildə təşkili məqsədilə paytaxtda nəqliyyatın idarə edilməsi üzrə monitorinqlər keçirilir.
Bu barədə COP29 Azərbaycan Əməliyyat Şirkətinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, monitorinq tədbirləri çərçivəsində oktyabrın 19-u saat 11:00-dan 15:30-dək paytaxtın mərkəzində yerləşən və konfrans iştirakçıları üçün nəzərdə tutulan qonaqlama məkanları, Heydər Əliyev Mərkəzi və Heydər Əliyev Beynəlxalq Aeroportu istiqamətlərində müəyyən olunmuş avtobus və COP29-a məxsus xüsusi avtomobillərin hərəkəti test edilməkdədir.
COP29 Azərbaycan Əməliyyat Şirkəti, Daxili İşlər Nazirliyi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən həyata keçirildiyi monitorinq tədbirlərinə 20-dən artıq avtomobil və 15 avtobus cəlb edilib.
Qeyd edilib ki, şəhərdaxili monitorinq prosesi yol hərəkətinə məhdudiyyətlər tətbiq edilmədən reallaşdırılır. Monitorinq tədbirlərinin keçirilməsində əsas məqsəd COP29 konfransı zamanı tətbiq olunacaq xüsusi nəqliyyat vasitələrinin hərəkət sxemlərinin sınaqdan keçirilməsi, yollarda yarana biləcək instensivliyin idarə edilməsinə hazırlıqdır. Simulyasiya prosesində konfrans dövründə yerinə yetirəcəkləri tapşırıqlara hazırlıq səviyyələrini qiymətləndirmək məqsədilə xüsusi təlimlərdən keçmiş 350-ə yaxın COP29 könüllüsü də iştirak edir.
Qeyd edək ki, monitorinqlərin davamı 20 oktyabr gecə saat 02:30-dan 04:30-dək yollarda qismən məhdudlaşmalar tətbiq edilməklə davam edəcək. Bu mərhələdə mərkəzi hotellər, tədbir məkanı olan Bakı Stadionu və Heydər Əliyev Beynəlxalq Aeroportu istiqamətlərində müəyyən olunmuş avtobus, taksi və xüsusi xidmət avtomobillərin cəlb edilməsi ilə simulyasiyalar davam etdiriləcək.
19-10-2024, 11:21
22 baş heyvan oğurlandı, şübhəli tutuldu


22 baş heyvan oğurlandı, şübhəli tutuldu

Masallı rayonunda mal-qara oğurlayan şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.
Bildirilib ki, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində otlaq sahəsindən 22 baş xırdabuynuzlu heyvanı oğurlayan əvvəllər məhkum olunmuş Vaqif Məlikov saxlanılıb.
"Araşdırmalar zamanı onun daha 3 nəfərin iri və xırdabuynuzlu heyvanlarını oğurladığı müəyyən edilib. V.Məlikov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir", - məlumatda qeyd olunub.
19-10-2024, 10:43
Metroda tüstülənmə: stansiyaya giriş bağlandı, 25 dəqiqə gecikmə


Metroda tüstülənmə: stansiyaya giriş bağlandı, 25 dəqiqə gecikmə

"Nizami" -"28 may" tunel yolu mənzilində qatar maşinisti tüstülənmə müşahidə edib və dərhal dispetçer mərkəzinə məlumat verib.
Bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətindən məlumat verilib.
"Bakı Metopoliteni"nin normativlərinə uyğun olaraq, dərhal yüksək gərginlik çıxarılıb. Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumlarına xəbər verilərək yanğınsöndürmə xidməti çağırılıb. "Nizami" stansiyası sərnişinlərin girişinə bağlanılıb. Tüstülənmənin səbəbi aşkarlanıb. İşıqlandırma kabelində tüstülənmənin qarşısı dərhal alınıb. Bununla bağlı sərnişinlər və hərəkət təhlükləsizliyi ilə bağlı hər hansı neqativ hadisə baş verməyib. 25 dəqiqədən sonra qatarların hərəkəti bərpa olunub. "Nizami" stansiyası sərnişinlərin girişinə açılıb. Sərnişin təhlükəsizliyi ilə bağlı hər hansı problem yoxdur. Hazırda hər iki xətt üzrə qatarların hərəkətinin intervallara uyğun bərpası üzrə işlər görülür".
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!