Leysan, dolu, sel... - XƏBƏRDARLIQ .....                        Ukrayna Quru qoşunlarının komandanı istefa verdi .....                        Ukraynadan Rusiyaya böyük zərbə - Təyyarələrini yandırdılar .....                        Füzulidə “Qarabağım mənim” adlı festival .....                        İŞİD liderlərindən biri saxlanıldı .....                        Humanitar yardım məntəqəsində onlarla fələstinli öldürüldü .....                        Rusiyadan Ukraynanın təlim bölməsinə zərbə - 12 ölü, onlarla yaralı .....                        Türkiyədə Üzeyir Hacıbəyovun 140 illiyi münasibətilə konsert .....                        Türkiyədə iki zəlzələ .....                       
11-07-2024, 18:23
Parkinqlə bağlı SMS-lər pullu oldu


Parkinqlə bağlı SMS-lər pullu oldu

“Azparking”də giriş-çıxışda göndərilən hər SMS-ə görə artıq 0.10 AZN ödəniş çıxılması ilə bağlı iddialar yayılıb.
Bu barədə sosial şəbəkələrdə vətəndaşlar qeyd ediblər. Onların sözlərinə görə, 24 iyundan etibarən sözügedən SMS-lər pullu olub.
Sürücülər qeyd edir ki, əvvəllər parkinqin ilk 15 dəqiqəsi tamamilə ödənişsiz idi, mesaj göndərildiyi halda belə həmin müddətdə heç bir pul çıxılmırdı. Amma bu dəyişiklikdən sonra SMS bildirişi göndərildiyi an vətəndaşın kontur hesabından 10 qəpik silinir. Eyni proses çıxışda da aparılır və parkinqdən 15 dəqiqədən az belə istifadə edənlər ümumilikdə 0.20 AZN ödəniş etməlidirlər.
Buna müvafiq olaraq 15 dəqiqəni keçdiyi halda avtomobillə parkinqə giriş və çıxış üçün göndərilən SMS-ə görə çıxılan pul isə ümumi parkinq pulunun üstünə gəlir.
Məsələ ilə əlaqədar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən açıqlama verilib.
"Parklanmaya görə SMS-lərin ödənişli olması ilə bağlı bildiririk ki, bu, “Bakcell” və “Nar” mobil operatorları tərəfindən tətbiq edilən komissiya haqqıdır və parklanmaya görə ödəniş deyil. “Azercell” mobil operatoru tərəfindən bu xidmət üçün heç bir komissiya haqqı tətbiq edilmir.
Parklanmaya görə ödənişləri SMS-lə yanaşı, “Azparking” mobil tətbiqi üzərindən etmək mümkündür. Ödəniş üsulu vətəndaşlar tərəfindən könüllü seçilir. “Azparking” mobil tətbiqindən istifadəyə görə heç bir komissiya haqqı tutulmur”.
11-07-2024, 17:43
İlham Əliyevin Şahbaz Şəriflə məhdud tərkibdə görüşü keçirilir


İlham Əliyevin Şahbaz Şəriflə məhdud tərkibdə görüşü keçirilir

İslamabadda Azərbaycan Prezidenti İlham Əliyevin Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə məhdud tərkibdə görüşü başlayıb.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.
11-07-2024, 17:33
Daxili Qoşunların hərbçisi HƏLAK OLDU


Daxili Qoşunların hərbçisi HƏLAK OLDU

İşğaldan azad olunan Xocavənd rayonu ərazisinə dislokasiya edilən DİN-in Daxili Qoşunların müddətdən artıq xidmət edən hərbi qulluqçusu (MAXE) təlim zamanı tabel silahı ilə ehtiyatsız davranması nəticəsində xəsarət alıb.
DİN-in Mətbuat Xidmətindən Modern.az-a bildirilib ki, 21 yaşlı MAXE Xanlar Əhmədova bir neçə gün göstərilən tibbi müdaxilələrə baxmayaraq, bu gün vəfat edib.
Araşdırma aparılır.
11-07-2024, 17:28
İslamabadda Azərbaycan Prezidentinin rəsmi qarşılanma mərasimi olub


