"QARABAĞ" azarkeşləri sevindirməyə çalışacaq - Qurban Qurbanov .....                        Yollarda görünüş məsafəsi məhdudlaşacaq .....                        İşçilərə ayrı-seçkilik qadağan edilir .....                        Xarici diplomların tanınması bu tarixədək dayandırılacaq .....                        Rəşad Nəbiyev İtan Klayn ilə görüşdü .....                        İşçini hədə-qorxu ilə əlavə işə məcbur etmək QADAĞAN EDİLİR .....                        Azərbaycan-Türkiyə HHQ-nin nümayəndələri görüşdü - FOTO .....                        Slovakiya Qarabağda “Ağıllı kənd” tikir .....                        Dələduzluq edən şəxs saxlanıldı .....                       
Tarix : 11-12-2015, 10:22
Qulu Məhərrəmli: Aparıcılar dili yaxşı bilmirlər



Ədəbi dil normalarına riayət edilməsi sahəsində teleradio yayımçılarının proqramlarının monitorinqinin nəticələrinə dair mətbuat konfrans keçirilib.

Butov.az Faktxeber.com-a istinadən xəbər verir ki, tədbirdə bildirilib ki, layihə çərçivəsində İTV, “Xəzər”, ANS, ATV, “Space”, “Lider” və “Region” telekanallarında yayımlanan xəbər və qeyri-xəbər verilişlərin dili monitorinqə cəlb olunub. Qeyd edilib ki, monitorinqin nəticələrinə əsasən ədəbi dil normaları dilin bütün səviyyələrində - istər fonoloji, istər leksik, istərsə də qrammatik səviyyədə pozulur.

Monitorinq zamanı təhlilə cəlb edilən və ədəbi dil normasının pozulmasını əks etdirən 831 faktdan 425-i fonoloji, 208-i leksik, 170-i qrammatik, 28-i üslubi səviyyədə normadan kənaraçıxma halları olub.

MTRŞ sədrinin müavini Qafar Cəbiyev xatırladıb ki, qurum 2008-ci ildə bəzi istisnalar olmaqla, teleradio yayımının tam şəkildə Azərbaycan dilində həyata keçirilməsi ilə bağlı qərar qəbul edib: “İlk vaxtlar ölkənin içərisində olan qüvvələr bu qərarın icrasına mane olmağa çalışırdılar. Lakin ölkə rəhbərliyinin qətiyyəti nəticəsində bu qərar tam icra olundu”.

Sədr müavini qeyd edib ki, teleradio yayımı sahəsində dil problemlərindən xilas olmağın vaxtı çatıb: “Dilimizə sayğı göstərməyənlər müzakirə hədəfinə çevrilməlidirlər”.

AMEA Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri Qulu Məhərrəmli qeyd edib ki, televiziyalarda monitorinqlər davam etdikcə, bu sahədə bir duruluq müşahidə olunur: “Hər halda yayımçıların efirində dil qaydalarına dair bir məsuliyyət yaranıb. Bəzi televiziya və aparıcıların etirazına baxmayaraq, qüsurlar da qalmaqdadır. Aparıcılar dili yaxşı bilmirlər, dilin qaydalarına məhəl qoymurlar. Artıq başqa dillərin Azərbaycan dilində intonasiyası hiss olunur”.

Qeyd edək ki, monitorinqlər Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi, "Elektron Mediaya Yardım Fondu"nun “Azərbaycanın teleradio məkanında ədəbi dilin qorunması” layihəsi əsasında Milli Televiziya və Radio Şurası və AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun mütəxəssisləri tərəfindən teleradio yayımçılarının ədəbi dil normalarına riayət edilməsi sahəsində 2015-ci ilin sentyabr-oktyabr aylarında aparılıb.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!