Bakıda yeni çəkiləcək yollarla bağlı vacib xəbər .....                        Ağdamda qadın ev quşları üçün olan dərmandan zəhərləndi .....                        Netanyahu: İranla razılaşmada İsrailin maraqları nəzərə alınmalıdır .....                        Millimizin Millətlər Liqasındakı rəqibləri açıqlandı .....                        Ceyhun Bayramov Abbas Əraqçiyə təbrik məktubu ünvanlayıb .....                        ABŞ-də Azərbaycan vətəndaşı həbs edildi - Ağır cinayətlərdə ittiham olunur .....                        Qaradağda yaşayış binasında yanğın: Təxliyə olunanlar var .....                        Azərbaycanda zəlzələ olub .....                        Ağalar Vəliyev və Heydər Əsədov Sloveniya Respublikasına səfər edib .....                       
Tarix : 1-03-2015, 15:08
ADR Hərəkatının mətbuat açıqlaması

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı mətbuat açıqlaması yayıb.
Açıqlamada deyilir:
"Vurğun Əyyub ADR Hərəkatı sədrinin 1-ci müavini təyin edilib.
Fevralın 28-də Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının İdarə Heyətinin (İH) 2-ci iclası odu. Əksər üzvlərin qatıldığı toplantıda öncə Xocali soyqırımının anım mərasimində ADR Hərəkatı üzvlərinin iştirakı ilə bağlı fikir mübadiləsi aparıldı və İH üzvləri şəhidlərimizin xatirəsini onlara sayğı duruşu nümayiş etdirməklə bir daha yad etdilər.
Sonra ADR Hərəkatının sədri Qubad İbadoğlu ABŞ-ın Bakıdakı səfirliyində keçirdiyi görüş barədə qısa məlumat verdi. Toplantı iştirakçıları həmçinin ADR Hərəkatının təşkil etdiyi “Manatın devalvasiyasının Azərbaycan iqtisadiyyatına mümkün təsirlərinin və gözlənilən nəticələrinin qiymətləndiriliməsi” mövzusunda ekspert müzakirəsininin nəticələrini müzakirə etdilər. Qərara alındı ki, belə formatda müzakirələr müxtəlif mövzular üzrə davam etdirilsin.
Gündəlikdə olan təşkilatı məsələlər üzrə geniş müzakirələr oldu. İlkin olaraq İdarə Heyətinin üzvlərinin məsul olacağı sahələr - təşkilati, ümumi, konseptual, ictimaiyyətlə əlaqələr, demokratik təsisatlarla iş, avrointeqrasiya məsələləri, sahibkarlarla iş, sosial rifah məsələləri - razılaşdırıldı. Eyni zamanda ayrıca olaraq icra aparatının və mətbuat xidmətinin yaradılması, eləcə də Ali Məclisin komissiyaları barədə də fikir mübadiləsi aparıldı. Qərara alındı ki, mərkəzi strukturlar formalaşdırılmazdan əvvəl, qısa müddətdə onun idarəçilik sxemi işlənilsin, strukturlar arasında ireyarxiya, şaquli və üfuqi münasibətlər dəqiqləşdirilsin və hər bis sahəyə məsul şəxsin görəcəyi işin təsviri hazırlanaraq bütün bu sənədlərin layihəsi İH-nin müzakirəsinə çıxarılsın.
Qubad İbadoğlu nizamnamə ilə ona verilən səlahiyyətlərindən istifadə edərək ADR Hərəkatın sədri kimi imzaladığı ilk sərəncamla İH-nin üzvü Vurğun Əyyubun ADR Hərəkatı sədrinin 1-ci müavini təyin etdiyini açıqladı.
ADR Hərəkatının mətbuat açıqlaması
İH üzvləri bu sərəncamı razılıqla qarşıladı və yekdilliklə dəstəklədilər. Eyni zamanda nizamnaməyə müvafiq olaraq razılaşdırıldı ki, ADR Hərəkatı sədrinin martın 2-dən ABŞ-ın paytaxtı Vaşinqtona başlayan səfəri dövründə onun səlahiyyətlərini sədrin 1-ci müavini Vurğun Əyyub həyata keçirəcək.
Toplantıda ADR Hərəkatının informasiya əlaqələrinin gücləndirilməsi, onun əhatə və təsir dairəsinin genişləndirilməsi üçün təkliflər də müzakirə olundu.
Yekunda toplantı iştirakçıları İH üzvü Ellada Məmmədlini ad günü münasibətilə təbrik etdilər və xoş arzularını bildirdilər.


Paylaş



Bölmə: Xəbər / Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!