Prezident İlham Əliyev yanvarın 30-da Gəncə şəhərində səfərdə olan zaman Rusiyada erməni faşist Qaregin Njde haqqında filmin yayımının dayandırılmasına münasibət bildirib.
Dövlət başçısı məsələ ilə bağlı AZƏRTAC-ın sualına cavab olaraq deyib:
“Mən hesab edirəm ki, ilk növbədə, Rusiya ictimaiyyəti bundan xəbərdar oldu və Rusiya ictimaiyyətinin təkidi nəticəsində bu biabırçı aksiya baş tutmadı. Ancaq o da həqiqətdir ki, ilk dəfə olaraq, bu məsələni siyasi müstəviyə gətirən mən olmuşam. Mən əvvəlki illərdə də dəfələrlə bu erməni faşistləri haqqında öz çıxışlarımda məsələ qaldırmışdım. Beynəlxalq təşkilatlar qarşısında, ölkələr qarşısında məsələ qaldırmışdım ki, faşistlərin qəhrəmanlaşdırılmasına imkan vermək olmaz. Cəllad Njde ilə bağlı mən MDB Zirvə görüşünün birində öz çıxışımda məsələni qaldırdım. Dedim ki, Njdeyə Ermənistanın paytaxtında - İrəvanda qoyulan abidə faşizmin təbliğatıdır. Buna son qoyulmalıdır. Bu adam faşist olub. Bu adam cəllad olub.
Bu adam günahsız azərbaycanlıların və ondan sonra İkinci Dünya müharibəsi zamanı sovet ordusunun əsgərlərini, zabitlərini qətlə yetirib. Bu Njde faşistdir və bunu hər kəs bilməlidir. Ancaq Ermənistanda onun qəhrəmanlaşdırılması gedir. Əgər bu, təkcə əvvəlki faşist hakimiyyətlə bağlı olsaydı, dərd yarı idi. Ancaq əfsuslar olsun ki, indiki Ermənistan hakimiyyəti faşistləri təbliğ edir, onları müdafiə edir. Moskvada ermənilərin diaspor təşkilatının xətti ilə bu dözülməz aksiyanın keçirilməsi heç bir çərçivəyə sığmır. Çünki Rusiya özü faşizmin qəhrəmanlaşdırılmasına qarşı gedən mübarizədə ön sıralardadır, Azərbaycan kimi. Bu məsələ ilə bağlı Rusiya tərəfi ilə dəfələrlə fikir mübadiləsi olub. Prezidentlər səviyyəsində, digər vəzifəli şəxslər səviyyəsində, ictimai təşkilatlar səviyyəsində biz həmfikirik. Faşizmin baş qaldırmasına yol vermək olmaz. İkinci Dünya müharibəsinin tarixi ilə bağlı təhrifetmə cəhdlərinə son qoyulmalıdır. Bu siyasət dünyanı uçuruma aparacaq. Faşizmi qəhrəmanlaşdırmaq olmaz. Amma bir tərəfdən Ermənistan rəsmən bu fikirlərə qoşulsa da, faktiki olaraq Njde kimi faşistin qəhrəmanlaşdırılması ilə bağlı konkret addımlar atır. Bu günə qədər Ermənistanda, İrəvanda faşist Njdenin adını daşıyan küçələr, meydanlar, metro stansiyası var, ona böyük - altımetrlik abidə qoyulub. Bu abidə bu günə qədər sökülməyib.
