Çünki sənin adın Qadın! .....                        Cəlilabad sakini Bakıda dəm qazından öldü .....                        Azərbaycana yağan aramsız yağışların səbəbi bu imiş... .....                        Şərif Trampdan İranla bağlı xahiş edib .....                        "Real" evdə uduzdu, "Arsenal" səfərdə qalib gəldi .....                        Ağdaban qətliamından 34 il ötür .....                        Küveyt hakimiyyəti: "Evlərinizdə qalın" .....                        ABŞ Bəhreyndəki vətəndaşlarına xəbərdarlıq etdi .....                        Rusiya və Çin BMT-nin Hörmüz boğazı ilə bağlı qətnaməsini blokladı .....                       
3-06-2025, 19:38
Daha iki tiktoker azadlığa buraxıldı


Daha iki tiktoker azadlığa buraxıldı

Satış məqsədi olmadan narkotik vasitə saxlama ittihamı ilə həbs edimiş daha iki tiktoker azadlığa buraxılıb.
Nərimanov Rayon Məhkəməsi müvəkkilləri- Əsgər Əlizadə (“Xan”) və Nuh Məmmədzadə barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətləri təmin edib.
Qərara əsasən hər iki tiktoker ev dustaqlığına buraxılıb.
Qeyd edək ki, ötən həftə də eyni ittihamla saxlanılan bir neçə tiktoker barəsində həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilmişdi.
3-06-2025, 17:36
I Türk Dünyası Uşaq Festivalı


I Türk Dünyası Uşaq Festivalı

Bildiyiniz kimi, Bakıda Beynəlxalq Türk Müəllifləri Birliyinin təşkilatçılığı ilə IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi. Festival 24-31 may tarixində Elmlər Akademiyası parkında təşkil edilmişdi.
Bu il ilk dəfə ölkəmizdə Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 1 iyun tarixində I Türk Dünyası Uşaq Festivalı da keçirildi.
Səhər saatlarından başlayan festivalda Tofiq İsmayılov adına 6 nömrəli liseyin şagirdlərinin ifasında tanınmış uşaq yazıçısı Sevinc Nuruqızının əsəri əsasında səhnələşdirilən "Melisa" tamaşası nümayiş etdirildi. Qeyd edək ki, yazıçının “Melisa” əsəri Azərbaycan, türk, ingilis, rus, fars və alman dillərində nəşr olunub.

Sonra festival uşaq ədəbiyyatı ilə bağlı müxtəlif panel müzakirələrlə davam etdi. Tədbirdə filologiya üzrə fəlsəfə doktoru Aytən Qurbanova, yazıçı Narıngül Nadir, Sevinc Nuruqızı, Mina Rəşid uşaqların bayramını təbrik edərək, bütün dünyaya sülh arzuladılar. Sevinc Nuruqızının söylədiyi “Vətəndən uca”, “Ağ xoruzun hekayəsi” adlı şeirləri istər uşaq, istərsə də, yaşlı tamaşaçıların böyük marağına səbəb oldu.
Mina Rəşid ədəbiyyatımızda Qarabağ mövzusundan danışdı, o qeyd etdi ki, yazdığı şeirlər onun həm də həyatı ilə bağlıdır. O, Ağdamda doğulub, Birinci Qarabağ müharibəsində atası gözləri önündə şəhid olub, iki qardaşı qazidir. O, bu gün Şanlı Zəfərimizi, dogma torpaqlarımıza möhtəşəm qayıdışımızı böyük həvəslə vəsv etməkdən qürur duyur. “Vətən səsi” nin əməkdaşı olan Mina Rəşidin “Füzuli”, “Laçın”, “Ağdərə”, “Xarıbülbül” və digər mənəvi dəyərlərimizə həsr edilmiş şeirləri maraqla qarşılandı.

