Kəlbəcərdə 63 yaşlı kişi qayadan yıxılaraq öldü .....                        Son anda ölümdən xilas oldu .....                        Füzulidə 3 tondan çox çətənə kolu məhv edildi .....                        Gəncədə ata 22 yaşlı qızını döyüb öldürdü .....                        Siyəzəndə maşın aşdı - Dağlıq ərazidə yanğın oldu .....                        İran Qərbi hədələdi: sanskiyalar davam edərsə... .....                        ZİYALILIQ ZİRVƏSİ .....                        Tanınmış şair vəfat etdi .....                        III Şuşa Qlobal Media Forumu iştirakçıları Füzulidə .....                       
3-09-2024, 18:03
Rusiyanın hücumu nəticəsində ölənlərin sayı 47-ə çatdı - Matəm elan edildi


Rusiyanın hücumu nəticəsində ölənlərin sayı 47-ə çatdı - Matəm elan edildi

Rusiyanın Ukraynanın Poltava bölgəsinə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 47 nəfərə çatıb.
Bu barədə Ukrayna prezidentinin həyat yoldaşı Elena Zelenskaya bildirib.
“Rusiyanın Poltavaya raket hücumları nəticəsində həlak olanların və yaralananların ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bu, bütün Ukrayna üçün inanılmaz faciədir. Düşmən təhsil müəssisəsinə və xəstəxanaya hücum edib. 47 ölü və 206 yaralı artıq məlumdur. Rusiya bizim ən dəyərli şeyimizi - həyatımızı əlindən alır. Biz bunu heç vaxt unutmayacağıq”, - o, "X" sosial şəbəkəsində yazıb.
Hadisə ilə əlaqədar vilayətdə üç günlük matəm elan edilib.
3-09-2024, 17:32
Qadınlar Trampdansa, Harrisə üstünlük verir


Qadınlar Trampdansa, Harrisə üstünlük verir

ABŞ prezidentliyinə namizəd Kamala Harris qadınlar arasında Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampla fərqi artırıb və bu, qarşıdan gələn seçkilərdə əsas amil ola bilər.
Bu barədə "The Hill" bir sıra sorğuların nəticələrinə istinadən yazıb.
Eyni zamanda, yeni sorğunun nəticələrinə görə, Harris milli reytinqlərdə Trampdan bir qədər üstünlüyünü qoruyub saxlasa da, Demokratlar Partiyasının qurultayından sonra ümumi dəstəyin əhəmiyyətli dərəcədə artdığını görməyib.
ABŞ-da seçkilər noyabrda baş tutacaq.
3-09-2024, 17:28
"Nizami" stansiyasında nasazlıq - Sərnişinlər düşürüldü


"Nizami" stansiyasında nasazlıq - Sərnişinlər düşürüldü

"Nizami" stansiyasında texniki nasazlıq səbəbilə sərnişinlər düşürülməklə qatar "Nərimanov" elektrik deposuna göndərilib.
Bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətindən məlumat veriliib.
Məlumatda bildirilir ki, nəticədə, bu, "Nizami-Dərnəgül" sahəsində iki qatar arasında interval pozulmasına səbəb olub. Digər sahələrdə qatarlar arasında normal interval fərqi təmin edilib.
Xəttə dərhal ehtiyat qatar buraxılıb.
3-09-2024, 17:22
Universitetlərin boş yerlərinə qəbulun nəticələri açıqlandı


Universitetlərin boş yerlərinə qəbulun nəticələri açıqlandı

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələri açıqlanıb.
Abituriyentlər (həmçinin subbakalavrlar) müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından, eləcə də mobil nömrələr (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi"ni və ya elektron ixtisas seçimi ərizəsindəki “7 rəqəmli kod”u 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək üçün 20 827 şəxs ixtisas seçimi edib. Müsabiqə nəticəsində ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə 528 nəfər (o cümlədən 114 nəfər subbakalavr), tam orta orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə isə 12 186 nəfər qəbul olub.
Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələrinə əsasən, plan yerləri 98.38% dolub. Cəmi 201 yer (1.62%) boş qalıb.
3-09-2024, 17:14
Ersin Tatar İlham Əliyevə zəng etdi


