Nəzrinin ölümündə günahlandırılan həkim barədə qərar verildi .....                        Sayt rəhbərinə hökm oxundu .....                        İlham Əliyevdən Davos paylaşımı .....                        Hacıqabulda 14 ton qida yandı .....                        Türkiyədə dəhşətli yanğın: ölənlərin sayı 76-ya çatdı .....                        Akşenerin partiyasından istefa vermişdi: Ərdoğanın partiyasına qoşuldu .....                        Ümit Özdağ barədə həbs qərarı verildi .....                        İlyas İsmayılov komaya düşdü .....                        Vəzifəsinin ilk günündə məhkəməyə verildi .....                       
Tarix : 7-05-2015, 22:10
Firudin Cəlilov doğum günündə bəyanatla çıxış edib


Firudin Cəlilov doğum günündə bəyanatla çıxış edib. Moderator.az saytına müsahibə verən tanınmış türkoloq alim -“Birinci Avropa Oyunlarının uğuru da, nöqsanı da hakimiyyətin deyil, Azərbaycan xalqının və dövlətinin adına yazılacaq”-deyib.
Birinci Avropa oyunları millətimizin və dövlətimizin tarixində çox mühüm bir hadisədir. Bu oyunlarla bağlı xoşagəlməz söhbətlərin və yazıların da şahidiyik. Amma biz bir şeyi bilməliyik ki, bu oyunlar daha çox siyasi mahiyyət daşıyır və ölkəmizin haqq səsinin, ədalətli mövqeyinin tanınması, işğala məruz qalan bir ölkə olmağımız, bütün dinlərə hörmət edən misilsiz tolerant, hətta Avropanı geridə qoyan mədəniyyətə sahib bir xalq olduğumuzu Azərbaycana təşrif buyuran, yaxud bu oyunları ekran arxasından izləyən yüz milyonlarla xaricilərin bilməsi baxımından müqayiəsolunmaz fürsətdir.
Bu gün tikilən idman qurğuları millətə qalır və qarşıdakı onilliklər ərzində də ölkəmizdə çeşidli idman tədbirləri keçirmək üçün artıq oturuşmuş infrastruktura sahib olan bir ölkə statusu alırıq. Təkcə idmançılar deyil, on minlərlə, yüz minlərlə qonaq Azərbaycana gələcək, ölkəmizi yaxından tanıyacaqlar. Adətən Azərbaycan kimi yenicə müstəqillik qazanmış ölkələr və xalqlar dünya miqyasında tanınmaq, səsini eşitdirmək üçün çoxsaylı yollar arayırlar. Bu yollardan ən kəsərlisi də bu cür möhtəşəm idman tədbirlərinə ev sahibliyi etməkdir. Milli maraqların daşıyıcısı olan bir adam kimi təklifim budur ki, biz millət olaraq iqtidarlı-müxalifətli bu oyunların çox yüksək səviyyədə keçirilməsi üçün əlimizdən gələni əsirgəməməliyik. Unutmaq olmaz ki, bu bir ümummilli tədbirdir və onun uğuru da, nöqsanı da hakimiyyətin deyil, Azərbaycan xalqının və dövlətinin adına yazılacaq. Mən fürsətdən istifadə edərək hər kəsə səslənirəm ki, çəkilən bu boyda zəhmətin və xərcin hədər getməməsi üçün ümummilli mənafe naminə siyasi iddialarımızdan imtina edək, bu oyunlar Azərbaycanın tarixinə qızıl hərflərlə yazılsın. Oyunlar başa çatandan sonra hər kəs öz haqlı bildiyi mövqeyin üzərində dayansın və bunun uğrunda mübarizəsini davam etdirsin. Amma indiki məqamda bu mübarizə kəmfürsətlik kimi qəbul edilə bilər. Ona görə də ümid edirəm ki, siyasi ambisiya deyil, humanizm qələbə çalacaq və Azərbaycanın uğurunu həzm edə bilməyən qlobal güclərin əlinə dəstəvüz verməyəcəyik."


Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!