Yəni, bu, nəyi göstərir? Onu göstərir ki, erməni faşizmi yaşayır. Bəli, İkinci Qarabağ müharibəsində, Vətən müharibəsində biz erməni faşizmini məğlub etmişik. Deyə bilərəm ki, erməni faşistlər indi əvvəlki illərdəki qədər fəal deyillər. Ancaq biz görürük ki, faşizm baş qaldırır, Ermənistanda baş qaldırır. Ermənistanın keçmiş faşist rəhbərləri, uşaq qatilləri Sarkisyan, Köçəryan baş qaldırırlar və yenə də meydan sulamağa çalışırlar. Biz onları məğlub etmişik. Onlar bizim qabağımızda diz çöküblər. Onlar tarixdə fərari kimi qalacaqlar. O cümlədən erməni xalqının tarixində Serjik Sarkisyan və Robert Köçəryan fərarilər kimi qalacaqlar. Çünki Azərbaycan Ordusu Şuşaya yaxınlaşdıqca onlar Xankəndidən qorxaqcasına, dovşan kimi qaçmışdılar. Amma indi Ermənistanda baş qaldırırlar, Rusiyada baş qaldırırlar. Rusiyanın paytaxtında erməni diaspor təşkilatının xətti ilə belə biabırçı aksiyanın təşkili dediyim sözlərin sübutudur. Biz erməni faşizmini məğlub etdik, ancaq o, məhv edilməyib. Biz bundan sonra da çalışacağıq ki, erməni faşizminin bütün təzahürlərini yer üzündən silək və buna gücümüz çatır.
Ancaq gərək digər ölkələr də, beynəlxalq ictimaiyyət də bu məsələdə həmrəy olsun. Erməni faşizminin XXI əsrdə törətdiyi bu dağıntılar hamı üçün gərək bir nümunə olsun ki, faşizmin yaxşısı, pisi yoxdur. Erməni havadarları, Ermənistanın arxasında dayanan dairələr də bunu bilməlidirlər, dərk etməlidirlər və bizim tarixi missiyamızı qiymətləndirməlidirlər, biz hansı bəlanı məhv etdik. Biz təkcə öz torpağımızı azad etmədik, biz regionu, Cənubi Qafqazı bu vəhşixislətli qüvvələrdən təmizlədik. Yenə də deyirəm, indi onlar artıq boynubükük şəkildə yaşayırlar. Ancaq heç kim qarantiya verə bilməz ki, yenə də baş qaldırmayacaqlar. Biz heç vaxt imkan verə bilmərik ki, bizim bölgədə erməni faşizmi baş qaldırsın. Heç vaxt imkan verə bilmərik ki, Ermənistan yenə də Azərbaycan üçün potensial təhdidə çevrilsin. Əgər bunu görsək, onu yerindəcə məhv edəcəyik. Bunu hər kəs bilməlidir”.
Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə təbrik məktubu göndərib.
Prezident.az xəbər verir ki, məktubda deyilir:
“Sizi və Sizin simanızda dost Çin xalqını Yeni ilin gəlişini simvolizə edən Bahar bayramı münasibətilə öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı yetirirəm.
Dərin tarixi kökləri olan və xalqınızın zəngin milli-mənəvi irsini özündə bariz şəkildə ifadə edən bu bayramın ölkənizə və xalqınıza əmin-amanlıq, firavanlıq, bol ruzi-bərəkət bəxş etməsini diləyirəm.
Azərbaycan ilə Çin arasında dostluq münasibətlərinin bugünkü səviyyəsi və dinamikası böyük məmnunluq doğurur. Əminəm ki, ölkələrimiz arasında siyasi, iqtisadi-ticari, enerji, sənaye və digər sahələrdə mövcud olan qarşılıqlı faydalı əməkdaşlıq birgə səylərimizlə bundan sonra da uğurla inkişaf edəcəkdir.
Fürsətdən istifadə edərək Pekin Qış Olimpiya Oyunlarının keçirilməsində Çin Xalq Respublikasına uğurlar arzulayır, bu beynəlxalq yarışların möhtəşəm idman bayramına çevriləcəyinə inamımı ifadə edirəm.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik və müvəffəqiyyətlər, dost Çin xalqına daim rifah diləyirəm”.
İsrailli ravvin İsrael Elbom türk müsəlmanlarının qonaqpərvərliyinin özü şəxsən şahidi olub.
Bütöv.az xəbər verir ki, bu haqda "Habertürk" məlumat yayıb. İsrael müsəlman “halal”ının yəhudi ekvivalenti olan kaşrutun müfəttişidir. O, İstanbul yaxınlığındakı koşer(yəhudi halal qidası-S.L.) fabrikində yəhudi ayinlərinə riayət olunmasını yoxlamaq üçün bu həftə Türkiyəyə gəlib.
