Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                        Hava proqnozu- Əhalinin nəzərinə .....                        21 saatlıq danışığın sonu .....                       
Tarix : 14-06-2017, 18:23
Elmar Məmmədyarov Aİ nümayəndəsini qəbul edib

Avropa İttifaqının Xarici Siyasət Xidmətinin Rusiya, “Şərq Tərəfdaşlığı”, Mərkəzi Asiya və ATƏT üzrə direktoru Lyuk Devinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan-Avropa İttifaqı arasında tərəfdaşlıq sazişi üzrə danışıqlar prosesinin növbəti raundu çərçivəsində Azərbaycanda səfərdədir.

Butov.az xəbər verir ki, XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Elmar Məmmədyarov Lyuk Devini qəbul edib. Tərəflər saziş layihəsi üzrə danışıqların konstruktiv və intensiv şəkildə aparılmasından məmnunluq ifadə ediblər. Danışıqların bu mərhələsində əsasən siyasi və ticarət məsələlərinin müzakirə edildiyi qeyd olunub. Qarşılıqlı anlaşma şəraitində keçirilən danışıqlar nəticəsində tərəfdaşlığa dair saziş layihəsinin bu ilin sonunda keçiriləcək “Şərq Tərəfdaşlığı” ölkələrinin zirvə toplantısına qədər yekunlaşdırılacağına ümid ifadə edilib.

Görüşdə Avropa İttifaqı və Azərbaycan arasında əlaqələrin mövcud səviyyəsi və perspektiv inkişaf istiqamətləri barədə fikir mübadiləsi aparılıb. Bu günlərdə keçirilmiş Azərbaycan-Avropa İttifaqı biznes forumunun iqtisadiyyat, ticarət və investisiyalar sahəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişafı üçün yeni imkanlar yaratdığı vurğulanıb.

Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Avropa İttifaqının komissarı Yohannes Hannın 16 iyun tarixində Azərbaycana səfəri çərçivəsində də Azərbaycan-Aİ əməkdaşlığının müxtəlif aspektləri, xüsusilə nəqliyyat, ticarət, uzlaşma (connectivity) və başqa sahələr üzrə ətraflı müzakirələrin aparılacağına əminlik bildirilib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan E. Məmmədyarov Aİ-nin Xarici və Təhlükəsizlik Siyasəti üzrə Qlobal Strategiyasında əks olunduğu kimi, Aİ tərəfindən həlli uzanan münaqişələrə dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə hörmət prinsipi əsasında vahid mövqedən yanaşılmasının vacibliyini diqqətə çatdırıb.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!