İslamabadda Azərbaycan Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Pakistan İslam Respublikasında dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyulun 11-də İslamabadda rəsmi qarşılanma mərasimi keçirilib.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşıladı.
Əvvəlcə rəsmi foto çəkdirildi.
Azərbaycan Respublikasının və Pakistan İslam Respublikasının Dövlət himnləri səsləndirildi.
Fəxri qarovul dəstəsinin rəisi dövlətimizin başçısına raport verdi.
Azərbaycan Prezidenti fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Pakistan nümayəndə heyəti Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyəti isə Baş nazir Məhəmməd Şahbaz Şərifə təqdim olundu.
11-07-2024, 17:06
İranda güclü yanğın - 41 yanğınsöndürən maşın cəlb edildi


İranda güclü yanğın - 41 yanğınsöndürən maşın cəlb edildi

İranın Rəşt şəhərində "Xali Rəşt" şirkətinin anbarında yanğın baş verib.
Məlumatı Rəşt Yanğından Mühafizə İdarəetmə Mərkəzi yayıb.
Yanğın 41 yanğınsöndürən maşının müdaxiləsi ilə söndürülüb. Hadisə nəticəsində itki və xəsarət barədə məlumat verilməyib.
Rəşt Yanğından Mühafizə İdarəetmə Mərkəzinin rəisi Şəhram Mömeni hadisənin səbəbini araşdırmağa çalışdıqlarını bildirib.
11-07-2024, 16:50
Fransa Cənubi Qafqazı qarşıdurma meydanına çevirməyə çalışır - Sahibə Qafarova


Fransa Cənubi Qafqazı qarşıdurma meydanına çevirməyə çalışır - Sahibə Qafarova

Azərbaycan nəinki beynəlxalq hüququn norma və prinsiplərinin icrasını təkbaşına təmin edib, həm də xalqın 30 ilə yaxın axtardığı haqq-ədaləti də bərpa edib.
Bunu VI çağırış Milli Məclisin sədri Sahibə Qafarova bu gün BRICS ölkələrinin X Parlament Forumunun plenar sessiyasında çıxışı zamanı səsləndirib.
O qeyd edib ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinə başlayıb, keçmiş məcburi köçkünlər artıq öz dədə-baba yurdlarına geri qayıdırlar.
VI çağırış Milli Məclisin spikeri məlumat verib ki, hazırda Azərbaycan və Ermənistan Cənubi Qafqaz regionuna uzunmüddətli sülh və sabitlik gətirəcək normallaşma prosesini davam etdirirlər.
Spiker təəssüflə bildirib ki, həqiqi sülhün mümkünlüyü artdıqca, selektiv yanaşmaların, ikili standartların, müdaxilə cəhdlərinin yenidən gündəmə gəlməsinin şahidi olur.
Sahibə Qafarova qeyd edib ki, regionda bu yanaşma Fransa tərəfindən aşkar şəkildə tətbiq olunur. O vurğulayıb ki, bu ölkə müxtəlif bəhanələrlə regional dinamikaya müdaxilə etməyə, Cənubi Qafqazı qarşıdurma və özünün biabırçı neokolonial təcrübələr meydanına çevirməyə çalışır. Lakin Azərbaycanın nümayiş etdirdiyi sərt və qəti mövqe hər hansı belə cəhdin qarşısını qətiyyətlə qalır.
VI çağırış Milli Məclisin spikeri vurğulayıb ki, parlament təşkilatları Avropa Parlamentinin, Avropa Şurası Parlament Assambleyasının timsalında müəyyən qrupların maraqlarının oyun meydanına, təzyiq və ikili standartlar alətinə çevrilməməlidirlər.
Sahibə Qafarova bildirib ki, beynəlxalq sistemin səmərəliliyinin təmin edilməsi qarşılıqlı faydaya əsaslanan ədalətli münasibətlərin qurulmasını, bir-birinə hörmət edilməsini və həqiqi çoxtərəfliliyin gücləndirilməsini tələb edir.
“Azərbaycan öz xarici siyasətində bu prinsipləri rəhbər tutaraq, həm ikitərəfli əlaqələrində, həm də çoxtərəfli formatlarda dialoq, əməkdaşlıq və həmrəyliyi təşviq edir. Bu prinsiplər həm də BRICS üçün fəaliyyət prioritetləridir. Azərbaycan artıq BRICS-ə qoşulmaq arzusunu ifadə edib”.
11-07-2024, 16:42
Daxili İşlər Nazirliyindən seçki açıqlaması: xüsusi hazırlıq işi aparılmır!


Daxili İşlər Nazirliyindən seçki açıqlaması: xüsusi hazırlıq işi aparılmır!

