"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
Tarix : 13-02-2015, 13:56

Siyavuşla tez-tez zəngləşirik. Bayramlar da da, adi günlərdə də bir-birimizdən hal- əhval tuturuq. Son vaxtlar atası xəstə olduğundan bir az səksəkə içində danışırdıq. Növbəti zəngi Siyavuş etdi. Məni atasının 80 illik yubileyinə çağırdı. Çox sevindim, səksəkədən çıxdım. Hətta xəyalən 40 il əvvəllərə qayıtdım. Gözlərimin önünə ucaboy, qəddi-qamətli, üzü təbəssümlü, həmişə səliqəli geyinən, bir sözlə özünəməxsusluğu ilə seçilən bir cavan gəldi. Bu Siyavuşun atası, mənim sevimli müəllimim Balay Ərəbov idi. Yubileyi ərəfəsində müəllimimlə, oxucularımızı qismən də olsa, tanış etmək istədim:
Bütün ömrünü gənc nəslin təlim tərbiyəsinə həsr etmiş Balay Ərəbov 5 fevral 1935-ci ildə Qərbi Azərbaycanın Zəngəzur mahalının Qafan rayonunun Gığı kəndində anadan olub. İbtidai təhsilə də elə doğma kəndində başlayıb. Onun uşaqlıq illəri İkinci Dünya Müharibəsinin ağır, məşəqqətli dövrünə düşüb.1951-ci ildə orta məktəbi bitirərək kənd klubunda əmək fəaliyyətinə başlayıb. Bu müvəqqəti əmək fəaliyyəti Balay Məhəmməd oğlu Ərəbov ali məktəbə qəbul olunana qədər davam edib.
O, 1954-cü ildə Azərbaycan Dövlət Xarici Dillər İnstitutuna (İndiki Dillər Universitetinə ) qəbul olunub. Ali təhsili müvəffəqiyyətlə başa vuran gənc müəllimi təyinatla Zəngilan rayonunun Haçalı kəndinə göndəriblər. Bir müddət orada Azərbaycan və ingilis dillərini tədris edəndən sonra elə həmin rayonun Hal kəndindəki məktəbə göndərilib. Bir il Hal kəndində müəllimlik edərək doğma rayona- Qafana qayıdıb.

Rayonun ən qədim və böyük kəndlərindən olan Şəhərcikdə müəllim işləyib. Gənc, enerjili, işgüzar müəllim peşəkarlığı sayəsində işlədiyi məktəbin direktoru vəzifəsinədək yüksəlib. Ömrünün ən gözəl çağlarında -25 yaşında Qızılgül xanımla ailə həyatı qurub.
Balay müəllim yurda, ocağa, bağlı adamdır. Şəhərcik kəndində yüksək vəzifə tutsa da, yerli əhali arasında kifayət qədər hörmət sahibi olsa da, doğma kəndi, uşaqlıq xatirələrinin şirinliyi onu ocaq başına- Gığıya çəkib. Bir müddətdən sonra əmrini öz oxuduğu məktəbə alıb. Beləcə taleyini həmişəlik doğma kəndinə bağlayıb. Valideynlərinin qulluğunda durmağı, dostların, doğmaların övladlarının təlim- tərbiyəsi ilə məşğul olmağı həyat amalı seçib.[center]

O vaxtlar məktəbimiz səkkizillik olduğuna görə, 9-10-cu siniflərə Gığı kəndinə gedirdik. 1973-75-ci tədris illərini Gığı kənd orta məktəbində oxudum. Balay müəllimi də elə o vaxtlardan tanıdım. Müəllimim haqqında söz demək, ona qiymət vermək fikrindən çox- çox uzağam. Amma Balay müəllim şagirdlərinin təkcə müəllimi deyildi, həm də dostu, sirdaşı idi. Dərsdə nə qədər tələbkar idisə, məktəbdən kənarda bir o qədər qayğıkeş, diqqətcil idi. Kəndlərimiz çox aralı olduğundan qış vaxtları evimizə gedib gələ bilmirdik. Yataqxanada qalırdıq. Balay müəllimgilin evi məktəbə gedən yolun üstündə oldğundan tez-tez rastlaşırdıq. Hər dəfə də qayğıkeşliklə hal-əhval tutar, bir ehtiyacımızın olub-olmadığını soruşar, əgər nəyəsə ehtiyacımz olarsa, utanmadan, çəkinmədən evə gəlməyi, ehtiyacımızı, problemimizi söyləməyi tapşırardı. Onun bəzən uşaqlarla xoş zarafat etməyi, həddini keçənin, şuluq salanın isə qulağını dartmağı da vardı. Balay müəllim beləcə öz sevimli müəllim kollektivilə birlikdə bizləri bircə-bircə pərvazlandırdı. İndi Respublikamızın hər yerində Balay müəllimin- Gığı kənd orta məktəbinin yetirmələri var.


