İlham Məmmədli-Belə olmaz ağalar, xanımlar! .....                        Naxçıvanda nazir postuna kimi gətirirlər? .....                        Zülfəli kişinin nəvəsi .....                        Politoloq: “Azərbaycan- Türkiyə- Ukrayna triosu ciddi işlər görə bilər” .....                        Ramiya İmranqızının ədəbi dünyası .....                        ALLAHIMDAN ÇOX RAZIYAM... .....                        SƏNSİZ SƏNƏ OLAN BİR TOYDUR RAHİD .....                        Baş Qərargah rəisi “Şahinlər”imizə tapşırıqlar verib .....                        Sabir Rüstəmxanlı yazır: "Qazaxıstanın rus qışı, Rusiyanın qazax xofu" .....                       
3-01-2022, 17:59
Ölkədə bu gün peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 80 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 18, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 55, buster doza üzrə vaksinasiya olunanların sayı isə 7 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 346 365, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 169 149, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 676 664, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 500 282 təşkil edir.

Bütöv.az
3-01-2022, 17:51
Koreyada “omicron”dan ilk ölüm qeydə alındı

Koreyada koronavirusun “omicron” ştamından ilk iki ölüm faktı qeydə alınıb.

Bütöv.az xəbər verir ki, hər iki şəxsin yaşı 90-dan çox olub.
3-01-2022, 17:47
“Fənərbağça”nın prezidenti koronavirusa yoluxdu

Türkiyənin “Fənərbağça” futbol klubunun prezidenti Əli Koç koronavirusa yoluxub.

Bu barədə futbol klubundan verilən açıqlamada qeyd edilib.

Onun vəziyyətinin yaxşı olduğu bildirilir. Koç evində təcrid olunub müalicə edilir.

Mənbə: A Haber

Bütöv.az
3-01-2022, 17:37
Qurban Qurbanov dünya reytinq cədvəlində

Dünya məşqçilərinin reytinq cədvəli açıqlanıb.

Bütöv.az xəbər verir ki, planetin ən yaxşı 500 mütəxəssisi arasında Azərbaycan bir məşqçi ilə təmsil olunub.

Bu, “Qarabağ”ın məşqçisi Qurban Qurbanovdur. 50 yaşlı mütəxəssisin aktivində 1592 xal var.

O, dünyanın 223-cü məşqçisidir. Qurbanov Ole-Qunnar Sulşer, Miçel, Raymond Domenek, Eusebio di Françesko, Murat Yakın, Aleksey Mixayliçenko, Ərtoğrul Sağlam, Viktor Qoncarenko, Miodraq Bojoviç, Valeri Karpin, Paulu Souza, Tomas Doll, Filippo İnzaqi kimi tanınmışları geridə qoyub.
3-01-2022, 17:31
"Omicron"un ağ ciyərlərə təsiri bəlli oldu

Koronavirusun dünyaya sürətlə yayılan "omicron" ştamının ağ ciyərlərə təsiri açıqlanıb.

Bütöv.az xəbər verir ki, ayrı-ayrı ölkələrdə aparılan araşdırmaların nəticələrinə görə, bu virus növünün daha çox boğazda çoxaldığı və ağciyərlərə az təsir etdiyi bəlli olub.
Tədqiqatçılar virusun boğaza daha çox təsirini nəzərə alaraq qeyd ediblər ki, "omicron"nun yoluxuculuğu buna görə sürətlidir.

Qeyd edək ki, yeni ştam 100-dən çox ölkədə aşkar edilib. Onların arasında qonşu ölkələrdən Türkiyə, İran və Gürcüstan da var.
3-01-2022, 16:58
Azərbaycanlı musiqiçi vəfat etdi

Güney azərbaycanlı, gənc musiqiçi Tohid Novruzi Təbrizdə vəfat edib.

Kulis.az xəbər verir ki, Azərbaycan Milli Konservatoriyasının tələbəsi olan Tohid Novruzi ürəktutmasından dünyasını dəyişib.

