Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 15-12-2016, 11:10
“BARMAĞA DİKSİNİB SIZLAR SARI SİM...”

Qarabağ qazisi ƏDALƏT NİCATın bədii yaradıcılığı barədə dost qeydləri

Bu “solaxay” zamanda dərdini çəkə bilməyinə şükür eləyən şair Ədalət Nicat məcburən tərk edib gəldiyi yurd yerlərinin həsrət, xiffət poeziyasını yaradır. Dolaşıq ilməli ömür xalısının ərişini, arğacını çözələyir. Yarım əsrlik həyatının yarısının köçkünlük ağrılarına bələnməsini özünün poetik lövhələrində əks etdirir. Onun “boya”larında intizar da var, əzab da, ümid də var, inam da. Amma daha çox ürəyinin qanı ilə “rəsm”lər çəkir və bu, onda daha yaxşı alınır. Çünki Ədalət dərdinin rəssamıdır.

İçimdə ulayır Qarabağ dərdi,
Ayağım altında alışan yerdi.
Ölüm də gen gəzir, bu nə təpərdi,
Qan damır dinəndə sözümdən, Vətən!


Ədalətin poetik qənaətinə görə, başdan-başa dağ-daş olan yurd yerləri ürəyi daşa dönən insanların daş səbrinə heyrət edir. Axı, nə qədər gözləsin qoç koroğluların dərələrdə əks-səda verən dəli nərəsini, igid nəbilərin qisas hayqırtılarını?! “Onsuz da özümə gün ağlamadım, Həyan dura biləm barı dərdlərə”, - deyən şairi düşmən tapdağında inləyən Qubadlıya qayıdacağına dəli bir inam yaşadır.

Buludların nəm gözündə,
Ulduzların o üzündə,
İtiyimi göy üzündə
İllərdi gəzirəm, Allah!..


Elə mən də illərdir ki, onu dostyana müşahidə edirəm. Bu qədər dərdin, ələmin içində, necə deyərlər, dəngəsini qeyb etməməsi, insanlığa sevgisini tükətməməsi yaxşı mənada təəccübümə səbəb olur. Yurdu, torpağı, xatirələrinin göynədiyi izlər qatı tale dumanlarında itsə də, Ədalət qardaşım dünyanın ədalət hissinin heç də həmişəlik itib-batmamasına inamını itirməyib. Elə bu səbəbdən də onun bir şəxsiyyət kimi kişiliyini, mənliyini, xeyirxahlığını qoruyub saxlaya bilməsi toxtaqlıq yaradır. Filologiya elmləri doktoru Rüstəm Kamal bu barədə doğru yazıb: “Ədalət Nicatın şeiri şəxsiyyəti ilə, kişiliyi ilə, süfrəsi ilə tam vəhdətdədir. Şeir kişi qürurunun davamıdır”.

Ömür yarı nağıldısa,
Yarı da gerçəkdi-gerçək.
Kişi kimi ömür sürən
Həyatda erkəkdi-erkək.


Həzrət Əli əleyhüssalamın bir kəlamı var: “Kiçiklə kiçik, böyüklə böyük ol. Amma əsla səviyyəsizin səviyyəsinə enib özünü kiçiltmə”. Bax, bu mənada Ədalət Nicatı hər külək əyə bilməz. Elə hörmətli, xətirli olmasının səbəbi də bundadır.

... Sumqayıtda Ədalət Nicatın 50 illik yubileyi qeyd olunurdu. Çıxış edənlər onun insan, şair, dost kimi keyfiyyətlərinə işıq salır, danışmaqdan doymurdular. Məhz o tədbirdə bildim ki, sən demə, Ədalət Qarabağ qazisi imiş. Döyüş dostlarından birinə söz veriləndə bundan xəbərdar oldum. Təvazökarlığa bax ha, Ədalət bunu heç vaxt bayraq eləməyib, gözə soxmayıb. Bir başqası olsaydı... O, düz beş il Vətən torpaqları uğrunda gedən döyüşlərdə iştirak edib, qanı axıb torpağa. Kəndlər əldən getdikcə sanki canından can ayrılıb. Ürəyinə daş basaraq şəhid silahdaşlarının gözlərini qapayıb. Qazi dostu dedi ki, Ədalət içindəki harayları şeirə çevirir. Şeir onun üçün dərdini ovutmaq, nicatını tapmaq, qələbəyə qoşmaq üçün lazımdır.

Mən çıxışları dinləyə-dinləyə onun mərhum eloğluları - şair dostum Əlağa Aslanı və vaxtilə iş yoldaşım olmuş Eldar Baxışı xatırlayırdım. Özlüyümdə sevinirdim ki, nə yaxşı, unudulmazların ədəbiyyatda yerləri boş qalmayıb! Nə yaxşı, onların Ədalət Nicat kimi ardıcılları var! Kitabını vərəqləyəndə bənzər duyğulara rast gəldim:

Bulud yerə dikir dolmuş baxışın,
Torpağa yayılır ətri yağışın.
Əlağa Aslanın, Eldar Baxışın
Qılıncdan kəsərli sözü məndədi.