Səfər zamanı ravvin İstanbulu 80 santimetrlik qar təbəqəsi ilə bürüyən "Elpis" qar fırtınasına ürcah olub. Yollarda böyük tıxaclar yaranıb və israilli 12 saata yaxın maşında oturmalı olub. O, digər səyahətçilərlə birlikdə türk hərbçiləri tərəfindən xilas edilərək hava limanı yaxınlığındakı məscidə yerləşdirilib. Yəhudi din xadimi müsəlman məbədinin divarları arasında, isti və rahat məkanda gecələmək və isti yemək, həmçinin dua etmək imkanı əldə edib. İsrailə qayıdan Elbom jurnalistlərə Türkiyədə müsəlmanların mehribanlığı və qayğısından danışıb.
"Müsəlmanlarl birgə Yaradana dua etdim, gözəl anlardı... Hamımız eyni Tanrıya inanırıq" -deyə ravvin bildirib.
Müalicə olunduğunuz üsulların ən xeyirlisi hicamadır” – Hədisi-şərif
Bakıda Şərq təbabətini Avropa standartları üzərindən təqdim edən yeni sağlamlıq mərkəzi istifadəyə verilib.
Axar.az xəbər verir ki, “Həkim Baba” adı ilə fəaliyyət göstərən sağlamlıq mərkəzində icra edilən bütün prosseslər beynəlxalq sertifikatlı mütəxəssislər tərəfindən həyata keçirilir.
Sağlamlıq mərkəzinin əsas hədəfi insanlara yüksək keyfiyyətli xidmət göstərmək ilə yanaşı, Şərq təbabətində geniş yayılmış bir sıra prosedurları tibbin ən son texnoloji yeniliklərindən istifadə etməklə geniş auditoriyaya çatdırmaqdır.
Müasir, geniş və komfortu ilə seçilən Həkim Baba Sağlamlıq Mərkəzində hicama, masaj, zəli ilə müalicə, kosmetologiya, qüsurlu uşaqların reabilitasiyası və ən müasir avadanlıqlarla fizoterapiya xidmətləri ilə bir çox xəstəliklərin müalicəsi həyata keçirilir.
Mərkəzdə hicamadan, zəli ilə müalicədən sonrakı xidmətlər də həyata keçirilir ki, burada istirahət guşəsində dincəlmək üçün geniş şərait yaradılıb.
Qeyd edək ki, hicama prossesi tam gigiyenik şəraitdə sterlizə olunmuş, birdəfəlik alətlər ilə ixtisaslı mütəxəssislər tərəfindən icra olunur.
“Həkim Baba” Sağlamlıq Mərkəzi - sağlamlığınıza dəyər verən tibb ocağı.
Kəlbəcər rayonunun Alagöllər sahəsində hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən istiqaməti itirərək azan hərbi qulluqçumuz - baş leytenant Bağırov Fuad Allahverdi oğlunun axtarışı aidiyyəti dövlət qurumları ilə qarşılıqlı əlaqədə davam edir.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, keçirilən axtarışlar nəticəsində yanvarın 29-u səhər saatlarında tapılan digər üç hərbçimiz isə artıq helikopterlə təxliyə edilərək Bakı şəhərində yerləşən hərbi hospitala yerləşdirilib. Hərbi qulluqçularımızın müalicəsi ixtisaslaşdırılmış həkimlərin nəzarəti altında davam edir və onların səhhətində həyati təhlükə yoxdur.
Paytaxtdakı 45 nömrəli məktəbdə distant təhsilin müddəti 7 gün uzadılıb.
Bu barədə Modern.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Qeyd edək ki, 45 nömrəli tam orta məktəbin fəaliyyəti yanvarın 24-dən distant təhsil formasında davam etdirilir. Belə ki, Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən COVID-19 infeksiyasına yoluxma və qarşılıqlı təmas halları ilə bağlı 45 nömrəli tam orta məktəbdə əyani tədris prosesinin distant təhsillə əvəz olunmasına qərar verilmişdi.