Bundan sonra uşaq ədəbiyyatının tanınmış nümayəndələri Rafiq Yusifoğlu və Qəşəm İsabəyli "Klassik uşaq ədəbiyyatına müasir baxış" mövzusunda çıxış etdilər. Rafiq Yusifoğlu ədəbiyyatın gücündən danışdı. O, buna şahid olduğunu söylədi.
Festival çərçivəsində məktəblilər şeir nümunələri səsləndirdi və musiqili və bədii kompozisiyalarla çıxış etdilər.

Qeyd edək ki, I Türk Dünyası Uşaq Festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, İLESAM, Dünya Gənc Türk Yazarlar Birliyi, “İnam Mühafizə” şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya portalının təşkilati dəstəyi ilə həyata keçirilib.

Günel Quliyeva
3-06-2025, 17:22
Prezident bu məhkəmələrə hakim təyin etdi - SİYAHI


Prezident bu məhkəmələrə hakim təyin etdi - SİYAHI

Bir sıra birinci instansiya məhkəmələrə hakimlər təyin edilib, bəzi birinci instansiya məhkəmələri hakimlərinin isə vəzifələri dəyişdirilib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncamla hakim vəzifəsinə aşağıdakı namizədlər birinci instansiya məhkəmələrinin hakimləri təyin ediliblər:

hərbi məhkəmələr üzrə:

Füzuli Hərbi Məhkəməsi

Quliyev Seymur Səhyəddin oğlu

Tərtər Hərbi Məhkəməsi

Şəfiyeva Könül Səməd qızı

Naxçıvan Muxtar Respublikasının rayon (şəhər) məhkəmələri üzrə:

Naxçıvan Şəhər Məhkəməsi

Heydarov Aslan Nazim oğlu

Şərur Rayon Məhkəməsi

Zeynalov İlkin Cəlal oğlu

Bakı şəhərinin rayon məhkəmələri üzrə:

Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi

Rzayev Anar Nurəddin oğlu

Bakı şəhəri Xətai Rayon Məhkəməsi

Nağıyev Vüqar Güloğlan oğlu

Bakı şəhəri Xəzər Rayon Məhkəməsi

Əsgərov Natiq Fərhad oğlu

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi

Fətəliyev Emin Mirzə oğlu

Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi

Babayev Kamal Yunis oğlu

Musayev Tural Səmid oğlu

Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi

Fərəcova Gülşən Sabit qızı

Bakı şəhəri Səbail Rayon Məhkəməsi

Bağırova Sahilə Hümbət qızı

Quliyeva Afət Xansıvar qızı

rayon (şəhər) məhkəmələri üzrə:

