Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
27-02-2022, 20:39

QHT “Şəhidlər Parkı”nın salınmasına start verdi

Agentliyin dəstəyi ilə QHT “Şəhidlər Parkı” nın salınmasına start verdi
Məlumat üçün bildirmək istərdik ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Ahıllara və Tənhalara Dəstək İctimai Birliyi “Cəmiyyətə örnək olan Şəhid və qazi analarına mənəvi dəstəyimizi davam etdirək” layihəsini həyata keçirir.

Azərbaycan Ahıllara və Tənhalara Dəstək İctimai Birliyinin sədri, layihə rəhbəri Ruhiyyə Məmmədovanın Fact-info.az saytına verdiyi məlumata görə, layihə çərçivəsində 24 fevral 2022-ci il saat 14-də Şəhidlərimizin xatirəsini əbədiləşdirmək məqsədilə Bakı şəhərinin Xətai rayonunun ərazisində (Zığ yolu küç. 41c. Gənclik parkı ilə üzbəüz, ) ağacəkmə kampaniyası təşkil olundu. İqlim şəraitinə və mövcud relyefə uyğun olaraq 300-ə yaxın ağac əkildi. Tədbirdə dövlət və qeyri-hökümət təşkilatlarının nümayəndələri, media təmsilçiləri, xeyli sayda Şəhid ailələrinin üzvləri və digər şəxslər fəal şəkildə iştirak etdilər.

QHT sədri daha sonra bildirib ki, Şəhidlərimizin xatirəsini əbədiləşdirmək məqsədilə yaradılan bu park gələcəkdə daha da zənginləşəcək. Ümid edirik ki, Xətai rayonunun icra strukturları və digər qurumlar bu ərazidə əkilmiş agaclara davamlı olaraq qulluq prosesini davam etdirəcəklər. “Şəhidlər Parkı” nın salınmasında əməyi olan hər kəsə, xüsusilə, Şəhid ailələrinə öz dərin təşəkkürümüzü çatdırırıq.
27-02-2022, 17:01
Rusiya ordusu nə qədər itki verib? –ŞOK RƏQƏMLƏR
image-ads_728x90
Ukrayna müdafiə nazirinin müavini Anna Malyar Rusiya hərbçilərinin Ukraynada son üç gündə itkilərinin ümumi təxmini sayını açıqlayıb. Bu barədə o, Facebook səhifəsində yazıb. Ukrayna Müdafiə Nazirliyinin məlumatına görə, Ukraynadakı hərbi əməliyyatlar zamanı Rusiya ordusu 27 təyyarə, 26 helikopter, 146 tank, 706 ədəd zirehli texnika, 49 top, 1 ədəd “Buk” hava hücumundan müdafiə sistemi, 4 “Qrad”, 30 ədəd avtomobil texnika, 60 sistern, 2 pilotsuz təyyarə, 2 gəmi və çoxlu sayda hava hücumundan müdafiə sistemlərini itirib.
Malyar öldürülən hərbçilərin təxmini sayını da açıqlayıb. Ukrayna Müdafiə Nazirliyinin məlumatına görə, Rusiya döyüşlər zamanı 4300-ə yaxın hərbçi itirib.
27-02-2022, 16:08
Xarkov tamamilə ruslardan təmizləndi
Xarkov tamamilə ruslardan təmizləndi

Xarkov tamamilə bizim nəzarətimizdədir. Ukrayna ordusu, Milli Qvardiya, Milli Polis, Müdafiə dəstələri şəhərin düşməndən tam təmizlənməsini həyata keçirirlər. Bu barədə Xarkov vilayət administrasiyasının rəhbəri Oleq Sinequbov Teleqram səhifəsində yazıb.
“Düşmən tamamilə məhv edilib. Xarkovda düşmən texnikasını şəhərdə qoyaraq 5-10 nəfərlik qruplar şəklində Ukrayna ordusuna təslim olur”, - Sinequbov bildirib.
27-02-2022, 10:37
Rus qoşunları Xarkova daxil oldu
Rus qoşunları Xarkova daxil oldu

