Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 24-10-2015, 13:28
ZİRVƏDƏN BAXAN ŞAİR


Şairlik insanlarda altıncı hisdir. Bu hissə malik olanlar başqalarının görə bilmədiklərini görür, duya bilmədiklərini duyurlar. Peyğəmbərlərə gələn vəhylə şairlərə gələn ilham mahiyyət etibarı ilə bir-birinə oxşardır. Hər ikisi Haqdan gəlir, hər ikisi seçilmişlərə gəlir. Hər ikisinin missiyası insanları düzgün yaşam tərzinə, haqqa, ədalətə çağırmaqdır. Və hər ikisi təbiətə, torpağa, Vətənə, xalqa, insanlığa olan məhəbbətə, bəşəri sevgiyə əsaslanır.

Maddi aləmə şairanə baxış əsasən iki yöndə olur: ya zirvəyə baxırsan, ya zirvədən baxırsan. Zirvəyə baxanlar dağın bir üzünü görür, onların görmə arealı məhduddur. Belələrindən şair çıxar, amma əsl şair olmaz, ola bilməz, çünki gördükləri kimi, yazdıqları da yarımçıq olar. Zirvədən baxanların gözü isə intəhasızlığadək kəsərli olar, uzaqları görər, görmə hüdudu böyük və geniş olar. Zirvədə olanlar əsl şairlərdir; hiss və həyəcanları ilə, davranış və münasibətləri ilə, sevgiləri ilə.
Bayram Apoyev zirvədən baxan şairdir. Onun şeirləri başdan-ayağa sevgidən, yenə də sevgidən qaynaqlanır. Yazıb-yaratdığı bədii nümunələrin mövzusu, məzmunu, ideyası bir məhəbbət ilgəyi ilə bağlanıb vəhdət təşkil edir. Cəmi altıca misradan ibarət olan “Vətən yarımdı” şeiri müəllifin bu kitabının bədii müqəddiməsi kimi səslənir. Onun tək sevdiyi və sevəcəyi Vətəndir, elə sevgisi də Vətəndir. Şair özünü Vətənin bir zərrəciyi qismində görür; burda da Vətənə “yarım” deyir, çünki canı da, ruhu da, nəfəsi də Vətənlə bağlıdır, iki “yarım” bir bütövdür və bir yarpağın iki üzü kimi onları bir-birindən ayırmaq qeyri-mümkündür. Elə oradaca daha bir “yarım” məfhumu işlədilmişdir. Bu, “cəlladlar” tərəfindən iki yerə bölünmüş Vətən torpağını bildirir. “İki sevgilim şeirində Vətən-Torpaq və o torpağın insana sonsuz məhəbbəti ifadə olunur. Bayram Apoyevin Vətən sevgisi, doğma torpağa bağlılığı onun 1974-cü ildə yazılmış ilk qələm təcrübəsi olan “Ağrı dağ” şeirində daha dolğun əks olunmuşdur. Mərdanə duruşu ilə, piranə görkəmi ilə möhtəşəmlik sinvolu olan “Ağrı dağ” Vətənin özüdür, onun sinvoludur. Ağrı eləcə adi bir dağ deyil, Azərbaycan-Türk folklorunun canlı obrazlarından biridir. Bu dağ haqqında saysız əfsanə, rəvayət və müxtəlif şifahi xalq ədəbiyyatı nümunələri mövcuddur. Şair-vətəndaşın nəzərində Ağrı yer üzünün ən yüksək zirvəsi olan Evrestdən də ucadır. Ağ çalmalı Ağrını Vətən, özünü övlad adlandıran yurd təsübkeşi anadan ayrı düşməsinin səbəbini zəmanədə görür:
Sən anasan, mən də balan,
Sənsiz “könül şəhrim talan”.
Məni səndən ayrı salan
Zəmanədir, Ağrı dağı.
Şair qədim Odlar torpağını diyar-diyar gəzir, cənnətmisal bölgələrin adını məhəbbətlə dilə gətirir, tarixi şəxsiyyətlərin adlarını sadalayır, maddi-mənəvi gözəlliklərini sevə-sevə tərənnüm edir. Doğma yurdun ecaskar təbiətini, dağın-aranın bənzərsiz hüsnünü, füsünkarlığını vəsf edən lirik qəhrəmanın qürurdan ürəyi köksünə sığmır:
Səndə gördüm məhəbbəti,
Etibarı, sədaqəti.
Neyləyirəm mən cənnəti?!
