"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
Tarix : 3-03-2016, 14:19
Sırğa (hekayə)


Əvəz Süleyman

Polad müəllim söhbətə belə başladı:
- Onu görürsən?
- Kimi?
- Mənə salam verib keçən Sırğa Qucuru deyirəm.
- Ay səni görüm, əzrayılın yadından çıxasan, bu nə addı, bu nə sırğadı, bu nə bəzəmədi ki, mənim bu söhbətdən xəbərim yoxdu?
- Olmaz da, başın qarışıb sözə-söhbətə, yazıya-pozuya, bir də arıya-marıya, belə işlərdən nə xəbərin olar?
- Yaxşı, başa düşdüm. Bəs arı arıdı, o marı nədi?
- Marı də arının balıdı. Ə, sən öl, danışırlar ki, arıçılar təzə kəşf ediblər. Guya bu gözəllik salonları, burun, qulaq, dodaq, sir-sifət kəsdirənlərin hamısı, lap o kremlər, ətirlər və onları kəşf edənlərin hamısı avamdı. Əgər özünü sağlam görmək istəyirsənsə bal ye, əgər dərini təravətli və gözəl görmək istəyirsənsə, ona da bal sürt.
- Ay Polad müəllim, mən də arı saxlayıram, ancaq bu dediklərindən də bir şey anlamıram. Deyəsən evdə quraşdırmısan ki, bu gün mənim bilmədiklərimi danışacaqsan. Bal yeməyi başa düşdüm. Qalanlar sırğa Qucur kimi mənə çox qaranlıq görünür. Sırğa Qucur sonraya qalsın, bu balı dəriyə sürtməkdən danış.
- Ay pir olmuş, burada qaranlıq nə var ki, bu dəri, o da bal, sürt də.
- Yenə başa düşmədi.
- Bu üzünü qırxırsan, bax onda nə ətir vur, nə də krem, onun əvəzinə üzünə krem əvəzi bal sürt. Yarım saatdan sonra üzünü yu. Bunu vərdişə çevir. Bir də üzünə müxtəlif yağlar sürtən insanlar indi o yağların əvəzinə bal çəkirlər. Həm dəriləri sağlam qalır, həm özləri şirin olurlar. İndi başa düşdün?
- Hə, başa düşdüm. Onu etmək asan işdi.
- Bəs bu sırğa məsələsi necə işdi. Göstərdiyin adamın sırğa ilə nə alış-verişi? Mən o nəsili tanıyıram. Onlar böyük keçmişi olan bir kənddəndi. Özləri də halal-hümbət insanlardı. Özgə ruzusuna toxunan insan deyillər.
Mən sırğa Qucurdan danışdım. Onun keçmişi ilə vallah-billah işim yoxdu. El bilir ki, onun keçmişi elə hamının keçmişi kimi qazancını yeyib, gecə rahat yatan insanlar olublar.
- Bəyəm, onun adı yoxdu. Qucur nədi?
- Var, sən də bilirsən, mən də bilirəm ki, o kişinin adı, əgər kişi demək mümkünsə.
- Elə danışma, bir stəkan çay alırsan, qoy içim, yoxsa durub gedərəm.
- Gedirsən get. Ancaq, sən yuxuluya mən olan bir işi çatdırmaq istəyirəm. Gedirsən get, özü də bu xırda söhbət deyil, gərək bu söhbət qurtarın\ca çay pulun sən verəsən.
- Verəcəm, başla.
- Bu bir günlük iş deyil. Gərək bir neçə gün məni dinləməyə səbr edəsən.
- Baş üstə, sən öl edəcəm. Bircə başla.
- Sən de görüm bu qucurun əsl adı nədi?
- Babakişi.
- Ağzını təmiz saxla.
- Mən olanı deyirəm. Sən ağzını təmiz saxla.
- Baş üstə. Başladım.
Babakişi ilə düz on il bir sinifdə oxumuşam, yeddi il də bir partada oturmuşuq. Yeddinci sinifdə oxuyanda sinif rəhbərimiz məni ondan ayırdı. Məni lap qabağa birinci partaya, Balakişini isə axırıncı partaya keçirtdi. Direktor belə məsləhət bilib, - dedi. Bu gündən Babakişini dərsdən tez-tez “direktor çağırır” deyirdilər. Hə, beləliklə Babakişi oldu direktorun adamı, ona hamı hörmət edirdi. Hətta bir dəfə bir müəllimə, - ay Babakişi, məni direktora tapşır, - dedi və güldü. Dərsi danışmaya-danışmaya ona iki beş də yazdı. Hə, beləliklə, Babakişi oldu sinifdə sinifkom, məktəbdə komsomol, komsomol katibi, rayon komsomol komitəsinin büro üzvü.
Orta məktəbi qurtaran ili instituta girə bilmədi. Onu rayon komsomol komitəsinə işə götürdülər. Sonrakı ili instituta girdi. Elə orada da girən ili sinif nümayəndəsi oldu. Yenə qəzetdə məsul katib, komsomol komitəsinin büro üzvü seçildi və elə buradan dolanacaqlı işə də öyrəndi.
- Bunlar mənim nəyimə lazımdı danışırsan. Mənə lazımdı ki, bu Babakişidi. Niyə görə siz Babakişini çevirib Sırğa Cəncəl qoymusuz.
- Hə, dostum, bu gün bu qədər. Sabah dalın danışaram, - deyib qalxdı. Söhbət edə-edə univermağa sarı çıxdıq və orada ayrıldıq.

