Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 9-07-2015, 13:42
Azərbaycan xalqının vicdanına səslənirəm!
Dr. Faiq ƏLƏKBƏROV
Azərbaycan xalqının vicdanına səslənirəm!
Qarabağın, işğal altındakı torpaqlarımızın geri qaytarılması barədə zaman-zaman şaiyə yayanların və həmin şaiyələri mətbuatda verənlərin vicdanları olsa belə etməzlər. Milli dəyəri şouya çevirmək, bunu utanmadan və həyasızcasına etmək şərəfsizlikdir. Hər şeyi, amma hər şeyi şouya çevrdniz yetmədi mi? Qanımız tökülmədən, şəhid və qazi olmadan bir qarış torpağın belə geri qayıtmayacağını bildiyimiz halda, Azərbaycan xalqının vicdanı ilə oynamaq olmaz! Qarabağ Azərbaycan xalqının (güneyli-quzeyli) son vicdan və şərəf yeridir. Bizim Azərbaycan kimi varlğımız və yoxluğmuz Qarabagdan asılıdır. Qarabağ Azərbaycanın gələcəyi, ya da gələcəksizliyi yolunda son açardır...
Azərbaycan xalqının vicdanına səslənirəm!
Bizlər itirilmiş Basarkeçərə, Göyçəyə, İrəvana, Borçalıya, Dərbəndə göz yummaqla çox şeylərimizdən keçmişik. Məncə, Qarabağ son qalamızdır ki, onu da itirmək təhlükəsiylə üz-üzəyik. Daha dogrusu, de-fakto itirdiyimiz Qarabağın de-yure təsdiqinə şərait yaratmaqla vicdanımıza tüprəcəyik. Bu şayiələrdə məhz çirkin niyyətlərə xidmət edir. Yəni Qarabağsız Azərbaycana hazırlamaq üçün bu oyunlar oynanılır. Hətta, bəziləri deyirlər ki, 7 rayon qaytarılsın, Qarabağ onsuz da itirilib. Bədəbəxtlər! Zavalılar!
Azərbaycan xalqının vicdanına səslənirəm!
Bəs hanı o milyonlar ki, Avropa Oyunlarında olduğu kimi bu gün Qarabağ üçün bir araya gəlmir. Axı Qarabağı hər zaman Vicdanımız, Azərbaycanın vicdanı kimi qəbul etmişik. Yoxsa Vicdanımızdan, Azərbaycanın Vicdanı olan Qarabağdan artıq imtina etmişik?! Hanı on minlər, milyonlar ki, onların ürəyi Qarabağ üçün döyünmür. İrəvan, Göyçə, Dərbənd, Borçalı kimi Qarabağada mı arxa çevirək?! Əgər çevimiriksə Qarabağ üçün ya oluma, ya da ölümə hazırqmı?!
Azərbaycan xalqının vicdanına səslənirəm!
Əslində hamımız öz içimizdə bilirik ki, bu gün Dağlıq Qarabağ və 7 rayonun işğaldan azad olması istiqamətində aparılan işlər nəinki qənaətbəxş deyil, ümumiyyətlə bizlər üçün arzuolunmaz durumdadır. Bütün bunlara baxmayaraq, Azərbaycanda “Qarabağ” deyilən bir anlayış ya işğal günlərində, ya da hansısa simvolik bəyanatlar zamanı yada düşür. Sadəcə, yada düşür. Sonra da bir neçə cümləlik bəyanat, vəssalam. Halbiki Vətən torpağı param-parçadır, Vətən torpağı düşmən tapdağı altındadır! Hər birimiz hiss edirik ki, Qarabağın taleyinin Zəngəzur, Göyçə, Dərələyəz, Dərbənd, Basarkeçər, İrəvan və digər ellərimizin taleyinə çevrilmək təhlükəsi hər il daha da artır. Hər il özümüzə olan inamımız zərbə altına düşür. Çox şükürlər olsun ki, yalnız Mübraiz İbrahimov kimi dəyərli övladlarımızın fərdi qəhrəmanlıqları, fədəkarlıqları ümidlərimizin tamamilə sıfıra düşməsinə əngəl olur. Amma nə zamana qədər bu cür nadir qəhrəmanlıqlarla yetinəcəyik?! Nə zamana qədər müstəqil dövlət olduğumuz halda, tarixi torpaqlarımızın tamamına olmasa da, onun dünya dövlətlərinin əksəriyyəti tərəfindən tanınan ərazisinə sahib çıxmayacağıq?! Daha doğrusu, torpaqlarımıza çıxmaq borcumuzu yerinə yetirməyəcəyik. Nə vaxta qədər uşaqlarımıza işğal günlərini öyrədəcyik?! Bir qaşıq qanımızdan ötrü mü....
Azərbaycan xalqının vicdanına səslənirəm!