“BARMAĞA DİKSİNİB SIZLAR SARI SİM...”

Sonra tədbirin bədii hissəsi oldu. Aparıcı mən olsam da, hər kəs özünü dost məclisinin ərköyünü kimi apardı. Ədalətin işığı bütün çöhrələri nurlandırmışdı. Sanki Ədalətin deyil, hərənin öz ad günü idi. Hava soyuq olsa da, aura isti idi. Ədalətin çevrəsi də özü kimi istiqanlı idi.

Professor Vaqif Yusifli Ədalətin “Sözüm üşüyür” kitabına yazdığı ön sözdə fikirlərini ürəklə açıqlayıb: ”Bugünün qəribi, qürbətçisi Vətəndən Vətənə boylanan ədalətlərdi. Onlar üçün böyük Vətənin itirilmiş torpaqları göz dağıdı və bu itkiylə heç cür razılaşmırlar. Çünki: “Bağ-bağat yerinə, çiçək yerinə, Şəhid məzarları əkilir, Vətən... Ədalət Nicatam, sinəmə hər gün, Çalın-çarpaz dağlar çəkilir, Vətən”. Ədalətin “mən” obrazı həsrətli insanların, Vətəndən Vətənə boylananların ümumiləşdirilmiş obrazıdı”.

Mən hələlik oxumasam da, ədəbi zövqünə inandığım ağsaqqal şair Məmməd Namaz onun bir poeması barədə yüksək fikirlərini qələmə alıb: “Zəngəzur pələngi” adlı gözəl, oxunaqlı, bugünkü və gələcək gənclər üçün lazımlı olan epik poema, xalqımızın igid oğlu, Qarabağ döyüşlərinin pələngi olan Əlyar Əliyevə həsr olunmuş bu gözəl əsər Milli Qəhrəmana ədəbi-əbədi bir abidədir. Bu poema, məncə, ayrıca kitab halında nəşr etdirilməlidir. Bu kitab hər kəsin masası üstündə olmağa layiqdir”.

Ədalət Nicatın sözə sevgisi böyükdür. Sözü qışqıra-qışqıra deməyi xoşlamır. Elə bilir ki, qışqırsa, sözün ruhu inciyər. Elə sözün yaxasını dartıb cıranları da sözlə susdura bilir:

Ay Vətəndən, eldən danışan kəslər,
Basılmış sərhədlər çəpər gözləyir...

Şair dostumuz İbrahim İlyaslı Ədalətin sözə özəl münasibətini belə izah edir: “Ədalət sözə vurğun olduğundandır ki, söz ona sirr verir, onunla qolboyun olur və nəticədə qələmindən dürlü-dürlü misralar süzülür ağ vərəqlərə... Məsləki etibarı ilə milliyyətçi kəsimə aid olduğundandır ki, Ədalətin şeirləri də mənsub olduğu Türk qövmünün ağrı-acıları ilə süslənib. Yenə də bu səbəbdəndir ki, xalq olaraq nicat yolumuzu milli birlikdə, vətənpərvərlikdə görür və şeirlərində əsasən bu amalı, bu amacı vəsf edir Ədalət Nicat”.

Onun sevgi şeirləri də hər kəsə doğma təsir bağışlayır. Eşqində mərdanədir, əyilməzdir. Özü “ağırtaxta” kişi olduğuna görə məhz həyalı, abırlı gözəllərə dəyər verir. Hamının bənzər yaşantılarını şair özünəməxsus ifadələrlə dilə gətirir.

Çiçəkli çəməndi, yovşanlı düzdü,
Çeşməli baxışdı, laləli üzdü.
Bəstəli nəğmədi, ilhamlı sözdü
Gənclikdən bu günə söz açan eşqim.


Ədalət hər mövzuda qələmini sınayır. Alınanı alınmayanından çoxdur. Amma mənə elə gəlir ki, şair ictimai mahiyyət daşıyan yazılarında daha sərrastdır, daha düşündürücüdür. Bu da onun artıq müdrikləşməsinin göstəricisidir.

Barmağa diksinib, sızlar sarı sim,
Ədalətdi atam verdiyi ismim.
Ruhum dartınsa da, təslimdi cismim
Mənimlə qocalan qarı dərdlərə.

Qısası, Ədalətin poeziyası maraqlı bir aləmdir. Poetik pıçıltıları göyqurşağının yeddi rəngində, musiqinin yeddi notunda, özünün yeddi vur yeddi və üstəgəl bir yaşının fonunda ürəklərə yatır.
“BARMAĞA DİKSİNİB SIZLAR SARI SİM...”


Əli NƏCƏFXANLI

"Bütöv Azərbaycan" qəzeti


Paylaş



Bölmə: Ədəbiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!