İlham Əliyev Şahbaz Şərifi Laçının mənzərəsi ilə tanış etdi .....                        Qarabağ Universitetinin tələbələri Milli Məclisdə - FOTO .....                        Pezeşkian Omanda səfərdədir .....                        Şəriflə məhdud tərkibdə görüşü keçirilir .....                        Azərbaycan Premyer Liqası bu tarixdə başlayacaq .....                        Türkiyədə yeni konstitusiya üzərində işlər başladı .....                        Sabah Laçın aeroportunun açılışı olacaq .....                        Ukrayna səfiri Milli Məclisdə .....                        Sertifikasiya ilə bağlı dəyişiklik olacaq - Nazirlik rəsmisi AÇIQLADI .....                       
14-07-2024, 16:17
Arzuları ürəyində qalan bala


Arzuları ürəyində qalan bala

Qubanın “Şəhidlər xiyabanı”nda əbədi uyuyan igid oğullarımızdan biri də rayonumuzun Davidoba kəndindən olan Cabbarov Orxan Hətəm oğludur. Orxanı artıq hər birimiz tanıyırıq. Lakin onun həyat və fəaliyyəti, döyüş yolu, daşa dönmüş arzu və istəkləri barədə bilmədiklərimiz bildiklərimizdən heç də az deyil. Odur ki, Şəhid Orxan Cabbarovu daha geniş oxucu auditoriyasına tanıtmaq məqsədilə atası Hətəm kişinin evinə yollandım. İçəridən yanıqlı bayatı səsi gəlirdi.
Əzizim oğlum getdi,
Sevincimi aldı getdi.
Quruca canım qalıb,
Əqlimi aldı getdi.

Ağırdır, oğul dərdi,
Çəkirəm oğul dərdi.
Yaman əydi qəddimi,
Çəkdikcə oğul dərdi.