Bu yenilik ötən gün təsdiqlənən "2020-2022-ci illərdə azərbaycanda rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə dövlət proqramında öz əksini tapıb. Proqramda birləşdirilmiş kartların hazırlanması və vahid bankomatların qurulması da nəzərdə tutulub.
Kartlarda saxlanılan pensiya və maaşların üzərinə faiz gələcək. Bu, ötən gün ölkə başçısı tərəfindən təsdiqlənən "2020-2022-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı"nın tətbiqi sayəsində mümkün olacaq. Proqramın məqsədi vətəndaş, biznes subyektləri və dövlət strukturları arasında nağdsız ödəniş mühitini xeyli genişləndirmək, nağd dövriyyənin həcmini minimuma endirmək və nəticədə bank sektorunun maliyyə resursları bazasını gücləndirməkdir. Bütöv.az xəbər verir ki, "Azexport.az" portalının rəhbəri Zaur Qardaşov deyir ki, əsas məqsədlərdən biri nağdsız ödənişləri təşviq etmək olduğu üçün bank və vergi sistemində islahatlar aparılacaq. Rəqəmsal ödənişlərin tətbiqinin və istifadəsinin genişləndirilməsi iqtisadi dövriyyələri şəffaflaşdırmaqla, nağd pulla bağlı xərclərin, bank və müəssisələrin əməliyyat xərclərinin azalmasına gətirib çıxaracaq ki, bu da iqtisadi artıma təkan verəcək. Proqramın tətbiqi istehlakçılar üçün də xeyli səmərə verəcək. İstehlakçıların rahatlığını və səmərəli ödəniş sistemini təmin etmək üçün birləşdirilmiş kartların hazırlanması və vahid bankomatların qurulması da nəzərdə tutulub. Proqramda turizmin inkişafı məqsədi ilə əcnəbi turistlər üçün yeni kartların istifadəyə verilməsi də öz əksini tapıb. Bu kartlar vasitəsilə əcnəbilər üçün vergisiz alış-veriş və digər güzəştlər nəzərdə tutulub.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən ordumuzda həyata keçirilən islahatlar çərçivəsində yeni yaradılan Quru Qoşunlarının Əməliyyat (Komando) hərbi hissələrində xidməti döyüş fəaliyyətinin təşkilinə xüsusi diqqət yetirilir.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, komando hərbi hissələrində bütün obyektlər müasir tələblərə uyğun inşa edilib, lazımı avadanlıq və inventarlarla təchiz olunub. Burada xidməti döyüş fəaliyyətlərinin keyfiyyətli təşkili və asudə vaxtın səmərəli keçirilməsi üçün müvafiq şərait yaradılıb.
Yaradılan şərait döyüş hazırlığı planına əsasən komandolarla yüksək səviyyədə intensiv təlim-məşqlərin keçirilməsinə imkan verir.
Vətən müharibəsində əldə edilmiş təcrübələr nəzərə alınmaqla, türkiyəli peşəkar zabitlərin iştirakı ilə komandoların döyüş hazırlığının yüksək səviyyədə saxlanılması və praktiki vərdişlərinin təkmilləşdirilməsi təmin edilir.
Real döyüş şəraitinə maksimum uyğunlaşdırılmış şərtlərlə keçirilən məşğələlərdə komandolar kəskin relyefli ərazilərdə hərbi helikopterlər və digər üsullarla yerdəyişmələr icra edirlər.
Təlimlər zamanı komandolar birbaşa təmas vəziyyətində maneələr zolağından keçid, dağlıq ərazilərdə döyüş aparma, müdafiənin dərinliyinə sızma, eləcə də şərti düşmənin müvəqqəti yerləşdiyi sığınacaqlarda və yaşayış məntəqələrində müqavimət göstərən təxribat-diversiya qrupunu mühasirəyə alma, zərərsizləşdirmə tapşırıqlarını müvəffəqiyyətlə icra edirlər.