Tohid Novruzi bir çox milli ruhlu mahnıların bəstəkarı və ifaçısı idi. Mərhum Təbriz şəhərinin “Vadi rəhmət” qəbiristanlığında incəsənət xadimləri bölməsində dəfn olunub.

Bütöv.az
3-01-2022, 16:37
Nazirlər həbsdən NECƏ YAYINDIRILIR?

Xəbər verdiyimiz kimi Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) İşlər idarəsinin sabiq müdiri Fərhad Mollazadə və İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadənin cinayət işi üzrə məhkəmə iclası başa çatdı.

Hər iki şəxs vəzifədə olan zaman dövlət büdcəsindən ayrılan 2 milyondan artıq vəsaiti mənimsəmişdilər. Onların bu əməlləri videogörüntülər, şahid ifadələri və həmçinin özlərinin etirafları ilə sübuta yetirildi. Amma onlar zərərin böyük hissəsini ödəməklə həbsdən xilas ola bildilər.

Bütöv.az musavat.com-a istinadən xəbər verir ki, F.Mollazadə və S.Əlizadə əlbir olub çoxsaylı şirkətlər vasitəsi ilə nazirlik üçün hədiyyələr, dəftərxana ləvazimatları, suvenirlər və s. alınması məqsədi ilə ümumilikdə 2 543 173 manat vəsaiti mənimsəyiblər. Bu mənimsəmə tenderlərdə süni şəkildə qalib olma yolu ilə həyata keçirilib. Səlim Əlizadə bütün tapşırıqları Mollazadədən alıb və faktiki olaraq fəaliyyət göstərməyən MMC-lər yaradaraq büdcədən ayrılan vəsaitləri həmin şirkətlərin hesabına köçürərək mənimsəyiblər.

Nağdalaşdırılan pulun 10 faizi Səlim Əlizadənin payına düşüb. 10 faizi isə Mollazadə özü götürüb və qalan məbləği də dediklərinə görə XİN-in digər xərclərinə sərf ediblər.

Prokurorluq təqsirləndirilən şəxslər barəsində Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham elan etmişdi. İş üzrə zərərçəkmiş qismində Xarici İşlər Nazirliyi də tanınmışdı.

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən adı çəkilən şəxslərin ofisində əməliyyat keçirildikdən sonra hər iki şəxs həbs edilmişdi. Amma 26 dekabr 2020-ci ildə onlar barəsində həbs qətimkan tədbiri ləğv olundu və onlar ev dustaqlığına buraxıldılar.

Burada xüsusi ilə qeyd etmək lazmdır ki, F.Mollazadə və S.Əlizadə ölkədə DTX tərəfindən həyata keçirilən “məmur əməliyyatları” zamanı həbs edildikdən sonra məhkəmənin istintaq dövründə azadlığa buraxdığı yeganə məmurlar oldular. Nəticədə də şərti cəza aldılar. Düzdür, zərərin 92.9 faizi ödənildi. Amma həbs edilən başqa məmurlar da var idi ki, zərəri tam olaraq ödəslər də azadlığa buraxılmadılar və törətdikləri cinayətə görə həbs cəzası da aldılar. Dövlətə vurduqları ziyanı ödəmək isə sadəcə yüngülləşdirici hal kimi nəzərə alındı.

Bildirək ki, F.Mollazadə məhkəmədəki etirafedici ifadəsində bütün cinayətlərini boynuna aldı.

F.Mollazadə ifadəsində göstərdi ki, 2004-cü ildə Xarici İşlər Nazirliyinin İşlər idarəsinin müdiri vəzifəsinə təyin edilib. Xidməti vəzifələrinə nazirliyin təsərrüfat, təmir, nəqliyyat sahəsində fəaliyyətinin təmin edilməsi, eyni zamanda xarici ölkələrdəki nümayəndəliklərin müəyyən ehtiyaclarının təmin edilməsi daxil olub.

Onun rəhbəri olduğu İşlər idarəsində ümumilikdə 4 şöbə olub. Səlim Əlizadə Təsərrüfat şöbəsinin müdiri olub.