Ehmalca həyət qapısının zəngini basdım. Qapını üzümə açan şəhidin atası Hətəm kişi idi. Hava soyuq olduğundan tez evə daxil olduq. Hələ də özümə gələ bilmirdim, nə deyəcəyimi, nəyi soruşacağımı unutmuşdum. Sükutu qapının səsi pozdu. İçəri daxil olan şəhidin anası Zülfiyyə və bacısı Gülşən idilər. Məqsədimi anlayan Zülfiyyə ana məni oğlunun şərəfinə otaqların birində təşkil olunan xatirə guşəsinə apardı. Qürurlu gözləri sual dolu ana ciyər parasını, qeyrətli Vətən oğlunu belə xatırladı:
“Orxan çox səliqəli oğlan idi. Onu dediyindən döndərmək mümkün deyildi. Orxan bilirdi ki, Vətən dardadır. Odur ki, döyüşə yollandı. Sonra da Tanrı əlimizdən dərgahına aldı onu.”
Bayaqdan qəhərlənmiş Hətəm kişi də göz yaşlarını silərək bizi oğlunun tərcümeyi-halı ilə tanış etdi.
Orxan Cabbarov 1994-cü ilin sentyabrın 29-da Quba rayonunun Davidoba kəndində dünyaya göz açmışdı. 2000-ci ildə ailə üzvləri ilə birlikdə Qazaxıstanın Rudniy şəhərinə köçmüş, 2001-ci ildə Rudniy şəhər 10 saylı orta məktəbinə daxil olmuşdur. 2006-cı ildə ailə üzvləri ilə birlikdə ölkəmizə qayıdaraq təhsilini şəhid Saleh Şahbalayev adına Hacıhüseynli kənd tam orta məktəbində davam etdirmişdir. 2013-cü il iyunun 4-də həqiqi hərbi xidmətə çağırılmış və 2015-ci ilin 1 yanvarına qədər N saylı hərbi hissədə xidməti başa vurmuşdur. 2017-ci ilin fevral ayının 15-dən mart ayının sonuna kimi MAHHXHQ-nın hazırlıq kursunda təlim keçmişdir. 2017-ci ilin aprel ayının 27-də N saylı hərbi hissədə BTR-82A-ya sürücü-mexanik vəzifəsinə təyin edilmişdir. 2020-ci ilin sentyabr ayının 27-də Vətənimizin azad olunması uğrunda başlanan Vətən müharibəsində döyüşlərə qatılmışdır. Füzuli, Cəbrayıl, Suqovuşan, Xocavənd rayonlarının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir. Orxan Cabbarov 8 noyabr tarixində düşmən üzərində qələbə çalınandan yeddi ay sonra, 2021-ci ilin iyul ayında Gizirlik kursuna daxil olub. 2021-ci il sentyabr ayında kursu bitirdikdən sonra xidmətini BTR komandiri vəzifəsində işğaldan azad olunmuş Laçın, Kəlbəcər rayonları ərazilərində gizir kimi davam etdirib.
2021-ci il 16 noyabrda cəsur döyüşçü, doğma Vətənini öz canından çox istəyən, bütün varlığı ilə torpağını, xalqını sevən 27 yaşlı Orxan Cabbarov komandiri olduğu BTR-də partladılaraq, ekipaj üzvləri ilə birlikdə şəhidlik zivəsinə ucalmış, 2021-ci il, 18 noyabrda Quba rayonun Şəhidlər xiyabanında dəfn edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən gizir Orxan Cabbarov “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Daha sonra 27 dekabr 2021-ci il tarixli Prezident Sərəncamı ilə Şəhid Orxan Cabbarov ölümündən sonra “III Dərəcəli Rəşadət” ordeni ilə təltif edilmişdir.
Kəndin girəcəyində Orxan Cabbarovun portreti qoyulmuşdur. Ürəyində şəhidlərin ruhunu yaşadan, onları öz doğma övladı sayan, xəmiri milli-mənəvi dəyərlərimizlə yoğrulan hər kəs bu portretin qarşısında ayaq saxlayaraq, onunla – uşaq yaşlarından vətənpərvər ruhda böyüyən Orxanla qəlbən söhbət etməyi özlərinə borc bilirlər.
Evin otaqlarının birində şəhid Orxan Cabbarovun xatirəsinə həsr edilən guşədə Orxanın şəkilləri, orden-medalları, onların vəsiqələri, çoxlu əl işləri diqqətimi cəlb etdi. Guşədə qoyulmuş masanın üstündə bir qovluq da var idi. Onu açıb baxdım.
Bu qovluqda Orxanın əllə çəkdiyi çoxlu sayda rəsmləri toplanmışdı. İndi də şəhidin bacısı Gülşən xanım qardaşı haqqında xatirələrini bizimlə bölüşərək bildirdi ki, Orxan ailənin ümidi, köməyi idi. Qardaşım kiçik yaşlarından rəssamlığa həvəs göstərirdi, təhsil aldığı məktəbin sərgi lövhələri və tədbirləri Orxanın əl işləri ilə bəzənərdi. Rəssamlıq bacarığı, yaxşı oxumağı və nizam-intizamı ilə fərqləndiyinə görə məktəb rəhbərliyi tərəfindən bir-neçə dəfə fəxri fərmanlarla təltif olunmuşdu.
İndi şəhid qardaşımdan yaddaşlarda yaşayacaq həzin xatirələr, bir də əl işləri qalıb...
Mənə elə gəlir ki, rəssamlıq bütün sənətlərin ən gözəlidir. Ona görə ki, rəsm əsəri duyğuları birləşdirir. Ona baxanda hər kəs xəyalının ifadəsi ilə bir zaman yarada bilər. Bu sənətin ucalığıdır. İnsan üçün bir yüksək məqam da var -Vətən! Vətənə olan sevginin ən yüksək forması məncə igid oğulların onun dar günündə harayına səs verməsi, onun azadlığı uğrunda gözünü qırpmadan canından keçməsidir.
Bu gün artıq əbədiyaşar qəhrəmanlarımız üçün rəsm əsərləri çəkilir, şeirlər yazılır, mahnılar bəstələnir, kitablar çap edilir. Çünki, bu qəhrəmanlar əbədi yaşamaq haqqı qazanıblar.
Baxışına nisgil, həsrət hopmuş şəhid Orxan Cabbarovun bu qısa ömür salnaməsini onun haqqında qələmə aldığım şeirlərdən birinin iki bəndi ilə bitirmək istəyirəm :
Gör neçə ürəyi fələk dağladı,
Anan ağı dedi, səni ağladı.
Bacın Gülşənin də üzü saraldı,
Gələndən bəd xəbər şəhid Orxanın.

Hər gün dilə gəlir, susmur o dillər,
Məzarın üstünü bəzəyir güllər.
Yas tutub, oxumur indi bülbüllər,
Gələndən bəd xəbər şəhid Orxanın.


