Nərgiz Məhəmmədi İranda saxlanıldıNobel Sülh Mükafatının laureatı Nərgiz Məhəmmədi İranda saxlanılıb.
Bildirilir ki, o, Məşhəddə hüquq müdafiəçisi Xosrov Əlikürdinin yas mərasimində iştirak edərkən saxlanılıb. Əlikürdi bu yaxınlarda naməlum şəraitdə ölü halda tapılmışdı.
Qeyd edilir ki, Nərgiz Məhəmmədi ilə birlikdə daha iki fəal da saxlanılıb.
Məhəmmədi 2021-ci il noyabrından etibarən dövlət təhlükəsizliyinə qarşı qəsd və İran hökumətinə qarşı təbliğat aparmaq ittihamı ilə 13 il doqquz ay həbs cəzası çəkirdi.