Rusiya qoşunları Ukraynanın Xarkov şəhərinə daxil olub.
Xarici KİV xəbər verir ki, hazırda şəhər uğrunda ağır döyüşlər gedir.
Regional Dövlət Administrasiyasının rəhbəri Oleq Sinequbov məlumatı təsdiqləyib:
“Diqqət! Sığınacaq yerlərini tərk etməyin! Ukrayna Silahlı Qüvvələri düşməni məhv edir. Mülki əhalidən xahiş edirik ki, şəhərin küçələrinə çıxmasınlar”.
Şəhərin meri İqor Terekov da "Xahiş edirəm, evdə qalın. Şəhərdə vəziyyət çox gərgindir", - deyə sakinlərə çağırış edib.
27-02-2022, 10:29
Ukrayna Rusiyanın itkilərini açıqladı
Ukrayna Rusiyanın itkilərini açıqladı

Ukrayna Rusiya tərəfinin son bir gün ərzində itkilərini açıqlayıb.
Xarici KİV xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri komandanlığının mətbuat xidməti məlumat yayıb.
Belə ki, Rusiya tərəfi ötən gün ərzində azı 11 müxtəlif tipli helikopter, üç Su-30SM qırıcısı, 2 Su-25 hücum təyyarəsi və İL-76MD hərbi maşınını itirib. Həmçinin Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus Su-24M bombardmançı təyyarəsi 20 hərbi texnikadan ibarət karvanı məhv edib.
27-02-2022, 10:25
Kiyevdə vəziyyətə dair rəsmi açıqlama
Kiyevdə vəziyyətə dair rəsmi açıqlama

Yanvarın 27-nə olan məlumata görə, Kiyevdə vəziyyət stabildir, paytaxt tamamilə Ukrayna ordusu və müdafiə qüvvələrinin nəzarətindədir.
Bu barədə Kiyev Şəhər Dövlət Administrasiyası rəhbərinin birinci müavini Nikolay Povoroznik məlumat verib.
Bununla belə, gecə saatlarında paytaxtda təxribat qrupları ilə bir neçə toqquşma olub.
Kiyevdə vəziyyətin sakit olması faktını telekanallardan birinin efirində Ali Radanın Kəşfiyyat Komitəsinin dövlət təhlükəsizliyi və müdafiə üzrə alt komitəsinin rəhbəri Fedor Venislavski də təsdiqləyib.
27-02-2022, 10:19
250-dən çox rus deputatdan Putinə ETİRAZ: “Ukraynaya hücumu pisləyirik”
250-dən çox rus deputatdan Putinə ETİRAZ:

Rusiyada bələdiyyə deputatları Ukraynaya qarşı aparılan müharibəni pisləyiblər.
Deputatların imzaladığı məktubu “Suspilne” nəşri dərc edib:
"Hörmətli həmvətənlər! Biz xalqın seçdiyi deputatlar, Rusiya ordusunun Ukraynaya hücumunu qeyd-şərtsiz pisləyirik. Bu, görünməmiş vəhşilikdir, ona heç bir bəraət qazandırmaq olmaz. Hücum qərarını Rusiya Prezidenti Vladimir Putin şəxsən verib. Biz əminik ki, Rusiya vətəndaşları ona belə bir mandat verməyiblər ”.
Məktub fevralın 24-ü saat 10:00-dan etibarən imzalanmaq üçün açıqdır. Artıq 252 deputat müharibə əleyhinə olduğunu bəyan edib.
Qeyd olunub ki, Ukraynadakı müharibə fəlakətli nəticələrə gətirib çıxaracaq:
“Çoxlu sayda insan öldürüləcək və şikəst olacaq, bir çox ruslar üçün əziz olan torpaqlar da əziyyət çəkəcək. Ölkəmiz dünya ictimaiyyətinin qınağı, təcrid, qiymət artımı və yoxsulluqla üz-üzədir. Rusiyada yaxşı həyata ümidlər gözümüzün qabağında tükənir. Biz sizi təcavüzdə iştirak etməməyə və onu bəyənməməyə çağırırıq. Xahiş edirik susmayın, müharibəni ancaq kütləvi xalq qınaması dayandıra bilər”.
27-02-2022, 10:09
Mariupolda 10 yunan həlak oldu - Səfirlik XİN-ə çağrıldı
Mariupolda 10 yunan həlak oldu

