Sabah Azərbaycan Ermənistana neft göndərəcək .....                        Kadırov da həbs edilsin! - Zelenskidən təklif .....                        Ərdoğan qalmaqallı xəbəri təkzib etdi .....                        Xaricdə döyüşmüş 6 nəfər SAXLANILDI .....                        Astarada ağır yol qəzası - Ər-arvad xəsarət aldı .....                        Ermənistan Azərbaycana qarşı təxribatı maliyyələşdirir .....                        DİN sürücülərə çağırış etdi .....                        Prezident Nəsibə Zeynalovanın oğlunu təltif etdi .....                        Prezident bu şəxsləri təltif etdi - SİYAHI .....                       
Tarix : 18-05-2016, 21:08
Azərbaycançılıq ideyası və milli-mənəvi inkişaf mövzusunda yeni layihə

Azərbaycançılıq ideyası və milli-mənəvi inkişaf

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Müstəqilliyin 25 ili: Azərbaycançılıq ideyası və milli-mənəvi inkişaf mövzusunda araşdırmalar və tədbirlər” adlı yeni layihənin icrasına start verilib.

“Türk Dünyası İnfo” İctimai Birliyinin 4 ay müddətinə həyata keçirəcəyi bu layihənin məqsədi böyük dövlət və ictimai-siyasi xadim Heydər Əliyevin həyat və fəaliyyəti örnəyində Azərbaycançılıq ideologiyası əsasında dünya azərbaycanlılarının həmrəyliyi, mill-mənəvi dəyərlərin, ana dilinin qorunması, inkişafı istiqamətində siyasətin özəllikləri, bu sahədə görülmüş işlərə nəzər salmaq, araşdırmalar aparmaqdır.

Birliyin sədri Dəyanət Osmanlı AZƏRTAC-a bildirib ki, Azərbaycan xalqının müasir taleyində azərbaycançılıq ideyasının dövlət ideologiyasına çevrilməsi prosesini öyrənilməsi və araşdırılması xüsusilə mühüm bir əhəmiyyət kəsb edir. Azərbaycançılıq ideyasının tərkib hissəsi olan milli birliyin yaranması, ana dilinin təkmilləşdirilməsi yönümündə görülmüş mühüm işlərin yaradıcı gənc nəslə çatdırılmasına bir ictimai təlabat duyulmaqdadır. Bu baxımdan Azərbaycanın bölgələrində yaşayıb yaradan yazarlar və yaradıcı gənc nəslin nümayəndələri arasında ictimai əhəmiyyətli məsələlərin, o cümlədən milli-mənəvi dəyərlərimizin təbliği bu gün də önəmlidir. Layihə çərçivəsində “Azərbaycanlıların birliyi ideyası: dilimizin, bugünü və sabahı naminə” devizi altında “Müstəqilliyin 25 ili: Azərbaycançılıq ideyası və dil siyasəti” adlı kitabın təqdimatı və Azərbaycan dilinin qorunması və təbliği ilə bağlı görüş-müzakirələr keçiriləcək.

Sözügedən kitabın nəşri ilə Azərbaycançılıq ideologiyasının xalqımızın milli-mənəvi inkişafında, dilimizin qorunmasında və zənginləşməsində rolunu əks etdirən seçmə materiallar ictimaiyyətin diqqətinə təqdim olunacaq.

Butov.az


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!