Hərbi Prokurorluğun qarşısında maşın yandı .....                        Ağac aşdı, üç nəfər öldü .....                        Gəncədə tələbə dəm qazından boğularaq ölüb .....                        Əhaliyə XƏBƏRDARLIQ edildi .....                        Keşlədə kollektorun üzərində tikilən ev sökülür .....                        İntensiv yağıntılar davam edir .....                        Quba və Qusardan axan bəzi çaylardan sel keçib .....                        "Neftçi" "Sumqayıt"ı məğlub etdi .....                        Zaur Mikayılov kollektorun çökdüyü ərazidədir .....                       
Tarix : 14-10-2015, 22:39
Qubad Ibadoğlunun Frankfurtda keçiriləcək "Avropada yaşayan siyasi mühacirlərin I konfransı" barədə fikirləri və təbriki:

Qubad Ibadoğlunun Frankfurtda keçiriləcək "Avropada yaşayan siyasi mühacirlərin I konfransı" barədə fikirləri və təbriki:

"18 oktyabrda Almaniyanın Frankfurt şəhərində keçiriləcək "Avropada yaşayan siyasi mühacirlərin I konfransı"nı Avropada yaşayan siyasi mühacir həmvətənlilərimin bir yerə toplanmaq, təşkilatlanmaq istəyini həm onların Vətəndən uzaqda koordinasiyalı fəaliyyət göstərmələri, qürbət eldə bir-birlərinə arxa durmaları səbəbindən, həm də ölkəmizin ictimai-siyasi həyatında baş verənləri yaxından izləmək və taleyüklü məsələlərə operativ reaksiya vermək baxımından yüksək qiymətləndirirəm.
Ötən əsrin əvvəllərində yoxdan cümhuriyyət var eləmiş böyük oğullarımızın – Məmməd Əmin Rəsulzadənin, Əlimərdan bəy Topçubaşovun, Ceyhun Hacıbəylinin, Mirzə Bala Məmmədzadənin, Əhmədbəy Ağayevin, Əlibəy Hüseynzadənin və adını çəkmədiyim yüzlərlə cəlayi-vətən olmuş yurdsevər oğullarımızın mühacirətdəki fəaliyyətlərinin bugünkü mühacir qardaşlarımız üçün bir örnək olacağı qənaətindəyəm.
Hesab edirəm ki, Azərbaycan siyasi mühacirət hərəkatının 100 ilə yaxın şərəfli tarixi hər bir azərbaycanlıya qürur yaşatmaqla yanaşı, bizi o qədər də uzaq olmayan keçmişimizdən müəyyən dərslər çıxarmağa səsləyir. Bu, dünyanın dörd bir yanına səpələnmiş siyasi mühacirlərimizin olub-keçənlərdən dərs çıxarması - yaxşıları örnək alması, yanlışları təkrar etməməsi baxımından çox əhəmiyyətlidir.
Təşkilatlanma yolunda ilk addımlarını atan həmvətənlilələrimi Azərbaycanın Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsinin 24-cü ildönümü münasibəti ilə təbrik edir, qurultayın 18 oktyabrda keçirilməsini bir tarixi şans, uğur əlaməti kimi qiymətləndirir, mühacir qardaşlarımı Vətənimizin azad, demokratik gələcəyi yolunda məsuliyyətli qərarlar qəbul etməyə çağırıram".

Hörmətlə, Qubad İbadoğlu, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri


Paylaş



Bölmə: Dünya / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!