“Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                        Hava proqnozu- Əhalinin nəzərinə .....                        21 saatlıq danışığın sonu .....                        Dil tarixinə dair praktikum .....                       
Tarix : 2-06-2016, 15:10
İran rəsmisi Səudiyyə Ərəbistanını əxlaqsızlıqda günahlandırıb


“Səudiyyə Ərəbistanı Allah evinin zəvvarları arasında ayrı-seçkilik yaratması və iranlı zəvvarların həccə getməsinə maneələr yaratmasına görə ağır bədəl ödəməlidir”.

Bunu İranın Həcc və Ziyarət Təşkilatının sədri Səid Ovhədi deyib. O bildirib ki, İran hər zaman həcc məsələsini siyasi problemlərdən ayrı tutmağa çalışıb, lakin Səudiyyə Ərəbistanı heç vaxt bu məsələləri bir-birindən ayıra bilməyib: “Onlar əxlaqsızlıq etməklə və həcc məsələsi ilə bağlı müzakirələri 5 ay gecikdirməklə göstərdilər ki, həcci siyasi məsələlərlə əlaqələndirirlər”.

S.Ovhədi əlavə edib ki, Səudiyyə Ərəbistanı Xarici işlər Nazirliyinin müdaxiləsi ilə iranlı zəvvarların bu il həccə getməsinin qarşısı alınıb: “Zəvvarların məskunlaşdığı yerlərdə milli bayraqdan istifadənin qadağan olunması yalnız İrana qarşı tətbiq olunur. Bu, iki ölkə arasında fikir ayrılığı yaradan məsələlərdən biri idi. Eləcə də, Həcc və Ziyarət Təşkilatının orada tibb mərkəzləri yaratması və zəvvarların özləri ilə dərman aparmasının qadağan edilməsi kimi məsələlər də iranlı zəvvarların həccə getməsini əngəllədi”.

S.Ovhədinin sözlərinə görə, hökumət zəvvarların hüquqlarının bərpasına çalışır və gələn il iranlılar üçün həcc ziyarəti bərpa olunacaq: “Builki həcc kvotamızı da biz gələn il həccə göndərəcəyik”.


APA


Paylaş



Bölmə: Dünya / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!