Ağdaş Rayon Məhkəməsi

Ələkbərova Fidan Vaqif qızı

Beyləqan Rayon Məhkəməsi

Səfərov Səbuhi Əlifağa oğlu

Cəlilabad Rayon Məhkəməsi

Mehrəliyeva Ləman Həmzağa qızı

Gəncə Şəhər Məhkəməsi

Dəmirli Orxan Əhməd oğlu

Həsənli Məhəmməd Vahid oğlu

Məmmədov Elçin Umud oğlu

Göygöl Rayon Məhkəməsi

Hüseynzadə Leyla Vəliyyəddin qızı

İmişli Rayon Məhkəməsi

Ağayeva Gülsaba Xeyrulla qızı

İsmayıllı Rayon Məhkəməsi

Qoşqarova Nərmin Rabit qızı

Quba Rayon Məhkəməsi

Xəlilova Nigar Nemət qızı

Kamilli Günel Hakim qızı

Mingəçevir Şəhər Məhkəməsi

Hüseynli Tural Mirbahəddin oğlu

Neftçala Rayon Məhkəməsi

Qasımzadə Ləman Fəxrəddin qızı

Sabirabad Rayon Məhkəməsi

Cəfərov Cavid Zahid oğlu

Salyan Rayon Məhkəməsi

Alıyev Rüstəm Böyükağa oğlu

Kələntərov Şahəddin Əhməd oğlu

Sumqayıt Şəhər Məhkəməsi

İmamverdiyeva Pərvin Arif qızı

Şamaxı Rayon Məhkəməsi

Abasov Qürur Bəybala oğlu

Şəki Rayon Məhkəməsi

Cəfərova Şəfəq Natiq qızı

Məmmədova Pərvanə Əziz qızı

Şəmkir Rayon Məhkəməsi

Yusifli Seymur Mübariz oğlu

Tərtər Rayon Məhkəməsi

Məmmədova Maya Vahid qızı

Tovuz Rayon Məhkəməsi

İsaqlı Pərvanə Zakir qızı

Yevlax Rayon Məhkəməsi

Babayeva Aybəniz Elman qızı

Zərdab Rayon Məhkəməsi

Abbasov Cavid Mehman oğlu.

Bundan başqa, aşağıdakı hakimlərin vəzifələri dəyişdirilib:

Abil Elmar oğlu Orucəliyev Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Naxçıvan Muxtar Respublikası Şərur Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;

Hafiz Samir oğlu Əliyev Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Goranboy Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;

Roman Nəriman oğlu Ələkbərli Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilsin;

Hafiz Eldar oğlu Kamranov Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilsin;

Elmin İltizam oğlu Rüstəmov Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilsin;

Vüqar Mircuma oğlu Seyidov Quba Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilsin;

Zaur Arif oğlu Hacıyev Sumqayıt Şəhər Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Hərbi Məhkəməsinin hakimi təyin edilsin;

Bilal Mahir oğlu Məmmədov Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Hərbi Məhkəməsinin hakimi təyin edilsin;

Anar Zahid oğlu Rzayev Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Hərbi Məhkəməsinin hakimi təyin edilsin;

Günel Kamil qızı Səmədova Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Hərbi Məhkəməsinin hakimi təyin edilsin;

Günel Cəbrayıl qızı Tanrıverdiyeva Sumqayıt Şəhər Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı İnzibati Məhkəməsinin hakimi təyin edilsin;

Etibar Mustafa oğlu Mustafayev Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Şəki İnzibati Məhkəməsinin hakimi təyin edilsin;

Pərviz Mirsiyaf oğlu Zamanlı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Kommersiya Məhkəməsinin hakimi təyin edilsin;

Toğrul Məhəmməd oğlu Məmmədov Goranboy Rayon Məhkəməsinin hakimi və sədri vəzifələrindən azad edilərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi təyin edilsin;

Emin Tahir oğlu Axundov Gəncə İnzibati Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi təyin edilsin;

Müseyib Seyfəddin oğlu Bayramov Kürdəmir Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi təyin edilsin;

Vüsal Rafiq oğlu Qurbanov Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi təyin edilsin;

İlqar Məsail oğlu Quliyev Tərtər Hərbi Məhkəməsinin hakimi və sədri vəzifələrindən azad edilərək Şəmkir Rayon Məhkəməsinin hakimi təyin edilsin.
3-06-2025, 16:59
Səhiyyə Nazirliyi əhaliyə çağırış etdi


Səhiyyə Nazirliyi əhaliyə çağırış etdi

Havaların qeyri-sabit keçməsi səbəbindən respirator xəstəliklərə, o cümlədən hazırda ölkə ərazisində yayılmış mövsümi qrip infeksiyasına yoluxma hallarında artım müşahidə olunur.
Bununla bağlı Səhiyyə Nazirliyi sağlamlığının qorunması və yoluxma hallarının qarşısının alınması məqsədilə qarşıdan gələn Qurban bayramı və istirahət günlərində, xüsusilə risk qrupuna daxil olan şəxslərə müraciət edib.
Müraciətdə bildirilib ki, kütləvi tədbirlərdə və insanların sıx toplaşdığı məkanlarda tənəffüs yollarını qoruyan fərdi qoruyucu vasitələrdən (tibbi maskalardan) istifadə edin, əl gigiyenasına ciddi riayət edin, gündəlik qidalanmada vitaminlərlə zəngin ərzaqlara üstünlük verin, geyim seçimində mövsümü deyil, hava şəraitini nəzərə alın.
Səhiyyə Nazirliyi hər bir vətəndaşı sağlamlığına xüsusi diqqət və məsuliyyətlə yanaşmağa, həmçinin özünü və ətrafındakıları xəstəliklərdən qorumağa çağırır.
3-06-2025, 16:48
Azərbaycan 2035-ci ildən sonra hidrogen istehsalına başlayacaq