***

İki gündən sonra mən çay dəsgahını boynuma götürdüm. Polad müəllim də söhbətin dalını açdı. Onuncu sinifdə oxuyanda sən deyən.
- Ə, açıq de nə deyirsən?
- Yaxşı, Babakişi əl atdı burnumu sıxdı. Sən öl, elə sıxdı ki, ökbəm ağzıma gəldi. Mən ona əl atdım, qulağı düşdü əlimə. Necə dartdımsa, az qaldı qulağı qopa. Ancaq qopmadı. Əlimdə kiçik sədəf boyda bir düymə qaldı. Qulağın tutdu. Mən sədəfi ona göstərdim. Ə, bu nədi?
Əlimdəkini görəndə tez aldı. Qoluma girib məni həyətə apardı. Mən yenə sədəfi alıb baxmaq istədim. Vermədi. Sakitcə:
- Mən ölüm, Polad, bunu heç kimə demə.
- Ə, nəyi?
- Qulağımdan qopanı da.
- O nədi?
- Heç, bir az ağır eşidirəm (Bir dəfə söyüş söyəndə sinif rəhbərimiz eşitdi). Alçaq bir dəfə məni direktorun otağına apardı ki, bu qızlara söz atır. Direktor da mənə bir şillə ilişdirdi. Qulağımdan qan gəldi. Sonralar başa düşdüm ki, ağır eşidirəm. Atama dedim. O da məni həkimə apardı. Həkim qulağının pərdəsi yırtılıb, - dedi və bunu mənə verdi. İndi odu-budu bununla eşidirəm. Uşaqlara demirəm ki, mənə ad qoyarlar. Yenə and verirəm, bu mən ölüm, heç kimə demə.
Susdum. Demə, məndən başqa hamı bilirmiş ki, Babakişi qulağına nəsə taxır. Hərə də öz yaxınına sırğa gəldi, sırğa bərk gedir, sırğa eşidər, sırğa bildi, yekələrə çatdıracaq, - deyirlərmiş. Hə, bu da müəllimlərin, uşaqların, hətta sevgililərin dediklərini belə eşidən kimi direktora xəbər verirmiş. Direktor da ona yeni-yeni tapşırıqlar ötürürmüş ki, bunları da öyrən, mənə de. Beləliklə, Babakişi olurdu rayonda lazımi adam. Ə, başa düşdün?
- Ay pir olmuş, desin də, bundan kimə nə xeyir və ya nə şər düşər?
- Hə, bunu da sabah deyərəm, - dedi və Polad yenə qalxdı ayağa.
Bayıra çıxan kimi mən öz maşınıma əyləşdim.