Bəli, say-seçmə oğullarımızı itirdi Vətən. Torpaq uğrunda, namus-qeyrət uğrunda qurban getdi çinar boylu, şair ürəkli, Nəsimi dözümlü, Koroğlu nərəli ərənlərimiz.
Azərbaycan xalqının belə igid qəhrəman oğullarından biri olan Cabbarov Orxan Hətəm oğlu da ürəklərə köçüb, əbədiyyətə qovuşdu.
Uyu qardaşım! Küknar ağacları ilə əhatələnmiş Qubanın Şəhidlər xiyabanında rahatca uyu! Sənin məzarın bütün qubalıların ziyarətgahı olacaq.
Süleyman İSKƏNDƏROV,
A.A.Bakıxanov adına “Gülüstan” elmi-ədəbi məclisinin üzvü
12 aprel 2024-cü il
Qımıl kəndi
14-07-2024, 15:45
Bakıda binada yanğın - Sakinlər təxliyə edildi


Bakıda binada yanğın - Sakinlər təxliyə edildi

Bakıda yaşayış binasında yanğın olub.
Məlumata görə, Suraxanı rayonunda dördmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 84 m² olan 2 otaqlı mənzilin bir otağının yanar konstruksiyaları 20 m² sahədə yanıb. Yüksək temperaturdan mənzilin dəhlizi 8 m² sahədə qarsalanıb və 3-cü mərtəbədə yerləşən mənzilin 1 ədəd plastikdən ibarət pəncərəsi əriyib.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.
Mənzillərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
14-07-2024, 14:52
Sabahdan DİM-də imtahan materiallarının emalına başlanılacaq


Sabahdan DİM-də imtahan materiallarının emalına başlanılacaq

Bu gün ali məktəblərə I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib.
Dövlət İmtahan Mərkəzdən verilən məlumata görə, iyulun 15-dən etibarən DİM-də imtahan protokolları və materialların emalına başlanılacaq.
İmtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin iki həftədən sonra elan olunması nəzərdə tutulur.
14-07-2024, 14:27
İmtahana telefonla girdilər - Xaric olundular


İmtahana telefonla girdilər - Xaric olundular

Bu gün ali məktəblərə I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib.
Dövlət İmtahan Mərkəzdən verilən məlumata görə, ilkin məlumatlara əsasən, 3 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub.
Üzərində mobil telefon tutulduğu üçün imtahandan xaric olunanların müsabiqə nəticələri ləğv olunur və onlar ixtisas seçiminə buraxılmırlar.
14-07-2024, 14:27
İmtahana telefonla girdilər - Xaric olundular


İmtahana telefonla girdilər - Xaric olundular

Bu gün ali məktəblərə I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib.
Dövlət İmtahan Mərkəzdən verilən məlumata görə, ilkin məlumatlara əsasən, 3 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub.
Üzərində mobil telefon tutulduğu üçün imtahandan xaric olunanların müsabiqə nəticələri ləğv olunur və onlar ixtisas seçiminə buraxılmırlar.
14-07-2024, 14:08
Bu gün 33 min nəfər imtahan verib


Bu gün 33 min nəfər imtahan verib

I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə qəbul imtahanı başa çatıb.
Dövlət İmtahan Mərkəzindən bildirilib ki, imtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Ağstafa, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Masallı və Xaçmazda təşkil olunub.
İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçılara öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
İlkin məlumatlara əsasən, 3 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub. Üzərində mobil telefon tutulduğu üçün imtahandan xaric olunanların müsabiqə nəticələri ləğv olunur və onlar ixtisas seçiminə buraxılmırlar.
İmtahanda 53 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirak edib. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb.
İmtahanda istifadə edilmiş test tapşırıqlarının (qapalı və kodlaşdırıla bilən açıq tipli) cavabları imtahandan dərhal sonra Mərkəzin saytına yerləşdirilib. İştirakçılar doğru cavab etalonları ilə buradan tanış ola bilərlər.
İmtahanda iştirak edənlər, həmçinin valideynlər, müəllimlər, ekspertlər test tapşırıqlarının izahının elektron versiyasını (pdf formasında) isə DİM-in internet saytının "Xidmətlər" bölməsində > “E-xidmətlər” > "DİM-in nəşrlərinin elektron versiyalarının satışı" > “Test tapşırıqlarının izahı” xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərlər. (Xidmətə keçid: //eservices.dim.gov.az/ejurnal/).
İyulun 15-dən etibarən DİM-də imtahan protokolları və materialların emalına başlanılacaq.
İmtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin iki həftədən sonra elan olunması nəzərdə tutulur.
14-07-2024, 13:43
Azərbaycanda ədəbi tənqid varmı?


TƏRANƏ DƏMİR YAZIR:

Azərbaycanda ədəbi tənqid varmı?

