Prezident Davosda görüş keçirdi .....                        İlham Əliyevə verilən mükafat daha əvvəl kimə təqdim edilib? .....                        Zabil Qəhrəmanovun həbs müddəti uzadıldı .....                        Tramp Avropa avtomobil sənayesinə zərbə vurdu .....                        Azərbaycanda milli geyim standartları hazırlanıb .....                        "Niva" ilə 40 yaşlı kişini vurub öldürdü .....                        İranda internet bərpa olunur .....                        İran Ermənistana uçuşları ləğv etdi .....                        Axtarışda olan 3 şəxs ölkəmizə gətirildi .....                       
Tarix : 21-08-2016, 19:39
Allah hamımızı böhtançıların şərindən qorusun!


Fazil Mustafa tanıdığımız simalar arasında birsifətli, əqidəli siyasətçi olmaqla bərabər, həm də ləyaqətli millət vəkili, ləyaqətini qorumağa çalışan ziyalı, peşəkar jurnalistikanın tərəfini tutan qələm əhli, ən nəhayət Azərbaycanın ən çox dəyər veriləsi vətəndaşlarındandır. Ona açıq-gizli hücumlar nədənsə, ara vermir. Azərbaycana, Türkiyəyə uzanan caynaqlar bu iki ölkəni sevənlərə uzanan türk düşmənlərinin qanlı pəncələrindədir. Fazil bəy də tez-tez o caynaqlara tuş gəlir. Bunu onun növbəti yazısından da hiss etmək olur. Butov.az həmin yazını təqdim edir:

tərəfdar.az saytı barədə sabah həm Mətbuat Şurasına, həm də hüquq-mühafizə orqanlarına müraciət edəcəyəm. Bir orta məktəb şagirdi necə olur ki, atasının müəyyənləşdirdiyi hədəfləri nişan almaq məqsədilə açdığı sayta baş redaktor təyin olunur? Bu adam sayt işçilərinin maaşını hansı mənbədən verir? Məktəbə dərsə getmir, hansı hüquqi əsaslarla bu vəzifəni daşıyır? Baxıram, haçansa reketçilik və böhtançılıq fəaliyyətinə görə həbs yatmış, yaxud da redaksiyalardan qovulmuş və hələ də mediada barınan şəxslər müdrikcədinə müdafiə səngərində yer alaraq jurnalisti təhqir etmənin doğru olmadığını söyləyirlər. Bizim böhtançılıq fəaliyyətinə görə təhqir etdiyimizə kim jurnalist deyirsə, buyurub bunun əsaslandırmasını ortaya qoysun. Buyurun, bütün orta məktəb şagirdləri, kimin dədəsinin pulu varsa, hərəniz bir sayt açın, oğlunuz, qızınız ağzına gələni yazın və sonra da sərt cavabla qarşılaşanda "uşaqla işiniz olmasın" deyib məsələni ötüşdürsünlər. Hətta bütün redaksiyalardan qovulmuş birisi üzr istəməyi də bizə tövsiyə edir. Yəqin ki, bu adamlar barədə yeni bir termin işlədəcəyəm. Avtoş jurnalistika. Yəni Azərbaycanda olmalıdır Mətbuat Şurası, bir də ona alternativ olan Avtoş Jurnalistlər Assosasiyası. Bu adamlar artıq açıq reketlik edə bilmirlər, fürsət düşən kimi avtoşluqla məşğul olurlar. Azərbycan polisinin bu avtoşları necə zərərsizləşdirdiyinin kadrları ilə çoxunuz tanışsınız. Bu jurnalist-avtoşları zərərsizləşdirməyin yollarını Azərbaycanın həqiqətən savadlı, əxlaqlı və peşəkar jurnalistləri özləri tapmalıdırlar. Əvvəl bəhanə edirdilər ki, qarşı tərəfdən informasıyaya şərh ala bilmədiyimizə görə yoxlanmamış yazını vermişik. Hesab etmirəm ki, Azərbaycan jurnalistlərinə mənim qədər yaxın və açıq çox siyasətçi var, üstəlik də ən məhsuldar jurnalistlərimiz qədər məqalələr yazanlardan biriyəm, telefonum da hamıya açıq, mənim mövqeyimi öyrənmədən hansısa sifarişli yazını verilməsinin adı nədir? Azərbaycanın ən peşəkar və ciddi saytları ilə aramızda niyə hansısa bu biçimdə mübahisələr ortaya çıxmır? Sosial şəbəkədə olan peşəkar saytlarla niyə problemimiz yoxdur? Mənim siyasi fəaliyyətimlə bağlı, şəxsimlə bağlı istənilən araşdırma aparmağa hər kəsin haqqı var, ancaq böhtan yazmağa, təhqir etməyə, hansısa yalanı fakt olaraq sırımaq istəyənlərə qarşı cavab haqqımı istifadə edərkən məsləhət almağa ehtiyac duymuram. Hələ də bu bədxahlar anlaya bilmirlər ki, siyasətdə də, inancda da, şəxsi həyatda da Allaha şükür utanacağımız, baş aşağı gəzəcəyimiz heç bir məqam, epizod yoxdur. Hər əməlimizə görə, Allaha və Millətə hesabata çox-çox məsuliyyətlə yanaşan insanlarıq. Allah hamımızı böhtançıların şərindən qorusun!


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!