İlham Əliyevdən 9 May paylaşımı .....                        Sumqayıtda iş yerində ölüm .....                        Yeni Roma Papası məlum oldu .....                        7 saatdan çox danışıqlar aparıblar .....                        Sabah yollar bağlı olacaq! - Siyahı AÇIQLANDI .....                        Ukrayna parlamenti ABŞ ilə sazişə "HƏ" dedi .....                        Sahibə Qafarova Vyetnamın Baş katibi ilə görüşüb .....                        Tramp Ərdoğandan vasitəçi olmağı xahiş edib .....                        Sayt rəhbərinə hökm oxundu .....                       
Tarix : 19-08-2013, 15:06
Bu il Azərbaycandan Həccə 80 zəvvar qrupu göndəriləcək

Bu il Azərbaycanda Həcc ziyarətinə gedəcək zəvvarların qrup bölgüsü başa çatıb. Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) APA – ya verilən məlumata görə, bu il Azərbaycanda Həcc ziyarətinə gedəcək zəvvarlar əvvəldən planlaşdırıldığı kimi 90 yox, 80 qrup tərkibində gedəcək.

Buna səbəb bu il Yaxın Şərqdə baş verən hadisələr ilə əlaqədar olaraq təyyarə reyslərinin sayının mümkün qədər azaldılmasıdır. Hər qrupda 45 – 55 nəfər zəvvar olacaq. Zəvvarların səfəri oktyabrın 2-dən 8-ə qədər həyata keçiriləcək. Oktyabrın 2-3-də gündə bir reys, qalan günlər isə hər gün 3 reys təşkil olunacaq. Tərkibi geniş olacaq zəvvar qruplarda 3250 manat ödəmiş şəxslər təmsil olunacaq, 4100 manatlıq turlarda isə qrupların tərkibi az olacaq.

Xatırladaq ki, bu il Azərbaycandan 3600 zəvvarın Həccə getməsi nəzərdə tutulub. Azərbaycanda Həcc ziyarəti ilə bağlı sənədlərin qəbulu fevralın 1-dən başlayıb və mayın 30-da başa çatıb. Sənədlər ziyarəti təşkil edən yeganə qurum olan QMİ - də qəbul olunub. Ziyarət bu il iki variantda təşkil olunur. Nisbətən şəraiti zəif və gündə iki dəfə yemək verilən hotellərdə qalan zəvvarlar üçün ümumi ziyarət xərci 3250 manat, daha yaxşı şəraitli və yeməkləri daha çeşidli olan otellərdə qalmaq istəyən zəvvarlar üçün ümumi xərc 4100 manatdır. Həcc ziyarətinə səfərlər yalnız təyyarə ilə baş tutacaq. Suriyada baş verən hadisələrlə əlaqədar bu il zəvvarlar avtobuslarla səfər edə bilməyəcəklər. Zəvvarların Həcc ziyarətinə aparılmasını Fransanın “France Air” aviaşirkəti təşkil edəcək.

Azərbaycanda Həcc ziyarətini yalnız QMİ təşkil edir.

Paylaş

Bölmə: Xəbər / Köşə / Karusel / Manşet / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?

Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO

Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov

All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!