Rusiyanın Ukraynaya hərbi müdaxiləsi üçüncü ölkələrin dinc əhalisinin ölümü ilə nəticələnib.
Yunanıstanın baş naziri Kiriakos Mitsotakis şənbə günü, fevralın 26-da özünün Tvitter mikrobloqunda yazıb:
“Bu gün Rusiyanın Mariupol yaxınlığında endirdiyi aviazərbələr nəticəsində on günahsız dinc sakin – etnik yunanlar həlak olub”.
Mitsotakis Ukraynada 10 soydaşının həlak olmasını Rusiyanın mülki şəxslərə hücumunun qəbuledilməz hərəkəti adlandırıb və bombardmanların dayandırılmasını istəyib:
“Dərhal bombardmanı dayandırın!”.
“Röyters” agentliyinin məlumatına görə, insident Donetsk vilayətinin Buqas və Sartana kəndləri yaxınlığında baş verib.
Yunanıstanın hökumət başçısı həlak olanların ailələrinə başsağlığı verib. Mitsotakis faciəni "Rusiyanın mülki şəxslərə qarşı qəbuledilməz hücum aktı" adlandırıb. O, Yunanıstanın Mariupoldakı konsulluğunun yardım üçün açıq olduğunu bildirib. Yunanıstan Xarici İşlər Nazirliyi də Rusiyanın Afinadakı səfirinə kəskin etirazını bildirib və səfiri sabah nazirliyə çağırıb. (Qafqazinfo)
27-02-2022, 08:46
Rusiyalı aktrisa Ukrayna ordusuna 10 min dollar köçürüb
Rusiyalı aktrisadan Ukrayna ordusuna maddi yardım

Rusiya aktrisası Liya Axecakova Ukrayna ordusunun hesabına 10 min dollar köçürüb.
Ukrayna mediası xəbər verir ki, bu barədə aktrisa İnstaqram hesabında yazıb:
“Mən Ukrayna ordusunu 10 min dollar köçürməklə dəstəklədim və hər kəsi belə davranmağa çağırıram. Və bir daha deyirəm: mən, doğrudan da, çox təəssüf edirəm ki, belə hadisə baş verdi. Mənim ürəyim ağrıyır ki, indi sizdə həm bizim, həm də sizin insanlar ölür. Əksəriyyəti də çox gəncdir. Mən sidq ürəkdən arzulayıram ki, bütün bunlar bitsin”.
27-02-2022, 00:16
Bahəddin Həzi  yazır: "Amansız müharibənin anlamlı dərsləri"