Bunun müqabilində Azərbaycan insanı neçə illərdir ümidini, artıq adını belə unutmağa başladığı ATƏT-in Minsk Qrupunun (Rusiya, Fransa və ABŞ) vasitəçiliyi ilə Azərbaycan və Ermənistanın dövlət başçılarının böyük fasilələrlə apardığı danışıqlara bağlamışdır. ATƏT-in Minsk Qrupunun əksər həmsədrlər müəyyən istisnalarla, Azərbaycana münasibətdə yuxarıdan aşağı, yəni aşağılayıcı mövqe tutmuşlar, tutmağa da davam edirlər. Etiraf etməliyik ki, onların bu cür münasibətləri təsadüfi deyildir. Birincisi, məğlub tərəfik. İkincisi, məğlubiyyəti silahla deyil sülhlə çözmək yolunda Ermənistandan daha çox canfəşanlıq edirik. Üçüncüsü, bəlkə də ən əsas odur ki, Qarabağ məsələsində Azərbaycan xalqın iradəsi hər il daha da zəifləmişdir. Kim xatırlayır, axırıncı dəfə Qarabağ üçün meydanlara on minlər nə zaman çıxmışdır?! Məncə, heç olmasa 10 min Azərbaycan insanı Qarabağ üçün meydanlara çıxmırsa, nə ATƏT-in Minsk Qrupunun üzvlərində, nə Türkiyədə, nə İranda, nə də Turanda günahkar axtarmamalıyıq. Hər birimiz bir Şuşa, Laçın, Zəngilan, Kəlbəcər, Ağdam, Füzuli, Zəngilan, Xankəndi, Ağdərə olmadıqca, hər birimizin ailəsində bu torpaqlar üçün şəhid və qazilər olmadan onları sənə-Azərbaycan insanına nə Rusiya, nə də ABŞ verəcək.
Azərbaycan xalqının vicdanına səslənirəm!
Sən isə Azərbaycan insanı yalnız Bakını Azərbaycan biləcəksən! Elə biləcəksən ki, Şuşa, Laçın, Zəngilan, Kəlbəcər, Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Xankəndi, Ağdərə və başqa torpaqlarımız da Bakıdadır, Bakıda Azərbaycandır. Çünki Bakıda 170 metrlik Azərbaycan bayrağının ucaldığı, Azərbaycanın adı bu anlamda nə zamansa Qərbin Ginnes rekordlar kitabına düşdüyü halda, bir əsgərimiz öz əlləriylə Şuşaya, Xankəndinə Azərbaycan bayrağını hələ qaldıra bilməmişdir. Bir kəndi işğaldan azad etmədən az qala bütün Qarabağı şaiyəylə geri qaytarmaq da Ginnesin rekordlar kitabına düşmək kimi bir şeydir. Bu cür nam Azərbaycan insanına yaraşmaz! Azərbaycan insanı öz qanı və canıyla torpaqlarına sahib çıxmalıdır. O torpağa ki, heç olmasa bədəninin eyiblərini bir gün örtəcəkdir.
Azərbaycan xalqının vicdanına səslənirəm!
Biriləri Azərbaycanda şaiyələrlə xalqın vicdanıyla oynadığı, Qarabağı şouya çevirdiyi halda, Ermənistan Rusiyanın və Qərbin yadımıyla işğal altında tutduğu Qarabağ və 7 rayonda yeni məktəblər, kilsələr xəstəxanalar tikir, ya da təmir etdirir. Bax gerçəklik budur! Gerçəklik odur ki, Azərbaycan insanı sən öz torpaqlarına sahib çıxa bilmirsən! Sənin torpaqlarında ermənilər, erməni kimlilər, xristianlar at yox, tank yox nə gəldi “oyna”dırlar... Avropadan da bir neçə özləri kimlərini də gətrirlər. Səni çörəklə, işsizliklə imtahana çəkərlər dözərsən. Amma torpaq son şərəf yerindir...Torpağın yoxdursa heç nəyin yoxdur, heç nəyin...
Azərbaycan xalqının vicdanına səslənirəm!

Mən, Sən və O, yəni BİZLƏR şəhid və qazi olmadan Qarabağ düşmən tapdağından azad olmayacaqdır!!! Bəs o zaman nəyi gözləyirik?! Yoxsa, ümid edirik ki, harınlaşmış bir çox məmurların övladları da əsgərliyə getsinlər ondan sonra müharibəyə başlayaq? Amma bildiyimiz kimi bu heç zaman baş verməyəcəkdir. Çünki Vətən sevgisi torpağın dəyərini pul-parayla dəyərləndirənlərə görə deyil, onu namus və şərəfi kimi bilənlər üçündür... Məmurların əksəriyyətinin işi torpaqlar zəbt edib hasarlar çəkmək və villalar tikməkldir. Sonra da deyirlər ki, o villalar bizim deyil... Villalarına sahiç çıxmağa belə cəsarət edə bilməyən məmurların övladlarından əsgər olar mı?! Ona görə də, sabah müharibə başlasa, bütün ədalətsizliklərə, haqsızlıqlara baxmayaraq yenə də cəbhəyə, torpağına namus və şərəf kimi baxanlar gedəcəklər. Onsuz da, zorən vətən sevgisi ola bilməz. Bu anlamda Torpaq, Vətən, El deyəndə ağzında dili, cismində ürəyi yananlar üçün müharibə ölüm deyil, olumdur...
Azərbaycan xalqının vicdanına səslənirəm!
Sonda üzümü Azərbaycan ziyalılarına (o ziyalılara, ki hələ də beləlrində ziyalılıq əlamətləri vardır) tutaraq deyirəm ki, Qarabağla bağlı durumun hansı mərhələdə olmasıyla, yayılan şayiələrin Azərbaycan xalqında yaratdığı xoşagəlməz vəziyyətlə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət etmək lazımdır. Yəni dövlət başçısından xahiş etmək lazımdır ki, Azərbaycan ziyalılarını qəbul edərək, Qarabağla bağlı son durumu onlarla bölüşsün. Çünki bu gün Azərbaycan xalqının iradəsini İlham Əliyev ifadə edir. Bizlər də bilməliyik ki, Qarabağla bağlı vəziyyət nədir, Qarabağın tezliklə işğaldan azad olunması yolunda dövlət başçısına nə kimi dəstəyimiz ola bilər. Hər halda dünya da bilməlidir ki, Qarabağ məsələsi Azərbaycan ziyalılarını daima narahat etmişdir və etməyə da davam edir. Məncə, indiki durumda buna çox ciddi ehtiyac var. Həm də çox.....


Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!