Azərbaycan 2035-ci ildən sonra hidrogen istehsalına başlayacaq

2030-cu ilə qədər 6 giqavatdan çox yaşıl enerji istehsal olunacaq ki, bunun da 4 giqavatı ixrac ediləcək.
Bu sözləri Azərbaycanın energetika nazirinin müavini Orxan Zeynalov Bakı Enerji Forumunda çıxışı zamanı deyib.
O qeyd edib ki, yaşıl enerjinin ixracı mərhələli olaraq Xəzər-Qara dəniz-Avropa dəhlizi vasitəsilə həyata keçiriləcək.
“Son illər yaşıl enerjiyə investisiya yatırırıq. Biz hazırda 4 interkonnektor layihəsinə başlamışıq. Bu layihələr Mərkəzi Asiya, Xəzər və Qara dəniz regionlarının müxtəlif hissələrini birləşdirərək Avropaya qədər uzanacaq. 2035-ci ildən sonra hidrogen istehsalına başlayacağıq”, - deyə o bildirib.
3-06-2025, 16:40
Abşeronda gənc qadın narkotiklə tutuldu - VİDEO


Abşeronda gənc qadın narkotiklə tutuldu - VİDEO

Abşeron Rayon Polis İdarəsi Saray polis bölməsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, əməliyyat zamanı saxlanılan 29 yaşlı Arzu Bayramovanın üzərindən 3 kiloqramdan çox marixuana aşkarlanıb.
Şübhəli şəxs ifadəsində sosial şəbəkədə tanış olduğu İran vətəndaşının ona narkotik maddəni ünvanlara çatdırmaq müqabilində yüksək məbləğdə pul vəd etdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb.

3-06-2025, 16:32
Paşinyan seçki öncəsi kilsədən nə istəyir?


Paşinyan seçki öncəsi kilsədən nə istəyir?

Son vaxtlarda Ermənistanda Baş nazir Nikol Paşinyanla kilsə arasında qarşıdurma güclənir. Paşinyan bir neçə dəfə erməni kilsəsinin rəhbərliyini, digər din xadimlərini tənqid edən çıxışlar edib.
Politoloq Elxan Şahinoğlu bildirib ki, parlament seçkiləri yaxınlaşdıqca Baş nazir Nikol Paşinyanın rəqiblərinə qarşı siyasəti daha da sərtləşəcək:
“Paşinyan bilərəkdən qarşıdurmanı gücləndirəcək ki, xalq radikal müxalifətlə müqayisədə ona səs versin. Paşinyan radikal müxalifətin mövqelərini zəiflətməyə və beləliklə də xalqı aldatmağa çalışacaq ki, bunlar hakimiyyətə gəlsə, dövləti idarə edə bilməyəcəklər, üstəgəl Azərbaycana qarşı təxribat törətdikləri halda növbəti müharibə baş verəcək və bu Ermənistana daha baha başa gələcək. Bu səbəbdən Paşinyan kilsəni də hədəf seçib. Çünki İkinci Qarabağ Müharibəsindən əvvəl, müharibə dövründə və müharibədən sonra radikal müxalifətlə yanaşı erməni kilsəsi, Qaregin özü də təxribatçı açıqlamalarla çıxış edib. "Qarabağın geri qaytarılması" şüarlarını ortaya atırlar ki, bu da Ermənistanı uçuruma sürükləyəcək. Ona görə Paşinyan radkal müxalifətlə yanaşı kilsəyə qarşı da mübarizəni gücləndirir”.
Paşinyan bu iki qüvvə ilə mübarizədə parlament seçkilərindən öncə reytinqlərini qaldıra biləcəyini düşünür:
“Bu strategiyanın nə dərəcədə özünü doğruldacağı gələn il may ayında özünü büruzə verəcək. Erməni cəmiyyəti də düşüncə içərisindədir. Paşinyanın reytinqi aşağı düşsə də, Paşinyana alternativlər kilsə və radikal müxalifətdir. Onlar hakimiyyətə gəlsələr, Ermənistanı daha çox uçuruma aparacaqlar. Azərbaycana qarşı təxribat etsələr, bu, yeni müharibə və Ermənistan ərazilərinin itkisi demək olacaq. Paşinyan erməni cəmiyyətinə bunu izah etmək istəyir. Ona görə həm radikallarla, həm də kilsə ilə mübarizəni gücləndirir”.
3-06-2025, 16:07
Metroda gedişhaqqı ilə bağlı yenilik