***

Ertəsi gün mən tez gəlmişdim. Çay dəmlətdirib gözlədim. Polad gələn kimi gülə-gülə söhbətə keçdi:
- Hə, Babakişi demə direktordan da başqa böyüklərə dil ötürürmüş. Bir dəfə direktorun yanına gedəndə içəridə direktorun müavininin söhbətinə ayaq saxlayır.
Bilirsən, Sabahbəyim, Katib Kazımlı bizim komsomolla maraqlanır. O, bir az tünd qızdı, amma başa sal ki, onu komsomolda katib görmək istəyir. Yola gətir, səninlə katibin qəbuluna getsin. Bu sənin üçün də, mənim üçün də yaxşı fürsətdi. Bizim komsomol da ki, böyüyəcək. Bizim kadr olacaq.
- Çətin işdi, ancaq deyərəm də.
Cəmi üç gündən sonra Maarifin müdiri də, direktor da, Sabahbəyim müəllim də işdən çıxarıldı, yox ey, qovuldu.
- Ay sənin Babakişi.
- Hələ harasıdı?
Bir gecə yatanda Sırğalı atası ilə anasının yataqdakı söhbətlərinə əməlli-başlı qulaq asır. Ökbəli kişinin arvada necə yalvardığını öz qulaqları ilə sakit-sakit eşidir. Səhər həm anasına, həm də atasına zarafat edir.
- Ana, mən ölüm, o kişini o qədər incitmə, kişiyə yazığım gəldi.
Yeri düşəndə bir dəfə atasına da demişdi:
- A kişi, məni döyməyin axır ki, axırı çatdı. Anamın ayağının altından öpürdün! Eşitdim hamısına, daha sənin ağalığın getdi, - deyib, bic-bic gülmüşdü.
- Bəsdi, yoxsa danışım, ancaq hələ bu harasıdı?
- Sən bunları haradan bilirsən?
- Onun sirri təkcə məndədi. Mən də sənə açıram. Səni çox istəyirəm. Dedim ki, elə onu da, məni də tanıyasan. Sən saf adamsan, özün də mövzu gəzirsən, yoxsa sənin burada, bu tüstülü çayçılarda nə işin? İndi gördün ki, mən də bir kişi deyiləm, - dedi və güldü. Sirri saxlaya bilmədim, sənə danışdım. Ancaq bilirəm ki, quyuya danışıram. Dur gedək. Mən də sən deyən kişi olmayacam. Zurnaçılar kimi aləmə piliyəcəm.
- Qurtardı? Yox, ay pir olmuş, hara qurtarır. Onun yıxdığı evlərin sayı-hesabı çoxdu. Dur, gedək.
- Yaxşı, ay Polad, uşaqlar Sırğa Babakişi deyəndə bunu deyirmiş?
- Yox, məni deyirlər, bəs kimi deyirlər?.. Yenə güldü, daha mən də polad olmadım. Mis oldum. Əyildim səni sarı.
- Mən əlimi stola vurdum. Dur gedək.

***

Heç sırğanın ona xeyri olub?
- Olub. Sırğa onu bir dəfə ölümdən də qurtarıb.
- Bax, bundan danış.
Demə Babakişi yatmazdan əvvəl küçə qapısının dalında əyləşər, siqaret çəkər, bir xeyli götür-qoy edər, sonra gedib yatardı. Bu dəfə də belə edir.
Səs eşidir. Siqareti söndürür. Pıçıltını dinləyir. Mən dəqiq bilirəm, həyətdə yatır. Qoy yatsın. Mən onun başın dağıdacam. Atama səkkiz il verdirən odur. Sən burada gizlənərsən. Adam olanda telefonuma siqnal yolla. Babakişi yerin həyətdə saldırır. Yerinə odun və balış qoyub, insana oxşadır. Özü podvala girib gizlənir.
Doğrudan da saat üçdə həmin adam həyətə düşur. Balta ilə bükülü oduna zərbə endirir. Odun olduğunu görəndə baltanı da atıb qaçır. Babakişi səhər baltanı aparıb həmin adama verir və deyir:
- Dədəni mən tutdurmamışam. Özü müavininə dedi ki, yetmiş mindən nə xəbər var. Müavin də axşam gələcəm, - dedi. Bunları otaqdakı aparat özü lazımi orqana xəbər yolladı. Ağıllı ol, mən adam tutdursam, səni bu saat tutduraram. Rüşvət alanın aqibəti odur, qardaş, - deyib uzaqlaşır.
- Bəs özünə xeyir qazanmayıb?
- İnstitutda oxuyanda rektorun bir danışığına görə ondan bir xurcun pul almışdı. Bakıda və buradakı evi o pulla başa gətirdi.
- Bu ki, zirək adamdı?
- Mən zirəkliyindən danışmıram. Sırğadan danışıram, - deyib ayağa qalxdı.
- Ucadan güldüm. İndi Polad qaldın, yoxsa mis?
- Ə, mənə bundan sonra mis müəllim de. Özü də ucadan. “Davay dasvidaniya” deməyi də unutmadı.

