Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
15-02-2022, 19:58
Ərdoğan Azərbaycan stendini ziyarət etdi

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dubay şəhərində keçirilən “Gulfood 2022” beynəlxalq ərzaq sərgisində Azərbaycan məhsullarının nümayiş olunduğu stendə baş çəkib.
Report xəbər verir ki, R.T.Ərdoğan Azərbaycanla yanaşı, Türkiyə və BƏƏ stendlərini də gəzib.
Sərgidə İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə 15 Azərbaycan şirkəti meyvə şirələri, təbii mineral suları, çay, fındıq, meyvə-tərəvəz, konservləşdirilmiş məhsullar, qənnadı məmulatları “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş etdirir.
5 gün davam edəcək sərgi çərçivəsində Azərbaycan sahibkarları xarici ölkələrdən olan həmkarları ilə görüşlər keçirəcək, məhsul ixracına dair müzakirələr aparacaq.
15-02-2022, 15:58
Rusiya separatçı rejimləri tanımaq istəyir???


"Rusiya Donbassın taleyi ilə məşğuldur, amma Moskva Minsk razılaşmalarına sadiq qalır".
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov Dövlət Duması tərəfindən separatçı “Luqansk və Donetsk Respublikaları”nın tanınması ilə bağlı Prezident Vladimir Putinə ünvanlanan müraciəti şərh edərkən bildirib.
“Xalqımız Donbasda baş verənlərə çox ağrılı reaksiya verir. Rusiya dəfələrlə Minsk tədbirlər paketinə sadiq qaldığını və bütün Minsk fəaliyyət planının orada nəzərdə tutulan ardıcıllıqla mümkün qədər tez həyata keçirilməsinin tərəfdarı olduğunu bəyan edib”, - Peskov deyib.
15-02-2022, 15:52
Azad olunan ərazilərdə məşğulluq strategiyası hazırlanacaq


İşğaldan azad olunan ərazilərdə məşğulluq strategiyası hazırlanacaq.
Bu barədə məsələ Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində keçirilən növbəti kollegiya iclasında müzakirə olunub. Kollegiya iclasında komitənin mərkəzi aparatının, departamentlərin və tabe təşkilatların 2021-ci ilin yekunlarına dair hesabatları müzakirə edilib.
Böyük Qayıdışla bağlı beynəlxalq ictimaiyyətin məlumatlandırılması, mətbuatda işıqlanlandırılması, məcburi köçkünlərin könüllü şəkildə geri qayıdışının hazırlanması, təbliğat işinin aparılması, xüsusi karantin rejiminin tələbləri nəzərə alınmaqla məcburi köçkünlərin onlayn qəbulu, onların müraciətlərinə baxılması, komitə rəhbərliyinin və aidiyyəti şöbə müdirlərinin qəbullarının təşkili, kadr siyasətinin “Dövlət qulluğu haqqında” qanuna uyğun aparılması haqqında məruzələr dinlənilib.
Kollegiyanın 2022-ci il üçün iş planı təsdiq olunub. Bundan başqa, işğaldan azad olunmuş ərazilərdə məşğulluq startegiyasının hazırlanması və məcburi köçkünlərin repatriasiya prosesinin həyata keçirilməsi məsələləri müzakirə olunub.
Kollegiyada müzakirəyə çıxarılmış məsələlər barədə müvafiq qərarlar qəbul olunub.
15-02-2022, 13:50
NATO-nun Baş katibi İlham Əliyevə zəng edib

