Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
Tarix : 20-05-2015, 19:07
Fazil Mustafa: "Oğurluğun operativliyi artıb"

Millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa ilə Azərbaycan televiziya məkanının bugünkü vəziyyətindən söhbət açdıq.

Fazil bəy, maraqlıdır televiziyada ən çox hansı verilişi izləyirsiniz?
Burada konkret olaraq Azərbaycan TV məkanından söhbət gedirsə, əsasən ictimai-siyasi və xəbər tutumlu verilişləri izləyirəm. ANS-in Hesabat”ı, “Şəxsiyyət vəsiqəsi” və s., İctimai TV-nin “Müzakirə saatı”, “Ortaq Məxrəc” verilişlərini izləyirəm.
Bir millət vəkili kimi Azərbaycan teleməkanında hansı tip verilişləri görmək istərdiniz?
Daha çox marağımı çəkən ictimai-siyasi xarakterli verilişlərdir. Bəlgəsəl və idman verilişlərinin olmasını da faydalı hesab edirəm.
Bəs sizcə biz nə üçün efirlərdə normal siyasi-elmi diskussiyalardan ibarət verilişlərin yerinə, ucuz şouları görürük?
Əvvəllər belə debat və diskussiya xarakterli verilişlərin sayı çox idi. İndi reklam xatirinə daha çox bayağı, dedi-qodu verilişlərinə üstünlük verilir. Bunların, mənasız hind filmlərinin və teleserialların daha çox günlük proqrama yerləşdirilməsini cəmiyyətin tələbatı ilə əlaqələndirənləri haqlı sayıram.
Aparıcıların efirdəki nitqi və danışıq tərzləri sizi qane edirmi?
Ümumiləşdirmə aparmaq olarsa, qaneedici deyil. Ancaq indiki təhsil mühitimizlə başqa nə gözləmək olar ki? Yaxşı hazırlıqlı aparıcılarımız da var.
Müsahibələrinizdən birində demisizniz ki, “Azərbaycan cəmiyyəti düşünmək yox, yönləndirilmək istəyir. Bu səbəbdən də televiziyaları buna görə qınamaq olmaz”. Bəs kimi qınamaq lazımdır?
Əslində bütün cəmiyyətlərdə belə tendensiya var. Əvəzimə düşünüb hazır fikir məhsulunu mənə versinlər. Televiziyalara da bu baxımdan yanaşma var. Ancaq bir şeyi unutmamalıyıq ki, televiziya təhsil və ya tərbiyə müəssisəsi deyil. Bura baxmamaq hüququn var. Təhsili başqa məkanda keyfiyyətli verə bilməyəndə çoxluq televiziya proqramlarından öyrənməyə aludə olur və nəticədə də bayağılığa adaptasiya başlayır. Ancaq televiziyaların yayım azadlığı, maddi müstəqilliyi problemlərini də gözardı etməməliyik.
Bu gün televiziyalar Azərbaycan tamaşaçısına nəyi aşılayır?
Düşünməmək, vaxtı öldürmək, zarıldamaq və ya hırıldamaq.
Azərbaycanda söz və mətbuat azadlığı ilə bağlı vəziyyəti necə qiymətləndirirsiniz?
Əslində azadlığın səviyyəsi qane etməsə də, ancaq vəziyyət o qədər də bərbad deyil. Bərbad olan, ideya və fikir boşluğudur. Ən əlverişsiz şərtlərdə belə doğruları doğru və peşəkar üslubda aşılamaq mümkündür.
Sizcə, mətbuatımızın ən böyük problemi nədir?
Mətbuatın ən böyük problemi maddi asılılıq və peşəkar təhsil görmüş kadrların defisit olması.
Ölkədə fəaliyyət göstərən yüzlərlə xəbər saytı var. Onlarının fəaliyyəti ilə bağlı nə deyə bilərsiniz?
Orijinal saytların sayı xeyli azdır. Çap mediasında ən azı bir gün məsafə ilə informasiyanı bir-birindən oğurlamaq olurdu. Saytlar ərsəyə gələndən sonra oğurluğun operativliyi artıb. Hər halda çoxluq rəqabət baxımından faydalıdır. Amma peşəkarlıq yüksək olsaydı daha çox təqdirlə qarşılanardılar.
Bir müsahibənizdə demisiniz ki, “KİV-in brendi operativlikdir. Peşəkar informasiyanın hazırlanması üçün jurnalist dərhal informasiyanı dəqiqləşdirmək imkanına sahib olmalıdır.” Amma təəssüf ki, jurnalistlər informasiyanı dövlət qurumları ilə dəqiqləşdirməkdə bir sıra çətinliklərlə üzləşirlər. Bu problemi necə həll etmək olar? Hansı təklifləriniz var?
Burada təklif keçmir. Qanunun işləməsi və icrası problemi var. Bir çox məmurlar tərəfindən Qanuna əməl olunmaması jurnalisti də çətin vəziyyətə salır.
Aysel Səlimli
BDU jurnalistika fakültəsinin tələbəsi


Paylaş



Bölmə: Müsahibə / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!