Bu günkü ədəbiyyatımız oxucunu qane edirmi?

Kitaba tələbat niyə bu qədər aşağıdır?

Bayağı “əsər”lər gündəmi necə zəbt edib?

Niyə hər kəs məsuliyyəti üstündən atır?



Hal -hazırda bütün sahələrdə olduğu kimi, ədəbiyyat da yeni tarixini yaşayır. Bu tarixin hansı özəllikləri var və oxucu ən çox hansı sözün acıdı? Ümumiyyətlə bu günkü ədəbiyyatımız oxucunu qane edirmi? Azadlıq və demokratiya pərdəsi arxasında hansı proseslər gedir və ədəbiyyat müasir standartlara cavab verirmi? Klassiklərdən nümunə götürülürmü və ya kökümüzdən tamamilə uzaqlaşmışıq?
Köksüz, qolsuz, budaqsız ədəbiyyat niyə müasirliyin simvoluna çevrilib?
Sual çoxdu. Elə verilən cavablar da…
Nəşriyyatlar bir ucdan kitab istehsal edir. Güclü və ya gücsüz. Mənalı və mənasız. Keyfiyyətli və keyfiyyətsiz. Axır ki, durmadan kitab dərc olunur. Bu boyda bolluğun içində bəs kitaba tələbat niyə bu qədər aşağı səviyyədədi? Oxucu ədəbiyyatdan uzaqlaşıb, ya ədəbiyyat oxucunu qane etmir? Elektron ədəbiyyat bəlkə kitaba olan tələbatı azaldıb?
Oxucu ona lazım olan materialları bir toxunuşla əldə edə bilirsə, bütün kitabxanalar hər kəsin evinə köçübsə, hər şey bu qədər asanlaşıbsa, demək kitab almaq və oxumaq səviyyəsi çox aşağı düşüb. Bununla belə oxucu sayının azalması kitab istehsalına təsir etmir. Bəlkə elə ədəbiyyatı gözdən salan faktorlardan biri də kəmiyyətdi. Mahiyyət və keyfiyyət arxa plana keçib. Ən ağrılı hal odur ki, məzmunsuz, bayağı, mənasız “əsər”lər gündəmi zəbt edib. Ən pisi də budur ki, bu yazıların təbliğatı da güclü gedir. Əsl sözü işıq üzü görə bilmir, pərdə arxasında qalır. Bu qədər bolluğun içində oxucu da çaş-başdı. Nəyin pis, nəyin yaxşı olduğunu anlamaqda çətinlik çəkir. Qərarsızdı oxucu. Ədəbiyyat fərdilikdən çıxıb, kütləviləşib. Üzü işıqlı, içi qaranlıq kitablar gündəmi zəbt edib. Yalançı təriflər, bir -birini təkrarlayan təqdimatlar kütləvi hal alıb. Qarşılıqlı “layk ” ( bəyəndim) azarkeşliyi formalaşıb. Söz keçib arxa plana. Nəticədə ədəbiyyatın bütün sahələrində durğunluq yaranıb.
Keçmişdə senzura vardı. Yerindən duran yazarlıq eşqinə düşmürdü. İstedad sözünü deyirdi. Yazarlar sözünü və özünü təsdiq edənəcən neçə qat qabıqdan çıxırdı. Oxucu isə ruhuna yaxın, doğma əsərləri alıb oxuyurdu. Bununçun xüsusi kitabxanalar və satış mərkəzləri vardı. Məcburiyyət və məhkumiyyət yox idi. İndi yazıçı, şair kitabını satmaqçun küçə alverindən belə çəkinmir. Özünə, şəxsiyyətinə hörmət edən, sözünə söykənən yazarlarsa zamanla ayaqlaşa bilmir. Çəkilib bir kənara. Narazılığını bildirməkdə də çətinlik çəkir. Çünki səsçoxluğu ilə qaraguruh ədəbiyyat öndədi. Qəribə abı -hava yaranıb ədəbiyyat sahəsində. Xoşa gəlməyən hallardan biri də odur ki, mənasız çevrə ədəbiyyatı formalaşıb. Əsəri oxumadan fikir bildirmək adət halına çevrilib. Ədəbi tənqid ədəbi tərifə keçib. Bunun bir tərəfi də maddiyyatla bağlıdı. Bir çox tənqidçilər fikrini satır bir növ. Demək burda dövran, zaman, yaşamaq faktoru da var.
Bəs ümumiyyətlə ədəbiyyatın qapısı tənqidə açıqdımı?
Axı bilirik ki, ədəbi inkişafın bir mərhələsi də tənqiddən keçir. İdeal heç nə yoxdu. Əlbəttə ki, qərəzlə tənqidi də eyniləşdirmək olmaz. Ədəbi tənqid vicdanla, obyektiv və qərəzsiz olmalıdı. Bəs biz nə qədər tənqidə davam gətiririk? Ədəbi tənqid hansı mərhələdədi? Mən səni təriflədim, sən də buna qarşılıq verməlisən prinsipi ilə yanaşılmamalıdı sözə.
İndi başqa sahələrdə olduğu kimi bu sahədə də qohumbazlıq, dostbazlıq, yerlibazlıq hökm sürür. Həmçinin tapşırıq və sifarişlə yazılan yazılar (ədəbi təriflər) da az deyil. Tənqidin yolu çörək pulundan keçir. Senzura və qadağa da yoxdu. Heç nəyə söykənməyən, havadan asılı yazıları təbliğ və tərif etmə adi hal alıb.. Bunun gələcək travmalarından xəbərsiz tənqidçilər işin maddi tərəfini fikirləşirlər əsasən. Hər kəs məsuliyyəti öz üstündən atır. Hərə öz prizmasından yanaşır sözə. Yazarlar da, tənqidçilər də. Qəribə şöhrətpərəstlik azarı yaranıb ədəbiyyatçılarda. Hamı tərifə qaçır.
Axı əsəri təhlil edəndə onun müsbət tərəfləri ilə yanaşı, qüsurlarını və nöqsanlarını da açıb göstərmək lazımdı. Təpə -dırnaq heç nə ideal ola bilməz axı. Onu görmək, qeyd etmək və bu nöqsanların arada qalxması üçün yaradıcıya yol göstərmək lazımdı. Bu inkişaf deməkdi, yaradıcının sözə bir az da məsuliyyətlə yanaşmasına kömək etməkdi. Təkrar edirəm –qərəzsiz və məqsədsiz. Əsərin keyfiyyətinə və məzmununa toxunmadan, uçurub tökmədən. Əlbəttə söhbət əsl ədəbi nümunələrdən gedir. Bazar ədəbiyyatını təbliğ və təqdir etməksə ədəbi tənqidçilərin öz peşələrinə barmaqarası yanaşmalarının nəticəsidir.
Qaragüruhçu ədəbiyyat göbələk kimi artdıqca ədəbi tənqid də sıradan çıxır. Zənnimcə ədəbiyyata dövlət nəzarəti olmalıdı. Əks təqdirdə bizə miras qalan sözü çətin ki, qoruyub gələcək nəsillərə ötürə bilək. Həyəcan təbili çalmanın əsl vaxtı deyilmi?
Təranə DƏMİR,
AYB-nin və AJB- nin üzvü