Onun sözlərinə görə əsas yük Təsərrüfat şöbəsinin üzərinə düşürmüş. Səlim Əlizadənin rəhbərlik etdiyi şöbənin əsas fəaliyyəti Nazirliyin bütün idarələrini dəftərxana ləvazimatları, kompüter avadanlıqları, təsərrüfat malları ilə təmin edilməsi, Nazirlik tərəfindən keçirilən müxtəlif növ tədbirlərin təşkili edilməsi olub. Hə, bir də nazirliyə bahalı hədiyyələr almaq...

F.Mollazadə əlavə edib ki, Xarici İşlər Nazirliyinin tender komissiyasının sədri vəzifəsini də özü icra edib. Yəni, sistem elə qurulub ki, bütün pul işi Mollazadənin əlinin altında olub.

İkitərəfli müqavilələr əsasında köçürülmüş pulların müəyyən məbləğinin özünə qaytarıldığını etiraf edən Mollazadə bildirib ki, bu işlərə şəxsən Səlim Əlizadə nəzarət edib.

“Səlim Əlizadə uyğun olan və bizim təkliflə razı olan şirkətlər tapırdı. Həmin şirkətlər tenderlərdə qalib olurdu. Köçürülmüş pul vəsaitləri şirkət direktorları tərəfindən nağdlaşdırılaraq Səlim Əlizadəyə verilirdi. Direktorların da payı verildirdi. Səlim Əlizadənin mənə verdiyi pulun 10 faizini ona verirdim. 10 faizini özümə götürürdüm. Qalan hissəsi isə bir qayda olaraq Nazirliyin cari xərclərinə sərf olunurdu” , - F.Mollazadə əməllərini etiraf edərkən deyib.

F.Mollazadə məhkəməmühasibatlıq ekspertizasının rəyində göstərilən maliyyə yoxlaması və ibtidai istintaqla müəyyən edilən büdcə vəsaitlərinin artıq silinmə hallarının həqiqət olduğunu məhkəmədə təsdiq edib.

Sabiq idarə rəisi Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı ofisində aşkar edilən 2041 manat, 500 manat, 2000 manat və 1000 dolların özünə məxsus olduğunu, seyfdəki 6500 manatın isə büdcədən oğurlanan pul olduğunu bildirib.

Ələ keçirilən pulları öz ehtiyaclarına sərf etdiyini deyən F.Mollazadə törətdiyi əməldən peşman olduğunu deyib. Dövlətə vurulan zərərin 92,9 faiz hissəsini ödədiyini, uzun illər ərzində dövlət orqanlarında qüsursuz xidmət etdiyini, istintaq orqanı ilə əməkdaşlıq edərək əməlini səmimi etiraf etdiyini, ürək-damar xəstəliyindən əziyyət çəkdiyini və yaşının 60-dan yuxarı olduğunu nəzərə alaraq ona şərti cəza verilməsini xahiş edən F.Mollazadənin xahişi nəzərə alınıb.

Prokuror F.Mollazadə və Səlim Əlizadənin həbs edilməsini, 7 il azadlıqdan məhrum edilməsini istəsə də məhkəmə onlara şərti cəza verdi.

Məhkəmədə həmçinin o da məlum oldu ki, dövlətə vurulan zərərin 167.932,02 manatı Səlim Əlizadənin payına düşsə də həmin məbləğ hələ də ödənilməyib. Bu məbləğin özü belə külli miqdar təşkil etdiyi halda Səlim Əlizadə şərti cəza aldı.

Bildirək ki, Səlim Əlizadə "Eurovision" mahnı müsabiqəsinin iştirakçısı Safurə Əlizadənin atası, mərhum alim, professor Əbdül Əlizadənin oğlu, BDU-nun Sosial Elmlər və Psixologiya fakültəsinin dekanı Hikmət Əlizadənin qardaşıdır. Safurə Əlizadə Sənaye və Energetika naziri olmuş mərhum Natiq Əliyevin gəlinidir.

