TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
Tarix : 21-07-2017, 12:36
Bizim saytın – “Strateq”in çox məkrli bir məqsədlə və planlı şəkildə mənzil bölgüsündən kənarda saxlanmasına baxmayaraq, mən haqqı çatan və ehtiyacı olan həmkarlarımızı ev almaları münasibətiylə təbrik edirəm! Xeyirli, uğurlu olsun! Aşağıda - Anama yazdığım məktubda isə hökumətdəki bəzi adamların özümə münasibətinin səbəblərinə toxunulub:

"İndi dəyərmi, bir evə görə o gözəl qəlbini sıxmağına, Ana?!" - Elxan Şükürlü

MƏN EVİMİ ÖZ ƏLLƏRİMLƏ TİKƏCƏM, ANA!

Mənim sarı saçlı, mavi gözlü, örpəyi başında, duası dilində, atam yadigarı əziz Anam! Dünən jurnalistlərə bağışlanan ev siyahısında adımı görə bilməyib, qəzəb, ancaq eyni zamanda həmişəki kövrəkliyinlə “A bala, axı sən bunlara nə etmisən belə?! Niyə sənə qənim kəsiliblər?! Niyə hər yerdə önünə daş dığırladır, kötük yellədirlər?! Gör, neçənci dəfədir ki, səni bu hala salırlar... Kimdir axı düşmənin, de, biz də bilək da bə, oğul...” deyə sual edir, israrla cavab istəyirdin... Sənin bərk incimiş o incə, zərif, büsbütün sevgi və mərhəmətdən yoğrulmuş həssas ana qəlbini həmin an ovundura biləcək söz tapa bilmədiyimdən, hər şeyi zarafata saldım. Ancaq bu gün qərara gəldim ki, Sənə bəzi gerçəkləri mütləq, qısaca da olsa, deməli, yazmalıyam...

Əziz Anam! Bəribaşdan deyim ki, özünü, başını yorub düşmən axtarma – mənim düşmənim mən özüməm! Bəli, bəli, özüm, məhz özüm! Sənin düz 41 il əvvəl bir mart səhəri, sübh azanında doğub dünyaya gətirdiyin həmin o çirkin və yöndəmsiz Elxan! Heç ağlına gələrdimi ki, 41 il əvvəl doğduğun o çirkin, arıq və çəlimsiz, ölməsin deyə başına oğlaq dolayıb qurban kəsdiyiniz körpə yaşayacaq, sağ qalacaq, böyüyəcək və düz 41 il sonra xəyallarında yaşatdığın paytaxt Bakıdan Sənə məktub yazacaq?! Özü də nə üstündə - niyə hər dəfə onun haqqını yeyirlər, niyə bir dövlətin yekə-yekə adamları hər yerdə onun önünü kəsir və niyə o da inadla bu məsələdə susur, dinmir... Əziz Anam, axı Sən Allaha, onun qüdrət və hikmətinə səmimi qəlbdən inanan adamsan! O Allah da deyib ki, sizin yaxşı bildiyinizin arxasında pis, pis bildiyinizin arxasında isə yaxşı bir iş durar... İnan mənə, Sənin pis xəbər kimi qarşıladığın bu işin arxasında da gözəl bir hikmət, ibrət və yaxşı bir iş yatır, o zərif və kövrək qəlbin rahat olsun!
Başa düşürəm, hər dəfə Bakıya gələndə “əli hər yerə çata bilən” oğlunun niyə kirayələrdə qaldığı sıxır Səni. Utanırsan ki, axı bu boyda kişi niyə illərdir özgə qapılarda qalıb?! Darıxır, sinirə bilmir, qayıdıb tez kəndə - Ata Ocağımıza qaçmaq istəyirsən... “Hamıya əl tutursan, üstünə gələnə bir dəfə də “yox” deməmisən... Bala, bir öz gününə bax da, bir az da özünü, balalarını düşün da...” - deyirsən. Gəlinini də ürəkləndirirsən, tez Sənə qoşulur: “Ay ana, bilmirəm, Allah tamah, nəfs verəndə, Sənin bu oğlun haradaymış...”. Bax, əziz Anam, bir kişini ən yaxşı tanıyan onun qadınıdır. Gəlinin də Sənə deyirsə ki, “oğlunun birinci düşməni tamahsızlığındadır”, buna inan – çünki mən ömrümü kitablar arasında keçirdim və hələ bir yerdə oxumadım ki, tamahkar, nəfsinə qul olan adamlar böyük ola, böyük ideyalar uğrunda çarpışa, vuruşa, mübarizə apara biliblər... Ona görə də tamahı özümə düşmən elan edib, onun məni çəkdiyi, dartdığı yerlərdən və işlərdən uzaq qaçmışam! Bunun hansı çətinliklərə başa gəldiyini çox az adam bilər, əksəriyyəti heç anlamaz və hətta bəzən arxanca “ağılsız adamdır” ifadəsiylə deyinərlər də... Ancaq bax, Ana, məgər biz böyük-böyük sarayların, topdağıtmaz səltənətlərin necə xarabalıqlara, bayquşlar oylağına çevrildiyini, içində insan hənirtisinə, körpə qığıltısına necə həsrət qaldığını görməmişikmi?! Görmüşük, Ana, görmüşük... Görmüşük ki, insanın canı ağrıyanda nə mal-mülk yadına düşər, nə ev-eşik, nə sərvət... Milyonların-milyardların bir insanı xilas etməyə, geri qaytarmağa gücünün yetmədiyini də görmüşük, pulun, qızılın insan qüruru və ləyaqəti qarşısında necə sındığı, utandığı, aciz qalıb xəcalət çəkdiyi anları da... İndi dəyərmi, bir evə görə o gözəl qəlbini sıxmağına, Ana?! Övladların, nəvələrin başında, çox şükür, bundan böyük nemətmi olar?! Birinin evi, malı-mülkü var, Sənin də başını həmişə uca edəcək gözəl, tərbiyəli və sağlam övladların, nəvələrin...
"İndi dəyərmi, bir evə görə o gözəl qəlbini sıxmağına, Ana?!" - Elxan Şükürlü

