Tehran küçələrində böyük izdiham .....                        Rza Pəhləvi ilə gizli görüş .....                        Trampdan İranla bağlı mesaj: Hazır olun! .....                        İran rejiminin son günləridir - Almaniyadan reaksiya .....                        “Qalatasaray” səfərdə qələbə qazandı .....                        Mirzoyan Rubio ilə görüşdü .....                        "20 Yanvar"da maşın alışdı .....                        ABŞ İranı vuracaq - Hədəflər məlum oldu .....                        Ceyhun Bayramov Fidanla regionu müzakirə etdi .....                       
Tarix : 27-05-2016, 16:09
Azərbaycan Xalq Cümhuriyyəti – 98


Azərbaycan Hərb Tarixi Muzeyində Müsəlman Şərqində ilk Demokratik Respublika - Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 98 illiyinə həsr edilmiş “İstiqlal yollarında” adlı tədbir keçirilmişdir.


1918-1920-ci illərdə mövcud olan və Azərbaycan xalqına beynəlxalq vətəndaşlıq vəsiqəsi verən Azərbaycan Xalq Cümhuriyyəti çətin və mürəkkəb bir tarixi yol keçmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti ölkənin daxilində və xaricində yaranmış gərgin və mürəkkəb ictimai- siyasi şəraitdə fəaliyyət göstərmişdir. Demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq sahəsində atılmış addımlar Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyətini əks etdirən əsas istiqamətlərdir.
Azərbaycan Xalq Cümhuriyyəti – 98[/center]
Azərbaycan Xalq Cümhuriyyətinin ideaları davam etdirilərək, 18 oktyabr 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyi bərpa ediləndə məhz həmin tarixi varislik üzərində yeni, müstəqil Azərbaycan dövləti yaradılmışdır. Hazırda Müstəqil Azərbaycan dövləti hərtərəfli inkişaf edir. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında inkişaf edən, öz iqtisadi qüdrəti və hərbi potensialı ilə regionda güc mərkəzinə çevrilən, hər cür məkrli niyyətlər qarşısında durmağa qadir sabit və qüdrətli bir Azərbaycan dövləti yaradılmışdır. Möhtərəm prezidentimizin qeyd etdiyi kimi, bu gün müstəqil və azad xalq kimi yaşamağımız ən böyük qürurverici amildir.
Azərbaycan Xalq Cümhuriyyəti – 98

Tədbirdə Müdafiə Nazirliyinin, H.Əliyev adına ali hərbi məktəblərin, hərbi hissələrin, Hərbi Akademiyanın, veteran təşkilatlarının, şəhər muzeylərinin və digər idarə - müəssisələrin nümayəndələri iştirak etmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti – 98

Tədbirdə muzey rəisi e.o.polkovnik Əzizağa Qəni-zadənin, muzeyin elmi işçisi t.ü.f.d. Zəfər Kərimovun, t.ü.f.d. Vahid ismaylovun və digər tədbir iştirakçılarının çıxışları dinlənilmiş, Respublika gününə həsr olunmuş 10 dəqiqəlik sənədli film nümayiş olunmuşdur.
Azərbaycan Xalq Cümhuriyyəti – 98

Azərbaycan Xalq Cümhuriyyəti – 98

Tədbirin bədii hissəsində hərbi-vətənpərvərlik mövzusunda mahnılar səsləndirilmiş, Vətənpərvər müğənni Rəşad İsmayılın, Mədəniyyət və İncəsənət Universitetinin I kurs tələbələrinin və Kukla Teatrının nəzdində Oyuq Studiyasının kiçik solistlərinin ifaları dinlənilmişdir.

Nuranə Nəcəfova


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!