Ersin Tatar İlham Əliyevə zəng etdi

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar sentyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Ersin Tatar növbədənkənar parlament seçkilərində Yeni Azərbaycan Partiyasının inamlı qələbəsi münasibətilə təbriklərini çatdırıb. O, seçkilərin azad, demokratik, sərbəst mühitdə keçdiyini və Azərbaycan xalqının iradəsini ifadə etdiyini vurğulayıb.
Ersin Tatar Azərbaycan parlamentində Şimali Kipr Türk Cümhuriyyəti ilə dostluq qrupunun yaradılmasını da vurğulayaraq yeni parlamentlə parlamentlərarası dostluq qrupu çərçivəsində əməkdaşlığın uğurla davam etdiriləcəyinə əminliyini bildirib.
Ölkəsinin Türk Dövlətləri Təşkilatının Şuşa Zirvə görüşünə dəvət olunmasını məmnunluqla xatırladan Ersin Tatar Şimali Kipr Türk Cümhuriyyətinin bu təşkilatla əlaqələrinin inkişafına verdiyi dəstəyə və dəvətə görə dövlətimizin başçısına minnətdarlığını ifadə edib.
Prezident İlham Əliyev təbriklərə görə təşəkkürünü bildirib. Azərbaycanın bundan sonra da Şimali Kipr Türk Cümhuriyyətinin Türk Dövlətlər Təşkilatı çərçivəsində əlaqələrinin inkişafına və əməkdaşlığının genişlənməsinə dəstək verəcəyini qeyd edib.
Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
3-09-2024, 17:03
İtkin düşən 15 yaşlı qızın meyiti tapıldı - Basdırılıbmış...


İtkin düşən 15 yaşlı qızın meyiti tapıldı - Basdırılıbmış...

Sentyabrın 3-də saat 10 radələrində Bərdə rayonunun Cəyirli kəndində yerləşən yarımtikilidə 2 gün əvvəl itkin düşmüş həmin kəndin sakini, 2009-cu il təvəllüdlü Sevinc Abbaslının meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Bərdə Rayon prokurorluğundan məlumat verilib.
Bildirilib ki, prokurorluq və polis əməkdaşları tərəfindən prokuror kriminalist və məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə, meyitə baxış keçirilib, müvafiq ekspertizalar təyin edilib, o cümlədən digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
"Meyitin xarici müayinəsi zamanı üzərində müxtəlif xəsarət izləri aşkar edilib. İlkin araşdırma zamanı zərərçəkmişin qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edildiyindən rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Hazırda cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir", - məlumatda qeyd olunub.

3-09-2024, 16:33
Parlament seçkiləri Azərbaycan Konstitusiyasına uyğun keçirilib - XİN


Parlament seçkiləri Azərbaycan Konstitusiyasına uyğun keçirilib - XİN

Azərbaycanda növbədənkənar parlament seçkiləri ölkənin Konstitusiyasına və milli qanunlara tam uyğun keçirilib.
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bunu Avropa İttifaqının seçkilərlə bağlı yaydığı məlumata cavab olaraq "X"də yazıb.
"Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə mətbuat katibi Peter Stanonun bu cür subyektiv və qərəzli siyasi baxışı ATƏT DTİHB-nin Azərbaycandakı seçkilərlə bağlı mənfi münasibətini təkrarlayır və etibarsızdır. Seçkilər ölkənin Konstitusiyasına və milli qanunlarına tam uyğun şəkildə keçirilib", - XİN rəsmisi vurğulayıb.
3-09-2024, 16:21
Müdafiə Nazirliyi məlumat yaydı: Partlayış olacaq


Müdafiə Nazirliyi məlumat yaydı: Partlayış olacaq

Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla planlı şəkildə məhv edilməsi davam etdirilir.
Bu barədə Müdafiə Nazirliyinin məlumatında qeyd edilib.
“Bildiririk ki, döyüş sursatlarının məhv edilməsi prosesi 3-6 sentyabr tarixlərində Seyfəli poliqonunda həyata keçiriləcək. Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi olaraq məlumat veriləcək”, - məlumatda vurğulanıb.
3-09-2024, 16:14
Çörəklə bu qidaların qəbul olunması yolverilməzdir! - Ekspertdən xəbərdarlıq


