"Elə bir qırmızı cizgi var ki, onu kimsənin keçməsinə yol verməyəcəyik"
"Azərbaycan bütün atributları ilə bir türk dövlətidir...""Mənim PKK terrorçularının Azərbaycanda aktivləşməsi ehtimalına qarşı yazdığım fikirlərə qarşı çıxan Rabil Abdinov adlı birisinin müdafiəsi üçün yazılmış və bizi tənqid edən məzmunda bir məqalədir.
Plüralizmdir, insanlar fərqli fikirlərdə ola bilərlər. Ancaq diqqət edirsinizsə, mən heç bir xalqa aid hansısa ifadə işlətmədən öz millətimin bu torpaqlara sahiblik haqqından danışıram və bundan sonra da danışacağam. Bir sıra savadsızlara izah etməliyəm ki, bu torpağa sahiblik Azərbaycan adlanan coğrafi məkanda kimin iki min il öncə və yaxud yüz il öncə məskunlaşması ilə müəyyənləşmir, bu dövlətin dili, bayrağı və digər atributlarının mahiyyəti ilə müəyyənləşir. Azərbaycan bütün atributları ilə bir türk dövlətidir və bu dövlətin vətəndaşı olaraq bütün etnik qruplar, azsaylı xalqlar tam bərabər hüquqlara malikdirlər.
Və Azərbaycan türklərinin də borcudur ki, hər bir xalqın, etnik qrupun milli, mədəni hüquqlarının qorunmasına dəstək versin. Bəli, bu vətəni sevən, onun bölünməzliyi üçün çalışan, eyni zamanda öz milli kültürünü yaşadan hər bir etnik qrupun və ya azsaylı xalqların təmsilçisini öz qardaşımız, öz mədəniyyətimizin ayrılmaz hissəsi kimi görürük. Bizim yüzlərlə talış, ləzgi, kürd dostlarımız, partiyadaşlarımız var ki, onların bu Vətənə sevgisi bir çox türklərdən qat-qat artıqdır. Onlar öz xalqlarını da, mədəniyyətlərini də sevirlər, ancaq Azərbaycana qarşı hansısa ölkələrin əlində alətə çevrilməyi özləri üçün şərəfsizlik hesab edirlər.
Bununla belə böyük əksəriyyəti Azərbaycan dövləti üçün fədakarlığa hazır olan bu insanların içində barışmaz düşmənimiz olan ermənilərin və başqa qonşularımızın idarə etdiyi bir qrup separatçı ünsürlər də var ki, bunlar da Azərbaycan əleyhinə televiziya, radio və sosial şəbəkə vasitəsilə ən yaramaz təbliğatı aparırlar. Rabil Abdinov kimiləri müdafiə edənlər də əslində bu düşüncəni paylaşan insanlardır və onları dəstəkləyən insanların şərhlərini oxuduqca bu insanlarda türklərə qarşı nifrətin səviyyəsindən heyrətə gəlirsən. Mənim statusumda PKK terroruna qarşı fikir səslənib, aşağıdakı yazının müəllifi də, müdafiə etdiyi şəxslərdən də bu terroru qınayan hansısa kəliməni tapa bilmədiyimə də qətiyyən təəccüblənmədim. Həmin müdafiə etdiyiniz şəxsin səhifəsində dəstək üçün yazılan sadəcə bir şərhi olduğu kimi təqdim etmək yetərlidir ki, özünüzün də kimlərin sırasında yer aldığınızı anlayasınız.
"Seymur Shahbaz-zade: Tayqulaq türk paşası Andronikin erməni əsgərləri ilə bunların nənələrinin yarızor-yarıxoş münasibətləri başqa nə bəhər verməliydi ki? Hər oğraşa əsəbləşməyin, heç reaksiya da verməyin, bunların yerində kim olsaydı, başını qaldırmazdı..."
Bu qulağı başında artıqlıq edən Seymur Şahbazzadəni bu millətin və dövlətin düşməni kimi, bir erməni törəməsi kimi təqdim edəndə dostluğumda olan birisi həyasızcasına yazır ki, o Milli Ordunun zabiti olub, nə haqla onu söyürsünüz?"
Bu sözləri yazanı nəinki söymək, həmin Andronikin başına gətirilənləri gətirmək lazımdır ki, Andronik sevgisini, erməni sevgisini belə açıq formada izhar edə bilməsin.
Qısacası, "Azərbaycanda yaşayan bütün etniklər separatçıdırmı?" adlı məqalə həqiqətən təxribatçı yazıdır, separatçılığı müdafiə edən yazıdır və sadəcə müəllif öz niyyətini pərdələməklə izi itirməyə çalışır. Unutmayın, elə bir qırmızı cizgi var ki, onu kimsənin keçməsinə yol verməyəcəyimizə bundan sonra da əmin ola bilərsiniz...
Azərbaycan Vətənini sevən, ona SAHİB çıxan hər kəs, hansı xalqdan, millətdən olması fərq etməz, Azərbaycan türkünün dostudur, qardaşıdır, göz bəbəyidir!"
Fazil Mustafa, millət vəkiliP.S. Millət vəkili Fazil Musafanın bəhs etdiyi statusu bu linkdə baxa bilərsiniz: http://www.aztoday.az/23362.html