Nəsillərə ən böyük miras .....                        Dəhşətli qəzada son anda xilas olan həkim imiş .....                        Fransada böhran - Baş nazir 9 ayda ikinci dəfə istefada göndərildi .....                        İsrailə hücum edildi .....                        İran diplomatı Misirdə oğurlandı .....                        Zelenski erməni siyasətçini Umerova müavini təyin etdi .....                        Amerikada dini geri qaytarmalıyıq .....                        Türkiyə Azərbaycana yeni hərbi atteşe təyin etdi .....                        Rusiya ermənilərinin başçısı seçildi .....                       
Tarix : 24-11-2015, 10:57
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Şəmkir rayonunun Səməd Vurğun adına Təzəkənd tam orta məktəbində “Kitabi-Dədə Qorqud”-200: əxlaq dərsliyimiz” mövzusunda mühazirə təşkil edib. Bilik Fondunun Ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdullanın kənd sakinləri, müəllim və şagirdlər qarşısında mühazirəsi maraqla dinlənilib.

Mühazirəçi Prezident İlham Əliyevin 7 may 2014-cü il tarixli Fərmanı ilə yaradılmış Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Nizamnaməsindən irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar gördüyü işlər, həyata keçirdiyi layihələr barədə də məlumat verib.

Dinləyicilərin çoxsaylı sualları cavablandırılıb. Çıxışlarda Bilik Fondunun layihələrinin, fəaliyyətinin cəmiyyətdə razılıqla qarşılandığı vurğulanıb.

Məktəbin direktoru Əbülfət Cəfərov respublikamızın qabaqcıl təhsil müəssisələrindən olan məktəbin tarixi, uğurları barədə məlumat verib. Bildirib ki, məktəbin yetirmələri arasında onlarla tanınmış alim, idmançı, ictimai xadim vardır. Şagirdlərimiz dəfələrlə respublika miqyaslı bilik yarışlarının, fənn olimpiadalarının qalibi olublar.

H.Abdulla Bilik Fondu adından təhsil ocağının kitabxanasına 50 adda kitab hədiyyə edib. Xatirə şəkilləri çəkdirilib.

Bilik Fondu Şəmkirdə “Kitabi-Dədə Qorqud” dərsi təşkil edib
Bilik Fondu Şəmkirdə “Kitabi-Dədə Qorqud” dərsi təşkil edib


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!