Bahəddin Həzi: Amansız müharibənin anlamlı dərsləri

Rusiya-Ukrayna müharibəsi haqqında publisistik yazım. Deyirəm: "Necə olur, bir slavyan ölkəsinin prezidenti əlinə silah alıb özünü xalqından qoruyurdu, o biri slavyan ölkəsinin prezidenti əlinə silah alıb xalqını özü qoruyur?!" Və bir çox başqa suallara cavab axtarmağa çalışdım. Vaxtınız və səbriniz üçün əvvəlcədən təşəkkür!
Amansız müharibənin anlamlı dərsləri
"Есть еще время сохранить лицо. Потом придется сохранять другие части тела".
Bu, 1993-1998-ci illərdə Rusiya Federasiyasının baş naziri olmuş Viktor Stepanoviç Çernomırdinin söylədiyidir, aforizmə çevrilib. Tərcüməsi: "Sifətini qoruyub saxlamaq üçün hələ də vaxt var. Sonra bədəninin başqa hissələrini qoruyub saxlamaq lazım gələcək".
Düşünürəm ki, Ukraynaya və/və ya daha haralarasa qanadlı raketlər atmazdan qabaq Çernomırdinin bu "qanadlı" frazalarını oxumaq və düşünüb nəticə çıxarmaq faydalı olardı. Rusiya üçün də, hamı üçün də.
Görünür ki, bu ağılsız müharibəni başladanlar nəinki sifətini, bütün başqa yerlərini də artıq çoxdan unudublar.
RF-in xarici işlər naziri Sergey Lavrovun keçmiş illərdə verdiyi bir müsahibəsindən fraqmentlə qarşılaşdım. Ona sual verilir ki, niyə Rusiya Donetskdəki və Luqanskdakı separatçı rejimləri rəsmən tanımır? O da suala sualla cavab verir: "Siz deyirsiniz ki, Ukraynanın qalan hissəsini də itirək?!"
Bunu deyən adam indi nəinki o qondarma "respublika"ların tanınmasının ən alovlu tərəfdarlarından oldu, üstəlik Putinin "Ukraynanın qalan hissəsini" işğal etmək avantürasının da həmmüəlliflərindən biridir.
Boris Yeltsin dövründə xarici işlər naziri olmuş Andrey Kozırev belə bir söz işlətmişdi: "Nazir olmaq diplomat üçün son həddir". Görünür, sələfinin bu fikrini Lavrov başqa cür başa düşüb. Müstəqil, suveren, həm də unitar dövlətin bir (əslində iki) hissəsini ayrıca götürüb müstəqil dövlət olaraq tanımaq, ertəsi gün də həmin "müstəqil" "dövlət"lərin "çağırışı" ilə, "Ukraynanın qalan hissəsini" əldə etmək üçün müharibə başlamaq kimi bir yanlışın içində olmaq xarici işlər naziri üçün, əlbəttə, diplomatiyanın və diplomatın sonudur. Lavrov bu qərarı özü üçün verdiyi gün diplomat kimi bitib; министр иностранных дел idi, dönüb oldu министр странных дел. Yəni anlaşılmaz işlər naziri.
Sergey Şoyqunu müdafiə naziri kimi Ukraynanın müqaviməti bitirdi; ordusu haqda mifi dağıtdılar. Putindən isə danışmağa dəyməz. Fikir verdinizsə, Təhlükəsizlik Şurasının məlum iclasında Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin mümkün qədər uğurla "çaşaraq" bu avantüraya şərik olmaqdan qaçmaq istədi. Ən azı tarixə adını belə yazdırdı. Çünki Rusiyanı nələrin gözlədiyini bilirdi. Ancaq Putin ona basqı edərək kəlbətinlə də olsa, öz qərarına dəstək qopardı. Rusiya kəşfiyyatı da bununla "bitdi".
Dmitriy Medvedyevin çıxışlarını izləyirəm. Yadıma məşhur deyim düşür:
"- Ağıllınız kimdir?
- Qabaqda gedən zəncirli".
Hələ uzaq 90-cı illərdə Çinin Moskvadakı keçmiş səfiri səhv etmirəmsə, "Komsomolskaya pravda" qəzetinə müsahibəsində Rusiya insanı haqqında belə demişdi: "Həmişə təəccüblənirəm ki, bu qədər istedadlı, intellektual xalq niyə bu qədər içir?!"
Medvedyevə bu baxımdan yanaşdım. Oxumuş biridir. Ancaq çox oxumaq, çox bilmək hələ çox ağıllı olmaq demək deyilmiş, elə deyilmi?! İnformasiyalı olmaq ağıllı olmaq deyil. Ağıllı olmaq ağılla yaşamağı bacarmaqdır. O cümlədən, qonşularla, bütün Dünya ilə birgə yaşamağı bacarmaq. Baxıram, deyir: “Avropa İttifaqına ehtiyacımız qalmadı”. Adam, Rusiyanın bu günə qədər neft, qaz satdığı Avropadır. Onun Rusiyaya nə qədər ehtiyacı varsa, Rusiyanın da Avropaya o qədər ehtiyacı var. Doğrudan da, qabaqda gedən zəncirliymiş. Necə deyərlər, axsaq atın kor nalbəndi...