Hər bir güşən cənnətməkan,
Ana yurdum – Azərbaycan!
Şair Vətən torpağının doyumlu gözəlliklərini tərənnüm etməklə yanaşı, Qarabağın, daha neçə-neçə dilbər guşələrin düşmən tapdağından doğan ürək ağrılarını da dilə gətirir, Vətən övladlarını qana-qan almağa, qisasa çağırır:
Nigaran dolanır Babəkin ruhu,
Bir anla, dərk elə, kökünü tanı!
Qapanıb Babəkin ər qeyrətinə,
Qoyma yerdə qalsın şəhidlər qanı.
Qələm elə bir silahdır ki, yeri gələndə qılıncdan belə kəsərlidir. Qələm bir qəlbin duyğu və istəklərini, düşüncələrini min ürəyə ötürə bilir. Qələm Vətənə, xalqa, ümumbəşəri dəyərlərə, uca amallara xidmət vasitəsidir. Bayram Apoyevin əlindəki qələmin iki sahibi var: elm adamı-alim, duyğu insanı-şair, zehniyyət və şeyriyyətin sintezi Vətənə xidmətin ən yüksək mərtəbələrindəndir. Elm və təhsilin, mənəvi-əxlaqi zənginliyin bu gün həyatda, hər bir sahədə əsas və başlıca amil olduğunu nəzərə alsaq, həm bir elm adamı kimi, həm bir şair kimi Bayram müəllimin xidməti iki qat əhəmiyyətə malikdir. Və o yazıb-yaradıb, nə qədər gərəkdir yazacaq:
Neçə ki insanlıq dövlət varımdı,
Neçə ki bu gözəl Vətən yarımdı.
Neçə ki Qarabağ saçda qarımdı,
Yazmışam, yazıram, yazacam yenə!
Bayram Apoyevin oxuculara təqdim olunan bu kitabı bütövlükdə məhəbbət çiçəklərindən hörülmüş bir çələngdir. Ondan sevgi ətri gəlir- daim təravətli ədəbi yaşar sevgi ətri. Bu sevgi dünya durduqca yaşayan sevgidir. Çünki ibtidası Tanrıdan gəlir, İlahinin özü qədər ülvidir, müqəddəsdir, təkdir, pakdır. Sevda təkliyi, vahidliyi iki qəlbin vəhdəti ilə birliyi ilə mümkündür. Bu vəhdəti “Ayrı ola bilmərik biz” şeirində eşq fədaisi aşiq belə ifadə etmişdir:
Bənzəri yox, yeganədir,
Şirin röya, əfsanədir.
İlahidir, divanədir,
Aydan arı saf eşqimiz,
Ayrı ola bilmərik biz.
Sən demə ülvi sevgilərin yaşı da yoxmuş; məhəbbət ürəyə düşdümü, sanki min ildir bu sevda yollarındasan. Orda keçmiş, indiki, gələcək anlayışı yoxdur, orda zaman yoxdur, yalnız eşq var, orda ürəklər bir döyünür, o yoldan döndü yoxdur:
Belə buyurubdur böyük Yaradan,
İlahi eşq üçün nə vaxt, nə zaman?
Birlikdə döyünür qəlbimiz hər an,
Bizi qərq eləyib sevgi dənizi,
Min ildir sevirik bir-birimizi.
“İlahi eşq üçün nə vaxt, nə zaman?! Yaman darıxmışam ay gülüm, yaman...” Deyərək sevdalısının vüsalını arzulayan aşiq öz sevgisini də, sevgilisini də həyatının mənası sayır, ömrünü ona borclu hesab edir:
Məni ağladanda güldürən də sən,
Məni yaşadan da, öldürən də sən.
Atəşə yaxan da, söndürən də sən,
Ömrümü borcluyam sənə, ay gülüm.
