“Crocus City Hall”da törədilən terrora görə daha bir nəfər saxlanıldı .....                        Boksçularımız beynəlxalq turniri 21 medalla başa vurdular .....                        Erməni spiker Sahibə Qafarova ilə görüşündən danışdı .....                        Bişkekdə fövqəladə vəziyyət elan olundu .....                        Lavrov: “Ermənistan uydurma bəhanələrlə son üç ilin tarixini təhrif edir” .....                        AZƏRTAC-ın sabiq sədri təltif olundu .....                        Moskvada baş verən terror aktında “Ukrayna izi” aşkarlandı .....                        Mingəçevirdə yataqxana binasında yanğın baş verdi - FHN cəlb olundu - VİDEO .....                        Əlillərə məxsus maşınlara taksi fəaliyyəti göstərmək qadağan edildi .....                       
Tarix : 18-01-2016, 14:56
20 Yanvar - Azadlığa aparan şanlı yol – 26


2016-cı il yanvarın 18-də saat 1100-da Azərbaycan Hərb Tarixi Muzeyində xalqımızın qürur ünvanına çevrilmiş 20 Yanvar hadisələrinin baş verməsinin 26-cı ildönümünə həsr olunmuş “Azadlığa aparan şanlı yol” adlı tədbir keçirilmişdir.

Bu tarixi gündə Azərbaycan xalqı əsrlər boyu qəlbində yaşatdığı milli azadlıq və istiqlal istəyindən geri çəkilməyəcəyini, bu müqəddəs amal uğrunda hətta canından belə keçməyə hazır olduğunu bütün dünyaya nümayiş etdirdi.
Ötən əsrin 80-ci illərinin axırlarında torpaqlarımızın toxunulmazlığı uğrunda başlamış çıxışlar sonda möhtəşəm xalq hərəkatına çevrildi. Səbr kasası daşan xalqımızın səsi imperiyanı təşvişə saldı və onu sarsıtdı. Sovet imperiyasının və əlaltılarının əlləri ilə ölkəmizdə faciələr törədildi, lakin bunlar millətin iradəsini qıra bilmədi. Əksinə, mübariz Azərbaycan xalqı imperiyanın “geridə qalmış xalq” sindromunu dağıdıb azadlıq əzmini nümayiş etdirdi. İmperiyanın törətdiyi 20 Yanvar faciəsində neçə- neçə soydaşımız qəddarcasına qətlə yetirildi, şikəst edildi, neçə- neçə ailə başsız qaldı.
20 Yanvar - Azadlığa aparan şanlı yol – 26

İnamla demək olar ki, sovet imperiyasını 20 yanvar hadisəsi qədər çökdürən, onun çirkin simasını dünya qarşısında tam çılpaqlığı ilə faş edən, ölkə daxilindəki xalqların milli azadlıq hərəkatına güclü təkan verən ikinci bir hadisə olmayıb. Bu hadisənin tariximizdə ölkəmizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə qəhrəmanlıq rəmzi kimi böyük əhəmiyyəti var. Hər şeydən əvvəl həmin gün Azərbaycan tarixinə “Azadlığa aparan şanlı yol” kimi düşdü. Bu gün müstəqilliyimiz uğrunda şəhid olanların məzarları önündə səcdəyə durmaq hər birimizin vicdan borcudur. Çünki onlar Vətən və millət yolunda, xalqımızın 70 illik imperiya əsarətindən xilası yolunda, bugünkü azadlıq və müstəqilliyimiz yolunda şəhid olmuşdular. Tariximizin bu şərəfli səhifəsi əsrlər keçsə də heç zaman xalqımızın yaddaşından silinməyəcək, həmişə böyük qürur hissi ilə yad ediləcək, bu faciənin baş verməsinə rəvac verənlər isə lənətlənəcəklər.
20 Yanvar - Azadlığa aparan şanlı yol – 26

Tədbirdə Müdafiə Nazirliyinin Mənəvi- Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsindən, Zirehli Tank Qoşunları İdarəsindən, Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsindən, Hərb Oyunları Mərkəzindən, hərbi məktəblərdən, muzeylərdən və digər ictimai təşkilatlardan nümayəndələr iştirak etmişdir.
Tədbirdə muzey rəisi e.o.polkovnik Əzizağa Qəni-zadənin, tədbirin layihə rəhbəri, muzeyin tədqiqatçı-elmi işçisi Nuranə Nəcəfovanın və tədbirdə iştirak edən qonaqlardan Nizami Əliyevin, Azərbaycan Ordusu qəzetinin muxbiri mayor Vahid Məhərrəmovun, Azərbaycan Hərb Tarixi Muzeyinin elmi işlər üzrə rəis müavini Hacı Həsənovun çıxışları dinlənilmiş, hadisə ilə əlaqədar qısametrajlı sənədli film nümayiş olunmuşdur.
Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra Şəhidlər Xiyabanına ziyarət təşkil olunmuşdur.
20 Yanvar - Azadlığa aparan şanlı yol – 26


Nuranə Nəcəfova


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!