Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
20-02-2022, 21:53

Nuray Nəzərova yazır: "Aynadakı  personaj"

Nuray Nəzərova yazır: "Aynadakı personaj"

Bəzən həyatımızda elə anlar olur ki, dostlarımızın ya da sevdiklərimizin həyatımızda daima var ola biləcəyini düşünürük. Heç vaxt xəyanət etməyəcəklərini, ya da heç vaxt bizdən imtina etməyəcəklərinin fərziyəsinə qapılırıq. Lakin elə bir an gəlir ki, o insanların həyatımızda niyə və nə üçün var? Sualına öz-özlüyümüzdə cavab tapa bilmirik.
Bu günlərdə təsadüfən internet saytlarının birində gəzişdiyim zaman yazıçı Elçinin müsahibələrindən birini izləmək nəsibim oldu. Görkəmli dramaturqumuz İlyas Əfəndiyevin yadigarı olan yazar verdiyi müsahibədə xoşbəxtliyin də, bədbəxtliyin də, hətta doğmalığın belə nisbi məna daşıdığını vurğuladı. Hətta İspan yazar Migel de Servantesin məhşur əsəri “Don Ki Xot” əsərini də nümunə olaraq qeyd etdi.
Əminəm İspan yazarın bu əsərini oxumayan yaxud da adı ilə tanış olmayan kimsə yoxdur. Çünki xatirimdədir, yazarın bu əsərindən nümunəyə məktəb zamanımızda ədəbiyyat kitablarında da rast gəlmək mümükün idi. Hətta uşaq vaxtı bu əsər oxuduqlarım arasında ən sevdiyim və ən çox güldüyüm əsərlər sırasındaydı. Mövzunu çox yaxşı xatırlayıram. Və düşünürəm ki, həqiqətən bir zamanlar Servantesin “ağıldan kəm” dediyimiz bu qəhrəmanından fərqim yoxmuş. Təəssüf ki, yalançı “Divlərlə” mübarizə aparıb, yalançı “Şahzadələrə” xidmət edirmişəm. Bir də axı elə bir insan yoxdur ki, həyatının bir zamanın da özünü Don Ki Xota bənzətməsin.
Əl qərəz sözümün canı odur ki, fərqi yoxdur həyat dediyimiz bu hekayənin ömrü nə vaxta qədər davam edəcək. Ya da həyat dediyimiz bu teatr tamaşasının vaxtı nə zamana qədər uzadılacaq. Bu vaxt dediyimiz çarx hansı zamana qədər çıqqıldaya biləcək. 33 ya da 65 il dayanmadan tamaşanı seyr etmiş olacağıq. Əsas odur ki, davam edən bu tamaşanın qəhrəmanı özümüz olaq. Bir hekayə yazılırsa həyat denilən bu səhnədə qələmi başqasının əlinə verməyək. Unutmamalıyıq əsas personaj bizik-özümüz. Yazar da, aktyor da, rejissor da bizik. Qələm bizə aiddir.
Qələmin yazdığı bütün personajların ən gözəli, ən bacarıqlısı, çətinliklərdən çıxa biləcək ən yaxşı savaşçısı aynada gördüyümüzdür. Qələmin yazdığı digər personajlarsa ki biz onları aynada görmürük, onlar tamaşanın əsas qəhrəmanına yardımçı olan obrazlardır. Bəli, bəli, sadəcə yardımçı obrazlar. Qəhrəman bizik özümüz. Qəhrəman mənəm, sənsən.
Fərqi yoxdur günün hansı saatıdır, keyfimiz necədir. Əsas odur ki, həyatımızın qəhrəman personajına nə vaxt aynada rast gəlsək ona-Səni Sevirəm- deməyi unutmayaq. Axı həmişə tamaşanın əsas personajları alqışın ən böyüyünü almaq haqqı qazanır. Tamaşaçı bu tamaşanı bəyənsə anşlaqı olmayacaq tamaşadır. Ona görə də məsuliyyətini özümüz üsləndiyimiz bu tamaşanın hər səhnəsini zövq alaraq oynamalıyıq. Bu tamaşada heç bir məşq, heç bir təkrar yoxdur. Əsas istedaddır. Onun da ən yaxşısını bacaran aynadakı personajdır.


20-02-2022, 19:58
Elçin Mirzəbəyli:"Separtcilarin tör-tokuntulərinə təzyiq, həm də ən sərt formada davam etdirilməlidir."

Elçin Mirzəbəyli:"Separtcilarin tör-tokuntulərinə təzyiq, həm də ən sərt formada davam etdirilməlidir."