Siyasətlə, hərblə, diplomatiya ilə az-çox bağlılığı olan hər kəs qədim Roma tarixçisi, filosofu, dövlət adamı Qay Korneli Tatsiti mütləq oxuyub. O deyirdi: "Yaxınlar arasında müharibə daha barışmaz olur".
Ukraynada baş verənlər budur: doğma qardaşlar arasında müharibədir. Rusiyanın intellektualları bu gerçəyi anlayacaq qədər ayıq olmadılar. Görünən bu!
Deyəcəksiniz, Ukraynadan nə çox yazırsan?! Cavab çox sadədir: qardaşına bunları edən, görün, başqalarına nə edər?! Ukrayna nə deyib? “Avropa İttifaqının, NATO-nun üzvü olmaq istəyirəm” deyib. Və istəyinə görə cəzalanır. Belə çıxır ki, sabah-birisigün hətta bizim “balanslaşdırılmış” xarici siyasət kursumuz da kimlərinsə xoşuna gəlməyə bilər. Siyasi və insani məntiqin, normal ağlın və sağlam düşüncənin itdiyi yerdə bundan kim sığortalanıb ki?!
Çin dplomatının sözləri çox düşündürücüdür. Baxın, özünü dünyanın mədəni millətindən sayanların hər biri ömründə ən azı bir dəfə: "Bu qədər ərəb ölkəsi bir İsrailin əlində yesir qalıb" və ya "Ərəb dövlətləri bir-birini başqalarına satır" və sair kimi fikirlər deyib. Ya da ən azı bu haqda düşünmüsünüz. Öz slavyan qardaşının üstünə silahla gedən, öz qardaşının evini bombalayan bir Avropalı adam o bədəvi ərəbdən çoxmu fərqlənir təfəkkürcə?!
Nə olsun ki, sənin Dostoyevskini bütün Dünya oxuyur?! Ona qalsa, Dostoyevskinin ən birinci oxucusu sən idin: əsərlərini hamıdan qabaq oxuyub özünə ölüm hökmü "oxumuşdun". Sonra "rüsvayçılıq dirəyi"nə də bağladın... Elə alman kimi xalq da nəhəng dühalar yetişdirmişdi. Ancaq Adolf Hitleri də yetirmişdi.
Yüksək mədəniyyətin gücü siyasi tiranlığın qarşısını kəsə bilmirsə, deməli, o, sadəcə, öznüdəşeymiş. Tarixdə belə momentlər olub, olur da.
Bilirəm, yetərincə dərin və mübahisəli sularda üzürəm. Sadəcə, belə demək mümkünsə, yazılı düşünürəm. Düşünürəm ki, bir slavyan xalqı öz Vətənini bu qədər sevib, azadlığı üçün canını ortaya qoyduğu zaman başqa bir slavyan xalqı Putinin əsarətindən bunca necə "zövq” ala bilərmiş! Bax, o beloruslar da slavyanlardır. Lukaşenkonun öz hakimiyyətini qorumaq üçün əlində "Kalaşnikov" avtomat silahı ilə gəzdiyini görmüşdünüz. O kadrları izləmişdiniz.
Belorus və Ukrayna qonşu və qardaş xalqlardır, ölkələrdir. Birində özünü xalqından qorumaq üçün əlinə silah alan prezident var, o birində xalqını qorumaq üçün əlinə silah alan prezident. Necə ola bilir ki, eyni soykökə, ümumi tarixə, ortaq zəngin mədəni irsə mənsub olan bir xalqın ayrı-ayrı hissələri eyni vaxtda belə fərqli təfəkkür tərzinə sahibdir?! Ya da yaşam ukladına. Necə istəyirsiniz, adlandıraq.
Bu arada bizim çıxaracağımız daha bir önəmli nəticə var: Azərbaycan və Türkiyə bir-birlərinin qədrini bilməlidir. Qardaşlara qardaşlıq örnəyi, dostlara dostluq, müttəfiqlərə müttəfiqlik nümunəsiyik. Biz - Azərbaycan və Türkiyə olaraq dünya üçün bir nümunəyik. İllah da indiki kontekstdə Rusiya, Ukrayna, Belorus, Polşa və sair üçün.
Rusiya ilə Ukrayna arasında müharibə doğmaların savaşı olaraq Dünya üçün ən pis presedentdir. Buraya Rusiyanın Ukraynaya qarşı öz vassalı olaraq istifadə etdiyi Belorusu da aid etmək olar. Bu müharibə Dünyada hər kəs üçün, bizim üçün insani bağların dağıdılması baxımından da böyük və kədərli dərsdir. Doğmaların savaşı, baxın, necə böyük dağıntılara, iztirablara, göz yaşlarına - məyusluğa, faciələrə yol açır. Baxın və unutmayın. Bu, hökumətlərin öz xalqlarına, dövlətin öz vətəndaşına yanaşması baxımından da keçərlidir. Dövlət siyasətinə asi, qanuna zidd davranmış vətəndaşını cəzalandıranda da sevə-sevə cəzalandıracaq. Ailələr üçün də dərs var: övlada ata-ananın özündən deyil, onun sevgisini itirməkdən qorxmağı öyrətmək lazımdır.
Bir sözlə, bu savaş bizi çox ağrıtdı, çox şeylər də öyrətdi, anlatdı. Anlatmağa da davam edir. Təbii ki, anlayana...
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!