F.Mollazadə isə XİN-də sabiq nazir Elmar Məmmədyarovun ən etibarlı adamlarından biri olub və əsas maliyyə işlərinə nəzarət edib. Onun bu qədər vəsaiti tək mənimsəməsi, tək də geri qaytarması real görünmür. Təbii ki, nazirlikdə maliyyə maxinasiyası qurmuş F.Mollazadə heç bir halda Elmar Məmmədyarovdan xəbərsiz iş görə bilməzdi.

F.Mollazadənin cinayət işi bilirsiniz hansı məhkəməni xatırlatdı? “Rabitə işi”ni yəqin ki, xatırlayırsınız. Həmin cinayət işi üzrə ləğv edilən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin vəzifəli şəxsləri həbs edilmişdi. Amma nazir Əli Abbasov azadlıqda idi. Necə ki, indi də Elmar Məmmədyarov azadlıqdadır.

O zaman “Rabitə işi”ndə kim günahkar kimi Əli Abbasovun adını çəkirdisə, sabiq nazir həmin şəxslərin dövlətə vurduğu zərəri özü ödəyirdi. Ödəyirdi ki, adı bu işdə hallanmasın. Həmin işdə dövlətə vurulan zərərin miqdarı 40 milyondan çox idi. Zərərin böyük hissəsi ödənildi. 11 nəfəərdən 5-i məhkəmə zalından şərti cəza ilə azadlığa çıxdı. Nazirliyin Aparat rəhbəri olmuş Vidadi Zeynalov və digərləri isə 14 ilə qədər həbs cəzası alsalar da Bakı Apelyasiya Məhkəməsi onların cəzasını 3-4 ilə qədər endirdi. Cəzlarının 2/3 çəkməklə azadlığa çıxdılar...
3-01-2022, 14:31
Azərbaycanda çörək bahalaşacaqmı?

Dünəndən etibarən sosial şəbəkələrdə müəyyən ticarət şəbəkələrində çörəyin və un məmulatlarının bahalaşması haqda xəbərlər tirajlanır.

Bütöv.az xəbər verir ki, hərçənd virtualaz.org saytının müxbirləri bir çox mağazalara və supermarketlərə baş çəkiblər və qiymətlərin hələ dəyişmədiyinin şahidi olublar.

Məlum olduğu kimi Azərbaycanda çörəyin və un məmulatlarının qiyməti Tarif Şurası tərəfindən tənzimlənmir, dünya bazarında buğdanın və unun qiymətindən asılıdır. Bəs Azərbaycan istehsalçıları başqa qonşu ölkələrdə olduğu kimi çörəyin qiymətini artıra bilərmi? Bazarın qanunlarını heç kim dəyişdirə bilməz, Azərbaycan hökuməti isə onsuz da uzun müddətdir çörəyin qiymətini sabit saxlamağa çalışıb, bunun üçün qiymət siyasətinə təsir göstərən bütün alətlərdən istifadə edib.

Azərbaycan istehsalçıları hələ qiymətləri artırmağa tələsmir...

Bəli, çörəyin bahalaşması haqda belə həyacan dünya bazarlarında buğdanın qiyməti ilə bağlı yaranmış situasiya barədə redaksiyamızın hazırladığı məqalələrdə də hiss edilirdi. Qlobal buğda qıtlığı aparıcı taxıl məhsullarının qiymətinin artmasına gətirib çıxarıb.