Asayişin mühafizəsi digər hüquq-mühafizə orqanları ilə birgə cari ilin sentyabr ayının 1-nə nəzərdə tutulan Milli Məclisə növbədənkənar seçkilər ərəfəsində və dövründə etibarlı təmin ediləcək.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib. O deyib ki, Daxili İşlər Nazirliyi tərəfindən cinayətlərin qarşısının alınması, açılması, hüquq qaydasının qorunması, hər bir şəxsin hüquq və azadlığının müdafiəsi sahəsində qanunla müəyyən edilmiş vəzifələrin icrası davam etdirilir.
"Vətəndaşların seçkidə öz iradəsini azad və sərbəst ifadə etməsi üçün yüksək təhlükəsizlik şəraiti yaradılacaq".
E.Hacıyev vurğulayıb ki, seçki ilə əlaqədar heç bir xüsusi hazırlıq işi aparılmır, eyni zamanda, səlahiyyətdən kənar məsələlərə polisin müdaxiləsi birmənalı istisnadır:
“Şəxsi heyət yalnız Seçki Məcəlləsindən irəli gələn aidiyyəti müddəaların tələblərinin həyata keçirilməsinə, vətəndaşların şəxsiyyəti təsdiq edən sənədlərlə vaxtında təmin edilməsi və yaşayış yeri üzrə qeydiyyata alınması vəzifələrinin yerinə yetirilməsinə səfərbər olunub”.
11-07-2024, 16:27
Ararat Mirzoyan məzuniyyətə gedir


Ararat Mirzoyan məzuniyyətə gedir

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan məzuniyyətə çıxmağa hazırlaşır.
Bu barədə Ermənistan KİV-nə Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd edilib ki, nazir iyulun 22-dən 26-dək məzuniyyətə gedəcək. Bu, nazirin illik məzuniyyətinin bir hissəsidir.
Mirzoyanın olmadığı müddətdə onu nazir müavini Paruyr Hovhannisyan əvəz edəcək.
11-07-2024, 16:19
Əhməd Rəcəbli küçəsində yeni yol infrastrukturu qurulub


Əhməd Rəcəbli küçəsində yeni yol infrastrukturu qurulub

Bakının Nərimanov rayonunun Əhməd Rəcəbli küçəsinin Ziya Bünyadov prospekti ilə Akademik Həsən Əliyev küçəsi arasında yerləşən hissəsində təmir-bərpa işləri aparılıb.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliynə istinadən xəbər verir.
Məlumata görə, 910 metr uzunluğa malik ərazidə müasir standartlara cavab verən yol nişanları quraşdırılıb və nişanlanma xətləri çəkilib.
Nişanlanma xətlərinin əksəriyyəti ikikomponentli boya ilə çəkilib. Həmçinin boyanın işıq qaytarıcılığını artırmaq məqsədilə şüşə tozundan istifadə olunub.
Quraşdırılan yol nişanları isə ilk dəfə olaraq ikiqat bükülüb, uzunmüddətli korroziyayadavamlı və ekoloji cəhətdən təmiz materialdan hazırlanıb. Yolda hərəkət iştirakçılarının rahatlığının və təhlükəsizliyinin təmin edilməsi üçün nişanların görünməsi, işıqqaytarıcılığı maksimum dərəcədə təmin edilib.
Üstün görünmə qabiliyyətinə malik bu nişanlar sərt hava şəraitindən asılı olmayaraq uzun müddət bütöv və oxunaqlı qalır.
11-07-2024, 15:51
Tahir Kərimli deputatlığa namizəd olmayacaq? - AÇIQLAMA


Tahir Kərimli deputatlığa namizəd olmayacaq? - AÇIQLAMA

Sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Artıq bir sıra partiyalar namizədlərini müəyyənləşdirib. Eyni zamanda müəyyən şəxslər fərdi qaydada namizədliklərini irəli sürəcəklərini bildiriblər.
VI çağırış Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimlidən isə hələ ki səs-soraq yoxdur. Tahir Kərimli namizədliyini irəli sürəcək?
Onun köməkçisi Aftandil Məmmədov bildirib ki, Tahir Kərimlinin namizədliyinin irəli sürülüb-sürülməyəcəyi hələ dəqiqləşməyib:
"Partiya olaraq seçkilərdə iştirak edəcəyik. Amma şəxsən Tahir müəllimin seçkilərdə iştirakı hələ o qədər də gündəmdə deyil. Nəzərdə tutulmur. Lakin gələcəklə bağlı dəqiq heç nə deyə bilmərəm".
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!