Milyona yaxın insanın yurd yerlərindən qaçqın və köçkün düşməsinə, amansız terror aktlarına, soyqırım cinayətlərinə, səhər və kəndlərin xarabalığa çevrilməsinə, işğala yol açan separatçı "Qarabağ hərəkatı"nın gün işığına çıxmasından 34 il keçir.
İşğalçı erməni təfəkkürü 44 günlük müharibədə ölümcül zərbə alsa da, hələlik tamamilə məhv olmayıb. Elə Ermənistanın baş naziri Nikol Pasinyan da separatçı hərəkatın "ildönümü" münasibətilə etdiyi müraciətində də "Arsax" adlandırdığı aqressiv separatizm "yuva"sının, dolayısıyla klassik erməni separatçılarının ağır yaralandığını deyir. Amma sülh üçün separatizmdən, işğalçı təfəkkürdən əl çəkməyin zəruriliyini vurğulamır.
Pasinyana görə, yüzminlərlə insanın faciəsinə səbəb olan separatçı "Qarabağ hərəkatı" erməni dövlətçiliyinin "bərpası"nın əsasını qoyub, erməni xalqını öz milli hədəflərinə çatmaq üçün birləşdirib.
Nikol deyir ki, bu gün Ermənistan hakimiyyətinin səyləri "Arsax erməniləri"nın sosial-iqtisadi problemlərinin həllinə, onların "təhlükəsizlikləri" ilə bağlı çağırışların qarşısının alınmasına, hüquqlarının qorunmasına və bu hüquqlara beynəlxalq səviyyədə təminat verilməsinə çalışır.
Qeyd edim ki, Nikol Pasinyanın separatçı hərəkatın ildönümü ilə bağlı budəfəki müraciəti əvvəlkilərdən xeyli fərqlənir, mətndə "müstəqillik", birləşmək" kimi iddialar yer almayıb, yalnız hüquq və təhlükəsizlik məsələləri önə çəkilib.
Amma bütün bunlarla yanaşı, Ermənistanın baş nazirinin separatçı hərəkatın ildönümü ilə bağlı erməni xalqına müraciət etməsi, İrəvanın hələ də 44 günlük müharibədəki darmadağından yetərincə nəticə çıxarmadığını nümayiş etdirir. Bu baxımdan, həm Ermənistana, həm də separtcilarin tör-tokuntulərinə təzyiq, həm də ən sərt formada davam etdirilməlidir.
Elçin Mirzəbəyli
20-02-2022, 16:59
Həftənin ilk günü hava belə olacaq
Həftənin hava proqnozu

Fevralın 21-ə olan hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidməti Hidrometeoroloji Proqnozlar Bürosundan bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Səhər bəzi yerlərdə duman, çiskin olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 3-6° isti, gündüz 9-12° isti, Bakıda gecə 4-6° isti, gündüz 10-12° isti olacaq.
Atmosfer təzyiqi 764 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, fevralın 21-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.
Azərbaycanın rayonlarında isə hava əsasən yağmursuz olacaq. Lakin axşam bəzi dağlıq ərazilərdə yağıntılı olacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 14-19° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacaq.
20-02-2022, 10:08
Ukraynaya getmək istəyənlərə xəbərdarlıq
]Ukraynaya getmək istəyənlərə xəbərdarlıq[

Avstriya Xarici İşlər Nazirliyi Ukraynadakı vəziyyəti nəzərə alaraq bu ölkəyə səfər etmək istəyən vətəndaşlara xəbərdarlıq edib.
Bu barədə nazirliyin saytında məlumat yerləşdirilib.
Bildirilib ki, Avstriya vətəndaşlarına ölkənin qərb regionları (Lvov, Transkarpatiya, İvano-Frankovsk və Çernivitsi) istisna olmaqla Ukraynanın digər ərazilərinə səfərdən çəkinmək tövsiyə olunub.
Həmçinin, yuxarıda qeyd edilən qərb regionlarından başqa ərazilərdə olan Avstriya vətəndaşlarına ərazini dərhal mümkün hava və quru yolu vasitəsilə tərk etmək çağırışı edilib.
Bir sıra Avropa ölkələrindən fərqli olaraq, Avstriya hökuməti Kiyevdəki səfirliyin təxliyəsi barədə deyil, əksinə, səfirlik əməkdaşlarının sayının artırılması barədə qərar qəbul edib, səfirlik gücləndirilmiş iş rejiminə keçib.
Avstriya mətbuatında yayılan xəbərlərə görə, Avstriya Hava Yolları (AUA) aktual vəziyyəti nəzərə alaraq fevralın 21-dən Ukraynaya uçuşları müvəqqəti dayandırır.
20-02-2022, 10:03
Ankaradan Ukrayna ilə bağlı mühüm açıqlama
Ankaradan Ukrayna ilə bağlı mühüm açıqlama

İlk növbədə Ukraynanın ərazi bütövlüyünü tanıyan və onun siyasi birliyinə əsaslanan yanaşma ortaya qoyulmalıdır ki, Ukrayna tərəfi özünü təhlükəsiz hiss etsin.
Bunu Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın deyib:
"Bunların da aradan qaldırılması üçün orta və uzunmüddətli addımlar atılmalıdır. Biz inanırıq ki, orta yol tapmaq mümkündür. Prezidentimizin indiyədək həyata keçirdiyi beynəlxalq diplomatiya buna diqqət yetirməklə yanaşı, bunun mümkünlüyünü də vurğuladı".
20-02-2022, 09:59
ABŞ ilə məhbus mübadiləsinə hazırıq - Abdullahian
ABŞ ilə məhbus mübadiləsinə hazırıq

Məhbus mübadiləsi məsələsi sırf humanitar məsələdir və biz bunun Vyana danışıqları ilə əlaqələndirilməsini istəmirik.
Bunu İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib:
"Öz növbəsində amerikalılar bunun nüvə danışıqları ilə əlaqələndirilməsini istəyirlər. İrana görə, bu iki məsələ arasında heç bir əlaqə yoxdur və biz bunu Vyana danışıqlarından asılı olmayaraq dərhal edə bilərik".
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!