14-07-2024, 13:09
ABŞ-də prezidentlərə hücumlar ənənə halını alıb - Rusiya XİN


ABŞ-də prezidentlərə hücumlar ənənə halını alıb - Rusiya XİN

ABŞ-də prezidentlərə hücumlar ölkənin daxili-siyasi həyatında ənənə halına çevrilib.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova “Rossiya-24” telekanalında bildirib.
"Sui-qəsd cəhdi təəssüf ki, normaya çevrilən bir ənənədir", - Zaxarova deyib.
Rusiya XİN rəsmisi qeyd edib ki, ABŞ Ukraynanı maliyyələşdirməkdənsə, bu pulları öz daxili təhlükəsizliyinə yatırmalıdır.
Xatırladaq ki, ABŞ-ın Pensilvaniya ştatında Respublikaçılar Partiyasının builki prezident seçkilərində namizədi Donald Trampın mitinqi zamanı atəş açılıb, siyasətçi xəsarət alıb.
14-07-2024, 12:24
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

İyulun 15-də Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 32-37° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-65 %, gündüz 35-40 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 34-39° isti, dağlarda gecə 12-17° isti, gündüz 20-25° isti olacaq.
13-07-2024, 22:50
18 yaşlı qız su arxında boğuldu


18 yaşlı qız su arxında boğuldu

Sabirabadda 18 yaşlı qız su arxına düşərək boğulub.
Hadisə rayonun Balakən kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, kənd sakini 2006-cı il təvəllüdlü Hüseynova Mədinə Niyaməddin qızı evlərinin yaxınlığından keçən su arxına düşərək boğulub.
Meyit su arxından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Qeyd olunub ki, M. Hüseynova epilepsiya xəstəliyindən əziyyət çəkirmiş.
Faktla bağlı araşdırma aparılır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!