Hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edildi .....                        Bu işçilərə ödənişsiz məzuniyyətlər veriləcək .....                        Suriya ordusu daha bir şəhəri nəzarətə aldı .....                        "VAZ" beton maneyə çırpıldı - Xəsarət alanlar var .....                        İranda ölənlərin sayı 3 mini ötüb - KİV .....                        Səfirlik binasından İran bayrağını endirən şəxs həbs edildi .....                        Ermənistanda İran əleyhinə aksiya keçiririlir - FOTO .....                        Oğurluq edən 5 nəfər saxlanıldı .....                        50 yaşlı kişi su kanalında boğularaq öldü .....                       
Tarix : 24-10-2016, 12:16
Xərçəngdən qoruyan ədviyyat: yeməklərinizə qatmağı unutmayın


Yeməklərdə ədviyyat kimi istifadə edilən zərdəçal başda xərçəng olmaqla bir çox xəstəliyin müalicəsində istifadə edilir. Xərçəng xəstələrinin müalicəsində kimyaterapiya ilə birlikdə, tamamlayıcı müalicə üsulu olaraq damar yoluyla verilən zərdəçal kimyaterapiyanın təsirlərini artırır. Bu faktı elmi araşdırmalar da sübut edib. Zərdəçal kimyaterapiyanın fəaliyyətini artırır, eyni zamanda yan təsirlərini də azaldır.
Butov.az Aile.lent.az-a istinadən türkiyəli onkoloq Mutlu Demirayın zərdəçalın kimyaterapiyaya təsirləri haqqında firkirlərini təqdim edir.

Zərdəçalın faktor maddəsi olan curcuminin problemi ağızdan alındıqda çox az miqdarda qana keçməsidir. Bu səbəbdən də xüsusi curcuminlər inkişaf etdirildi. Bunlar standart curcuminlərə nisbətlə təxminən 30-50 qat daha çox qana keçə bilirlər. Həmin məhsulların istifadəsi müalicənin müvəffəqiyyətini artırır.

Dünyada 4 min ildir istifadə edilir

Aparılan araşdırmalar zərdəçalın faktor maddəsi olan curcuminin bir çox xəstəliyin şəfa qaynağı olduğunu sübut edib. Yeməklərə qatılan bu bitki bəzi xəstəliklərin müalicəsində damar yoluyla da istifadə edilir. Türkiyədə xüsusilə xərçəng xəstələrinin müalicəsində kimyaterapiya ilə birlikdə, tamamlayıcı müalicə üsulu kimi istifadə edilir.

Zərdəçal xərçəngin meydana gəlməsinə mane olur və yayılmasının, böyüməsinin qarşısını alır. Ən əhəmiyyətlisi də xərçəngdə kimyaterapiya dərmanlarının təsirlərini qat-qat artırır. Zərdəçal, yəni curcuminin istifadəsiylə xərçəng arasında birbaşa əlaqə aşkarlandıqdan sonra elm dünyasının diqqətini çəkib.


Necə istifadə edilməlidir?

Zərdəçalı yemək və salatlarınıza qata bilərsiniz. Xüsusilə yemək hazırlayarkən bişməsinə az qalmış zərdəçalı qara bibərlə birlikdə yeməyə qatsanız qana keçməsini təmin edərsiniz. Hindlilər də belə istifadə edir. Təbii ki, ən gözəl üsul damardan tətbiq etməkdir.

Xəbərdarlıq: Öd kisəsində daş olanlar bu ədviyyatı istifadə edərkən diqqət etməlidirlər.

Hansı xəstəliklərə faydası var:

Alzheimer
Sədəf
Oynaq ağrıları
Göz iltihabları


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!