Tramp İranda hərəkətə keçir .....                        İranda 38 polis öldürülüb .....                        Qara Qarayevə yeni vəzifə verildi .....                        Minaya düşən şəxsin son durumu AÇIQLANDI .....                        İran hökuməti dəyişikliyə hazırdır - Pezeşkian .....                        Venesuelanı ABŞ qoruyacaq .....                        Ukrayna Xəzərdə neft obyektinə ZƏRBƏ ENDİRDİ .....                        İsrail Livandakı “Hizbullah” hədəflərini vurdu .....                        İranda etirazçılar geri çəkilmirlər .....                       
Tarix : 26-05-2016, 14:35
Prezident italiyalı senatoru qəbul edib


Prezident İlham Əliyev İtaliya Respublikası Senatının Avropa İttifaqının siyasəti daimi komissiyasının sədri, senator Vanino Kitinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Butov.az-ın AzərTAc-a istinadən məlumatına görə, İtaliya-Azərbaycan əlaqələrinin çoxşaxəli olduğunu və ölkələrimizin bir sıra sahələrdə uğurlu əməkdaşlıq etdiyini vurğulayan dövlət başçısı bu əlaqələrin daha da inkişaf etdirilməsində parlamentlərarası əməkdaşlığın mühüm yer tutduğunu qeyd edib. Azərbaycan ilə Avropa İttifaqı arasında da səmərəli əməkdaşlığın həyata keçirildiyini qeyd edən prezident İlham Əliyev Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun və Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerininin Azərbaycana uğurlu səfərlərini və Federika Moqerini ilə Vyanada keçirdiyi görüşü məmnunluqla xatırlayıb.

Azərbaycanın Avropa İttifaqına üzv olan 8 ölkə ilə artıq strateji tərəfdaşlıq haqqında sənədlərin imzalandığını və qəbul edildiyini bildirən Prezident İlham Əliyev bu ölkələrdən birinin də İtaliya olduğunu vurğulayaraq bunu İtaliya və Azərbaycan əməkdaşlığının yaxşı göstəricisi kimi dəyərləndirib.

Avropa İttifaqının, İttifaqa üzv olan ölkələrin və Azərbaycanın bu əməkdaşlığa böyük əhəmiyyət verdiyini deyən dövlət başçısı İtaliya Respublikası Senatının Avropa İttifaqının siyasəti daimi komissiyasının sədri, senator Vanino Kitinin ölkəmizə səfərinin uğurlu keçəcəyinə əminliyini ifadə edib və bu səfərin ikitərəfli və Avropa İttifaqı-Azərbaycan əlaqələrinin müzakirə edilməsi baxımından önəmli olacağını deyib.

Senator Vanino Kiti isə Azərbaycanın həm Avropa İttifaqı, həm də İtaliya üçün mühüm ölkələrdən biri olduğunu vurğulayıb. O bildirib ki, Azərbaycanın əhəmiyyəti yalnız təbii sərvətləri ilə bağlı deyil: “ Azərbaycan müsəlman ölkəsidir və dünyəvi dövlətdir, bunun çox böyük əhəmiyyəti var. O, eyni zamanda, bildirdi ki, Azərbaycan terrorizmə, ekstremizmə və radikalizmə qarşı qətiyyətlə mübarizə aparan bir dövlətdir”.

V. Kiti ikitərəfli əlaqələrin yaxşı nümunəsi kimi İtaliya ilə Azərbaycan arasında mövcud olan dostluq əlaqələrini də xüsusi qeyd edib.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!