Azərbaycan hökuməti qiyməti sabit saxlamaq üçün bütün mümkün addımları atıb. 2020-ci ilin martından başlayaraq hökumət buğda təchizatı ilə məşğul olan şirkətlərə 12 ay ərzində 6,2 milyon manat subsidiya ayırıb, hansı ki, bu subsidiya 58,2 milyon manat həcmində kreditə əlavə edilib. Məqsəd ölkədə kifayət qədər həcmdə strateji taxıl ehtiyatı yaratmaq olub. Sonra ərzaq buğdası təchizatçılarına subsidiyaların ödənilməsi müddəti 12 aydan 24 aya qədər artırıldı. Əlavə olaraq göstərilən müddət ərzində həmin təchizatçılara kreditlər üzrə faiz qismində dha 7,3 milyon manatın ayrılmasına qərar verildi. Qiymətlərin artmasının qarşısını almaq üçün buğda idxalı və satışının, buğda ununun istehsalı və satışının ƏDV-dən azad edilməsi 2024-cü il yanvarın 1-nə qədər uzadıldı. Ərzaq buğdasının və unun ixracını əngəlləmək üçün isə hər ton un və buğdanın ixracına 200 dollar həcmində ixrac rüsumu tətbiq edildi. Müqayisə üçün qeyd edək ki, Rusiyada bu rüsum 100 dollardan aşağıdır.

Belə görünə bilərdi ki, bütün bu tədbirlər qiyməti sabit saxlamaq üçün kifayət edəcək. Lakin hökumət artan bazar tələbatına cava olaraq əlavə tədbirlər də gördü. Belə ki, subsidiyaların orta aylıq idxal hesabatları əsasında yeni mexanizmlər üzrə ayrılması və paylanması prosesi başladı. 2021-ci il fevralın 1-dən noyabrın 1-nə qədər un istehsalı ilə məşğul olan 37 təsərrüfat subyektinə 35,7 milyon manat ödənilib. Ötən ilin sonlarından başlayaraq isə bu məbləği 39 milyon manata çatdırmaq proqnozlaşdırılırdı. (Son statistika məlum səbəblərdən hələ yoxdur,-red.) İl ərzində ödənilən subsidiyanın məbləği 74,7 milyon manat təşkil etməli idi.

Lakin təəsüf ki, hətta bu tədbirlər də buğdanın qiymətinin qlobal miqyasda artmasından irəli gələn bahalaşmanın qarşısını almaq üçün kifayət etmir. Axı bunun qarşısını necə alasan ki, hazırda Azərbaycanın əsas buğda təchizatçısı olan Rusiyadan idxal edilən ərzaq buğdasının tonu 338 dollardır. Nəticədə daxili bazarda qiymətlər bütün proqnozlara görə, əhəmiyyətli ölçüdə artmalıdır. Belə ki, 50 kiloqramlıq unun topdansatış qiyməti 35,9 manata (tonu 718 manat) çatmalıdır. Bu isə ənənəvi 500 qramlıq çörəyin qiymətinin 50 qəpiyə, 650 qramlıq çörəyin isə 65 qəpiyə qalxması deməkdir. Çörəyin bahalaşması əlbəttə, qlobal pandemiya və ərzaq böhranı şəraitində yaxşı heç nə vəd etmir. Lakin dünyada qiymətlərin bu cür artmasından sonra da çörək Azərbaycanda bir çox ölkələrə, o cümlədən qonşu ölkələrə nisbətən daha ucuz olacaq.

Məsələn, həmin 500 qramlıq çörək Gürcüstanda Azərbaycan valyutası ilə hesabladıqda 0,57-0,66 manat, Rusiyada 1 manat, Ukraynada 1,26-1,46 manat, Qazaxıstanda 0,51-0,56 manat, Ermənistanda isə 0,81 manatdır...
3-01-2022, 14:28
Kişilərin və qadınların pensiya yaşı AÇIQLANDI

Azərbaycanda 2022-ci il üzrə kişilərin və qadınların pensiya yaşı açıqlanıb.

Modern.az-ın xəbərinə görə, Azərbaycanda 1 iyul 2021 – 30 iyun 2022 tarixində kişilərin pensiya yaşı 65 il , qadınların pensiya yaşı isə 62 il 6 ay olacaq. 1 iyul 2022 – 30 iyun 2023 tarixində isə kişilərin pensiya yaşı 65 il, qadınlar üzrə 63 il olacaq.
Qeyd edək ki, “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
“Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsinə əsasən, pensiya yaşına çatmış şəxsin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var.