Çörəklə bu qidaların qəbul olunması yolverilməzdir! - Ekspertdən xəbərdarlıq

Tam buğda unundan hazırlanan çörəyin insan orqazminə bir çox faydaları var. Xüsusilə orqanizmin formalaşmağa başladığı ilk dövrdən 8 yaşa qədər çörəkdən istifadə olunubsa, o zaman çörəyi qida rasionundan çıxarmaq yolverilməzdir.
Bunu açıqlamasında sağlam qida mütəxəssisi Məhsəti Hüseynova deyib.
O bildirib ki, çörəyin tərkibində olan "B" qrup vitaminlər və bir çox elementlər insanın orqanizminə faydalıdır və orqanizim bu vitaminləri genetik olaraq həmin qidadan almağı kodlaşır.
"Belə olduğu halda çörək qida rasionunda qəbul olunmalıdır. Mütləq şəkildə çörəyi alarkən diqqət etmək lazımdır ki, mənşəyi olan yerdən və kefiyyətli undan hazırlansın. Əksər hallarda bu gün sənaye üsulu ilə hazırlanan çörəklərdə kimyəvi tərkibdə olan mayadan istifadə olunur. Bu həzm prosesinin korlanmasına və eyni zamanda da bir çox insanlarda bağırsaq hərəkətliliyini aşağı düşməsinə səbəb olur. Nəticədə insan orqanizmində maddələr mübadiləsi pozulur və qəbzlik, qarında şişlik, ağrı baş verir. Ev üsulu maya ilə hazırlanmış çörəklərdən istifadə etmək daha sağlam hesab olunur. Çörək bişərkən şəkərdən, bəzən "proktoza"dan istifadə olunur. Bu da insan orqanizmində asılılığa gətirib çıxarır və nəticədə bir çox insanlar çörəksiz qida qəbul edə bilmir. Çörəyin qəbul edilmə miqdarı var ki, səhər yeməklərində 1-2 dilim şəklində qəbul olunmalıdır və axşam yeməklərində isə o qədər də tövsiyyə olunan məqam deyil".
Məhsəti Hüseynova qeyd edir ki, dietada olan insanlar qara çörəyə üstünlük verir:
"Əgər hər ikisi təbii, kefiyyətli şəkildə hazırlanıbsa, onların kalori miqdarında çox az fərq var. Ağ çörəyin kalori miqdarını azaltmaq üçün qızardılıb nəmliyi alınmalıdır. Bu halda ağ çörək və qara çörək arasındakı fərq minimuma düşür. Müasir dünyada insanların bəzilərinin qarşılaşdığı problemlərdən biri də qlüten həssaslığıdır. Bu insanlarda bəzilərində allergik reaksiyalar kimi aşağı və yuxarı ətraflarda dəri altı ağ səpkilər özünün göstərsə də, bəzi insanlarda isə daha ağır nəticələrə yol açır. Bu da çölyak xəstəliyi və mədədə narahatlığa qədər gətirib çıxarır. Mütləq şəkildə qlüten həssaslığı olan insanlar bir mənalı şəkildə tərkibində qlüten olan qidalardan uzaq durmaları məsləhət görülür".
Onun sözlərinə əsasən, çörək karbohidrat tərkibli olduğu üçün birgə qəbul olunan qidaların tərkibində zülal, yağlar olmalıdır:
"Çörəklə digər dəyəri yüksək olan qidaların qəbul olunması yolverilməzdir. Bu cür qidaların həzmi çətinləşdiyi üçün insan orqanizmində ağrılara və narahatlığa səbəb olur. Bəzən insanlar az miqdarda belə qidalanarlarsa, köpmə və tez çəki almağa yol açır. Düzgün miqdarda qəbul olunan çörək insan orqanizmində yalnız enerji verməyə xidmət edir. Bu da 1-2 dilim şəklində günün birinci yarısında səhər yeməyində qəbul olunan çörəkdir. Əgər çörək sənaye üsulu hazırlanıbsa, bunun düzgün şəkildə qablaşması, bişirilmə tarixi, tərkibi haqqında tam məlumat verilməlidir. Bəzən olur ki, çörək kağızının üzərində 48 saat və ya 72 saat göstərilsə də, bunu son istifadə müddəti bitdikdən sonra da istifadə edirlər ki, bu yol verilməzdir. Gözlə görülməsə də, rəngi, qoxusu dəyişməsə də, tərkibində müəyyən dəyişikliklər olur. Həmin dəyişikliklər həzm sisteminin pozulmasına gətirib çıxarır. Çörəklərin uzun müddət qalması üçün istifadə olunan kimyəvi dərmanlar var ki, bunlar insan orqanizmində müəyyən fəsatlara gətirib çıxarır. Bu da birbaşa olaraq, həmin maddələrin insan orqanizmindən tamam sorvulmaması nəticəsində qaraciyər və böyrək çatışmazlığına gətirib çıxarır. Digər məqam isə polietilen paketlərdə uzun müddət saxanılmamalıdır. Çörəkləri daha çox kağız, parça torbalar və ya çörək üçün nəzərəd tutulmuş taxta qablarda saxlanılması daha sağlam hesab olunur".
3-09-2024, 16:08
Ləğv edilən Naxçıvan Universitetinin tələbələri hara köçürülüb? - Rəsmi


Ləğv edilən Naxçıvan Universitetinin tələbələri hara köçürülüb? - Rəsmi

"Naxçıvan" Universiteti məhdud məsuliyyətli cəmiyyət (MMC) ləğv edildiyini elan edib.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məsələylə bağlı açıqlama verib.
Qurumdan bildirilib ki, Naxçıvan Universitetinin tələbələrinin köçürülməsi prosesi 2024-cü ilin fevral ayından etibarən başlanıb:
“Artıq bütün tələbələrin köçürülməsi yekunlaşıb. Universitetdə təhsil alanların əksəriyyəti Naxçıvan Dövlət Universitetinə, digərləri isə başqa ali təhsilm müəssisələrinə köçürülüblər. Prosesin bu vaxta qədər davam etməsinin səbəbi isə sonuncu kurs tələbələri ilə bağlıdır. Belə ki, müəssisənin bağlanması üçün onlar təhsillərini başa vurmalı idilər”.
Qurum rəsmisi sonda qeyd edib ki, Naxçıvan Universiteti özəl ali təhsil müəssisəsi olsa da, tələbələri dövlət ali təhsil müəssisələrinə köçürülüblər.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!