NATO-nun Baş katibi İlham Əliyevə zəng edib
Fevralın 15-də NATO-nun Baş katibi Yens Stoltenberq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Söhbət zamanı NATO-nun Baş katibi ötən ilin dekabrında NATO-ya səfəri və NATO-nun ali orqanı olan Şimali Atlantika Şurasında çıxışına görə Prezident İlham Əliyevə təşəkkür edib.
Dövlətimizin başçısı da dəvətə və göstərilən qonaqpərvəliyə görə təşəkkürünü bildirib. Telefon danışığı əsnasında Azərbaycan-NATO əlaqələrinin inkişafından məmnunluq ifadə olunub. Cənubi Qafqaz regionunda postmünaqişə vəziyyəti, Ukrayna ətrafında cərəyan edən proseslərə və dünya enerji bazarındakı mövcud duruma dair fikir mübadiləsi aparılıb.
NATO-nun Baş katibi Avropanın etibarlı qaz təchizatçı olmasına və qaz ixracını artırmasına görə Azərbaycana təşəkkürünü ifadə edib.
Prezident İlham Əliyev Azərbaycanın enerji məhsulu növlərinin önəmli ixracatçısı kimi etibarlı tərəfdaş olaraq qalmaqda davam edəcəyini diqqətə çatdırıb.
15-02-2022, 13:19
Britaniyanın XİN başçısı Ukraynaya gedir


Böyük Britaniyanın xarici işlər naziri Liz Truss Ukraynaya səfər edəcək.
Butov.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Məlumata görə, səfər fevralın 18-də baş tutacaq.
Qeyd edək ki, Böyük Britaniyanın xarici işlər naziri daha öncə Rusiyada səfərdə olmuşdu.
15-02-2022, 12:59
Sabahın hava PROQNOZU


Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 2-4° isti, gündüz 7-10° isti olacaq. Bakıda gecə 2-4° isti, gündüz 8-10° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 0-5° isti, gündüz 7-10° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.
15-02-2022, 12:54
Deputat dərmanların bahalığından ŞİKAYƏTLƏNDİ


Deputat dərmanların bahalığından ŞİKAYƏTLƏNDİ

“Həm ölkəmizdə, həm də dünyada sonsuzluq problemi getdikcə artır”.
Bunu Milli Məclisin fevralın 15-də keçirilən iclasında “Tibbi sığorta haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı parlamentin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva deyib. Deputat təklif edib ki, sonsuzluqdan əziyyət çəkən ailənin süni mayalanma ilə bağlı bir dəfə xərci icbari tibbi sığorta çərçivəsində qarşılansın:
“Sonsuzluğun müalicəsində istifadə olunan dərmanların da qiymətləri olduqca yüksəkdir. Çox xahiş edirik ki, müvafiq qurumlar bu məsələyə baxsınlar. Hər bir ailə üçün övlad sahibi olmaq önəmli məsələdir. İnsanlar bilir ki, tibbin imkanları onlara kömək edə bilər, ancaq pulsuzluğa görə bundan istifadə edə bilmirlər. Biz bunu icbari tibbi sığorta çərçivəsində qarşılaya bilsək, nə qədər boşanmaların qarşısını ala bilərik. “Reproduktiv sağlamlıq haqqında” qanunun da artıq qəbul olunmasına çox ciddi ehtiyac var”.
Deputat orqan transplantasiyası ilə bağlı problemə də toxunub:
“Qardaş Türkiyə bu mexanizmi çox gözəl qurub. Sabah orqan çatışmazlığından əziyyət çəkən bizim ailəmizin üzvü ola bilər. Mən səhiyyə qurumlarını qəbul edilən qanunun tətbiqini həyata keçirməyə çağırıram”.
Q. Paşayeva dərmanların qiymətlərinin yüksək olması probleminə də toxunub:
“Dərmanların əlçatan olması diqqətdə olmalıdır. Səhiyyə Nazirliyi, TƏBİB bu məsələni diqqətdə saxlasın. Omicron sürətlə yayılıb. Ən azından çox istifadə olunan vitaminlərin qiymətlərinə yenidən baxılsın”.
15-02-2022, 12:43
FHN əhaliyə müraciət etdi

