"Qarabağ" 5 qol vurdu .....                        FHN əhaliyə müraciət etdi .....                        Keçmiş sovet ölkələrinə xəbərdarlıq edildi .....                        Naxçıvanın keçmiş fövqəladə hallar naziri vəfat etdi .....                        14 yaşlı qızı avtomobil vurdu .....                        Lazaya gedən yol buz bağladı .....                        Pənah Hüseyn partiya sədrliyindən İSTEFA VERDİ .....                        Yol polisindən sürücülərə XƏBƏRDARLIQ .....                        Qusarda ağır qəza - 2 ölü, 4 yaralı .....                       
27-01-2025, 20:06
"Azneft"də maşın yandı: sıxlıq yarandı


"Azneft"də maşın yandı: sıxlıq yarandı

Səbail rayonu, Neftçilər prospekti, “Azneft” dairəsində avtomobillərdən birində yanğın baş verib.
Bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Ərazidə olan yol polisi əməkdaşları tərəfindən yanğın qısa zamanda söndürülüb.
Hazırda bu səbəbdən Yusif Səfərov küçəsi istiqamətində nəqliyyat sıxlığı müşahidə edilir. Sıxlığın aradan qaldırılması istiqamətində operativ tədbirlər görülür.
27-01-2025, 19:38
İran Rusiyadan qırıcı aldığını TƏSDİQLƏDİ


İran Rusiyadan qırıcı aldığını TƏSDİQLƏDİ

İran Rusiya istehsalı olan Su-35 qırıcıları aldığını təsdiqləyib.
Bu barədə İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) generalı Əli Şədamani bildirib.
"Hər zaman ehtiyac yarandıqda, hava, quru və dəniz qüvvələrimizi gücləndirmək üçün hərbi texnika alırıq", – general vurğulayıb.
27-01-2025, 19:26
Rusiyanın axtardığı keçmiş hakim Bakıda tutuldu


Rusiyanın axtardığı keçmiş hakim Bakıda tutuldu

Rusiyada axtarışda olan keçmiş məhkəmə hakimi Yelena Xaxalyeva Bakıda saxlanılıb.
Bu barədə TASS məlumat yayıb.
Billdirilib ki, o, Bakıdan Dubaya uçmaq istəyərkən hava limanında saxlanılıb. Artıq Rusiyanın müvafiq orqanlarından Xaxalyevanın ekstradisiyası üçün zəruri sənədlər istənilib.
Müvafiq qərar da məhz həmin sənədlər təqdim edildikdən sonra veriləcək.
27-01-2025, 19:22
Gənc atlet rekorda imza atdı


Gənc atlet rekorda imza atdı

Gənc atlet İlahə Quliyeva Azərbaycan rekorduna imza atıb.
İdmançımız atletika üzrə Bakı qış çempionatında fərqlənib.
O, 400 m məsafəyə qaçışda 20 yaşadək qızlar arasında qapalı məkanlar üçün ən yüksək nəticə göstərib.
Qeyd edək ki, İlahə finişə 56.50 saniyəyə çatıb.
27-01-2025, 19:10
Antalyada 12 mərtəbəli binada yanğın


Antalyada 12 mərtəbəli binada yanğın

Türkiyənin Antalya şəhərinin Alanya rayonunda təmirdə olan 12 mərtəbəli binada yanğın baş verib.
Əraziyə çoxlu sayda ayanğınsöndürmə briqadası göndərilib.
Binada köməksiz qalan 4 işçi xilas edilib.
27-01-2025, 18:55
Baş nazir İqtisadi Şuranı topladı


Baş nazir İqtisadi Şuranı topladı

İqtisadi Şuranın iclası keçirilib.
Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.
İqtisadi Şuranın sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində Prezident İlham Əliyevin yanvarın 7-də yerli televiziya kanallarına verdiyi geniş müsahibəsindən irəli gələn tapşırıqlar, 2024-cü ilin sosial-iqtisadi inkişaf göstəriciləri və İqtisadi Şuranın 2025-ci il üzrə Fəaliyyət Planı, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda Azad İqtisadi Zonanın (AİZ) yaradılması ilə bağlı məsələlər, ölkəmizin beynəlxalq maliyyə institutları və fondları ilə əməkdaşlığı, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin 2024-cü il üzrə Fəaliyyət Hesabatı və 2025-ci il üçün Fəaliyyət Planı və digər cari məsələlər ətraflı müzakirə olunub.
Gündəlikdə olan məsələlər üzrə iqtisadiyyat naziri Mikayıl Cabbarovun və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının məruzələri dinlənilib.
İclasda iştirak edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli və Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov da Naxçıvan Muxtar Respublikasında AİZ yaradılması ilə bağlı çıxışlar edib.
Təqdim olunan məsələlərə dair İqtisadi Şura üzvləri tərəfindən geniş müzakirələr aparılıb. İclasın yekununda İqtisadi Şura üzvlərinin təklifləri nəzərə alınmaqla qərarlar qəbul olunub və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
27-01-2025, 18:47
Orxan Əsgərov Tehranda anıldı


Orxan Əsgərov Tehranda anıldı

Azərbaycanın İrandakı səfirliyində terror hücumu ilə bağlı anım mərasimi baş tutub.
Bu barədə səfir Əli Əlizadə “X” hesabında paylaşım edib.
“27 yanvar 2023-cü il tarixdə Səfirliyimizə qarşı törədilmiş terror aktı nəticəsində şəhid olmuş həmkarımız Orxan Əsgərovun əziz xatirəsini vəfatının ildönümündə andıq, onunla bağlı xatirələrimizi bölüşüb hörmətlə yad etdik. Allah rəhmət eləsin!”, - paylaşımda qeyd edilib.
27-01-2025, 18:06
Yenidən AŞPA-nın prezidenti seçildi


Yenidən AŞPA-nın prezidenti seçildi

Teodor Russopulos yenidən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti vəzifəsinə seçilib.
Bu barədə TASS məlumat yayıb.
Russopolos vəzifəsinin icrasına 2024-cü ildə başlayıb. Alternativ namizəd irəli sürülmədiyi üçün sədrin səlahiyyət müddəti səsə qoyulmadan uzadılıb.
27-01-2025, 17:58
Körpə doğuş vaxtı öldü


Körpə doğuş vaxtı öldü

İsmayıllıda körpə doğuş zamanı ölüb.
Hadisə yanvarın 23-də saat 09 radələrində baş verib.
Belə ki, İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında 1996-cı il təvəllüdlü Narxanım Həkimovanın körpəsi doğuş zamanı vəfat edib.
Faktla bağlı İsmayıllı Rayon Prokurorluğunda araşdırma aparılır.
27-01-2025, 17:56
Erməni qadını AŞPA-ya vitse-prezident seçdilər


Erməni qadını AŞPA-ya vitse-prezident seçdilər

Erməni qadın Avropa Şurası Parlament Assambleyasının vitse-prezidenti seçilib.
Bu barədə xarici KİV məlumat yayıb.
AŞPA Arusyak Julhakyanın vitse-prezident vəzifəsinə namizədliyini təsdiq edib.
Xatırladaq ki, Teodor Russopulos bu gün yenidən AŞPA-nın prezidenti vəzifəsinə seçilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!