Çox təəssüflər olsun ki, Balay Müəllim də 100 minlərlə Qərbi Azərbaycanlı soydaşımız kimi, öz dədə-baba yurdundan erməni-rus faşist birləşmələrinin təzyiqi altında qovuldu. 1988-ci ildə, ömrünün ən yetkin, ən müdrik çağında doğma məktəbindən, sevimli şagirdlərindən ayrı salındı. Doğma məktəbimizdən, yurdumuzdan ayağımız kəsildi. Dərd şələli, niskil yüklü yurddaşlarımızın hərəsi bir diyara səpələndi. Uzun ayrılıqdan, üzüntülü yaşantılardan sonra Bakı şəhərində bir yas mərasimində görüşdük. Vətən həsrəti müəllimimin qara saçlarına dən salmışdı. Özünü nə qədər toxdaq tutsa da, boğazında düyünlənən qəhər gözlərindən damcıladı.
[/center] Bir xeyli sükutdan sonra "Ziyəddin qağam necədi",- deyə soruşdu. Işlərimlə maraqlandı. Beləliklə xeyir-şər məclislərimizdə daha tez-tez görüşməyə başladıq. Vətən həsrəti Balay müəllimi özündən almışdı, əvvəlki şuxluğundan, xoş ovqatından əsər -əlamət qalmamışdı. Artıq məni də şagirdi kimi deyil, dostu, dərddaşı kimi qarşılayırdı. Hər ikisinin söhbətlərindən bilirdim ki, aralarında 15 yaş fərqləri olmasına baxmayaraq, dədəmlə müəllimim dost olublar. Biz tərəflərdə böyük qardaşa sadəcə qağa deyərdilər.
Balay müəllim də dədəmə qağa deyirdi. Dədəm yurd itkisinə dözə bilmədi. Dostlarından vədəsiz ayrıldı. İndi onun ətrini dostlarından alıram. O dostlardan biri və əvəzsizi Balay müəllimdir. Nə yaxşı ki, varsınız Balay Müəllim!
Balay müəllimin dağlar qoynunda keçən gəncliyini, peşə fəaliyyətiylə bağlı uğurlarını, bir sözlə həyat hekayəsini bir qəzet məqaləsində sıxışdırmaq çox çətindir. Sadəcə bildirmək istəyirəm ki, biz müəllimlərimizlə öyündüyümüz kimi, müəllimlərimiz də öz şagirdləri ilə fəxr edirlər. Bunu hər görüşümüzdə hiss edirik. Şagirdlərini görəndə doğma balası kimi bağrına basır, bir xoş sorağımızı alanda, haqlı olaraq qürurlanırlar. Çünki hər birimizin uğurunda müəllimlərimizin payı hamıdan çoxdur.
Balay müəllimin 80 illik yubileyini qəzetdə təbrik eləmək üçün oğlu-dostum Siyavuşdan bir şəkil istədim. Amma istədiyim şəkli gətirmədi, başqasını gətirdi. Səbəbini soruşanda dedi: " Balay müəllim ən çox istədiyi şəkli verdi".
Şəklə baxdım. 1968-cı ildə, şagirdlərinin arasında çəkdirmişdi. Yəqinki bu şəkli şagirdlərilə birlikdə olduğuna görə çox istəyir. Elə Balay müəllimin böyüklüyü də şagirdlərinə olan sevgisində, peşəsinə bağlılığındadır. Mən də şagirdləri adından əziz Müəllimimizi 80 illiyi münasibəti ilə ürəkdən təbrik edir, sağlamlıq arzulayıram. Ürəyi Zəngəzur həsrətinə tab gətirməyib, dünyamızdan vaxtsız köçən Hafiz Baxışın bir şeirilə könlünü ovundurmaq istəyirəm:
Həsrət
...Neçə ildir, çaylar axıb, çağlar mənsiz,
Buz bulaqlar için-için ağlar mənsiz,
Darıxıbmı güllər mənsiz,dağlar mənsiz,
Dağlar üçün, güllər üçün darıxmışam...

Səhər- axşam dolaşmaqdan doymadığım,
Gəzmədiyim, bir qarış yer qoymadığım,
Laləsini qoparmağa qıymadığım,
Göy çəmənlər,çöllər üçün darıxmışam.


Qayalardan Qırat kimi çapıb gələn,
Öz səmtini, axarını tapıb gələn,
Zirvələrdən məlhəm kimi qopub gələn
Gül qoxulu yellər üçün darıxmışam.
Qayaları təbil kimiçalıb gedən,
Qabağına hər nə gəldi, alıb gedən,
Dərələrə haray-həşir salıb gedən
Həşəmətli sellər üçün darıxmışam...

Qucağında bu dünyaya göz açdığım,
Qucağından pərvazlanıb tez uçduğum,
Harda olsam, xatırlayıb, söz açdığım
Doğma, əziz ellər üçün darıxmışam...

Uca dağlar, qurbanınız olum sizin,
Zirvənizə bir də düşəryolum, sizin...
Qoy dolansın boynunuza qolum sizin,
Sizdə keçən illər üçün darıxmışam!!!

Əzizimiz Balay müəllim, biz də Sizlər üçün darıxmışıq... Bizi bağışlayın! Bağışlayın ki, torpaqlarımızı düşmən tapdağından azad eləyib 80 yaşlı müəllimimizi öz ocağına qaytara bilmədik!
Müəllimlərimizə etiramla:
Gığı kənd orta məktəbinin məzunları adından Tamxil Ziyəddinoğlu
5 fevral 2015-ci il
Sözardı: Fevralın 7-də Abşeron rayonunun Novxanı qəsəbəsindəki “Ulduzlar bağı” restoranında Balay Ərəbovun 80 illik yubileyi təntənəli şəkildə qed olundu. Doğmaları, qohumları, şagirdləri öz ürək sözlərini söylədilər. Balay müəllimlə bağlı xatirələr çözələndi. Saat 15-də başlanan görüş axşam saat 22-ni ötüncə uzandı. Xoş musiqi sədaları altında uzanan görüşdə heç kim Balay müəllimi tərk etmək istəmirdi. Yuxarıda verilmiş şəkillər də sazlı-sözlü görüşümüzün lent yaddaşına köçürülənlərdir.


Paylaş



Bölmə: Xəbər / Zəngəzur / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!