Bütöv.az
3-01-2022, 14:25
Narkotik bəlası: Direktorların başı pul yığmağa qarışıb

"Təəssüflər olsun ki, məktəblilər arasında da narkotik və ya ona bərabər olan vasitələrdən istifadə edənlər var. Buna görə ciddi şəkildə narahat olmaq lazımdır".

Bütöv.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov 15 yaşında narkoman olan Rafiqin orta məktəblərin ayaqyolusunda xadimələrin şpris, falqa, iynələr tapması ilə bağlı səsləndirdiyi ittihamlara cavab verərkən deyib.

Onun fikirincə, bunun qarşısını almaq üçün məktəblərdə təbliğat işləri aparılmalı və bu işə valideynlər, cəmiyyət cəlb olunmalıdır:

"Birinci məktəb direktorları aktiv iştiak etməlidirlər. Bu kimi baş verən hadisələr direktorların səhlənkarlığı ucbatından baş verir. Düşünürəm ki, orta məktəblərin girişlərində təhsil müəssisələrinə daxil olanların, məktəbin həyətində, yaxınlığında şagirdlərlə təmasda olanların izlənməsi üçün kameralar quraşdırılmalıdır. Aidiyyatı dövlət qurumlarının hesabatlarına baxanda görürük ki, son vaxtlar ölkədə narkotik vasitələrin istifadəçilərinin yaşında azalma müşahidə olunmaqdadır. Təhsil sistemində belə bir yanlış düşüncə var ki, orta məktəblərdə narkomaniyaya qarşı mübarizə tədbirlərinin aparılması hüquq-mühafizə orqanlarının işidir. Bu, çox dar və cılız düşüncədir. Bu bəlaya qarşı hamı mübarizə aparmalıdır, başda da orta məktəblər. Düzdür, hazırda orta məktəblərə izləyici kameraların quraşdırılması məktəb direktorunun keçirilən dərsləri izləməsi, məktəbə ümumi nəzarət etmək üçün işləyir. Amma məktəb yaşlı uşaqları bu bəladan qorumaq təhsil işçilərinin vəzifəsidirr. Çünki uşaqlar məktəbdə, onun ərazisində bu bəlaya düçar olurlar".

Kamran Əsədov bildirib ki, orta məktəblərdə şagirdlərə narkotik maddələrin istifadəsinin hansı bəlalara yol açdığı barədə maarifləndirici tədbirlər keçirilməlidir:

"Amma bu hansısa QHT-nin pul yumaq oyunu kimi həyata keçirilməməlidir. Çünki şagirdin gününün 5-6 saatı məktəbdə keçir. Bu müddət ərzində demək olar ki, onlar nəzarətsiz qalırlar. Məktəb rəhbərliyi mütəmadi olaraq məktəbliləri narkomaniyanın necə bəla olduğu barədə məlumatlandırmalıdır ki, onlar narkotik alverçilərinin toruna düşməsinlər. Amma bir çox direktorun başı pul yığmağa qarışdığı üçün bu ciddi məsələyə vaxt ayırmır".

Qeyd edək ki, 15 yaşında narkoman olan 19 yaşlı Rafiqin həyat hekayətini əks etdirən videoda Bakıda 158 nömrəli və başqa bir məktəbin ayaqyolusunda xadimələrin şprislər, falqalar, iynələr tapdığını deyib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
Türkiyədə neft kəməri partladı - VİDEO

Türkiyənin İraqla sərhədindəki Kahramanmaraş bölgəsindən keçən neft boru xəttində baş verən baş partlayış birjalara ciddi təsir göstərib.

Bütöv.az xəbər verir ki, neftin qiyməti son 7 ilin ən yüksək qiymətinə çatıb. Məlumata görə hazırda neftin qiyməti 90 dolları ötüb. Dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 90,56 ABŞ dollarına çatıb.
Qeyd edək ki, partlayışdan sonra ərazidə güclü yanğın baş verib. Boru xəttinin fəaliyyətin müvəqqəti dayandırılıb. Hadisənin səbəbləri araşdırılır.


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!