Ukraynada nazir ölkədən qaçdı - İDDİA .....                        Rusiyanın ən böyük neft zavodu bağlandı .....                        Xankəndiyə köç başlayır - PÜŞK ATILACAQ .....                        İranla razılaşmaya açığıq - TRAMP .....                        Ukrayna Rusiyanı bu raketlərlə vurdu .....                        Bir ailənin 4 üzvünün ölüm səbəbi MƏLUM OLDU .....                        5 il ərzində Qarabağda görülən işlər - AÇIQLANDI .....                        Vardanyan hakim qarşısında - Məhkəmədə nələr danışıldı? .....                        Səudiyyə şahzadəsi Trampla görüşdü .....                       
Tarix : 31-01-2016, 19:43
Borçalı Cəmiyyətində Emin Ağa Hacallı anıldı


Yanvarın 31-də Bakının Xudafərin Şadlıq Sarayında Azərbaycan Demokratik Cumhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin doğum günü ilə eyni zamanda Borçalı İctimai Cəmiyyəti tərəfindən növbəti Dədə Camal Məclisi keçirilib. Əlamətdar günə təsadüf edən Məclis Vətənimizin bir parçası Borçalının tanınmış siyasi xadimi Emin Ağa Hacallıya həsr edilib.

Borçalı Cəmiyyətində Emin Ağa Hacallı anıldı

Giriş sözü ilə Dədə Camal Məclisinin sədri Elxan Məmmədli çıxış etdikdən sonra son günlər dünyasını dəyişmiş xalq şairi Zəlimxan Yaqub bir dəqiqəlik sükutla yad edilib. Sonra Qars İslam Şurasının ilk prezidenti olmuş, dönəmin görkəmli siyasi xadimi Emin Ağa Hacallı (Borçalinski) haqda tarixçi alim Kərəm Məmmədlinin geniş məruzəsi dinlənilib. Alim Emin Ağanın Türk İslam Dünyası üçün önəmi və Borçalının siyasi tarixindəki yeri haqda ətraflı məruzə ilə çıxış etdikdən sonra Emin Ağanın nəvəsi sayılan şair Abbas Abdulla, professor Telman Əliyev, şair İmir Məmmədli, Borçalı Cəmiyyətin İH üzvləri Salman Murğuzlu, Firuddin İsmayılov və başqaları çıxış ediblər.
Borçalı Cəmiyyətində Emin Ağa Hacallı anıldı

Daha sonra söz Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədliyə verilib. Natiq Azərbaycan Demokratik Cumhuriyyətinin banisi M.Ə. Rəsulzadənin doğum günündə keçirilən Dədə Camal Məclisinin Emin Ağa Hacallıya həsr edilməsinin təsadüfi olmadığını bildirərək o dönəmdə Azərbaycanın , eləcə də Qafqazın və bütünlükdə məntəqənin təhlükəsizliyinin vacibliyinə diqqət çəkib. Z.Məmmədli Borçalının az sayda siyasi xadimlərinin anılması vacibliyinə toxunaraq bu ənənəyə bu gün hər zamandan daha artıq ehtiyac duyulduğunun önəmini də vurğulayıb. O, çıxışının sonunda Cəmiyyətin Emin Ağanın xatirəsini əbədiləşdirmək haqda nəzərdə tutduğu tədbirlər planını açıqlayıb.
Borçalı Cəmiyyətinin növbəti Dədə Camal Məclisi ənənəvi olaraq sənətçilərin cıxışları ilə davam edib. Aşıq Cahangir, müğənni Xəlil Qaraçöp, Aşıq Əşrəf və Aşıq Fikrətin ifaları ilə möhtəşəm keçən Məclis işini sona çatdırıb.

Borçalı Cəmiyyətində Emin Ağa Hacallı anıldı


Paylaş



Bölmə: Borçalı / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!