İranın hava məkanı yenidən açılır .....                        Məşhur aktyor ürəktutmasından vəfat etdi .....                        Pezeşkian da Xankəndiyə gəlir - Səfirlik TƏSDİQLƏDİ .....                        Sulutəpədə evlərdən 10 min manatlıq qızıl oğurlandı .....                        Rusiya və Azərbaycanın Baş prokurorluqları müzakirə aparıblar .....                        ABŞ Azərbaycana yeni müvəqqəti işlər vəkili təyin etdi .....                        İmtahan nəticələri AÇIQLANDI .....                        Prezident Xankəndi-Şuşa kanat yolunun ərazisinə baxıb .....                        20 gün əvvəl su anbarında batan gənc qızın meyiti tapıldı .....                       
Tarix : 21-07-2015, 16:21
BAXCP sədri jurnalistləri təbrik edib

BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Azərbaycan Milli Mətbuatının 140-cı ildönümü münasibətilə media təmsilçilərini təbrik edib. BAXCP mətbuat xidmətindən Butov.az-a daxil olan təbrikdə deyilir:

"Hörmətli media nümayəndələri!
Əziz jurnalistlər!
Sizi Azərbaycan Milli Mətbuatının 140-cı ildönümü münasibətilə təbrik edirəm!
Azərbaycan mətbuatı "Əkinçi" qəzetindən başlayaraq şərəfli bir yol keçmiş, xalqımızın marifləndirilməsində, ana dilimizin və milli-mənəvi dəyərlərimizin qorunmasında, mədəniyyətimizin, incəsənətimizin təbliğində və inkişafında önəmli rol oynamışdır.
Sovet rejiminin amansız represiyalarının ən ağır illərində belə Azərbaycan mətbuatının ləyaqətli nümayəndələri, söz adamları qətiyyətlə mübarizə aparmış, qan yaddaşımızın unudulmasına, xalqımızın milli müqavimət hissinin sarsıdılmasına, assimilyasiyaya uğramasına imkan verməmişlər.
Ötən əsrin sonlarında vüsət alan Milli Azadlıq Hərəkatında, dövlət müstəqilliyimizin qazanılmasında Azərbaycan mətbuatının və bu şərəfli peşənin ayrı-ayrı nümayəndələrinin xidmətləri əvəzsizdir.
Bu gün ölkəmizdə etimadlı və sivil siyasi münasibətlərin formalaşması, çoxşahəli silahatların aparılması, dövlətçiliyimizin qorunması, milli vətənpərvərlik ruhunun yüksəldilməsi, milli demokratik dəyərlərin təşəkkül tapması və ən başlıcası, işğal edilmiş ərazilərimizin azad edilməsi üçün mətbuatımızın da üzərinə ağır və tarixi bir missiya düşür.
Ümid edirəm ki, Siz bu vəzifənin öhdəsindən şərəflə gələcək, Azərbaycanın bütöv, demokratik və qüdrətli bir dövlətə çevrilməsi üçün əməyinizi əsirgəməyəcəksiniz.
Bu yolda hər birinizə cansağlığı, dövlətimizin, millətimizin və mətbuatımızın inkişafı yolunda uğurlar arzulayıram.
Fürsətdən istifadə edib, Milli Mətbuatımızın 140 illiyi münasibətilə Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə fəxri adlara layiq görülən, orden və medallarla təltif olunan jurnalistləri təbrik edirəm".


Paylaş



Bölmə: Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!