Bilirəm, Səni daha çox “şanlı hökumətimiz”in mənə münasibəti sıxır. Hələ də qavraya bilmirsən ki, axı mənim bu arıq və çəlimsiz oğlum niyə hər dəfə qos-qoca hökumətin qəzəbinə gəlir: br gün yazıla bilməyənləri yazmasın deyə, qurub-yaratdığı qəzetdən uzaqlaşdırırlar; bir gün əlinə silah keçər deyə, çənəsini qırıb Ordudan kənara atırlar; başqa gün mühüm bir dövlət orqanında işə götürüləcək vədi verib üzərində min oyun qurur, sonra imtina edirlər; o biri gün partiyasında onun olacaq yerinə “cavandır, hələ gözləsin” deyib qoca və çuğul birisini dürtürlər; bir gün dövlət səviyyəsində böyük bir qanunsuzluğa gedib MSK-ya düşməsinin qarşısını kəsirlər; başqa bir gün istintaqa dartıb qarşısına “yazma” şərti qoyurlar; bir gün parlamentə yolunu bağlayırlar; bir gün də içində yaşamağa çoxlarından çox haqqı çatan mənzilini vermirlər... Nə edim, Ana, indi mən də ev davası açanların xoruna, haray-həşirinə, müti və iyrənc yalvarışlarınamı qoşulum?! Torpağının yarısı getmiş, şəhidinin arvadı-övladı küçədə qalan, ehtiyac içində çapalayan, haqq-ədalətin hər yerdə ayaq altına atıldığı, at izinin it izinə qarışdığı, ləyaqətsiz və şərəfsiz yollarla “yüksəliş”in, alçala-alçala “ucalmağın” meyara çevrildiyi bir məmləkətdə durub ev davasımı aparım?! Bunu özümə, qüruruma sığışdıra bilmərəm, Ana! Yoxsa, Sən hamıdan yaxşı bilirsən ki, məni haqqımı kimsəyə yedirən və mənə olan hörmətsizliyi də cavabsız buraxan şəkildə böyütməmisən!...
"İndi dəyərmi, bir evə görə o gözəl qəlbini sıxmağına, Ana?!" - Elxan Şükürlü

Yadındamı, rəhmətlik qonşumuz Məməd dayı – “Ovçu Mamed” nə deyirdi? Vurub gətirdiyi qurdların dərisini soyanda ürəyini çıxarıb çiy-çiy qonşu uşaqlarla bərabər, mənə də yedirər və hamıya da deyərdi ki, bax, içinizdəki bu arıq oğlan böyüyəndə qurd kimi ürəkli və tələyədüşməz olacaq... Görünür, Sən indi həmin o qurd ürəyi yemiş, ağzı qurd qanına bulaşmış, bir andaca kükrəyib coşa, yanıb hər tərəfi alova bürüyə biləcək oğlunun neçə ildir niyə belə sakit və səbrlə durmasını, ona çəkilən sitəmlərə dözməsinin səbəbini anlamaqda çətinlik çəkirsən... Yazım, bil, Ana! Bil ki, daha bir də bu məsələdə dartışmayaq!
Əziz Anam, Sənin o gözəl gözlərin yaşara-yaşara barəsindəki hekayətləri dinlədiyin Həzrəti Əli çox cəsur, igid, bilgili və ədalətli adam sayılsa da, həmişə haqqı yeyilən insan olub. İlk dəfə onun hakimiyyət haqqını yeyəndə cəmi-cümlətanı 32-33 yaşı vardı. Hətta xanımı olan Peyğəmbər qızı Fatimə də onun bu səbrinə məəttəl qalmışdı. Həzrət Əlinin susma səbəbi isə biriydi - onun haqqını yeyənlər özününkülər idi və həmin vaxt haqq davası açmağa qalxsaydı, indi Sənin hər gün 5 dəfə sevə-sevə oxuduğun o azan səsi çoxdan kəsilmişdi...
"İndi dəyərmi, bir evə görə o gözəl qəlbini sıxmağına, Ana?!" - Elxan Şükürlü