Klassik ədəbiyyatın Xəyyam, Hafiz, Füzuli, Nəbati və bir çox ədəbi nəhənglər həqiqi məhəbbəti Tanrıdan göndərilmiş İlahi pay kimi qiymətləndirmişlər. İlahi eşqin ölməzliyinə, əbədiliyinə inanmışlar. Təsəvvürdə əbədi olan, baqi olan bir Allahdır, qalan hər şey fanidir. İnsan yalnız Tanrısına baş əyər, ona səcdəyə qapılar, sitayiş edər, çünki o, əbədidir, insanlıq, cəmi varlıq ona übudiyyətdə bulunmalıdır. “İlahi eşq” deyirlər. Eşq o zaman ilahiləşir ki, Tanrı səviyyəsinə qalxsın, Allaha olduğu kimi, ona da səcdə olunsun. Allaha aid olan müqəddəsliyə, ülviyyətə, bənzərsizliyə, vəhdaniyyətə qovuşsun. Onda məhəbbət təsəvvüfə layiq olar. Bayram Apoyevin məhəbbət poeması təsəvvüf səviyyəsindədir. Bu eşqi Allahın özü pay verib, bu taleyi Allahın özü sevənlərin alnına yazıb (“Yazıb alnımıza eşqi Yaradan”):
İlahi eşqimiz möcüzə, sirdi,
Cismimiz ayrıdı, ruhumuz birdi...
...Bizi heç ölüm də ayra bilməz,
Ölsək də, sevgimiz heç zaman ölməz.
“Mənə bir şeir yaz” adlı dörd bənddən ibarət şeir yuxarıda dediklərimizi təsdiq etməkdədir. Bu şeir müəllifin bir çox poetik nümunələri kimi, öz ideyası, məcazi deyimi, səmimiyyəti və sadə sintaksisi ilə diqqətləlayiqdir:
Mənə bir şeir yaz dan söküləndə,
Oxuyum yuxudan mən duran kimi.
Oxuyub gülümün ətrini alım,
Sürtüm gözlərimə bir “Quran” kimi.
Mənə bir şeir yaz günorta çağı,
Oxuyum, yollanım ocağa sarı.
Mənim Mədinəm də, Məkkəm də sənsən,
Ovsunla qəlbimi, yaramı sarı...
...Mənə bir şeir yaz elə bu gecə,
Eylə aşiqinə sən doyunca naz.
Oxuyub şeirini səcdəyə gəlim,
Hər gecə qoynunda qılım mən namaz.
Müəllif qeyd edir ki, həyatın yolları saysızdır, ünvanlar kimi yollar da müxtəlifdir. Sevda yolu ən doğru yoldur. Bu yola Tanrının istəyi ilə qəlbin hökmü ilə qədəm qoyulur. Bu yolda geruyə dönüş yoxdur, son mənzili zirvədən yuxarıda “yeddinci səma”dır-İlahi məkandır. Şair qənaəti aşağıdakı bənddə dolğunluqla ifadə olunmuşdur.
“İlahi eşq yolu” adlanır bu yol,
Bu yol müqəddəsdi, bu yol uludu.
Bu yolu seçənlər yaxşı bilir ki,
Nəfsin yox, ilahi eşqin yoludur.
Elə həmin “İlahi eşqin yolu”dur ki, alim Bayramı şair Bayram etmişdir. Kitabın “Qoşasaraylı dünya” adlanan hissəsində şairin içtimai-siyasi əxlaqi görüşləri, mənəvi dəyərlərə müxtəlif həyatı hadisələrə, insanlara münasibəti əks olunmuşdur. Buradakı şeirlərin bir hissəsi ifşaedici xarakter daşıyaraq içtimai həyatdakı mənfiliklərin-ədalətsizliyin, rüşvətxorluğun, xudbinliyin, nəfiskarlığın, var-dövlət hərisliyinin, mənsəbpərəstliyin və bir çox başqa qeyri-əxlaqi xüsusiyyətlərin tənqidinə həsr olunmuşdur. Bu qəbildən olan yazıların hər sözü, hər misrası oxucuda yaydan çıxmış ox təsiri bağışlayır. Son hissədə verilmiş başqa qisim şeirlərdə insana, insanlığa məxsus müsbət keyfiyyətlər – doğruluq, xeyirxahlıq, yurdsevərlik, qorxmazlıq təlqin olunur. Şeirlərdən xeyli itaflar da var ki, onlardan biri də XXI yüzil Azərbaycan nəsrinin öncülü Qaracallı Famil Süleymanova həsr olmuşdur.
Kitabın əvvəlində Ağrı dağla sonda Dədə Familə müraciət olunması bəlkə də təsadüfü deyil. Bayram Aboyev bununla sanki oxucuya məhəbbətin, doğma təbiətin, el-obalarımızın möhtəşəmliyindən doğan bir zirvə qüruru, ucalıq ovqatı yaratmağa çalışmışdır. Və bunu bacarmışdır.
Sultan Orucoğlu
Şair-publisist
Səidə Mirhəsən
AJB-nin üzvü, “Qızıl qələm”
mükafatı laureatı


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!