Metroda gedişhaqqı ilə bağlı yenilik

"Metro ödənişlərinin "Google Pay”, "Apple Pay” və digər elektron cüzdanlarla inteqrasiyası planlaşdırılır”.
Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın üzvü Elvin Abbasov bildirib.
O qeyd edib ki, "Bakı Metropoliteni”nin mobil tətbiqinin istifadəyə verilməsi nəzərdə tutulur:
"Artıq metropolitendə geniş Data Analitik Departamenti fəaliyyət göstərir və qərarlar data əsaslı analizlərə söykənərək qəbul olunur. Rəqəmsal əkiz (digital twin) texnologiyası ilə aparılan simulyasiyalar nəticəsində metro sıxlığının azaldılması məqsədilə 10 yeni stansiyanın layihələndirilməsi prosesi davam edir. Bu stansiyalardan biri yaxın zamanda istifadəyə veriləcək, digərləri isə 2030-cu ilə qədər mərhələli şəkildə açılacaq”.
E.Abbasov əlavə edib ki, hazırda "Bakı Metropoliteni” illik 220–230 milyon sərnişin daşıyır:
"Onlardan təxminən 6 milyonu güzəştli (ödənişsiz) keçidlərdir. Gündəlik sərnişin sayı iş günlərində orta statistik hesabla 740 min nəfərə qədər yüksəlir”.
3-06-2025, 15:52
“Qarabağ”ın futbolçusu 5 oyunluq cəzalandı


“Qarabağ”ın futbolçusu 5 oyunluq cəzalandı

"Qarabağ"ın futbolçusu Yassin Benzia 5 oyunluq cəza alıb.
Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Komandanın futbolçusu Yassin Benzia Azərbaycan kubokunun finalında "Sabah"la oyunda referini təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə görüb.
O, ardınca ədalət təmsilçilərinə fiziki təzyiq göstərməyə cəhd edib.
“Qarabağ” isə oyunçunun davranışına görə 3000 manat ödəməli olacaq.
Qeyd edək ki, "Sabah" Azərbaycan kubokunun finalında "Qarabağ"ı məğlub edərək (3:2) kubokun sahibi olub.
3-06-2025, 15:46
Pezeşkian yeni səfiri qəbul etdi


Pezeşkian yeni səfiri qəbul etdi

İran Prezidenti Məzud Pezeşkian Azərbaycana yeni təyin olunmuş səfiri Müctəba Dəmirçilini qəbul edib.
Bu barədə İran Prezidentinin rəsmi saytında məlumat verilib.
Məlumata deyilir ki, İran Prezidenti Bakıya səfərinə toxunub və səfərinin Azərbaycan Respublikası ilə əlaqələrdə müsbət sıçrayışa səbəb olduğunu vurğulayıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!