Fövqəladə Hallar Nazirliyi (FHN) yanğın təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar əhaliyə müraciət edib.
Müraciətin mətnini təqdim edirik:
"Baş verən yanğınların təhlili onu göstərir ki, yanğınlar əksər hallarda insanların sadə təhlükəsizlik qaydalarına etinasız yanaşması və ya diqqətsizlik göstərməsi səbəbindən baş verir. Belə ki, Nazirliyin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılan təhlillərin nəticəsində müəyyən olunub ki, bəzən insanların elektrik enerjisi ilə çalışan və ilk baxışdan təhlükəsiz hesab olunan avadanlıqları, o cümlədən mobil telefonları, məişət cihazlarını, müxtəlif uşaq oyuncaqlarını enerji yığması üçün elektrik şəbəkəsinə qoşaraq nəzarət etməməsi, şəbəkəyə qoşulu vəziyyətdə fasiləsiz olaraq uzunmüddətli saxlaması sonda yanğınlara, acı nəticələrə gətirib çıxarır.
Qeyd olunanları nəzərə alaraq, bir daha əhaliyə müraciət edərək yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə, o cümlədən elektrik enerjisi ilə çalışan avadanlıqları istehsalçı müəssisə tərəfindən müəyyən edilmiş qaydalara uyğun istismar etməyə, heç bir halda şəbəkəyə qoşaraq nəzarətsiz saxlamamağa çağırırıq".

15-02-2022, 09:15
Peyvənd sertifikatına dair yeni tələb qüvvəyə minib


Tələbə və müəllimlər üçün peyvənd sertifikatına dair yeni tələb qüvvəyə minib

Bu gündən bütün elm və təhsil müəssisələri işçiləri və tələbələr üçün peyvənd sertifikatına dair yeni tələb qüvvəyə minir.
Bu, Nazirlər Kabineti 30 dekabr 2021-ci il tarixində “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarında etdiyi dəyişiklikdə əksini tapıb.
Qeyd edək ki, bu il fevralın 1-dən etibarən mülkiyyət formasından asılı olmayaraq bütün elm və təhsil müəssisələri işçiləri üçün (əmək və ya mülki müqavilələrlə işləməsindən asılı olmayaraq) COVID-19-a qarşı ən azı 2 doza peyvənd olunmaları və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatının olması tələbi müəyyənləşmişdi. O cümlədən ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərin COVID-19-a qarşı ən azı 2 doza peyvənd olunmaları və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatının olması tələb edilirdi. Bu halda da təhsil alanların sayı 200 nəfərdən az olan təhsil müəssisələri istisna idi.
Qərara əsasən, bu gündən etibarən mülkiyyət formasından asılı olmayaraq bütün elm və təhsil müəssisələri işçilərindən (əmək və ya mülki müqavilələrlə işləməsindən asılı olmayaraq) etibarlı olan COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikatının və ya COVID-19-dan sağalaraq immunitetə malik olmanı təsdiqləyən sənədin, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatının olması tələb ediləcək. O cümlədən fevralın 15-dən ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərin etibarlı olan COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikatı və ya COVID-19-dan sağalaraq immunitetə malik olmanı təsdiqləyən sənədi, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatının olması tələb ediləcək. Bu halda yenə də təhsil alanların sayı 200 nəfərdən az olan təhsil müəssisələri istisna olacaq.
Qeyd edək ki, bu gündən COVID sertifikatlarının etibarlılıq müddəti COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanı təsdiqləyən sertifikat üzrə 6 ay, həmin müddət bitdikdən sonra peyvənd istehsalçısının istifadə təlimatında 2 doza vurulması nəzərdə tutulan peyvəndin 1 dozasını aldıqda müddətsiz olacaq. Etibarlılıq müddəti COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikat üzrə 6 ay, həmin müddət bitdikdən sonra peyvənd istehsalçısının istifadə təlimatında 2 doza vurulması nəzərdə tutulan peyvəndin 1 dozasını aldıqda müddətsiz olacaq.
15-02-2022, 02:16
Bütün cəbhələrdə Ukrayna ilə müharibə aparılır!


Ukrayna sərhədləri ətrafında xarici ordunun sayı, yerləşməsi, təchizatı və planları barədə dəqiq bilirik.
Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski xalqa müraciətində deyib.
“Gərgin anda sizə müraciət edirəm: Dövlətimiz məndən və hər birimizdən məsuliyyətli, əmin və konkret addımlar tələb edən ciddi xarici və daxili çağırışlarla üz-üzədir. Bütün cəbhələrdə bizimlə sistemli müharibə aparırlar”, – deyə dövlət başçısı bildirib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!