Murad Quliyev barəsində başlanılmış cinayət işi üzrə istintaq başa çatdı .....                        Kreml Avropa liderlərini Moskvaya dəvət etdi .....                        "Söyüş blogerləri"nin ekstradisiyası niyə baş tutmur? - Səbəblər AÇIQLANDI .....                        İlham Əliyev Fərman imzaladı .....                        Putin Trampın elçisi ilə kürəkənini 3 saat gözlədib .....                        Dövlət Xidmətlərinin Elektron Reyestri yaradılacaq .....                        Yasamalda onlarla ailə məhkəməyə kütləvi müraciət hazırlayır - QALMAQAL .....                        Daha bir minib-düşmə yeri yaradıldı - FOTO .....                        Gəncədə ər arvadını döyüb xəstəxanalıq etdi .....                       
Tarix : 31-01-2022, 17:12
İlham Əliyev Çin liderini təbrik etdi

Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə təbrik məktubu göndərib.

Prezident.az xəbər verir ki, məktubda deyilir:

“Sizi və Sizin simanızda dost Çin xalqını Yeni ilin gəlişini simvolizə edən Bahar bayramı münasibətilə öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı yetirirəm.

Dərin tarixi kökləri olan və xalqınızın zəngin milli-mənəvi irsini özündə bariz şəkildə ifadə edən bu bayramın ölkənizə və xalqınıza əmin-amanlıq, firavanlıq, bol ruzi-bərəkət bəxş etməsini diləyirəm.

Azərbaycan ilə Çin arasında dostluq münasibətlərinin bugünkü səviyyəsi və dinamikası böyük məmnunluq doğurur. Əminəm ki, ölkələrimiz arasında siyasi, iqtisadi-ticari, enerji, sənaye və digər sahələrdə mövcud olan qarşılıqlı faydalı əməkdaşlıq birgə səylərimizlə bundan sonra da uğurla inkişaf edəcəkdir.

Fürsətdən istifadə edərək Pekin Qış Olimpiya Oyunlarının keçirilməsində Çin Xalq Respublikasına uğurlar arzulayır, bu beynəlxalq yarışların möhtəşəm idman bayramına çevriləcəyinə inamımı ifadə edirəm.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik və müvəffəqiyyətlər, dost Çin xalqına daim rifah diləyirəm”.

Bütöv.az


Paylaş



Bölmə: Siyasət / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!