***

Bu Qərb şəhərin görürsən? Bəli, görürəm və tanıyıram. İnsanları ilə xoş söhbətim və xoş həyatım əbədi qalacaq. Mənim bu Qərb şəhərindən savayı nə həyatım var, nə də ünsiyyətim. Varım-dövlətim bu şəhərdi, bu şəhər üçün yaşamışam, yaşayıram və yaşayacam. Var olsun bu şəhərin keçmişi və indisi. Polad müəllim, səninlə mən ilin üç yüz altmış beş gününün üç yüzünü hər gün görüşürük. Bu vaxta kimi bunları mənə niyə deməmisən? Sən poladsan ki, polad. Bütün metallar paslanır, yəni qocalır. Polad da qocalıb, daha sirr saxlaya bilmir.
- Yox, mən elə bilirdim ki, Sırğanın haqqında danışılanları bilirsən. Demə sən gecə yazı yazmaqdan savayı heç nə bilmirsən. Axı, Sırğanın bu Qərb şəhərində yıxdığı evlərin, çörəyinə dəydiyi ailələrin sayı çoxdur. Kişi kimi bu gün də öz əməlindən ləzzət alır. Bax, bu siqaretdən mən necə ləzzət alıramsa, o da elə ləzzət alır. Elə bilir ki, insanlara düz yol öyrədir. Onun bircə dostu belə yoxdu ki, o sırğanı çıxarıb ata. Oğlu, bir dəfə ağlayıb və deyib:
- “Biz nə vaxta kimi qaranlıqda gəzəcəyik”.
Bax, bu həyat deyil, zəhərin bir növüdür. İnsanı birdən öldürmür. Öldürə-öldürə yaşadır, yaşadır. İndi başa düşürəm çox pulun zəhəri, sırğa gəzdirənlərin zəhərindən qat-qat zəifdir. Hamımız gəzirik, danışırıq, bir-birimizin əlindən çörək qazanırıq. Axşamlar evimizə sevinc, kədər yüklü həyat aparırıq. Sırğa Babakişi isə hər axşam evinə kürəyi dolu tüpürcək aparır, - dedi və güldü.
Mən bu dəfə gülmədim. Çünki içimdə mövzu axtarırdım. Tapdım və ayıldım. “Sırğa Qucur” və ya “Sırğa Babakişi” yox, Sırğa. Əlbəttə, bunları yazmaya da bilərdim. Bu Qərb şəhərinin keçmişinə görə, Şahi Xəndanına görə, Yeddi günbəzinə görə, bu şəhərin altında yatan keçmişinə görə yazdım ki, bu torpaqda sırğalılar az yaşayıb, bu torpaqda yatanlar axşam evlərinə tüpürcək dolu çuxa aparmayıblar. Bu şəhərin sakinləri evlərinə sevinc, bir də kədər daşıyıblar. Onu yeyib ölüblər. Bu torpağa doğan günəş səhərlər özü ilə sevinc gətirib, axşam isə kədərlə köçüblər. Lap insanları kimi. Açılan və solan güllər də para-par, gülə-gülə açılır, yaşayır, kədərlə solurlar. Ancaq Sırğalı babakişiləri torpaq qəbul eləmir. Çünki, hər göndəriləni torpaq əridir. Təkcə tüpürcəkli həyatı əridə bilmir. Onların sözü-söhbəti və pis adı bayırda qalır. Kaş, Sırğa Babakişi yığdığı tüpürcəyi basdırmağa yer tapaydı, basdıraydı, sonra öləydi. Onda Şahi Xəndanda və Yeddi günbəzdə hər yaz gülləri həvəslə açardı. Lap laləzar qəbiristanlığı kimi. Bu şəhərdə xeyriyyəçi Mahmudağa, o qəbiristanlığı laləzara çevirib. Adı da laləzardı. Mahmud ağalar yatan torpaqda görəsən Sırğalılara yer olarmı?
Yox, əsla.


Son söz

Polad müəllim əlyazmamı oxuyanda gülmədi, - mənim üslubumu yazmısan, - dedi. Oxuyub qansa, sırğanı atar, özünə ev kədərin ölüncə məzar sayar. Ancaq yox, onun vicdanı alçaqlıq və yaltaqlıq mayası ilə yoğrulub. O vicdan heç vaxt təndir çörəyi bişirə bilməz. Bişirdiyin kütə tökər, - dedi, - indi mən rahat ölə bilərəm.
Mən də çox uzaqlara baxdım. Oxucu tüpürcəyində boz sifət gördüm. Sizcə belələri düzələrmi. B... hə... yox...

"Bütöv Azərbaycan"
mart 2016-cı il


Paylaş



Bölmə: Ədəbiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!