Bağlı qapılar arxasında 1 saat danışdılar .....                        Paşinyanın yeni imici .....                        Turşudan zəhərlənən qadın xəstəxanada öldü .....                        Mirzoyan iranlı həmkarı ilə danışıqlar apardı .....                        Siz COP prosesini pozmağa çalışırdınız! - Prezidentin köməkçisi .....                        Cəbrayılda ağır qəza: Qohumlar öldülər .....                        "Roma"nın yeni baş məşqçisi .....                        XİN-dən Paşinyana tutarlı cavab .....                        Yaşıl Rəqəmsal Fəaliyyətin açılış sessiyası keçirilib .....                       
Tarix : 30-04-2015, 20:52
Azay Quliyev:"Biz ABŞ-dan daha məntiqi və səmimi açıqlamalar gözləyirik".

Millət vəkili Azay Quliyevin Facebook səhifəsindəki statusunu təqdim edirik:
Avropa tarixində ilk dəfə keçiriləcək möhtəşəm idman bayramına hazırlıqlar böyük coşqu ilə davam edir. Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin sözləri ilə desək, Azərbaycan növbəti dəfə tarix yazmağa hazırlaşır. “Belə qısa müddət ərzində görülmüş bu qədər işləri hətta ən çılğın arzularımızda təsəvvür edə bilməzdik. Əslində bütün Bakı heyəti hətta Oyunlar başlamazdan öncə dünya rekorduna imza atdı”.
Doğrudan da qısa zaman ərzində ölkənin idman infrastrukturu təkmilləşdirilərək ən müasir standartlara uyğunlaşdırılıb, yeni, əzəmətli idman obyektləri, kompleksləri tikilib, qonaqların yerləşdirilməsi, təhlükəsizlik, nəqliyyat, təchizat və digər məsələlər uğurla həll edilib. Azərbaycan tək hazırlığı ilə deyil, həm də Avropa olimpiya hərəkatının standartlarının formalaşdırıldığı məkan kimi öz adını tarixə yazmağı bacarıb. Əminəm ki, Birinci Avropa Yay Oyunları başa çatandan sonra hamı bu qədər zəhmət çəkməyə, genişmiqyaslı tədbirlər görməyə, bütün səyləri bu işə səfərbər etməyə dəyərdi” fikrini hər bir soydaşımız səsləndirəcək. Bu, ümumilikdə, Azərbaycan dövlətinin və xalqının böyük uğuru, həm də siyasi, iqtisadi və humanitar mərkəzə çevrilmiş ölkəmizi dünya ictimaiyyətinə olduğu kimi tanıtmaq, müstəqillik illərində əldə edilmiş nailiyyətləri və təcrübəni bölüşmək, ümummilli problemlərimizi Avropanın diqqətinə daha yaxından çatdırmaq üçün əlverişli fürsəti dəyərləndirəcəyik. Çox təəssüf ki, bu sözü hamı deməyəcək, bizimlə bərabər sevinməyənlr də olacaq. 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsi zamanı olduğu kimi, xarici anti-Azərbaycan şəbəkə və erməni lobbisindən qaynaqlananlar, insan hüquqları, media azadlığı, korrupsiya və digər məsələlər süni və qərəzli şəkildə şişirdənlər, “boykot” çağırışları edənlər, möhtəşəm idman yarışlarının “əhəmiyyətsizliyi”, Avropanın diqqətindən “kənarda qaldığı” rəyinin formalaşdırılmasına cəhd edənlər, beynəlxalq ictimaiyyətin diqqətini təhrif olunmuş şəkildə Azərbaycanın daxili məsələlərinə yönəltmək istəyənlər, təzyiq və təhdid metodları ilə Azərbaycanı öz müstəqil siyasi kursundan geri çəkilməyə məcbur etmək kimi mənasız fikirdə olanlar sevinməyəcəklər, o xoş sözləri təkrarlamayacaqlar. Bu çirkin fəaliyyətin necə, hansı resurslarla, kimlər tərəfindən gerçəkləşdirildiyi yaxşı məlumdur.
Artıq bizə bəllidir ki, Azərbaycana qarşı aparılan iyrənc kampaniyanın veb-səhifəsinin yaradılması, sosial şəbəkələrdə təbliğat qurulması, hakimiyyətə qarşı petisiyalar təşkil olunması, mobil telefonlar üçün xüsusi ifşaedici proqramların tətbiq edilməsi, məşhur səyahət portallarında siyasi məzmunlu materialların yerləşdirilməsi və turistlərə Bakıya gəlməmək çağırışlarının əks olunması, jurnalistlərin informasiyalarla təminatı üçün xüsusi qrupun yaradılması, nüfuzlu beynəlxalq QHT-lərin səhifələrində kampaniyanın linklərinin yerləşdirilməsi, habelə Azərbaycan haqqında satirik materialların hazırlanması və sosial şəbəkələrdə yerləşdirilməsi və s. kimi inanılmaz çirkin və cılız metodlara əl atılıb.
APA İA-nın hazırladığı arayışda və oraya çıxardığı sənədlərdə deyilir ki, Azərbaycana qarşı aparılan bu şəbəkələşmiş kampaniya 2015-ci ilin sonuna kimi böyüklüyündən-kiçikliyindən asılı olmayaraq, Azərbaycanda keçiriləcək və ya Azərbaycanın iştirakı ilə xaricdə təşkil olunacaq bütün beynəlxalq tədbirlərin, Azərbaycana yüksək vəzifəli qonaqların səfərinin təqvimi hazırlanıb. Kampaniya müddətində hər bir tədbir və səfərdən Azərbaycanın əleyhinə istifadə etmək qarşıya məqsəd kimi qoyulub. Buna heyrətlənməyə bilmirsən.
Çox təssüflər olsun ki, bütün bu anti-Azərbaycan kampaniyasının başında özünü Azərbaycanın strateji tərəfdaşı adlandıran ABŞ-ın rəsmi dairələrinin, Dövlət Katibi Con Kerrinin ofisinin və Vaşinqtonun maliyyətləşdirdiyi müxtəlif fondların durduğu haqqında ciddi məlumatlar var. ABŞ rəsmilərinin bu barədə verdiyi açıqlamalar həm səthidir və həm də səmimi deyil. Biz ABŞ-dan daha məntiqi və səmimi açıqlamalar gözləyirik.
Biz doğru və haqq yoldayıq. Cənab Prezidentin yürütdüyü siyasət Azərbaycanın milli maraqlarının və təhlükəsizliyinin təminatına yönəlmiş ən doğru və alternativsiz siyasətsir. Tarix dəfələrlə sübut edib ki, Azərbaycanla təzyiq və şantaj dili ilə danışmaq heç kimə fayda gətirmir. Azərbaycana hörmət etmək və onunla dost olmaq hər kəsin çıxarlarına uyğundur . Əminəm ki, Azərbaycan dövləti və xalqı bu mübarizədən alnıaçıq və üzüağ çıxacaq və bizim üzərimizdə oynanılmağa cəhd edilən bu çirkin oyunların ifşasını bundan sonra da davam etdirəcəkdir.
Butov.az


Paylaş



Bölmə: Köşə / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!