Əziz Anam, mən qətiyyən özümü Həzrəti Əliyə oxşatmaq niyyətində deyiləm, ancaq biləsən ki, onun yolunda yürüyən çoxları kimi, mənim də hər addımda haqqımı yeyənlər, önümü kəsənlər, məni “özgə” bilənlər məhz özümüzünkülərdir!!! Ordan – Sənin yaşadığın Naxçıvandan Bakıya gəlib rəhmətlik Heydər Əliyevin əzəmətli kölgəsinə sığınan, vəzifə alan və sonra da bu vəzifə hesabına həşərat kimi millətin canına daraşıb var-dövlət, sərvət sahibi olan bəzi acgöz, görməmiş və tamahkar həmyerlilərimiz hər yerdə məni və mənim kimi insanları özlərinə təhlükə, düşmən sayıblar! Xatırlayırsansa, rəhmətlik babam bu sayaq “vəzifəliləri” görəndə, tez “Yetim quzudan qoç olmaz” məsəlini çəkərdii. İndi biləsən ki, mən - Sənin oğlun, heç vaxt qoç ola bilməyəcək bu “yetim quzular”ın gözünə həmin qurd ürəyi yeyən, ağzı qurd qanlı Elxan kimi göründüyümdən, məndən qurd qoxusu aldıqlarından, bu “yetim quzular” sürüsünün canına həmişə vəlvələ düşüb, Ana! Ona görə hər yerdə önümə daş, kəsək, kötük diyirlədiblər, vurmağa, sındırmağa, ləkələməyə, adımı, izimi silməyə çalışıblar ki, dirçəlməsin, ayağa dura bilməsin, güclənməsin, itib-batıb getsin... Və onu da biləsən ki, neçə ildir mən doğulduğumuz və çox sevdiyimiz o gözəl Naxçıvanımıza, bu dövlətin qurulmasında və qorunmasında əvəzsiz xidmətləri olan qeyrətli həmyerlilərimizə və bir də rəhmətlik Atamın “təəssübün olsun, öz el-obana qarşı gəlmə” nəsihətinə, ona verdiyim sözə görə, susur, dinmir, üzərlərinə qurd kimi yürüyüb o heç vaxt qoç ola bilməyəcək “quzular”ın leşlərini yan-yana düzmürəm, əziz Anam! Anla məni! Ancaq əminəm ki, belələri, gec-tez, acgözlüklə topladıqları o sərvətlərini, vəzifələrini qorumaq üçün bir gün doğulduqları o torpağa da üz çevirəcəklər, onu da satacaqlar! Bax, mən onda danışacam, Ana! Onda çökəcəm belələrinin namərd sinəsinə! Mənim ən rahat və ən gözəl yerim Sənin bətnində keçirdiyim 9 ay olub, gedəcəyim ən rahat ev də, şübhəsiz, kəndimizdəki qəbiristanlıqda uyuyan ata-babalarımın ayaqlarının altı olacaq! Taleyin işinə, Tanrının hikmətinə bax ki, məhz mən Sənin bətnində olan aylar ərzində Sən palçıq-su daşımısan, müəllim Atam da kənddəki o gözəl evimizi tikib... Deməli, mən də öz evimi Atam kimi - alın təriylə, zəhmətlə, öz əllərimlə tikməliyəm, daha hökumətdən ummamalı, gözləməməli, kimdənsə mükafat olaraq almamalıyam, Ana! Səhvim onda oldu ki, bunu bilə-bilə, yanlış adamlardan ədalət gözlədim, bir ev üçün hökumətə müraciət etdim, gərək bunu etməyəydim, Ana! Buna görə, mən özümü bağışlaya bilmirəm, ancaq gəl, Sən bağışla məni! Bu səhvi düzəltmək üçünsə mən gəlininin və nəvələrinin yanında Sənə söz verirəm, sağlıq olsa, inşallah, qarşıdakı 2 ilin tamamında Bakıya gələndə, Səni nəvələrinlə birgə öz evimizdə qarşılayacağıq! Söz!!!
Görüşənədək, mənim sarı saçlı, mavi gözlü, başı örpəkli, dili dualı, atam yadigarı əziz Anam! Təki Sən sıxılma və səbrli ol! Mən hələ sağam, ölməmişəm, həyat isə davam edir...

Elxan ŞÜKÜRLÜ


Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!